Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə136/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   130   131   132   133   134   135   136   137   138

dindən  xeyli  yuxarıda,  qayalıq  başında  tikildiyi  üçün  Comərd 

qalası  kimi  tanınmışdır.  Qalanın  Kəlbəcər  səmti  çox  sərt  sıl­

dırım  qayalıqdır  ki,  bura  quş  da  səkə  bilməzdi.  Sağ  tərəfi,  yə­

ni  Nəcəfalı  kəndi  səmti  isə  daş-qayalardan  hörülmüş  divardır. 

Burada  dağıntı  daha  çoxdur,  nəinki  Löh  qalasında.  Qaraçanlı 

qalası  Kəlbəcərdən  yuxarıda,  Qaraçanlı  kəndinin  yaxınlığında, 

Kəlbəcərdən  İstisuya  gedən  yolun  solunda,  Tərtərin  sol  sahi- 

lindədir.

Daha  çox  dağıdılmış  və  məhv  edilmiş  qalalardan  biri  də 

Qalaboynu  qalası  idi.  Buradakı  qala  daha  çox  böyük  bir  kən­

din  xarabalıqlarını  xatırladırdı.

Xudadəng  abidə  kompleksi  barədə  bir  qədər  ətraflı  söz 

açmalıyıq.  Ona  görə  ki,  bu  abidənin  xüsusiyyətləri  digərlə- 

rininkindən  xeyli  fərqlidir.  Xudadəng  kimi  tanınmış  bu  abi­

də  kompleksi  Kəlbəcərdən  şərqdə,  Ağdərə-Kəlbəcər  magistral 

yolunun  sahilindəki  Bağlıpəyə  kəndindən  aşağı,  yəni  Ağdərə 

tərəfdə,  Kəlbəcərin  29  kilometrliyindədir.

Alban  məbədi  Kəlbəcərin  bir  çox  yaşayış  məskənlərində 

hələ  də  qalmaqda  idi.  Mozda,  Fətallarda,  Ağcakənddə,  Qa- 

mışlıda,  Otaqlıda,  Bağlıpəyədə,  Təkəqayasında,  Quzeyçirkin- 

də,  Aşağı  və  Yuxarı  Xaçda,  Sınıqkilsə,  Kilsəli  və  Kilsə  kəndlə­

rində,  Qaraçanlı  və  Zarda,  Moz  Qaraçanlı  və  Quş  yuvasında, 

Çəpli  və  Ziveldəki  abidələr  məhz  albanlara  məxsus  idi  və  er­

mənilər  onları  özlərininki  kimi  qələmə  verirdilər.

Belə  məbədlərdən  biri  də  Tərtər  çayının  sahilində,  «Bulanıq 

su»  adlanan  yerdə  idi.  Uzun  müddət  gözdən  və  könüldən  kə­

narda  qalan  bu  abidə  son  illər  rayon  ziyalıları  və  rəhbərlik  tərə­

findən  tədqiq  olunsa  da,  respublikanın  elm  ocaqları  tərəfindən 

çox  laqeydliklə  qarşılandı  və  hətta  demək  olar  ki,  qiymət  veril­

mədi.  Hansı  ki,  belə tarixi  abidələrlə biz özümüzü  və  kökümüzü 

təsdiqləmiş  oluruq.  «Alban  məbədi»  uçulub  dağıdıldığından  və 

meşənin  içərisində  olduğundan  uzun  müddət  diqqətdən  kənar­

da  qalmışdı.  Abidənin  tədqiqindən  sonra  ermənilər  gecənin  və

430



ya  günlərin  birində  həmin  abiclədəki  alban  izlərini  də  yox  etdi­

lər.


Kəlbəcərin  ərazisində  belə  məbədlərlə  yanaşı,  yaşı  7-8  min 

illiyə  gedib  çıxan  qəbiristanlıqlar  da  az  deyildi.  Bunlardan  ən 

qədimi  isə  qaya  təsvirləridir.  Bazalt  qayaların  üzərinə  həkk 

olunmuş  yallı  oyunu,  insan  fiqurları,  fəza  cisimləri,  ev  heyvan­

larının  rəsmləri  bir  daha  sübut  edirdi  ki,  bura  ən  qədim  insan 

məskənlərindən  biri  olmuşdur.



FÜZULİ

Azərbaycan  qədim  odlar  diyarıdır.  O  cümlədən,  qədim  ya­

şayış  məskənidir.  Bəs  biz  necə  bilirik  ki,  Azərbaycanda  qədim 

zamanlarda  yaşayış  olub?  Bunu  bilmək  üçün  Azərbaycanda 

arxeoloji  qazıntılar  aparılıb.  Azərbaycanın  ən  qədim  insan  ya­

şayışı  olan  arxeoloji  abidə  1968-ci  ildə  Məmmədəli  Hüseynov 

tərəfindən  aşkar  olunmuş  Azıx  mağarasıdır.  Bu  mağara  Füzuli 

rayonunun  14  km-liyində  yerləşir.  Bu  arxeoloji  abidədən  ta­

pılmış  ibtidai  insanın  alt  çənə  sümüyünün  qalığı  sübut  edir  ki, 

təxminən  Azərbaycanda  350-400  min  il  bundan  əvvəl  insan 

yaşamışdır.  Bu  adam  Azıx  adamı  adlanır.  Bu,  dünyada  4-cü 

tapıntıdır.  Burada  700  min  il  bundan  əvvələ  aid  ocaq  izləri 

tapılmışdır.  Hətta  burada  tapılan  ayı  kəlləsinin  üzərində  olan 

cızıqlar  ona  işarədir  ki,  Azıx  adamlarında  totem,  yəni  heyvan­

lara  inam  varmış.

Bundan  əlavə,  burada çoxlu  daş alətlər də tapılmışdır.  Ümu­

miyyətlə,  Azıx  mağarasının  köməyi  ilə  biz  daş  dövrü  haqqında 

geniş  məlumat  ala  bilərik.

Azıx  mağarası  -  Azərbaycanın  cənub-qərbindəki  Kiçik  Qaf­

qaz  sıra  dağlarının  cənub-şərq  yamacında  yerləşən,  Quruçay 

çayının  sol  sahilində  mağaradır.  Təəssüflə  qeyd  etmək  lazım­

dır  ki,  vaxtilə  dünyanın  ən  qədim  insanlarının  yaşadığı  bu  ma­

ğaranın  yerləşdiyi  Azərbaycan  torpağı  1993-cıi  ildən  etibarən

431



erməni  işğalı  altındadır  və  mağaranın  işğaldan  sonrakı  vəziy­

yəti  haqqında  heç  bir  məlumat  yoxdur.

Azıx  mağarasının  sahəsi  800  kv.km-dir.  Burada  uzunluğu 

600  metrə  qədər  olan  8  dəhliz  vardır.  Dəhlizlərin  bəzilərinin 

hündürlüyü  20-25  metrə  qədərdir.  Azıx  mağarası  Qafqazda 

indiyə  qədər  aşkar  edilmiş  mağaralardan  ən  böyüyü  kimi  də 

diqqəti  cəlb  edir.

Azıx  mağarası  haqqında  dünya  çox  az  məlumata  malik­

dir.  Çünki  keçmiş  SSRİ  dövründə  bu  mağarada  axtarış  apa­

ran,  onun  tarixi  barəsində  danışan  alimlərin  xarici  ölkələrdə 

yaşayan  həmkarları  ilə  əlaqə  yaratmasına  imkan  verilmirdi. 

Bunun  nəticəsidir  ki,  dünyanın  ən  qədim  insanlarından  birinin 

Azərbaycan  ərazisində  yaşadığı  haqqında  dünya  hələ  də  çox 

az  şey  bilir.

Azıx  mağarasının  yerləşdiyi  bölgənin  əhalisi  ondan  xəbər­

dar  olsa  da,  onun  tarixdəki  yeri  haqqında  heç  bir  məlumata 

malik  deyildi.  Onların  nəzərində  bura  əjdahaların  və  başqa 

sehrli  varlıqların  yaşadığı  təhlükəli  yerdən  başqa  bir  şey  de­

yildi.  Odur  ki,  insanlar  mağaraya  yaxın  getməkdən  belə  çəki­

nirdilər.

1960-cı  ildə  Azərbaycan  arxeoloqu  Məmmədəli  Hüseyno­

vun  rəhbərlik  etdiyi  ekspedisiya  Azıx  mağarasını  kəşf  etdi  və 

üzərindəki  pərdəni götürməyə başladı. Aydın oldu  ki, əjdahala­

rın  yox,  dünyanın  ən  qədim  sakinlərinin  (onları  azıxantrop  ad­

landırırlar)  yaşayış  məskəni  olub.  1968-ci  ildə  M.Hüseynovun 

uzun  zamandan  bəri  Azıx  mağarasında  apardığı  qazıntıların 

nəticəsi  olaraq  neandertal  tipə  məxsus  olan  bir  insanın  alt 

çənə  sümüyü  aşkar  edildi.  Tapıntı  üzərində  aparılan  tədqiqat­

lardan  sonra  məlum  oldu  ki,  onun,  ən  azı,  350-400  min  illik 

bir  tarixi  vardır.

Çənə  sümüyünün  azı  dişlərindən  biri  bütöv  qalmış,  digəri 

isə  qismən  sınmışdı.  Alimlər  onun  18  yaşlı  bir  qadına  məxsus 

olduğu  düşüncəsindədirlər.  18  yaş  o  dövr  üçün  qocalıq  dövrü

432



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə