Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə127/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   123   124   125   126   127   128   129   130   ...   138

nəzərdən  keçirəndə  adamın  az  qala  ürəyi  dayanır.  İnanmaq 

istəmirsən  ki,  insan  adlı  bir  varlıq  bu  dərəcədə  qəddarlığın 

sahibi  ola  bilsin.  Təbiətdə  də  vəhşilər  arasında  bu  cıir  müna­

sibətin  mövcudluğu  müşahidə  edilməyib.  Ən  nəhəng  və  vəhşi 

sayılan  timsahın  acgözlüklə  yediyi  tısbağa  sayılır.  Amma  tə­

biətşünaslar  yazırlar  ki,  timsah  heç  vaxt  tısbağanın  yavrusuna 

toxunmur  (bu  barədə  səndli  film  də  var),  əksinə,  onu  ağzına 

alaraq  suya  salır  ki,  quraqlıqdan  əziyyət  çəkməsin.  Eləcə  də 

təsadüfən  meşə  sakinlərinin  arasına  düşən  insan  çocuğunu  da 

heyvanlar  öz  balaları  ilə  birgə  böyüdüblər.  Haqqında  kitablar 

yazılan,  filmlər  çəkilən  tarzanlar,  mauqlilər  əfsanələrdən  yox, 

həyatdan  gələn  personajlardır.

2010-cu  il  martın  8-də  Ağdam  istiqamətində  erməni  snay­

peri  tərəfindən  doqquz  yaşlı  uşağın  -   Fariz  Bədəlovun  qətlə 

yetirilməsi  hamımızı  sarsıtdı.  Bu  ağır  qətl  hadisəsi  ermənilər 

üçün  adi  haldır.  Sanki  onların  əli  həmişə  günahsız  körpənin, 

qadının,  yaşlı  insanın  qanına  batmağa vərdişlidir.  Bu  qanlı  tari­

xin  vərəqlərini  çevirdikcə  diqqətçəkən  faktlar  adamı  dirigözlü 

vahiməyə  salır.

Başqa  bir  sənəddə  oxuyuruq  ki,  1918-ci  ildə  erməni  silah­

lı  quldurları  Türkiyənin  Katranlı  kəndinə  hücum  edərək  ətraf 

yaşayış  məntəqələrini  qılıncdan  keçiriblər.  Bu  qanlı  savaşda 

daşnaklar  1.400  uşağı  odda  yandırıblar.  1918-ci  il  yanvar  ayı­

nın  28-də  Gəncənin  Zağalı  kəndində  ermənilər  15  uşağı  vəh­

şicəsinə  qətlə  yetiriblər.  Həmin  il  Şamaxıda  qırğınlar  törədən 

daşnaklar  1.277  uşağa  işgəncə  verərək  öldürüblər.  1920-ci  il 

yanvarın  6-da  ermənilər  Naxçıvanın  Bılağ  kəndində  atəşə  tut­

duqları  yüzlərlə  insanın  arasında  25  uşağın  həyatına  nöqtə 

qoyublar.  Elə  həmin  ilin  müxtəlif aylarında  öz  torpaqlarımızda 

yüzlərlə  uşaq  ermənilər  tərəfindən  min  bir  əzabla  qətlə  yeti­

rildi.  Rəqəmə  fikir  verin:  təkcə  Zəngəzurda  güllələnən  7.729 

nəfərdən  2.196-sı  azyaşlı  uşaq  olub.  Faktlarla  üzləşdikcə  dəh­

şətə  gəlirsən.  Körpəni  gıillələmək,  onu  təndirə  atmaq,  yabaya,

403



süngüyə  keçirmək,  şişə  taxmaq,  parça-parça  edib  quduzlara 

tullamaq  sanki  erməninin  adi  məşğuliyyətidir.  Qanlarına,  can­

larına  hopan  bu  vəhşilik  illərdir  ki,  davam  etməkdədir.

1915-ci  ildə  insan  qanına  susamış  daşnaklar  Qars  və  Ərdə- 

han  yaşayış  məntəqələrindəki  əhalini  qılıncdan  keçirərkən  ki­

çik  yaşlı  uşaqların  bir qismi  qaçaraq  gizlənməyə  nail  olmuşdu. 

O  zaman  bu  uşaqların  toplanıb  xilas  edilməsi  müzakirəyə  çev­

rilmişdi.  Azərbaycan  mətbuatının  cəfakeş  yazarlarından  olan 

Ömər  Faiq  Nemanzadə  ürək  ağrısı  ilə  «Yeni  iqbal»  qəzetində 

yazırdı:  «Ey  həmiyyətli  bakılılar,  ey  gəncəlilər,  ağdaşlılar,  şa­

maxılılar,  şəkililər!  Üzümü  sizə  tutub  yalvarıram.  Hər  biriniz 

10-12  uşaq  götürüb  saxlayınız.  Bir  düşünün,  sizin  qucağınıza 

can  atan  balalar  kimlərdir:  ev-eşiyi  viran  olmuş,  anası,  atası  bo­

ğazlanmış,  11-12  yaşlı  bacısı  aylarla  canavarların  əlində  qala- 

qala  dəlilənib  axırda  tələf  olmuş,  bütün  qohumu  yox  edilmiş, 

yarı  canı  qalmış  öz  millətinizin,  türk  millətinin  balalarıdır». 

Sərhəddəki  bu  vəhşicəsinə  qırğın  illərlə  davam  etdiyindən  elə 

ağlagəlməz  b ir  hal  alıb  ki,  bu  uşaqları  erməni  caynağından 

xilas  etıinək  mümkün  olmayıb.  Bununla  bağlı  Əhməd  Cövdət 

«Açıq  söz»  qəzetində  yazırdı:  «Anadoludan  ölüm  sədaları  gə­

lir.  Anadoludan  uşaqların  ah-nalələri,  iniltiləri  eşidilir.  İrz  yox, 

namus  yox.  Balta,  dəmir,  tüfəng  süngüsü  ilə,  daş-qaya  ilə,  qur­

ğuşunlarla  qırırlar.  Canım,  insan  deyilmi  bunlar?»  Təəssüf  ki, 

bugünə  kimi  bu  sualların  cavabı  hələ  də  tapılmayıb.

Keçmiş  SSRİ  Daxili  İşlər  Nazirliyinin  istintaq  materialların­

da  göstərilib  ki,  1988-ci  ildə  azərbaycanlılar  öz  dədə-baba 

yerlərindən  zorla  qovulduqda  216  soydaşımız  qətlə  yetirilib. 

Həlak  olanların  arasında  23  uşağın  olduğu  bildirilib.  Aparılan 

araşdırmalar  göstərdi  ki,  bu  rəqəm  daha  böyükdür.  Elə  kənd 

var  ki,  qətlə  yetirilən  uşaqların  sayı  23-dən  yuxarıdır.  Sadəcə 

olaraq  daşnakları  üstümüzə  qızışdıranların  bu  etirafı  da  diqqət 

çəkməlidir.

1988-ci  ildən  başlayaraq  qonşularımız  tərəfindən  başımı­

za  gətirilən  fəlakətlərin  adı  da,  ağrısı  da,  istiqaməti  də,  vaxtı-

404



vədəsi  də  müxtəlif  oldu.  Gah  torpaq  iddiasına  düşdülər,  gah 

soydaşlarımızı  dədə-baba  ocaqlarından  min  bir  əzabla  qov­

dular,  gah  qadınları,  uşaqları,  körpələri,  yaşlıları  xüsusi  qəd­

darlıqla  qətlə  yetirdilər,  gah  da  «əzabkeş»,  «yazıq»  donuna 

bürünərək  dünyanın  onlara  rəhm  etmələri  üçün  süni  göz  yaş­

ları  tökdülər.  «Ermənilərin  anası»  adlandırılan  Silva  Kaputik- 

yan  da  ötən  əsrin  sonlarında  öz  qaragüruhçu  kütləsi  qarşısında 

çıxış  edərək  bir  məsələni  daha  çox  qabardırdı:  «Sən  türk  öl­

dürməkdən  qürur  duymalısan».  Başqa  bir  şovinistləri  Arutun- 

yan  isə  «türk  öldürməyən  erməni  öz  əli  ilə  özünü  öldürsün» 

deyirdi..  Yazıçıları  Zori  Balayan  «Ocaq»  kitabı  yazaraq  ermə­

niləri  türklərə  qarşı  tiikürpədici  müharibəyə  çağırırdı  və  bu 

münaqişə  də  məhz  onlar  tərəfindən  törədildi.  1988-ci  ildə 

şovinistlərin  yaratdığı  qara  tufan  nəticəsində  soydaşlarımızın 

Ermənistan  adlanan,  amma  əslində  türklərin  dədə-baba  yurdu 

olan  yerlərindən  sürətlə,  vəhşiliklə  qovulması  həyata  keçirildi. 

Yüzlərlə  insan  dağları,  dərələri  keçərək  şaxtalı,  qarlı  günlər­

də  uçqunlara  düşdü.  Körpələr  qurd-quşa  yem  oldu.  Bu,  azmış 

kimi,  1988-ci  il  dekabrın  5-də  Hamamlı  şəhərində  (Spitak)  17 

azyaşlı  uşağı  iri  diametrli  boruya  dolduraraq  hər  iki  tərəfini 

qaynaq  etdilər.  Borunu  hündür  uçurumdan  tullayaraq  fidan­

ları  qətlə  yetirdilər.  Elə  həmin  ilin  noyabrında  Qukarkda  da 

bu  cür  hadisə  həyata  keçirilmişdi.  70-ə  yaxın  5  yaşından  12 

yaşına  kimi  uşağı  20  metr  uzunluğunda  1,5  diametrdə  boruya 

dolduraraq  hər  iki  tərəfini  bağlayıblarmış.  Yalnız  dekabrda  baş 

verən  zəlzələ  zamanı  köməyə  gələn  fransalı  xilasedicilər  bu 

qətliamın  üstünü  açaraq  dəhşətə  gəlmişdilər.

Elə  bölgələrimiz,  kəndlərimiz  var  ki,  orada  ilk  şəhidlərimiz 

məhz  körpələr  olub.  Jurnalist  M.Nərimanoğlunun  «Dağların 

sinə  dağı»  adlı  kitabında  oxuyuruq:  «Kəlbəcərin  şəhidlik  qis­

məti  ilk  dəfə  süd  qoxulu  8  körpəyə  düşdü».  Ermənilərin  qət­

lə  yetirdiyi  bu  fidanların  -   Sahil  Məmmədov  (10  yaş),  Razim 

Salmanov  (8  yaş),  Anar  Valehov  (7  yaş),  Cahid  İbişov  (10  yaş),

405



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə