Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə15/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   11   12   13   14   15   16   17   18   ...   138

getməyə  məcbur  olmuşdur.  Yeri  gəlmişkən,  bu  gün  Ermənis­

tanın  ərazisi  29  min  kvadratkilometrdən  çoxdur.  Sual  olunur, 

nəyin  hesabına?  Müasir  erməni  dövləti  həmin  o  ermənilərə 

bağışlanmış,  keçmişdə  İrəvan  xanlığı  olan  Şimali  Azərbaycan 

əraziləri  hesabına  yaradılmışdır.

AXC  Nazirlər Şurasının  sədri  Fətəli  xan  Xoyski  güman  edirdi 

ki,  bununla  ermənilərin  bütün  ərazi  iddiaları  bitəcəkdir.  Lakin 

o,  böyük  səhv  edirdi.  Taleyin  hökmü  ilə  AXC-nin  süqutun­

dan  sonra  Ermənistanın  ekspansionist  siyasətinin  necə  inkişaf 

etdiyini  görmək  ona  nəsib  olmadı.  Çünki  1920-ci  il  iyunun 

19-da  «Daşnaksütyun»  partiyasının  Osmanlı  imperiyası  və 

Azərbaycan  Xalq  Cümhuriyyəti  rəhbərlərinin  məhv  edilməsi 

üzrə  «Nemezis»  əməliyyatı  çərçivəsində  o,  Tbilisidə  erməni 

terrorçu-daşnaksakanları  Aram  Erkanyan  və  Misak  Kirakosyan 

tərəfindən  qətlə  yetirildi.

Bütün  bunlar  etibarlı  arxiv  materiallarına,  müasirlərin,  həm 

bitərəf,  həm  də  erməni  tarixçilərinin  şəhadətinə  əsaslanan  ta­

rixi  faktlardır.  Onları  necə  saya  salmamaq  və  ya  daha  pisi, 

«Azərbaycan  saxtakarlıqları»  adlandıraraq  rədd  etmək  olar? 

Bəlkə  1919-cu  ildə  Mikoyanın  əvəzinə  Leninə  azərbaycan­

lılar  yazırdı:  «Daşnaklar,  erməni  hökumətinin  agentləri  Qara­

bağın  Ermənistana  birləşdirilməsinə  çalışırlar.  Lakin  bu,  Qa­

rabağ  əhalisi  üçün  Bakıda  həyat  mənbəyini  itirmək  və  heç 

vaxt  heç  bir  əlaqələri  olmayan  İrəvanla  bağlanmaq  demək 

olardı.  Erməni  kəndliləri  beşinci  qurultayda  qərara  gəlmişlər 

ki,  Azərbaycana  birləşsinlər»56?!  Məgər  1921-ci  ilin  iyununda 

Qafbüronun  plenumunda  Qarabağın  Azərbaycanın  tərkibində 

qalmasına  ermənilərin  özləri  (məsələn,  A.M.Nazaretyan)  səs 

verməmişdilər?!  Məgər  Qarabağ  ermənilərinin  liderlərinin  öz­

ləri  (məsələn,  Sero  Manutsyan)  bu  qərarı  alqışlayaraq  qeyd  et­

mirdilərmi:  «Azərbaycanın  tərkibində  muxtariyyət  aktı  erməni 

kəndliləri  tərəfindən  tam  yekdilliklə  qarşılanmışdır»?!  Qaraba­

ğın  1921-ci  ildə  Azərbaycanın  hüdudlarında  qalması  ilə  bağlı 

arxiv  sənədlərinin  dərc  olunmasına  baxmayaraq,  Ermənistanın

51



indiki  rəhbərləri  dünya  ictimaiyyətini  aldadıb  özlərinə  qarşı 

rəğbət oyatmaq  məqsədi  ilə  Qarabağın  Stalin  tərəfindən  Ermə­

nistandan  «ayrılıb»  Azərbaycana  «verilməsi»  barədə  özlərinin 

yaratdığı  mifi  dünyaya  yaymaqda  davam  edirlər.  Ancaq  Stalin 

və  Çiçerin  Qarabağın  Ermənistana  verilməsinin  tərəfdarı  idilər.

Dağlıq  Qarabağda  muxtar  vilayət  süni  qurum  idi.  Onun 

sərhədləri  artıq  o  zaman  erməni  əhalisinin  üstünlük  təşki 

etdiyi,  yığcam  yerləşmiş  Azərbaycan  kəndlərinin  ixtiyari  bir­

ləşdirilməsi  yolu  ilə  müəyyənləşdirilmişdi.  Burada  absurd  və­

ziyyətlər  yaranırdı.  AK(b)P  MK  Rəyasət  Heyətinin  1923-cü  il 

16  sentyabr  tarixli  qərarına  əsasən  İ.Dövlətov,  M.Bağırov  və 

E.Xanbudaqovdan  ibarət  komissiya  regionda  vəziyyəti  yox- 

amaq  üçün  Qarabağa  yollandı.  Daha  sonra,  AK(b)P  MK-ya 

1923-cü  il  3  oktyabr  tarixli  təqdimatında  M.C.Bağırov  yazırdı: 

«Xankəndi,  Şuşa  və  Abdallar  rayonunda  əhalisinin  sayı  8.000 

nəfərə  qədər  olan  bir  sıra  müsəlman  kəndləri  vardır:  Xəlfə- 

li,  Zarıslı,  Müsəlmanlar  və  b.  Onları  Abdallardan  daha  asan 

idarə  etmək  olar,  nəinki  Xankəndidən.  Yalnız  ona  görə  ki,  bu 

müsəlman  kəndlərinin  arasında  əhalisinin  1.150  nəfəri  erməni 

olan  Qaladərəsi  kəndi  yerləşir,  bütün  bu  rayonu  nədənsə  Xan­

kəndiyə  birləşdirmişlər,  üstəlik,  əhalisi  təxminən  10.000  nəfər 

müsəlman  olan  Şuşanı  da.  Cavanşir  qəzasında  otuz  müsəlman 

kəndi  arasında  bir  erməni  kəndi  yerləşib.  Nədənsə  onu  bu 

müsəlman  kəndlərinin  başı  üzərindən  Xankəndiyə  birləşdir­

mişlər»57.  Komissiyanın  hesabatlarından  göründüyü  kimi,  daim 

torpaq  azlığından  şikayət edən  ermənilərə  hətta  müsəlman  qə­

biristanlıqlarının  əraziləri  də  verilirdi.

Yarandığı  zaman  Dağlıq  Qarabağ  Muxtar Vilayətinin  ərazisi 

4160,5  kvadratkilometr  idi58.  Yalnız  iki  il  ərzində  (1923-1925) 

Azərbaycanın  torpaq  fondundan  DQMV-nin  tərkibinə  16  min 

desyatin  torpaq  verilmişdir59.  DQMV-nin  sahəsi  daim  genişlə­

nirdi  və  1933-cü  il  yanvarın  1-nə  olan  məlumata  görə,  artıq 

4431,7  kvadratkilometr  təşkil  edirdi60

52



Sovet  hakimiyyəti  illərində  Ermənistanın  özünə  Azərbay­

canın  tərkibinə  daxil  olan  geniş  torpaq  sahələri  verilmişdir. 

Ermənistanda  sovet  hakimiyyəti  qurulandan  çox  keçməmiş, 

1920-ci  ilin  dekabrında Zəngəzur  Ermənistana  verildi.  İki  ildən 

sonra  isə  artıq  «erməni»  Zəngəzuruna  əlavə  torpaqlar  verildi. 

Azərbaycan  SSR  Xalq  Torpaq  Komissarlığı  tərəfindən  1922- 

ci  il  oktyabrın  22-də  hazırlanmış  arayışda  məlumat  verilirdi: 

«Azərbaycan  SSR-in  bütün  ərazisi  7.989.105  desyatin  təşkil 

edirdi.  Göstərilmiş  ümumi  sahədən:  a)  Qazax  qəzasından  Er­

mənistana  379.984  desyatin  torpaq  verilmişdir;  b)  keçmiş Zən­

gəzur  qəzasından  Ermənistana  405.000  desyatin  torpaq  veril­

mişdir»61.

Xalq  Torpaq  Komissarlığının  Torpaq  Quruluşu  İdarəsinin 

1920-1923-cü  illər  üçün  hesabatında  deyilir:  «Əvvəllər  Zən­

gəzur,  Cavanşir  və  Qazax  qəzalarının  sərhədlərində  olan 

və  Azərbaycana  məxsus  otlaqların  150.000  desyatinə  qədər 

hissəsi  indi  Ermənistana  verildikdən  sonra  bu  iki  respublika 

arasında  mübahisəli  olan  zonaya  daxil  olduğundan  otlaqların 

əzəli  istifadəçiləri  -   Azərbaycan  maldarları  buraya  köçmə  za­

manı  böyük  narahatlıq  keçirirlər»62.

1929-cu  il  fevralın  18-də  tarixən  Azərbaycan  torpağı  olan 

Zəngəzurun  İranla  sərhədə  çıxan  sonuncu  parçası  Ermənistana 

verildi.  Zaqafqaziya  MİK-in  1929-cu  il  18  fevral  tarixli  qəra­

rı  ilə  Aran  Qarabağın  əraziləri  -   Azərbaycan  SSR  Cəbrayıl 

qəzasının  Nüvədi,  Eynadzor  və  Tuqut  kəndləri63,  həmçinin 

Ordubad  qəzasının  Kərkivan  kəndi  və  Kilid  kəndi  torpaqla­

rının  bir  hissəsi64  Ermənistana  verildi  və  əhalisi  azərbaycanlı­

lar  olan  yeni  «erməni»  torpaqlarında  süni  yolla  bu  vaxtadək 

mövcud  olmayan  Ermənistan  SSR-in  Meğri  qəzası  yaradıldı. 

Beləcə,  Naxçıvanın  Azərbaycanın  böyük  hissəsindən  ayrılma­

sı  və  türk  dünyasının  içində  süni  coğrafi  sədd  (paz)  yaradılma­

sı  başa  çatdırıldı.  Elə  həmin  qərarla  Naxçıvanın  digər  kəndləri 

-  Qurdqulaq,  Horadiz,  Xaçik,  Ağbin,  Ağxaç,  Alınalı,  Dağalma- 

lı,  İtqıran,  Sultanbəy  Ermənistana  verildi.  Beləliklə,  1933-cii

53



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə