Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə117/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   113   114   115   116   117   118   119   120   ...   138

Azərbaycanın  ayrılmaz tərkib  hissəsi  olan  Dağlıq  Qarabağa ge­

nişmiqyaslı  hücumlara  başladı.  1988-92-ci  illər  ərzində  Ermə­

nistan  silahlı  qüvvələrinin  ölkəmizə  hərbi  təcavüzü  nəticəsin­

də  Azərbaycan  torpaqlarının  daha  20  faizi  -   Dağlıq  Qarabağ 

və  eləcə  də  ona  bitişik  və  sərhədlərindən  xeyli  kənarda  olan 

7  rayonun  (Laçın,  Kəlbəcər,  Ağdam,  Füzuli,  Cəbrayıl,  Qubadlı 

və  Zəngilan)  əraziləri  işğal  edildi.  Bu  işğallar  nəticəsində  Er­

mənistandan  qovulan  soydaşlarımızla  birlikdə  bir  milyondan 

artıq  azərbaycanlı  qaçqın  və  məcburi  köçkünə  çevrildi.

Bütün  münaqişə və  müharibələr təkcə  məhvedici  dağıntılar, 

ərazi  iIhaqları  demək  deyildir.  Burada  söhbət  bəşəriyyətin  ən 

ülvi  varlığı  olan  insanın  düçar  olduğu  qəddarlıq  və  dəhşət­

lərdən  gedir.  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  müna­

qişəsinin  elan  olunmamış  müharibəyə  çevrilməsi  nəticəsində 

20  mindən  artıq  azərbaycanlı  həlak  olmuş,  4.866  nəfər  itkin 

düşmüş,  100  min  nəfər  yaralanmış,  50  min  nəfər  müxtəlif  də­

rəcəli  xəsarət  alaraq  əlil  və  şikəst  olmuşdur.  Bu  təcavüz  eyni 

zamanda Azərbaycan  üçün  1 7  min  kvadratmetr ərazinin -  əsa­

sən  məhsuldar  və  təbii  sərvətlərlə  zəngin  torpaqların  işğalı, 

900-dən  artıq  yaşayış  məntəqəsinin,  130.939  evin,  2.389  sə­

naye  və  kənd  təsərrüfatı  obyektinin,  1.025  təhsil,  798  səhiyyə 

ocağının,  1.510  mədəniyyət  müəssisəsinin,  5.198  km  avtomo­

bil  yollarının,  348  körpünün,  7.568  kilometr  su  və  76.940  ki­

lometr  elektrik  xətlərinin  dağılması,  bütünlüklə  məhv  edilməsi 

deməkdir.

Respublikamızın  ərazilərinin  işğalı  zamanı  və  ümumiyyətlə, 

ermənilərin  azərbaycanlılara  qarşı  apardığı  soyqırımı  siyasəti 

əvvəllər  gizli  şəkildə  həyata  keçirilmişdirsə,  ötən  əsrin  90-cı 

illərindən  bu,  özünü  açıq-aşkar  göstərmişdir.

Ermənilər  bir  əsr  ərzində  milyon  yarımdan  artıq  azərbay­

canlını  qətlə  yetirmişlər.  Bu  gün  erməni  təbliğat  maşını  bütün 

dünyada  qondarma  erməni  soyqırımı  adı  altında  yalan-iftira 

yaymaqla  məşğuldur.  Tarixçilərimiz  isə  bildirirlər  ki,  artıq  ə li­

372



mizdə  bu  böhtan  və  yalanları  ifşa  etmək  üçün  konkret  faktlar 

vardır.  Ermənilərin  istifadə  etdikləri  bütün  tarixi  dəlillər  sübut 

edir  ki,  bu  faktlar  Azərbaycan  türklərinə  məxsusdur.  Tarixçilə­

rin  araşdırmalarına  görə,  bu  hadisədə  milyon  yarımdan  artıq 

azərbaycanlının  qətlə  yetirildiyi  üzə  çıxmışdır.

Əsir  və  girov  götürülmüş  azərbaycanlılara  verilən 

işgəncələr  və  qeyri-insani  münasibət

Azərbaycan  Respublikası  Əsir  və  itkin  düşmüş,  girov  götü­

rülmüş vətəndaşlarla  əlaqədar  Dövlət Komissiyasında olan  ma­

teriallar sübut edir ki,  Ermənistan tərəfi  əsir və girov götürülmüş 

Azərbaycan  vətəndaşlarına  qarşı  məqsədli  soyqırımı  siyasəti 

yeridir.  Yüzlərlə  Azərbaycan  vətəndaşı,  o  cümlədən  uşaq,  qa­

dın  və  qocalar erməni  əsir və  girovluğunda  dözülməz  işgəncə­

lərin  qurbanı  olmuşdur.  Konkret  faktlar  da  bunu  təsdiqləyir.

Girov  götürülərkən  3  yaşı  olan  Şövqi  Xaqani  oğlu  Əliyevin 

(24.07.1993)  bazu  sümüyü  Xankəndidə  erməni  «həkimləri» 

tərəfindən  çıxarılmış,  nəticədə  o,  ömürlük  şikəst  olmuşdur.

Kəlbəcər rayonunun  işğalı zamanı girov götürülən (31.03.93) 

Gülcamal  Quliyevanın  yenicə  dünyaya  gəlmiş  oğlu  Arzu  Ha- 

cıyevə  erməni  «həkimi»  Aida  Serobyan  naməlum  tərkibli  iy­

nələr  vurmuşdur.  Nəticədə  Arzu  Hacıyev  ömürlük  şikəst  ol­

muşdur.


Anası  Afət  Mirzəyevanı  və  babası  Aslan  Mirzəyevi  ermənilər 

vəhşicəsinə  güllələyərkən  Babək  İlyasov  cəmi  yeddi  aylıq  imiş. 

Qəlpələr  Babəkin  sağ  gözünü  yaralamış,  lakin  buna  baxmaya­

raq,  ermənilər  onu  da  Kəlbəcər  rayonundan  girov  götürülmüş 

digər  həmkəndliləri  ilə  birlikdə  yalnız  dörd  aydan  sonra  və 

həm  də  müalicə  etmədən  qaytarmışlar.  Hazırda  Babəkin  bir 

gözü  şikəstdir,  yəni  dünya  işığından  məhrum  edilmişdir.

Ermənilər  15  yaşlı  girov  Nəzakət  Məmmədovanın  gözləri 

qarşısında  atasına  dəhşətli  işgəncələr  vermiş,  onun  qulaqlarını

373



kəsmiş,  anası  hədə  və  şantajlara  dözməyərək dəli  olmuş,  qızın 

özünü  isə  4  milyon  rus  publuna  ailəsinə  satmışlar.

Zəminə  Göyüş  qızı  Dadaşova  ermənilər  tərəfindən  girov 

götürülərkən  qolundan  aldığı  güllə  yarası  baxımsızlıq  üzündən 

irinləmiş  və  onun  bədənində  çürümə  prosesi  getmişdir.  Ha­

zırda  Zəminənin  sol  qolu  işləmir.  Girov  götürülən  zaman  isə 

ermənilər  onun  atası  Göyüş  Dadaşovu  və  yaşlı  nənəsi  Qönçə 

İbadovam  yerindəcə  güllələmişlər.

Erməni  nəzarətçiləri  Ağdam  rayonundan  girov  götürülmüş 

Kəklik  Həsənovaya  dəhşətli  işgəncələr  vermiş,  mismar  kəlbə­

tini  ilə  onun  16  dişini  çıxarmışlar.

Ağdərə  erməni  silah1

1

lari  tərəfindən  azad  edilərkən  Kəlbə­



cər  rayon  mətbəəsinin  linotipçisi  Elxan  Novruzovun  PDM-ini 

vurub  sıradan  çıxardıqdan  sonra  onu  yaralı  halda  əsir  apa­

raraq  2  il  gizli  şəkildə  Ağdərə  və  Xankəndidə  şəxsi  evlərin 

zirzəmilərində  heyvani  münasibətlər  göstərmiş,  dəfələrlə  qa­

çaraq  canını  bu  dəhşətli  zülmlərdən  qurtarmağa  çalışan  gənci 

zəncirləyərək  saxlamışlar  ki,  döyüşlər  zamanı  öldürülmüş 

hansısa  erməni  komandirinin  meyiti  ilə  dəyişdirilsin.  Dövlə­

timizin  və  Azərbaycan  Respublikası  Əsir  və  itkin  düşmüş,  gi­

rov  götürülmüş  vətəndaşlarla  əlaqədar  Dövlət  Komissiyasının, 

eləcə  də  Beynəlxalq  Qırmızı  Xaç  Komitəsinin  birgə  səyləri 

nəticəsində  4  illik  girovluq  həyatı  yaşamış  Elxan  İmran  oğlu 

Novruzovun  (xatırladaq  ki,  onun  atası  İmran  Tahar  oğlu  Nov­

ruzovun  hər  iki  gözündən  şikəstdir)  24  aprel  tarixində  4  ədəd 

qızıl  dişinin  öz  əli  ilə  (kəlbətinlə)  iynəsiz-dərmansız  çıxarılma­

sı  sadəcə  vandalizm  aktı  sayıla  bilməz,  bu,  əslində,  soyqırımı 

siyasətinin  tərkib  hissələrindəndir.

Kəlbəcərin  Otaqlı  kəndindən  olan,  hələ  Qarabağda  hadi­

sələr  şiddətlənmədiyi  1989-cu  ilin  yay  aylarında  yaylaqdan 

girov  götürülən  Hidayət  Əhməd  oğlu  Cəfərovun  üstünə  mal 

tövləsində  əfi  ilan  buraxılmış,  ac-susuz  saxlanmış,  yeniyetmə 

dəfələrlə  vəhşicəsinə  döyülmüşdür.

374



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə