Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə124/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   120   121   122   123   124   125   126   127   ...   138

od  vurub  yandırmışdılar.  Bundan  sonra  isə  qalan  ailə  üzvlərini 

girov  götürüb  özlərilə  aparmışdılar.  Güllə  səsləri  eşidən  kənd 

sakinləri  öz  evlərini  tərk  edərək  kəndin  yaxınlığındakı  meşəyə 

qaçaraq  gizlənmişdilər. 

Quldurlar  kəndin  mərkəzində  ruhi 

xəstə  olan  35  yaşlı  Məmmədov  Musanı  yaxalayırlar,  onun  əl- 

qolunu  bağlayaraq  ot  tayasının  üstünə  qoyub  diri-diri  yandı­

rırlar.  Oğlunun  harayına  gələn  Məmmədova  Həyat  Yolçu  qızı 

da  eyni  cinayətin  qurbanı  olur.  Alıyev  Camal  Haqverdi  oğlu 

və  onun  balaca  qızı  Ülviyyə,  70  yaşlı  Hümbətova  Fatma  Qa­

raca  qızı,  67  yaşlı  Bağırov  M ir  Əbdül  Seyid  Məmməd  oğlu,  90 

yaşlı  Qocayev  Bəkir Qurban  oğlu,  onun  həyat yoldaşı,  80  yaşlı 

Qocayeva  Zeynəb  Seyid  Məmməd  qızı  və  30  yaşlı  Qurbanov 

Qulu  Şabər  oğlu,  80  yaşlı  Qocayev  Qara  Qurban  oğlu  erməni 

canilər  tərəfindən  vəhşicəsinə  qətlə  yetirilir.  Bu  faciədən  xə­

bər tutan  bir  qrup  Kəlbəcər  sakini  -  Almasov Tağı  Sultan  oğlu, 

Almasov  Şahid  Tağı  oğlu,  Qabilov  Sədrəddin  Qədir  oğlu,  Hə­

sənov  Natiq  Məhəmməd  oğlu,  Bayramov  Çingiz  Xanlar  oğlu, 

Bağırov  Vidadi  Yusif  oğlu,  Süleymanov  Azad  Cəmil  oğlu,  Ab­

basov  İsgəndər  Asif oğlu,  Əliyev  Misir  Pənah  oğlu  bir  yük  ma­

şınında  Ağdaban  və  Çayqovuşan  kəndlərinin  harayına  gəlmiş, 

Ağdabanın  yaxınlığında  təpədən-dırnağadək  silahlı  ermənilər­

lə  rastlaşmış  və  gülləbaran  edilərək  öldürülmüşlər.  Qonşu  Kə- 

rəmli  kəndindən  oraya gələn  Məmmədov Məhəmməd  Mamoy 

oğlu  isə  Dədə  Şəmşirin  məzarı  yaxınlığında  qətlə  yetirilmişdi».

AĞ DƏRƏ

Ağdərə  (Mardakert)  rayonu  1930-cu  ildə  təşkil  edilmişdir. 

Sahəsi  1705  kv.km,  əhalisi  44,4  min  nəfər  idi.  İşğaldan  əvvəl 

rayonda  2  şəhər tipli  qəsəbə,  57  kənd  var  idi.  Mərkəzi  -  şəhər 

tipli  Ağdərə  qəsəbəsi  idi.

İşğaldan  öncə  rayonda  62  klub,  51  kitabxana,  30  orta  mək­

təb,  27  məktəbəqədər təhsil  müəssisəsi,  7  xəstəxana  və  1  tex­

niki  peşə  məktəbi  fəaliyyət  göstərib.

393



Dağlıq  Qarabağın  şimalında  yerləşən  Ağdərə  rayonu  1939- 

cu  ilədək  Cerabert,  həmin  ildən  1991-ci  ilə  qədər  Mardakert 

adlanıb.  Səthi  əsasən  dağlıq,  şərq  hissəsi  isə  düzənliklərdən 

ibarətdir.  Əsas  çayları  Tərtər  və  Xaçındır.  Tərtər  çayı  üzərində 

1976-cı  ildə  Sərsəng  su  qovşağı  yaradılmışdır.  Tərtər  komplek­

si  həm  elektrik  enerjisi  almaq,  həm  də  suvarma  məqsədi  ııə 

qurulmuşdu.  Anbarda  suyun  həcmi  560  min  kubmetr  olmaqla 

ildə  125  milyon  kilovat-saat  elektrik  enerjisi  verirdi  və  düzən 

Qarabağın,  dağətəyi  zonanın  120  min  hektar  torpaq  sahəsi­

nin  suvarılması  onunla  təmin  edilirdi.  Rayon  ərazisinin  75,59 

min  hektarı  və  yaxud  44  faizini  meşələr  tuturdu.  Eyni  zaman­

da,  Ağdərə  respublikamızın  mühüm  kənd  təsərrüfatı  rayonla­

rından  idi.  İqtisadiyyatında  üzümçülük,  taxılçılıq,  tütünçülük 

və  heyvandarlıq  əsas  yer  tuturdu.  Kənd  təsərrüfatına  yararlı 

torpaqlar  53.324  hektar  idi.  Bunun  21.189  hektarı  əkin  yeri, 

5.931  hektarı  çoxillik  bitkilər,  1.892  hektarı  biçənək,  22.863 

hektarı  örüş  idi.

Tərtər  çayı  dərəsi  boyunca  Azərbaycanın  Yuxarı  və  Aşağı 

Qarabağını  birləşdirən  karvan  və  avtomobil  yolları  var  idi.  Me­

marlıq  abidələrindən  Vankulu  kəndindəki  məşhur  Qanzasar 

alban  məbədi,  Xanabert  qalası,  Herabert  qəsəbəsində  Cermuk 

qalası,  kilsə,  Kolatağ  kəndində  müqəddəs  İako  məbədi  (635- 

ci  il)  var  idi.  Talış  kəndi  yaxınlığında  Urek  məbədi  (XII  əsr), 

Tərtər  çayının  yuxarı  axarında  məbəd  (XIII  əsr),  Qasapert  kən­

dində  Hatəm  Məlik  qalası,  Madagiz  kəndində  Yegiş  Arakel 

məbədi  (XII  əsr)  və  qədim  körpülər yerləşirdi.  Oradakı  Qafqaz 

alban  dinastiyaları  və  katolikosların  son  istinadgahı  olan  məş­

hur  Gəncəsar  məbədinin  əsası  1240-cı  ildə  Həsən  Calal  tərə­

findən  qoyulmuşdur.  Sonuncu  Gəncəsar  alban  məbədi  1837- 

ci  ildən  erməni  katolikosluğuna  tabe  edilmişdir.

Rayonda  75.059  hektar  meşə  sahələri  var  idi  ki,  bu  da  əra­

zinin  44  faizini  təşkil  edirdi.  Ağdərə  rayonunda,  Tərtər  çayı

394



vadisində  Şərq  çinarı  meşəliyi  xüsusi  olaraq  qorunurdu.  Ağdə­

rə  rayonunda  zəngin  faydalı  qazıntı  yataqları  var  idi:  Qızılbu- 

laq  qazıntı  yatağında  13,6  vahid  sənaye  ehtiyatı  olan  qızıl  və 

47,9  milyon  ton  mis,  Mehmana  yatağında  sənaye  ehtiyatları 

37,3  milyon  ton  olan  qurğuşun,  40,4  milyon  ton  olan  sink,  100 

milyon  ton  olan  Dəmirli  mis  yatağı,  Canyataq-Gıilyataq  qızıl 

yatağı  vardı.  Sənaye  ehtiyatları  38.080  min  kubmetr  olan  Ağ­

dərə,  6.423  min  kubmetr  olan  Şorbulaq  -   1,2129  min  kubmetr 

olan  Şorbulaq -   İkinci  mişar daşı  yatağı,  200  min  kubmetr olan 

Ağdərə  gəc  yatağı  düşmənlərə  qaldı.

1993-cü  il  iyulun  7-də  rayonu  Ermənistan  hərbi  birləşmələ­

ri  işğal  edib.  İşğal  zamanı  167  azərbaycanlı  itkin  düşüb.  On­

lardan  162-si  kişi,  4-ii  qadın,  1-i  azyaşlı  uşaq  olub.

İşğala  qədər  Ağdərənin  14  kəndində  -   Sırxavənd,  Bəşir­

lər,  Qaraşlar,  Qaralar,  Baş  Güneypəyə,  Orta  Güney,  Xatın- 

bəyli,  Manikli,  Tellibinə,  Narınclar,  Çərəktar,  İmarət  Qərvənd, 

Umudlu,  Yeni  Qaralar  və  Gəncxana  qəsəbəsində  14  mindən 

çox  azərbaycanlı  yaşayıb.  Hazırda  Ağdərə  rayonu  inzibati 

vahid  kimi  fəaliyyət  göstərmir.  Onun  yaşayış  məntəqələri  üc 

rayona  tabe  edilmişdir -  Ağdam,  Kəlbəcər  və  Tərtər.



AĞDAM

Ağcabədi,  Tərtər,  Bərdə,  Kəlbəcər,  Əsgəran  və  Xocavənd, 

eləcə  də  Füzuli  rayonu  ilə  həmsərhəd  olan  Ağdam  Qaraba­

ğın  ən  qədim  yaşayış  məntəqələrindən  biridir.  Ərazisi  1.094 

kv.km,  əhalisi  isə  01  yanvar  2010-cu  il  tarixə  kimi  177,6  min 

nəfər  olub.  Bir  şəhər,  iki  qəsəbə  və  123  kəndi  birləşdirən  Ağ­

dam  paytaxt  Bakıdan  362  km  məsafədə,  Qarqar  çayından  3 

km  aralıda  yerləşir.  Əsasən  kənd  təsərrüfatına  malik  olan  Ağ­

dam  işğala  qədər eyni  zamanda  ağır və  yüngül  sənayesi  inkişaf 

etmiş  rayon  kimi  də  xarakterizə  olunub.

Tarixi  əsrlərin,  minilliklərin  keşməkeşlərindən  keçərək  bu- 

günümüzə  qədər  gələn  Ağdam  ərazisində  insanlar  təxminən

395



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə