Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə116/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   112   113   114   115   116   117   118   119   ...   138

-   24  dekabr  1993-cü  ildə  Tərtər  rayonu  silahlı  basqına  mə­

ruz  qalmış,  nəticədə  1  nəfər  həlak  olmuş,  3  nəfər  yaralanmış­

dır.

-   24  dekabr  1993-cü  ildə  Füzuli  rayonunun  Yuxarı  Yağ- 



lavənd  kəndi  silahlı  basqına  məruz  qalmış,  nəticədə  3  nəfər 

həlak  olmuşdur,  28  nəfər  yaralanmışdır.

-  25  dekabr  1993-cü  ildə  Ağstafa  rayonunun  Dağ  Kəsəmən 

kəndi  silahlı  basqına  məruz  qalmış,  nəticədə  2  nəfər  həlak 

olmuşdur.

-   25  dekabr  1993-cü  ildə  Füzuli  rayonu  silahlı  basqına  mə­

ruz  qalmış,  nəticədə  49  nəfər  həlak  olmuş,  6  nəfər  yaralan­

mışdır.


-   25  dekabr  1993-cü  ildə  Tərtər  rayonu  silahlı  basqına  mə­

ruz  qalmış,  nəticədə  1  nəfər  həlak  olmuş,  2  nəfər  yaralanmış­

dır.

-   25  dekabr  1993-cü  ildə  Qazax  rayonunun  Məzəm  kəndi 



silahlı  basqına  məruz  qalmış,  nəticədə  1  nəfər  həlak  olmuş,  2 

nəfər  yaralanmışdır.

-   26  dekabr  1993-cü  ildə  Füzuli  rayonu  silahlı  basqına  mə­

ruz  qalmış,  nəticədə  2  nəfər  həlak  olmuş,  5  nəfər  yaralanmış­

dır.

-   27  dekabr  1993-cü  ildə  Goranboy  rayonunun  Gülüstan 



kəndinə  silahlı  basqın  nəticəsində  2  nəfər  həlak  olmuş,  14 

nəfər  yaralanmışdır.

-  27 dekabr  1993-cii  ildə Ağdam  rayonunun  Xaçınstroy kən­

di  silahlı  basqına  məruz  qalmış,  14  nəfər  qətlə  yetirilmişdir.



Mülki  və  dövlət  obyektlərinə  qarşı  törədilmiş

terror  aktları

-   20  sentyabr  1989-cu  ildə  ermənilər  Zod  mədəninin  Kəl­

bəcər  rayonu  Söyüdlü  yaylağında  yerləşən  sahəsinə  partlayıcı 

qurğu  qoyaraq  partlatmış,  nəticədə  bir  nəfər  yaralanmış  və 

həmin  dövrdə  dövlətə  28.929  manat  ziyan  vurulmuşdur.

369



-   7  oktyabr  1989-cu  il  Xankəndi  şəhərində  azərbaycanlı­

lar  yaşayan  Şuşa  şəhərini  Ağdam  yolu  ilə  bağlayan  Xəlfəliçay 

üzərindəki  körpü  partladılmışdır.  Cinayəti  törətmiş  Abramyan 

Artur  Artaşesoviç  həbs  olunmuş  və  1992-ci  il  aprelin  29-da  15 

il  müddətinə  azadlıqdan  məhrum  edilmişdir.

-  4  yanvar  1991 -ci  ildə  Sarkisyan  Qraçik  Qriqoryeviçin  baş­

çılıq  etdiyi  terrorçu  qrup  Əsgəran-Ağdam  yolunda  körpünü 

partlatmışdır.  Həmin  qrup  1991 -ci  il  aprelin  18-də  Xocavənd 

rayonunda  Amaras  kilsəsi  yaxınlığında  3  nəfər  azərbaycan­

lı  polis  əməkdaşını  qətlə  yetirmişdir.  Cinayətkarı  həbs  etmək 

mümkün  olmamışdır.

-  yanvar  1990-cı  ildə  Naxçıvan  MR-in  Şərur  rayonunun  Sə­

dərək  qəsəbəsində  şərab  zavodu  partladılmış,  5  yaşayış  evi 

dağıdılmış,  6  nəfər  qətlə  yetirilmiş,  23  nəfər  yaralanmışdır.

-   15  sentyabr  1990-cı  ildə  Xankəndi  şəhərində  Dağlıq  Qa­

rabağ  Muxtar Vilayətinin  radio-televiziya  mərkəzi  partladılmış, 

2  nəfər  yaralanmışdır.  Terror  aksiyasını  törədən  şəxslər  müəy­

yən  edilməmişdir.

-   12  yanvar  1991 -ci  ildə  Yevlax-Laçın  avtomobil  yolunun 

13-cü  kilometrliyində  547  saylı  hərbi  hissəyə  məxsus  «UAZ» 

markalı  avtomaşına  silahlı  basqın  edilmiş,  SSRİ  DİN  polkovniki 

V.Qriqoryev  həlak  olmuş,  əsgər  O .Konovalov  yaralanmışdır.

-   28  aprel  1991 -ci  ildə  Şuşa  şəhərində  2  beşmərtəbəli  bina 

dağıdılmış,  nəticədə  3  nəfər  ağır  yaralanmışdır.

-   11  oktyabr  1991 -ci  ildə  Şuşa  rayonunun  Nəbilər  kəndi 

yaxınlığında  Şuşa  şəhərini  içməli  su  ilə  təchiz  edən  kəmər 

partladılmışdır.

Bu  və  digər  faktlar  Ermənistanın  beynəlxalq  humanitar 

hüququn  ən  ali  norma  və  prinsiplərini  kobud  şəkildə  pozan, 

dövlət  səviyyəsində  terrorizmi,  soyqırımını  dəstəkləyən  təca­

vüzkar  dövlət  olduğunu,  etnik  təmizləmə  siyasəti  yeritdiyini 

bir  daha  təsdiqləyir.  Təbii  ki,  sadalanan  bu  və  digər  faktlar 

beynəlxalq  birliyi  də  qəflət  yuxusundan  ayıltmalıdır.

370



Azərbaycanın  işğal  olunmuş  ərazilərində 

ermənilər  tərəfindən  törədilmiş  cinayətlər

Ermənistanın  iki  əsr  ərzində  dəfələrlə  türklərə,  o 

cümlədən  azərbaycanlılara  qarşı  yürütdüyü  soyqırımı 

siyasəti  nəticəsində  Azərbaycan  xalqı  da  qaçqınçılıq 

və  məcburi  köçkünçülük  problemlərini  yaşamış  və  bu 

gün  də  həmin  ağrı-acılarla  üz-üzə  qalmaqdadır.  Son 

iki  yüz  il  ərzində  regionda  gedən  mürəkkəb  siyasi 

proseslər  nəticəsində  azəri  türklərinin  öz  əzəli  və  ata- 

baba  yurdlarından  zorla  köçürülməsi,  etnik  təmizləmə 

və  deportasiya  siyasətinə  məruz  qalması  barədə  dəfə­

lərlə  söz  açılsa  da,  beynəlxalq  birliyin  bu  faktlara  la­

qeyd  münasibəti,  yaxud  göz  yumması  sonrakı  dövrlər­

də  daha  dəhşətli  işgəncə  və  qətliamlara  rəvac  verib.

Ermənilərin  türklərə  qarşı  belə  qeyri-insani  münasibətləri­

nin  kökündə,  təbii  ki,  işğalçılıq  siyasəti,  «Böyük  Ermənistan» 

dövlətinin  yaradılması  ideologiyası  dayanır.  Etnik  təmizləmə 

siyasətində,  eyni  zamanda,  Qafqazı  daim  qaynar  qazan  həd­

dində saxlayan  imperiyaların  da  barmağı  olması  bir  həqiqətdir.

1988-92-ci  illərdə  Ermənistan  ərazisindəki  azərbaycanlıla­

ra  qarşı  son  etnik  təmizləmə  siyasəti  qəddarlıq  və  vəhşiliklə 

həyata  keçirildi.  Nəticədə  500  mindən  artıq  soydaşımız  yeni­

dən  öz  ata-baba  torpaqlarından  qovularaq  qaçqına  çevrildi. 

Hələ  1828-30-cu  illərdə  Çar  Rusiyasının  köməyi  ilə  Azərbay­

canın  mərkəzi  hissəsində  məskunlaşdırılan  ermənilər dəfələrlə 

Dağlıq  Qarabağı  qoparmağa  çalışmış,  bu  tarixi  torpaqlarımızı 

da  Ermənistan  ərazilərinə  qatmağa  cəhd  göstərmişlər.  1988-ci 

ildə  öz  havadarlarına  -   erməni  millətçilərinə,  daşnaklara,  xa­

rici  ölkələrdə  terrorçuluqla  məşğul  olan  lobbilərinə,  nəhayət, 

vassalIıq  etdiyi  Rusiyaya  arxalanan  Ermənistan  silahlı  qüvvələri

371



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə