Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə130/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   126   127   128   129   130   131   132   133   ...   138

Maddi-mənəvi  irsin  soyqırımı

Ötən  əsrin  20-ci  illərində  ermənilər  Azərbaycana 

məxsus  15  qədim  mahalın  hesabına  özlərinə  qura­

ma  dövlət  düzəltsələr  də,  «Böyük  Ermənistan»  mərəzi 

sağalmaq  bilmədi.  Ermənilərin  Cənubi  Qafqazda,  o 

cümlədən  qədim  oğuz  yurdunda  -   indiki  Ermənistan 

ərazisindəki  tarixi  türk-xristian  abidələrinə  sahib  çıx­

ması  da  məhz  XIX  əsrdə  geniş  vüsət  aldı.

Akademik  Ramiz  Mehdiyev  «Gorus  -   2010:  Absurd  teatrı 

mövsümü»  adlı  kitabında  yazır:  «Azərbaycanın  xristian  abi­

dələri  erməni  ruhanilərinin  və  onlarla  bağlı  elmin  saxta­

laşdırma  obyekti  olmuşdur.  Əsrlər  boyu  alban  kilsəsi  ilə 

mübarizə  aparan  erməni  kilsəsi  planlı  şəkildə  onu  özünə 

tabe,  sonralar  isə  ləğv  etməyə  çalışmışdır.  Bu  siyasətin  bir 

hissəsi  alban  əlyazmalarının  epiqrafikasının  məhv  edilmə­

si  olmuşdur.  XI  əsrədək  erməni  epicjrafikası  yoxdur  (əgər 

müasir  daşyonanlar  işğal  olunmuş  ərazilərdə  yeni  «qədim» 

erməni  yazıları  oymağa  macal  tapmamışlarsa)».

Beləliklə,  Azərbaycan  ərazilərindəki  maddi-mədəniyyət 

abidələrinin  yerlə  yeksan  edilməsini  təsdiqləyən  faktlar  da  bir 

daha  göstərir  ki,  düşmən  çox  məkrli,  dəhşətli,  qorxunc  və  iy­

rənc  siyasətlə  tariximizi  saxtalaşdırmaq  yolu  seçmişdir.  İşğal 

altında  qalan  rayonların  ərazilərindəki  maddi-mədəniyyət  abi­

dələrinə  göstərdikləri  qeyri-insani  münasibət  bir  daha  bunu 

təsdiqləyir.

Çoxsaylı  maddi-mədəniyyət  nümunələrinin  bir  hissəsi  tarix 

boyu  müxtəlif  basqınların,  müharibələrin  nəticəsində,  eləcə 

də  zaman-zaman  bu  yerlərə  köçürülən,  tarixi  torpaqlarımıza 

sahiblik  edən  ermənilər  tərəfindən  dağıdılsa  da,  bir  hissəsi 

də  erməniləşdirilərək  mənimsənildi.  Amma  bir  fakt  da  var  ki,

412



daşlara  yazılmış  tarixi,  yaddaşı  pozmaq  və  ya  dəyişmək  heç 

də  həmişə  yadellilərə  nəsib  olmamışdır.  Doğrudur,  erməni­

lər  özününküləşdirə  bilmədikləri  türk  abidələrini  yerlə  yeksan 

edir,  izini  itirməyə  çalışırdılar.  Bütünlüklə  Ermənistanda  abidə- 

ərə  qarşı  səlib  yürüşü  elə  sovet  hakimiyyəti  illərində  də  həya­

ta  keçirildi.  Sürətlə  addəyişmə  başladı.  Hələ  sovet  dövründə 

Ermənistan  adlanan  qədim  oğuz  yurdunda  azəri  türklərinə 

məxsus  toponimlər  dəyişdirildi.  Yüzlərlə  şəhər,  kənd,  qəsəbə, 

dağ,  çay,  dərə,  bulaq  və  tarixi  abidələrin  adları  erməniləşdi- 

rildi.  Toponimin  özü  də  millətin  mənəvi  abidəsidir.  Akademik 

Ramiz  Mehdiyev  adıçəkilən  kitabda  yazır:  «Əvvəllər  Azər­

baycana  (məhz  Azərbaycana!)  məxsus  olmuş  İrəvan  xanlı­

ğının  ərazisində  yüzlərlə  toponimin  sovet  dövründə  vaxtilə 

həmin  torpaqlarda  yaşamış  /Kzərbaycan  türklərinin  izlərini 

məhv  etmək  məqsədi  ilə  adları  dəyişdirilərək  onlara  ermə­

ni  adları  qoyulmuşdur».

Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda, eləcə də oğuz 

yurdu  -   indiki  Ermənistanda  Azərbaycanın  milli-mədəniyyət 

ocaqlarına  erməni  təcavüzkarları  tərəfindən  vurulan  ziyanı  də­

qiq  hesablamaq  mümkün  deyildir,  çünki  zaman  dəyişmiş  (keç­

miş  sovetlər  dönəmindəki  dəyərlər  artıq  öz  əhəmiyyətini  itir­

diyi  üçün  mal-mülkün  də  qiymətləri  maya  dəyərinə  uyğunlaş­

dırılmışdır),  qiymətlər  yenidən  formalaşmışdır.  Eyni  zamanda, 

talan  və  məhv  edilmiş  sərvətlər  nəinki  Azərbaycanın,  həm  də 

dünya  sivilizasiyasının  misilsiz  mədəniyyət  nümunələri  hesab 

olunur.  Əhaliyə  vurulmuş  mənəvi-psixoloji  zərbə  ilə  bərabər, 

ilkin  və  sonadək  müəyyənləşdirilməmiş  məlumatlara  əsasən, 

Azərbaycan  iqtisadiyyatına  60  milyard  ABŞ  dollarından  çox 

ziyan  dəymişdir.

Bu  dəhşətlər  barəsində  nə  qədər  yazılsa  belə,  hələ  də  er­

məni  daşnak  terrorçularının  törətdiklərini  beynəlxalq  miqyas­

da  olduğu  kimi  təqdim  etmək  mümkün  olmamışdır.  Ona  görə 

ki,  həmin  hadisələr  bir  neçə  dəfə  və  həm  də  dəhşətli  dərəcə­

413



də  təkrar  olunmuşdur.  Tarix  isə  belə  soyqırımı  aktlarını  zaman 

keçdikcə  üzə  çıxarmışdır.  Beləliklə,  Ermənistanın  dəfələrlə 

Azərbaycana  təcavüzü  nəticəsində  itirilən  bütün  sərvətlər  ba­

rədə  fikrimizi  davam  etdirmək  üçün  konkret  olaraq  faktlara  və 

ayrı-ayrı  hadisələrə  nəzər  salmaq  istərdik.

Ümumiyyətlə,  dünyadakı  erməni  cinayətlərinin  silsiləsi­

ni  bir  yazıya  gətirmək  və  ətraflı  şərh  etmək  imkan  xaricində 

olduğundan  biz,  konkret  olaraq,  soyqırımı  aktları  ilə  eynilik 

təşkil  edən  dəhşətlərdən  bəhs  edəcəyik.  Sovet  rejiminin  süqu­

tundan  sonra  indiyədək  üstüörtülü  saxlanan  həmin  hadisələr 

zamanı  azərbaycanlıların  bir  canlı  varlıq  olaraq  məhvə  məh­

kum  olmaları  üzə  çıxdıqca  adamı  dəhşət  bürüyür.  Son  illər 

arxiv  materialları  əsasında  işıq  üzü  görmüş  (təbii  ki,  aralarında 

qeyri-peşəkarcasına  yazılan,  təhrif  olunmuş  faktlara  söykənən 

yazılar  da  vardır)  nəşrlərin  sayı  artdıqca  qanlı  olayların  şəbə­

kəsinin  də  genişliyi  məlum  olmuşdur.

Erməni  daşnaklarının  və  terrorçularının  apardığı  etnik  tə­

mizləmə  siyasətinin  nəticələrini  bir  daha  dünya  xalqlarının 

diqqətinə  çatdırmaq  lazımdır  ki,  onların  kimliyi  aydınlaşdırıl- 

sın  və  beləliklə,  sivil  bəşəriyyət  belə  canlıların  vəhşilərdən  az 

fərqli  olduğunu  öyrənsinlər.

İRƏVAN

Azərbaycanın  mədəni  irsini  hədəf  seçən  ermənilər  işğal  et­

dikləri  torpaqlardakı  maddi-mədəniyyət abidələrimizi  saxtalaş­

dıraraq  erməniləşdirməyə  çalışmış  və  buna  müəyyən  mənada 

nail  olmuşlar.  Belə  ki,  işğal  altında  qalan  maddi-mədəniyyət 

abidələrimiz  tamamilə  və  qəddarlıqla  məhv  edilmişdir.  Ələ 

keçirilən  ərazilərdə  ermənilər  12  muzeyi  və  6  rəsm  qalereya­

sını,  tarixi  əhəmiyyətli  9  sarayı  qarət  edərək  yandırmışlar.  Na­

dir  əhəmiyyətə  malik  40  min  muzey  sərvəti  və  eksponat talan 

olunmuş,  44  məbəd  və  18  məscid  təhqir edilmişdir.  Dağıdılan 

və  yandırılan  927  kitabxanada  4  milyon  600  min  nüsxə  kitab

414



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə