Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.

səhifə138/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
1   ...   130   131   132   133   134   135   136   137   138

ma  abidədir.  Mənbələrdə  göstərilir  ki,  burada  qeyri-bərabər 

döyüşdə  öldürülən  gözəl  bir  oğlan  dəfn  edilmişdir.  İslam  dini 

meydana  gəldikdən  sonra  Ağoğlan  abidəsi  müsəlman  ziya­

rətgahına  çevrilmişdir.  Ağoğlan  kimi  sonradan  pirə  çevrilmiş 

yerlərə  Cəbrayıl  rayonu  ərazisində  çox  rast  gəlinir.  Məsələn, 

Cəbrayıl  rayonunun  cənubunda  Qurbantəpə  adlanan  pir  Qaf­

qaz  Albaniyası  əhalisinin  hələ  Günəşə,  Aya  sitayiş  etdikləri  ilk 

tunc  dövrünün  sonlarının  nişanəsidir.  Yerli  əhali  təzə  il  gəlsin 

və  məhsul  bol  olsun  deyə  bu  təpədə  qurbanlar  kəsir,  bişirdiyi 

xörəyin  suyundan  gündoğan  tərəfə  səpir,  sonra  xörəyi  yeyir 

və  Günəşə  sitayiş  etməklə  kütləvi  şadlıq  edirdilər.  Sonralar  bu 

köhnə  inam  saxlanıldı,  hətta  XIX  əsrin  ortalarından  başlayaraq 

Cəbrayıl  qəzasının  başqa  yerlərindən  köçüb  gedən  Hacılı  tay­

fasının  bir  hissəsi  bu  pirin  yaxınlığında  məskunlaşmışdı,  onla­

rın  saldıqları  kənd  Qurbantəpə  adlandırılmışdı.

Mazannənə,  Mərmərnənə  ziyarətgahı  -   professor  Mirəli 

Seyidovun  verdiyi  məlumata  gorə,  Nənə  qədim  türkdilli  tay­

falarda  Allahın  anasının  adı  olmuşdur.  Professor  Z.İ.Yampolski 

Mazannənə  abidəsi  barədə  yazır  ki,  o,  sinfi  cəmiyyətə  ke­

çid  dövründə  qadınların  ictimai  istehsalda  birinci  dərəcəli  rol 

oynadığı  Madərşahlıq  zamanının  yadigarıdır  və  sonralar  islam 

dininə  uyğunlaşdırılaraq  ocaq  hesab  edilmişdir.  Həmin  abidə­

nin  yaxınlığında  indiyə  qədər  nişanələri  qalan  köhnə  yaşayış 

məskəni  Mazannənə  kəndi  adlanmışdır.  Bu  kəndin  ətrafında 

qədim  qəbiristanlıqda  «Əziz  ibn  Seyid  əl-Məhəmməd»  sözləri 

olan  qəbrin  sinə  daşında  və  başqa  qəbirlərin  üstündə  yazılan 

hicri  750,  760  və  809-cu  illər  təsdiq  edir  ki,  bu  yerlərin  ən 

qədim  sakinləri  azərbaycanlılar  olmuşlar.  Yerli  əhali  Hasanlı 

kəndi  yaxınlığındakı  Mərmərnənə  abidəsində  dəfn  olunan  qa­

dını  Mazannənənin  anası  hesab  edir.

Tumas  ata  abidəsi  -   Cəbrayıl  rayonunun  Dağtumas  kəndi 

yaxınlığındakı  dağda  olan  Tumas  ata  abidəsi  də  bütpərəstlik 

dövrünün  yadigarıdır.  Dağtumas  kəndinin  sakinləri  Tumas  ata­

436



nı  öz  əcdadları  hesab  edir  və  müqəddəs  ocaq  kimi  sitayiş 

edirdilər.

Cəbrayıl  rayonunda  erməni  vandalları  tərəfindən  darma­

dağın  edilmiş  tarixi  və  maddi-mədəniyyət  abidələrindən:  11 

tağlı  Xudafərin  körpüsü  -   XI-XII  əsrlər  (Cəbrayıl  rayonu),  15 

tağlı  Xudafərin  körpüsü  -   XIII  əsrlər  (Cəbrayıl  rayonu),  Niftalı 

kurqanları  -   tunc  dövrü  (Xudayarlı  kəndi),  Ağoğlan  nekropolu 

-   ilk  orta  əsrlər (Cəbrayıl  şəhəri),  Karxulu  kurqanları  və  yaşayış 

yeri  -   tunc  dövrü  -   (Karxulu  kəndi),  Canqulu  kurqanı  -   tunc 

dövrü  (Mahmudlu  kəndi),  Qustəpə  kurqanı  -  tunc  dövrü  (Mah­

mudlu  kəndi)...

QUBADLI

«Qubadlı»  toponimi  qubadlı  tirəsinin  adı  ilə  bağlıdır.  1823- 

cü  ilə  aid  mənbəyə  görə,  Qarabağ  xanı  İbrahimxəliI  xan  kən­

də  məxsus  torpaq  sahəsini  pulla  satın  almış  və  qardaşı  Meh- 

diqulu  xana  bağışlamışdı.  Azərbaycanın  şimalının  Rusiyaya 

birləşdirilməsindən  sonra  viranə  qalmış  kəndi  rus  generalı 

P.S.Kotlyarevski  göstərdiyi  xidmətin  müqabilində  Hacı  Ağalar 

bəy  adlı  birisinə  vermişdi.

Versiyalardan  birinə  görə,  Qubadlı  toponimi  V-VI  əsrlərdə 

yaşamış  Sasani  hökmdarı  I  Qubadın  adı  ilə  bağlıdır.

Tarixdə  Bərgüşad  mahalı  kimi  tanınan  hazırkı  Qubadlı  rayo­

nu  XVIII  əsrin  ortalarına  qədər  Zəngəzur  mahalının  tərkibin­

də  Cənubi  Azərbaycan  dövlətinin  Qaradağ  xanlığına  inzibati 

ərazi  vahidi  kimi  tabe  olmuşdur.  Lakin  sonradan  zəmanəsinin 

görkəmli  şəxsiyyəti  olan  Qarabağ  xanı  Pənahəli  xanın  uzaq­

görən  siyasəti  və  əzmkarlığı  sayəsində  Zəngəzurun  ayrılmaz 

qismi  kimi  Qarabağ  xanlığının  idarəçiliyinə  verilmişdir.

Hələ  indiyə  qədər  «Bərgüşad»  toponimi  tamamilə  dəqiq 

izah  olunmayıb.  XIX  əsrin  50-ci  illərinə  aid  ədəbiyyatda  Nax­

çıvanda  bərgüşad  adlı  türkdilli  tayfanın  adı  çəkilir.  Bu  tayfa

437



adını  Bərgüşad  zonasından  alıb.  Səfəvi  dövründə  bərgüşadlar 

qızılbaş  tayfalarının  tərkibinə  daxil  idi.  Orta  əsrlərdə  Bərgüşad 

mahalı  Araza  tökülən  Həkəri  çayı  ilə  Bərgüşadçay  arasındakı 

ərazini  əhatə  etmişdir.

Bir  çox  tədqiqatçılara  görə,  birinci  komponenti  təşkil  edən 

bərgü  sözü  qədim  türk  mənşəli  barq  tayfasının  adındandır. 

Çingiz  xanın  oğlu  Cuçinin  1207-ci  ildə  Qərbə  doğru  yürüşü 

zamanı  başqa  tayfalarla  yanaşı,  bərgü  tayfasının  torpaqları­

nı  tutması  faktı  tarixdən  məlumdur.  İran  tarixçisi  Fəxrəddin 

Mübarəkşah  (XII  əsr)  58  türk  tayfası  arasında  bərgü  tayfasının 

da  adını  çəkib.  Fəzlullah  Rəşidəddin  (XIII  əsr)  bu  etnonimi 



bərküt  (bərgülər)  kimi  qeydə  almışdır.  Tədqiqatçıların  fikrinə 

görə,  bərgülər  monqol  işğalından  xeyli  əvvəl  Azərbaycanda 

məskunlaşmışlar.  Toponimin  tərkibindəki  şad/şat  sözü  isə,  bir 

növ,  cəmlik  bildirir.  Bərgüşad  dağları,  Bərgüşad  çayı,  Bərgüşad 

çökəyi  toponimləri  «bərgülərin  dağı»,  «bərgülərin  çayı»,  «bər- 

giilərin  çökəyi»  mənasındadır.  XV  əsr  Azərbaycan  şairi  Bədr 

Şirvaninin  əsərlərində  də  Bərgüşad  coğrafi  adı  çəkilir.  Bərgü­

şad  toponimi  çox  geniş  coğrafi  areala  sahibdir.  Ucar  rayonun­

da  Bərgüşad  adlı  kənd  var.

Tarixi  qaynaqlarda  Qubadlının  qədim  türklərin  yaşayış  məs­

kənlərindən  olduğu  dönə-dönə  vurğulanıbdır.  Rayonun  ərazi­

sində  bugünümüzə  qədər  gəlib  çıxmış  abidələr  də  «əşyayi- 

dəlil»  kimi  bu  faktı  əyani  şəkildə  təsdiqləyir.  Tarixi  abidələr 

insan  oğlunun  əlinin,  beyninin,  fiziki  və  intellektual  cəhdinin 

məhsuludur.  Hər  bir  insan  (xalq,  millət)  öz-dünyagörüşünə, 

təfəkkürünə  uyğun  düşünüb  və  düşüncəsini  lazımi  zaman- 

məkan  harmoniyasında  da  həyata  keçiribdir.  Qubadlı  torpağı­

nın  tarixi  uludur.  Lakin  onun  adı  bir  mənbəyə  («Coğrafi  adlar», 

Azərnəşr,  1982)  əsasən  dörd  əsr  bundan  əvvəl  yaranmışdır: 

«Qubadlı  XVI  əsrin  sonunda  Azərbaycana  köçmüş  səlcuq 

türklərinə  mənsub  Qubad  nəslinin'adını  daşıyır».

Vətənin  hər  yerində  olduğu  kimi,  Qubadlı  torpağına  da  sə­

pələnmiş  daş  yaddaşlar  -   abidələr  uzaq-uzaq  keçmişlərdən

438



xəbər  verir.  Görünür,  ulu  babalar  bu  abidələri  daha  etibarlı 

tarix  hesab  etmişlər.  Gavur  dərəsindəki  mağara-ibadətgah  IV, 

Muradxanlı  kəndindəki  Qalalı,  Əliquluuşağı  kəndindəki  Göy 

qala  abidələri  V,  Yazı  düzündəki  Cavanşir  türbəsi,  Dəmirçi­

lər  kəndindəki  iki  türbə  XIV,  Gürcülü  kəndindəki  türbə  XVII, 

Xocamsaxlı  kəndindəki  türbə  XVIII  yüzilliklərdən  xəbər  verir. 

Əliquluuşağı  kəndindəki  mağara-ibadətgah,  Xocamsalı  kən­

dindəki  qala,  Seytas  kəndindəki  Anabat  və  bir  çox  əfsanəvi 

abidələr  (Oğlan-Qız  qayası,  Sınıq  körpü  və  s.)  kim  bilir,  bəlkə 

daha  qədim  dövrlərin  salnaməsidir?!

Belə  bir  gerçək  həyati  formul  var:  «Heç  nə  həç  nədən  ya­

ranmır».  Hər  bir  şeyin  maddi-mənəvi  əsası  olmalıdır.  Maddi- 

mənəvi  abidələr  də  insanın  özünüdərk  erasının  məhsuludur. 

Bu  gün  ermənilərin  min  bir  hiylə  və  «zəhərverənlərinin»  kö­

məyilə  işğal  etdikləri  Qarabağ  və  onun  ətrafındakı  ərazilər­

də  qalmış  maddi-mənəvi  mədəniyyət  abidələri  qədim  türk 

düşüncələrini  və  əl  izlərini  qoruyub  saxlamaqdadır  (qarı 

düşmən  onları  sıradan  çıxarmış  olsa  belə).

Qubadlı  qədim  yaşayış  məskənlərindən  biridir. 

Bu  faktı 

əyani  şəkildə  onlarla  mədəniyyət  nümunəsi  təsdiqləyir.

Rayonun  ərazisində  qədim  insanın  yaşadığı  onlarla  mağara 

(kaha)  mövcud  olmuşdur.  Aşağı  Mollu  kəndində  9,  Əliqulu- 

uşağı  kəndində  5,  Həmzəli  kəndində  9  qədim  insan  məskəni 

olmuş  kaha  (mağara)  bugünümüzə qədər durmaqdadır.  Xanlıq, 

Çaytumas,  Yusifbəyli,  Məlikəhmədli,  Məzrə  və  b.  kəndlərdə 

də  qədim  yaşayış  məskənləri  vardır.  «Gavur  dərəsi»  deyilən 

ərazidə  IV  əsrə  aid  mağara  vardır.

Qubadlının  ərazisində  tarixə  yoldaşlıq  etmiş,  mühafizə,  gö­

zətçi  funksiyasını  yerinə  yetirmiş  qalalar  mövcuddur.  Əliqulu- 

uşağı  kəndində  Göy  qala  (V  əsr),  Muradxanlı  kəndində  Qalalı 

qalası,  Xocamsaxlı  kəndində  Qala  rayon  işğal  olunana  qədər 

dururdu.  Yeri  gəlmişkən  onu  da  qeyd  edək  ki,  Xocamsaxlı 

kəndinin  qədim  adı  Qalacıq  olub.  Kənd  sakinləri  hələ  də  kən-

4 3 У



din  əski  adını  (Qalacıq)  daha  çox  işlədirlər.  Xocamsaxlı  antro- 

toponimi  Qalacıq  toponimindən  qat-qat  sonralar  yaranmışdır.

Türbələr  indiki  göydələnlərin  yadlaşmış  əcdadlarıdır.  O 

türbələr  ki  dibindən  göz  qıyıb  başına  baxanda  adamın  gözü 

qaralıb,  başı  fırlanıb,  başından  papağı  düşüb,  o  türbələrdə 

məxsusi  zamanın  arxitekturası  qorunub  saxlanılıb.  Akustika 

funksiyasını  bütün  incəliyi  ilə  yerinə  yetirən  türbə  arxitektoni- 

kasından  sonrakı  dövrlərdə  də  kifayət  qədər  istifadə  edilmiş­

dir.  Rayon  ərazisində  tarixin  müxtəlif qatlarında  tikilmiş  türbə­

lər  öz  gözəlliyi  ilə  həmişə  diqqəti  cəlb  etmişdir.  Dəmirçilər 

kəndindəki  türbə  XIV,  Gürcülü  kəndindəki  İmamzadə  türbəsi 

XVII,  Yazı  düzü  adlandırılan  sahədəki  Cavanşir  türbəsi  XIV 

əsrin  daşa  dönmüş  minarələridir.

Ermənilər  5  mindən  çox  nadir  eksponat  saxlanılan  Qubad­

lı  Tarix-Diyarşünaslıq  Muzeyini  də  talan  ediblər.  IV  əsrə  aid 

Gavur  dərəsindəki  ibadətgah,  V  əsrə  aid  Qalalı  və  Göy  qala 

abidələri,  XIV  əsrdə  tikilmiş  Dəmirçilər  türbəsi,  Hacı  Bədəl 

körpüsü,  Laləzar  körpüsü,  eləcə  də  Əyin,  Yusifbəyli,  Seytas, 

Qarağaclı,  Xocamsaxlı  kəndlərindəki  digər  tarixi  abidələr  ha­

zırda  işğal  altındadır.

Qubadlı  rayonunda  erməni  vandalları  tərəfindən  darmada­

ğın  edilmiş  tarixi  və  maddi-mədəniyyət  abidələrindən:  Xırman 

yeri  yaşayış  yeri  -   son  tunc  və  ilk  dəmir  dövrü  (Qubadlı  qəsə­

bəsi),  Koroğlu  qalaçası  -   son  tunc  və  ilk  dəmir  dövrü  (Əliqu- 

uuşağı),  Qalaça  -   son  tunc  və  ilk  dəmir  dövrü  (Əliquluuşağı), 

Sığınacaq  -   IV  əsr  (Əliquluuşağı),  Mal  təpəsi  -   son  tunc  və  ilk 

dəmir  dövrü  (Muradxanlı  kəndi),  Göy  qala  -   V  əsr  (Əliqulu- 

uşağı)...



ZƏN G İLA N

Zəngilanın  tarixi  onun  ermənilərin  işğal  etdikləri  zaman 

darmadağın  olunmuş  maddi-mədəniyyət  abidələrində  öz  əksi­

ni  tapmışdı.  Şərqlə  Qərbin  qovuşduğu  yerdə,  Həmdullah  Qəz-

440



vininin  yazdığına  görə,  Zəngilanın  əsası  hicri  tarixinin  15-ci 

ilində  (miladi  636)  qoyulmuşdur.

tarixin  müxtəlif  səhifələrini  əks  etdirən  misli- 

bərabəri  olmayan  memarlıq  abidələri  vardı.  Bartaz  və  Keçikli 

kəndlərində  VI-VII  əsrlərə  aid  olan  Şükrataz  və  Əsgülüm  qa­

laları,  XIII-XIV  əsrlərin  yadigarı  Bartazdakı  Xanazır,  Malatkeşin 

ərazisində  yerləşən  Dağdağan  və  Gəyəlinin  pirləri,  Zəngilan 

şəhərində  XVIII  əsrə  aid  bir  məscid,  Tağlı  qalası,  Pircivan  dəvə 

piri,  Səgülüm  qalası  mövcud  olmuş,  rayonun  min  illik  tarixini 

əks  etdirən  zəngin  arxeoloji  tapıntılarla  təchiz  edilmiş  dövlət 

muzeyi,  Gilətağ  ərazisində  XVI-XVII  əsrlərə  aid  Sarı  Aşıqla 

bağlı  olan  Günəş  abidə  piri,  Rəzdərədəki  Alban  türbə  kom­

pleksi,  IX  əsrə  aid  Rəzdərə  kənd  məscidi,  XII  əsrdən  qalma 

Top  körpüsü,  Yol  piri,  Qız  qalası  kimi  tarixi,  mədəni  və  dini 

abidələr  erməni  şovinizm  siyasətinin  qurbanlarına  çevrilmiş­

dir.


Zəngilan  rayonunda  erməni  vandalları  tərəfindən  darma­

dağın  edilmiş  tarixi  və  maddi-mədəniyyət  abidələrindən:  nek- 

ropol  -   e.ə.  VI-IV  əsrlər  (Quyudərə  Xaştab  kəndi),  Şəhri  Şəra- 

fan  yaşayış  yeri  -  orta  əsrlər  (Hacallı  kəndi),  Ağca  Aşıq  yaşayış 

yeri  -   orta  əsrlər  (Qumlaq  kəndi),  Qız  qalası  -   orta  əsrlər 

(Qumlaq  kəndi),  Qəsr  qalası  -   orta  əsrlər  (Oxçuçayın  Araza 

töküldüyü  yerdə),  Şərəfan  türbəsi  -   XIV  əsr  (Şərəfan  kəndi), 

Hacallı  qülləsi  -   XIV  əsr  (Məmmədbəyli  kəndi)...

441



M ÜNDƏRİCAT

Azərbaycanlıların  soyqırımı  haqqında

Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı

..........9

# •

On  söz  əvəzi:

«Gorus  -   2010:  Absurd  teatrı  mövsümü»  -

Ramiz  M EHDİYEV...............................................................15

I  FƏSİL

TARİX  -   O LD U Ğ U   K İM İ

Ermənilərin  Azərbaycana  köçürülməsi  və

məskunlaşması....................... •......................................... 67

Ermənilərin  Osmanlı  imperiyasında  türklərə

qarşı  törətdikləri  soyqırımı............................................. 82

1905-1920-ci  il  soyqırımları........................................... 97



II  FƏSİL

ERM ƏNİ  Ş O V İN İZ M İN İN   N Ö V B Ə Tİ  H Ə D Ə F İ

1948-1953-cü  illərdə  azərbaycanlıların

Ermənistandan  kütləvi deportasiyası............................ 1 71

Sonuncu  deportasiyanın  qanlı  olayları........................ 177

Sumqayıt  -   erməni  təxribatının  yeni  ünvanı............... 188

III  FƏSİL

S O Y Q IR IM IN IN   YENİ  M ƏRHƏLƏ Sİ

Qarabağ  savaşı  -   amansız  və  ədalətsiz  müharibə..... 227

Qarabağ  münaqişəsinin  qara  salnaməsi..................... 255

442



Azərbaycanın  işğal  olunmuş  ərazilərində

Ermənistanın  qanunsuz fəaliyyəti..................................257

Qarabağ  münaqişəsi  dövründə  əsir,  girov  və

itkin düşmüşlər............................................................... 269

20  Yanvar  faciəsi........................................................... 270

Əsrin  cinayəti  -  Xocalı  soyqırımı................................. 294



IV  FƏSİL

TERROR  ERMƏNİSTANIN 

D Ö VLƏ T  SİYASƏTİNƏ  ÇEVRİLİB

Erməni  terroru  -  tarixin  qanlı  səhifələri.......................329

Azərbaycanın  işğal  olunmuş  ərazilərində

ermənilər  tərəfindən  törədilmiş  cinayətlər................. 371

Uşaq  qatilləri................................................................. 402

Maddi-mənəvi  irsin  soyqırımı.......................................412

443



MÜƏLLİFLƏR  QRUPU:

İxtiyar 


HÜSEYNLİ 

Flora 


XƏLİLZADƏ 

iradə 


ƏLİYEVA 

Rəşad 


CƏFƏRLİ 

Elnur 


HACIALIYEV 

Bəxtiyar 



QARACA 

Bəşir 


ŞƏRİFLİ

Məhəmməd 



N Ə R İM A N O Ğ LU  

Elçin 


CƏFƏROV 

Samir 


MUSTAFAYEV 

Rasim 


BAYRAMOV 

Akif 


CABBARLI

444



Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə