Sumqayıt - erməni təxribatının
yeni ünvanı
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xal
qın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra
bir sıra məsələlərlə yanaşı, Sumqayıt hadisələrinə də
aydınlıq gətirildi və onun başvermə səbəbləri araşdı
rıldı. Məhz bundan sonra ermənilərin əsl siması üzə
çıxdı.
Separatçı, millətçi, terrorçu erməni və ermənipərəst
qüvvələr tərəfindən Sumqayıtda tüğyan etmiş iğtişaş
lar nəticəsində müxtəlif millətlərdən olan 32 adam, o
cümlədən 26 erməni həlak olmuş, 400-dən çox insan
bədən xəsarəti almış, 200-dən çox mənzil talan edil
miş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış,
40-dan çox avtomaşın sındırılmış və qismən yandırıl
mış, şəhərə o vaxtkı qiymətlərlə 7 milyon rubl və ya
10 milyon Amerika dolları məbləğində maddi ziyan
vurulmuşdu.
Yaşlı və orta nəslin nümayəndələri 23 il əvvəl - 1988-ci
il fevral ayının 27-28-də Sumqayıtda erməni millətçilərinin
xaricdə yaşayan havadarlarının və «Daşnaksütyun» partiyası
nın dəstəyi ilə necə qanlı aksiya törətdiyini yaxşı xatırlayırlar.
Erməni millətçilərinin hadisəni törətməkdə başlıca məqsədi
azərbaycanlıları başkəsən, quldur və qaniçən bir millət kimi
dünya ictimaiyyətinə təqdim etmək idi.
Tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqına qarşı
çoxsaylı xəyanətlər etmiş, ölkəmizə qarşı ərazi iddiaları qal
dırmış ermənilər bəşəriyyət tarixində misli görünməmiş ci
nayətlərə imza atmışlar. Təcavüzkar erməni şovinistlərinin
«Böyük Ermənistan» xülyalı ideoloqlarının ssenarisi və xaric
188
dəki havadarlarının köməyi ilə ötən əsrin ayrı-ayrı dövrlərin
də həyata keçirdikləri etnik təmizləmə kampaniyasının acı
nəticələrinin şahidi olan yüz minlərlə azərbaycanlı müxtəlif
vaxtlarda ata-baba yurdlarından qovulmuş, qaçqın və məcburi
köçkün vəziyyətində yaşamağa məcbur olmuşlar. Keçmiş SSRİ
dönəmində də davam etdirilən bu mənfur siyasi iğtişaşlar heç
bir günahı olmayan yüzlərlə soydaşımızın həbsi və qətlə yeti
rilməsi ilə müşayiət olunmuşdur.
Sovet imperiyasının iflasa yaxınlaşdığı 1987-1988-ci illərdə
ermənilərin Azərbaycana qarşı yeni ərazi iddiaları da sərsəm
«Böyük Ermənistan» ideologiyasının tərkib hissəsi idi. 1988-
ci il fevralın 27-də axşamdan başlayan və ertəsi gün davam
edən Sumqayıt hadisələrindən öz məkrli niyyətlərini həyata
keçirməklə beynəlxalq miqyasda xalqımız haqqında mənfi rəy
formalaşdırmağa, türklərin, azərbaycanlıların «vəhşi» obrazını
yaratmağa çalışan ermənilər öz uydurmaları ilə bu hadisələr
dən mənafeləri üçün istifadə etməyə cəhd göstərsələr də, za
man hər şeyi yerbəyer edərək kimin haqlı, kimin haqsız oldu
ğunu sübuta yetirdi.
Separatçı, millətçi, terrorçu erməni və ermənipərəst qüvvə
lər tərəfindən Sumqayıtda tüğyan etmiş iğtişaşlar nəticəsində
müxtəlif millətlərdən olan 32 adam, o cümlədən 26 erməni
həlak olmuş, 400-dən çox insan bədən xəsarəti almış, 200-dən
çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti
dağıdılmış, 40-dan çox avtomaşın sındırılmış və qismən yan
dırılmış, şəhərə o vaxtkı qiymətlərlə 7 milyon rubl və ya 10
milyon Amerika dolları məbləğində maddi ziyan vurulmuşdu.
Bu iğtişaşları araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfin
dən 18/55461-88 nömrəli xüsusi cinayət işi açılmış, 444 nə
fər adam məhkəmə qarşısında cavab verməli olmuş, onlardan
400 nəfəri 10-15 sutka təcridxanalarda saxlanılmış, bir neçəsi
uzunmüddətli həbs cəzasına, 1 nəfəri - Əhməd İman oğlu
Əhmədov isə ən yüksək cəzaya - ölüm cəzasına məhkum
olunmuş və bu hökm tez-tələsik yerinə yetirilmişdir.
189
1989-cu ilin sentyabr ayında ermənilər Sumqayıtda törədil
miş hadisələrlə bağlı geniş mətbuat konfransı keçirdilər. Daş
nakların «Quşamatyan» adlanan tarix-maarifçilik cəmiyyətinin
Ermənistan Jurnalistlər İttifaqı ilə birlikdə Yerevanda təşkil
etdikləri həmin konfransda 300 nəfərdən çox adam - alim
lər, tarixçilər, yazıçı və publisistlər, mətbuat nümayəndələri,
hüquqşünaslar iştirak etmişdilər. Ermənilər bu konfransın ma
teriallarını bir çox xalqların dillərində, o cümlədən rus dilində
50 min tirajla «Sumqait... Qenosid... Qlasnost...» adlanan ki
tabda nəşr etdirib dərhal antiazərbaycan, antisumqayıt təbliğat
maşınına ötürmüşdülər. Sumqayıtlı alimlər Həsən Sadıqov və
Ramazan Məmmədovun «Sumqayıt: m illi əsarət, ya milli səxa
vət?» kitabında verilən məlumata görə, konfransda çıxış edən
Ermənistan parlamentinin deputatı, filologiya elmləri doktoru
Suren Zolyan hadisələrə siyasi rəng verərək demişdi: «Sum
qayıt hadisələri 70 il Sovet Azərbaycanında hökm sürmüş milli
əsarət siyasətinin təbii təzahürü idi».
Sumqayıtda törədilmiş hadisələr barədə Sovet İttifaqının və
xarici ölkələrin mətbuatında dərc olunmuş, dünyanın kütləvi
informasiya vasitələrində, radiolarda, televiziya kanallarında
səslənmiş materialların əksəriyyəti erməni mövqeli, birtərəfli,
(
qərəzli xarakter daşımışdır. İnformasiya müharibəsində erməni
tərəfi ölçüyəgəlməz dərəcədə fəallıq göstərmiş, haqqımızda
böhtan xarakterli yalanlar yaymağa müvəffəq olmuşdur.
Xatırladaq ki, erməni separatçı ideoloqlarının 1989-cu il
sentyabr ayının 23-də Yerevanda keçirdikləri və Sumqayıt ha
disələrinə həsr etdikləri, daha dəqiq desək, bu hadisələrin əsl
mahiyyətinin səbəb və nəticələrinin təhrif olunmasına yönəl
miş bir mətbuat konfransına adekvat tədbiri biz yalnız 11 il
5 aydan sonra keçirməyə nail ola bildik. Həmin konfransda
Sumqayıt Dövlət Universitetinin rektoru professor Nadir Qəh
rəmanov ilk dəfə bu hadisələrə düzgün siyasi və hüquqi qiy
mət verilməsinin təxirəsalınmaz məsələ olduğu barədə bəya
190