Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə122/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   118   119   120   121   122   123   124   125   ...   138

Ş U Ş A

Azərbaycan  xalqının  musiqi  beşiyi,  daha  doğrusu,  konser­

vatoriyası  sayılan  Şuşanın  Ermənistan  tərəfindən  işğalı  daş­

nakların  çoxdankı  məkrli  planının  tərkib  hissəsinə  daxil  idi. 

XIX  əsrin  əvvəllərinə  kimi  Qarabağda,  o  cümlədən,  Şuşada 

yaşayan  əhalinin  əksəriyyəti  azəri  türkləri  olmuşdur.  Rusiya 

ilə  Qarabağ  xanlığı  arasında  4  may  1805-ci  ildə  imzalanmış 

Kürəkçay  müqaviləsi  ilə  rus  imperiyasının  tərkibinə  daxil  edi­

lən  Qarabağ  ərazilərinin  xristianlaşdırılması  siyasətinin  əsası 

qoyulmuşdur.  Bölgədə  alban  mənşəli  xristian  əhalinin  erməni- 

ləşmə  prosesinin  və  bununla  da  onların  burada  sayının  artması 

1828-ci  ildə  Qacarlarla  (İranla)  Türkmənçay  və  1829-cu  ildə 

isə  Osmanlı  Türkiyəsi  ilə  imzalanan  Ədirnə  müqavilələrindən 

sonraya  təsadüf edir.

1921-ci  ildə  Şuşa  yeni  yaradılmış  Dağlıq  Qarabağ  Muxtar 

Vilayətinin  mərkəzi  kimi  müəyyənləşdirilmişdir.  Lakin  bu  qə­

rar  iki  ildən  sonra  dəyişdirilərək,  DQMV-nin  mərkəzi  statusu 

Xankəndiyə  verilmişdir.  Bunun  da  əsas  səbəbi,  təbii  ki,  er­

mənilərin  azərbaycanlılara  qarşı  apardıqları  məkrli  siyasətin 

Şuşada  reallaşdırılmasına  şərait  yaradılmaması  idi.  Beləliklə, 

Şuşa  170  ildən  də  artıq  bir  müddətə  daşıdığı  statusdan  məh­

rum  edilmişdir.  Bu,  az  imiş  kimi,  Şuşaya  daha  ağrılı  bir  möhür 

vurulmuşdu.  Bu  da  onun  hətta  rayon  statusundan  məhrum 

edilməsi  idi.  1963-cü  il  yanvarın  4-də  Şuşa  inzibati  rayon  kimi 

ləğv  edilərək  Xankəndinin  (Stepanakert)  tərkibinə  qatılmışdır. 

Yalnız  N.S.Xruşşovun  hakimiyyətdən 

uzaqlaşdırılmasından 

sonra,  daha  doğrusu,  1965-ci  il  yanvarın  6-da  Şuşanın  rayon 

statusu  yenidən  özünə  qaytarılmışdır.

Şuşanın  yenidən  dirçəlməsi  və özünə qayıtması,  misilsiz gö­

zəlliyinin  bərpası  ulu  öndər  Heydər  Əliyevin  Azərbaycana  bi­

rinci  şəxs  kimi  rəhbərlik  etməyə  başladığı  tarixi  dönəmlərdən 

başlamışdır.  1977-ci  ilin  avqust  ayında  Azərbaycan  SSR  Na­

387



zirlər  Sovetinin  «Şuşa  şəhərinin  tarixi  hissəsini  tarix-memarlıq 

qoruğu  elan  etmək  haqqında»  qərarı  ilə  Şuşanın  təkcə  siması, 

hüsnü  gözəlləşməmişdir,  onun  istirahət  və  turizm  mərkəzinə 

çevrilməsində  də  adıçəkilən  qərarın  mühüm  rolu  olmuşdur.

Şuşanın  işğalına  aparan  yol  Meşəlidən,  Kərkicahandan,  Ma- 

Iıbəylidən,  Quşçulardan,  Xocalıdan...  keçirdi.  1992-ci  il  ma­

yın  8-də  Şuşa  işğal  edildi.  Bu  işğal  zamanı  480  nəfər  şəhid, 

600  nəfər  əlil  oldu,  552  körpə,  uşaq  yetim  qaldı,  22  min  nəfər 

şuşalı  doğma  yurd-yuvasından  məcburi  köçkünə  çevrildi,  68 

soydaşımızın  taleyindən  indiyə  kimi  xəbər  yoxdur.

Ərazisi  -   289  kv.km 

Əhalisinin  sayı  -   41.165  nəfər 

İnzibati  mərkəzi  -   Şuşa  şəhəridir 

Yaşayış  məskənləri  -   33,  o  cümlədən:

Malıbəyli,  Yuxarı  Quşçular,  Aşağı  Quşçular,  Xəlfəli,  Dükan­

lar,  Zamanpəyəsi,  Şüşülü,  Mirzələr,  Qaybalı,  Laçınlar,  Şırlan 

Çaykənd,  Paşalar,  Məmişlər,  Xanalılar,  İmamqulular,  Əmillər, 

Səfixanlar,  Xanlıq-pəyə,  Allahqulular,  Böyük  Qala  dərəsi,  Ki­

çik  Qala  dərəsi,  Salatınkənd,  Göytala,  Onverst,  Turşsu,  Zarıslı, 

Nəbilər  kənd  və  qəsəbələri.

Şəhərdə  azərbaycanlılara  məxsus  mədəniyyət  və  tarixi  abi­

dələr  yerlə  yeksan  edilib,  məşhur  Üzeyir  bəyin,  Natəvanın  və 

Xan  Şuşinskinin  heykəlləri  güllələnib.  İşğal  nəticəsində  Şuşa­

dakı  bir  sıra  tarixi-mədəniyyət  abidələri  də  düşmən  tərəfindən 

talan  edilib.  Xan  mağarası,  Qaxal  mağarası,  şəhər  qalası  da 

daxil  olmaqla  bütövlükdə  279  dini,  tarixi  və  mədəni  abidə 

erməni  quldurlarının  əlindədir.  Ermənilər  Azərbaycana  məx­

sus  olan  bir  çox  abidənin  məhv  edilməsinə  və  ya  onların  er- 

məniləşdirilməsinə  çalışırlar.  Həmçinin  7  məktəbəqədər  uşaq 

müəssisəsi,  22  ümumtəhsil  məktəbi,  79  mədəni-maarif  ocağı, 

mədəni-maarif və  kənd  təsərrüfatı  texnikumları,  8  mədəniyyət 

evi,  14  klub,  20  kitabxana,  2  kinoteatr,  3  muzey,  Şərq  Musiqi 

Alətləri  Fabriki,  79  sənaye  və  kənd  təsərrüfatı  obyekti  tamami­

lə  dağıdılıb.

388



Quşçular-Malıbəyli

Ermənilərin  dağıdıb  əhalisini  soyqırımına  məruz  qoydu­

ğu  Azərbaycan  kəndlərinin  içərisində  Quşçular  və  Malıbəyli 

kəndləri  də  yaşadıqları  ağrı-acılarla,  dəhşətlərlə  yadda  qalıb­

dır.  Şuşanın  yaxınlığında,  Xocavənd-Şuşa  yolunun  üstündə 

strateji  bir  nöqtədə  yerləşən  bu  kəndləri  məhv  etmək,  yer 

üzündən  silmək  erməni  vəhşilərinin  çoxdankı  niyyətləri  idi. 

Qarabağa  yerləşdikləri  ilk  gündən  bu  istiqamətdə  çalışan  er­

mənilərə  tarixin  müxtəlif  dövrlərində  layiqli  cavab  verilmiş, 

«arzuları»  həmişə  ürəklərində  qalmışdı.  1992-ci  ilin  10  fevra­

lında  hələ  bərkiməmiş  bir ölkənin  içərisində  növbəti  dəfə qan­

lı  terror  hadisələri  ilə  baş  qaldıran  erməni  vandalları  həmişə 

xeyirdə-şərdə  bir-birinin  yanında  olan  hər  iki  kəndi  -  Quşçular 

və  Malıbəyli  kəndlərini  yandırıb  kül  etdilər.  İşğal  nəticəsində 

aralarında  qoca,  qadın,  uşaq  olmaqla  42  nəfər  amansızlıqla 

qətlə  yetirildi.



LAÇIN

Laçın  dağları  ilə  birlikdə  1992-ci  il  may  ayının  18-dən  Er­

mənistanın  işğalı  altındadır.  Təcavüzkar,  terrorçu,  quldur  er­

mənilər bu  zirvəni  «koridor»  adlandırmaqda,  «Dağlıq  Qarabağ 

problemi»ni  sülh  danışıqları  vasitəsilə  aradan  qaldırmağa  ça­

lışan  beynəlxalq  təşkilatlar  isə  «Laçın  koridoru»nun  «eninin- 

uzununun»  ölçülərini  «dartıb  uzatmaq»  niyyətində  olan  daş­

nakların  «insan  haqlarını»  qorumaqdadır.  Laçının  şimalında 

Kəlbəcər,  şərqində  Xocalı,  Şuşa  və  Xocavənd,  cənubunda 

Qubadlı  yerləşir.  Qərbdən  «qonşusu»  olan  mənfur  ermənilə­

rin  illərlə  gizli  şəkildə  apardığı  işğalçılıq  siyasəti  nəticəsində 

təcavüzün  qurbanı  olan  Laçın  və  onun  əlçatmaz  zirvələri  za­

manın  sərt  sınaqlarına  dözməli  olub.

Ermənilər  həmin  zirvəni  ələ  keçirməklə  nəinki  Azərbayca­

nın  dağlıq  hissəsinə,  bütövlükdə  Qarabağımıza  və  ətrafındakı

389



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə