Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə120/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   116   117   118   119   120   121   122   123   ...   138

Meşəli

Erməni  azğınlığına  qarşı  əsrlərlə  sinə  gərən  Meşəli  kəndi 

1991-ci  ilin  sonlarında  ermənilərin  budəfəki  basqılarına  tab 

gətirə  bilmədi.  Son  gülləyə  kimi  döyüşən  kənd  sakinləri,  özü­

nümüdafiə  dəstələri  çoxlu  itkilər  verdi.  1991-ci  ilin  22-23 

dekabr  günlərində  Meşəli  yandırıldı,  düşmənlərin  tapdağına 

çevrildi.  Özünümüdafiə  dəstələrinin  və  köməyə  gələn  kənd­

lərin  səylərinə  baxmayaraq,  Meşəli  kəndinin  itkiləri  çox  oldu. 

Təkcə  Meşəlidə  erməni  vəhşiliyinə  qurban  gedənlərin  sayı  29 

nəfərdən  çoxdur.



XO CAVƏN D

Xocavənd  rayonu  Ermənistanın  Azərbaycana  qarşı  elan

olunmamış  müharibəsi  nəticəsində  işğal  edilmiş  12  rayondan

biridir.  O,  1991-ci  ildə  Azərbaycan  müstəqillik  əldə  etdikdən

sonra  Hadrut  və  Martuni  rayonlarının  bazasında  yaradılıb. 

• ♦


ümumi  ərazisi  1.458  kvadratmetrdir,  münaqişəyə  qədər  əha­

lisi  9.533-ü  azərbaycanlı  olmaqla  41.300  nəfər  idi.  Xocavənd 

rayonu  1992-ci  il  oktyabrın  2-də  erməni  quldurları  tərəfindən 

tamamilə  işğal  olundu.  İşğal  nəticəsində  191  sənaye  obyekti, 

59  mədəni-maarif  müəssisəsi,  onlarla  tarixi  abidə  dağıdılaraq 

yararsız  hala  salındı.

Terroru  və  milli  zəmində  münaqişə  yaratmaq  siyasətini  öz­

lərinə  «mübarizə»  metodu  seçən  erməni  təşkilatlarının  əli  ilə 

Dağlıq  Qarabağda  yaşayan  ermənilər  1967-ci  ildə  3  azərbay­

canlıya  böhtan  atdılar  ki,  guya  onlar  gənc  bir  erməni  qızına 

qarşı  nalayiq  hərəkət edib,  sonra  isə onu  amansızlıqla öldürüb­

lər.  Lakin  istintaq  zamanı  azərbaycanlıların  təqsirli  olmadığı 

aşkarlansa  da,  məhkəmə  zalının  qarşısına  toplaşan  ermənilər 

etiraz  əlaməti  olaraq  həmin  azərbaycanlıları  sovet əsgərlərinin 

əlindən  alaraq  başlarını  kəsir,  sonra  cəsədlərinə  od  vuraraq 

yandırırlar.  Bu  dəhşətli  hadisədə  şəhid  olan  azərbaycanlıların

381



3-ü  də  Xocavənd  rayonunun  Qaradağlı  kəndindən  idi.  Bu,  ter­

ror  və  ekstremizmə  qarşı  amansız  mübarizə  aparması  ilə  hə­

mişə  öyünən  SSRİ  dövrünün  ən  qanlı,  ən  faciəli  terror  aktı  idi.

Ermənistanın  Azərbaycana qarşı  təcavüzü  nəticəsində təkcə 

Xocavənd  rayonu  145  şəhid  verib.  Onlardan  1 3-ü  qadın,  1 3-ü 

uşaqdır.  123  nəfər  ayrı-ayrı  vaxtlarda  ermənilər  tərəfindən  gi­

rov  götürülüb.  Onlardan  57  nəfəri  müxtəlif  işgəncələrə  məruz 

qalaraq  öldürülüb.  63  sakin  aldığı  yaralardan  sağlamlığını  iti­

rərək  əlil  olub.

Erməni  kəndlərinin  əhatəsində  olan  Qaradağlı  kəndi  tarixin 

müxtəlif  dövrlərində  ermənilər  tərəfindən  basqılara,  təzyiqlə­

rə  məruz  qalsa  da,  onun  igid  övladları  silahı  əllərindən  yerə 

qoymayıb  düşmənə  layiqli  cavab  verirdilər.  Kənddə  ilk  qanlı 

hadisə  24  noyabr  1990-cı  ildə  törədildi.  Xocavənd  Bağanıs- 

Ayrım-Xankəndi  yolunun  6-cı  kilometrliyində  Qaradağlı  kənd 

sakini  Xandəmir  Bəbir  oğlu  və  onunla  birlikdə  iki  qonaq  er­

məni  terrorçuları  tərəfindən  vəhşicəsinə  güllələnir,  sinələrinə 

süngü  ilə  xaç  şəkli  şəkilir.

46  gün  sonra  -   9  yanvar  1991-ci  ildə  həmin  yerin  yaxın­

lığında  terrorçular  «UAZ»  markalı  maşını  gülləbaran  edirlər. 

Nəticədə  Qaradağlı  kənd  sakini,  4  uşaq  atası,  33  yaşlı  Soltan 

Rəşid  oğlu  Bayramov  həlak  olur,  4  nəfər  yaralanır.

1991-ci  il  martın  8-də  terrorçular  tərəfindən  kənd  sakinlə­

ri  Zülfüqar  Dəmir  oğlu  Hüseynov  və  Ələkbər  Məmməd  oğlu 

Quliyev  vəhşicəsinə  qətlə  yetirilir.

1991-ci  il  iyunun  28-də  Qaradağlı  kəndi  3  saat  ərzində 

dörd  bir  tərəfdən  atəşə  tutulur.  Atışma  səngidikdə  kəndin  ya­

xınlığında Vərəndəli  deyilən  yerdə yenidən  atəş səsləri  eşidilir. 

Hadisə  yerinə  gələnlər  dəhşətli  qətl  hadisəsinin  şahidi  olurlar. 

Buradakı  fermada  çalışan  3  kişi  və  3  qadın  diri-diri  yandırılmış­

dı.  Onların  adlarını  yadda  saxlayaq,  bunlar:  Şirinova  Qaragöz 

Habil  qızı  (8  uşağı  var),  Hüseynova  Səbiqə  Mürsəl  qızı  (2  uşağı 

var),  Hüseynova  Məxmər  Məcid  qızı  (1  övladı  var),  Tağıyev

382



Bakir  Qaçay  oğlu  (6  uşaq  atası),  Məmmədov  Tohid  Cəlil  oğlu 

(11  uşaq  atası)  və  Şirinov  İltifat  Əjdər  oğludur  (2  uşaq  atası).

Törətdikləri  cinayət  əməllərinin  cəzasız  qaldığını  görən  er­

məni  terrorçuları  1991-ci  il  sentyabrın  8-də  Ağdamdan  Qara- 

dağlıya  gələn  sərnişin  avtobusunu  atəşə  tuturlar.  Avtobusdakı 

40  sərnişindən  2  gənc  oğlan  -   Quliyev  Baloğlan  Əlaslan  oğlu, 

Quliyev  Gündüz  Əlqəmə  oğlu  və  6  qadın  -  Quliyeva  Nazənin 

Rəşid  qızı,  Hüseynova  Rəşidə  Şahmar  qızı,  Hüseynova  Rəx- 

şəndə,  Hüseynova  Qənirə  Həmid  qızı,  Hüseynova  Əsilzəndə 

Bakir  qızı  və  Babayeva  Validə  Həmid  qızı  qətlə  yetirilir,  sərni­

şinlərin  bir qismi  yaralanır.  Bununla  da  Qaradağlıya gediş-gəliş 

kəsilir.


1991-ci  il  oktyabrın  19-da.  ermənilər  Xocavənd  rayonunun 

inzibati  mərkəzi  olan  Xocavənd  şəhərini  işğal  edirlər.  Nəticə­

də  15  nəfər,  o  cümlədən  3  qadın  və  bir  məktəbli  şəhid  olur, 

1  nəfər  girov  götürülür,  6  nəfər  əlil  olur.

1991- 

ci  il  oktyabrın  30-da  Xocavənd  daha  iki  kəndini  -  Tuğ 



və  Salakətini  itirir,  bu  zaman  10  nəfər,  o  cümlədən  2  məktəbli 

şəhid  olur,  5  nəfər  itirdiyi  sağlamlığını  hələ  də  bərpa  edə  bil­

məyib.

Qaradağlı

1992- 


ci  il  fevralın  17-də  Xocavənd  rayonunun  Qaradağ­

lı  kəndi  erməni  silahlıları  tərəfindən  işğal  olunaraq  yandırıl­

mışdır.  Erməni  silahlı  birləşmələri  yalnız  dörd  gün  çəkən  ağır 

döyüşdən  sonra  kəndə  daxil  ola  bilmişdilər.

Bu  soyqırımını  «İkinci  Xocalı»  da  adlandırırlar.  Kəndin  hər 

10  sakinindən  biri  şəhid  olmuşdur.  1992-ci  ildə  Xocalı  faciə­

sindən  bir  neçə  gün  əvvəl  Qaradağlıda  törədilən  soyqırımıda 

104  kənd  sakini  və  15  nəfər  xüsusi  müdafiə  dəstəsinin  üzvü 

əsir götürülmüş,  onlardan  67  nəfəri  erməni  cinayətkarları  tərə­

findən  qətlə  yetirilmişdir.

383



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə