Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə63/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   59   60   61   62   63   64   65   66   ...   138

Onlar  hadisələrdən  mümkün  qədər  çox  bəhrələnmək,  dünya 

ictimaiyyətinin  nəzərində  azərbaycanlıların  zalım,  qəddar, 

qaniçən  obrazını  yaratmaq  və  guya  bu  səbəbdən  də  onlarla 

birgə  yaşamağın  mümkün  olmaması  haqqında  fikir  formalaş­

dırmaq  üçün  vaxt  və  vəsait  əsirgəmirdilər.  Ermənilər  indi  də 

bu  hadisələrlə  azərbaycanlılar  tərəfindən  onlara  qarşı  soyqırı­

mı  törədildiyi  fikrini  formalaşdırmağa  çalışır,  hadisələrə  siyasi 

qiymət  verilməsinin  vacibliyini  vurğulayırlar.  Kremlin  göstərişi 

ilə  hərəkət edən  o vaxtkı  rəsmi  Bakı  da  Sumqayıt  hadisələrinin 

guya  bir  qrup  xuliqan  tərəfindən  törədilməsi  versiyasını  qəbul 

etmiş  və  hadisələrin  səbəblərini  araşdırmaq,  onlara  siyasi  qiy­

mət vermək əvəzinə  günahkarları  öz  içərimizdə -  Sumqayıtda, 

şəhərin  o  vaxtkı  rəhbərliyi  arasında  axtarmağı,  tez-tələsik  on­

ları  cəzalandırmağı,  vəzifələrindən  azad,  partiya  sıralarından 

xaric  etməyi  və  bununla  da  öz  funksiyalarının  bitdiyini  göstər­

məyi  üstün  tutmuşdu.

Araşdırmalar  isə  göstərir  ki,  Sumqayıt  hadisələrinin  ən  azı 

üç  tərəfi  olmuşdur:  birincisi,  «yenidənqurma»,  «yeni  siyasi 

düşüncə»  şüarları  ilə  pərdələnən  Mixail  Qorbaçovun  rəhbər­

liyi  ilə  dünya  sosializm  sistemini  və  eləcə  də  SSRİ-ni  dağıtmaq 

siyasətini  həyata  keçirən  qüvvələr,  ikincisi,  yaranmış fürsətdən 

istifadə  edərək  Dağlıq  Qarabağ  Muxtar Vilayətini  Azərbaycan­

dan  qoparmaq  və  Ermənistana  birləşdirmək  istəyən  erməni 

və  ermənipərəst  millətçi  və  separatçı  qüvvələr,  üçüncü  tərəf 

isə  hadisələri  icra  edən  xüsusi  hazırlıq  keçmiş  təxribat  qrupu 

tərəfindən  təhrik  olunmuş  yeniyetmələr,  müxtəlif  cinayətkar 

ünsürlər  və  yetkinləşməmiş  gənclər.

SSRİ-nin  m illi  münaqişələr  zəminində  dağıdılması  ssena­

risinin  müəllifləri  və  bu  ssenarini  həyata  keçirməyə  çalışan 

qüvvələr,  o  sıradan  erməni  millətçi  və  separatçılarının  hava­

darları  Qarabağ  uğrunda  ümummilli  erməni  hərəkatına  təkan 

verə  biləcək  tutarlı  bir  siyasi  bəhanə  əldə  etmək  üçün  Azər­

baycan  ərazisində  antierməni  iğtişaşlar  törətmək  qərarına  gəl­

203



miş  və  bu  məqsədlə  əlverişli  yer  kimi  Sumqayıt  şəhərini  seç­

mişdilər.  SSRİ-ni  dağıtmaq  üçün  Dağlıq  Qarabağ  problemi  nə 

qədər  sərfəli  idisə,  Sumqayıt  bəhanəsi  də  erməni  hərəkatına 

təkan  vermək  üçün  bir  o  qədər  yararlı  idi.

Ənvər  Həmidov  bildirir  ki,  Sumqayıt  şəhərinin  keçmiş  güc 

strukturları  əməkdaşlarının  bir  neçəsi  faktiki  olaraq  28  fevral 

hadisələrinin  istintaq  və  əməliyyat yolu  ilə  təhqiqindən  kənar- 

laşdırılsalar  da,  müəyyən  etmişlər  ki,  şəhərdə  özlərini  «Qa­

fandan  qovulmuş  azərbaycanlılar»  kimi  təqdim  edən  20-25 

nəfərlik  təxribat  qrupu  fəaliyyət  göstərib.  Bu  barədə  onlara 

hətta  bəzi  zərərçəkmiş  ermənilər  də  məlumat  vermişlər.  Hə­

min  məlumatlar  SSRİ  Baş  Prokurorluğunun  istintaq-əməliyyat 

qrupuna  çatdırılsa  da,  naməlum  səbəblərdən  yoxlanılması 

təşkil  edilməmiş  və  nəticəsiz  qalmışdır.  O  vaxtlar  SSRİ  Baş 

Prokurorluğunun  istintaq  qrupunda  tərcüməçi  kimi  fəaliyyət 

göstərmiş  Nofəl  Əhmədov  bildirir  ki,  həmin  təxribat  qrupunun 

ifşa  edilməsi  üçün  cüzi  də  olsa  tədbirlər  görülməmişdir.

DTK-nın  Sumqayıt  şəhər  şöbəsi  tərəfindən  hadisələrin  əsas 

təşkilatçılarından  və  icraçılarından  biri  olan  «Paşa»  ləqəbli 

Eduard  Robertoviç  Qriqoryan  barəsində  məlumat  SSRİ  DTK- 

nın  Sumqayıt  hadisələri  üzrə  əməliyyat  sahəsinə  rəhbərlik 

edən  Yevgeni  Popova  çatdırılsa  da,  o  buna  şübhə  ilə  yanaş­

mış,  milliyyətcə  erməni  olan  şəxsin  öz  soydaşlarına  qarşı  ci­

nayət  törətdiyinə  inanmadığını  demişdir.  Martın  əvvəllərində 

DTK-nın  Sumqayıt  şöbəsinin  rəisi  Vladimir  Lebedev  onu  ça­

ğıraraq  Eduard  Qriqoryan  barədə  məlumatın  doğru  çıxdığını 

və  artıq  həbs  olunduğunu  bildirmişdir.  Eduard  Qriqoryanın 

hadisələrdə  iştirakı  və  onun  əlaqələrinin  müəyyən  edilməsi 

üçün  qeydiyyat-əməliyyat  işi  açılmış,  əməliyyatın  gedişində 

«Paşa»nın  əslən  qarabağlı,  milliyyətcə  erməni  olan  Osipov və 

ya  Osipyan  soyacllı  bir  «həmkarı»  ilə  söhbətlər  aparılmışdır. 

Sonradan  Osipovun  (Osipyanın)  Özbəkistan  SSR  ərazisində 

yerləşən  islah-əmək  müəssisəsində  cəza  çəkməsi  barədə  mə­

204



lumat  aldıqdan  sonra  bu  ölkənin  müvafiq  orqanlarına  sorğu 

göndərmək  qərarına  gəlinmişdir.  Lakin  SSRİ  DTK-dan  gəlmiş 

nümayəndələr  həmin  sorğunu  müxtəlif  bəhanələrlə  imzala­

maqdan  və  göndərməkdən  imtina  etmişlər.

Sumqayıt  hadisələrinin  törədilməsində  sovet  rəhbərliyinin 

hansı  dərəcədə  maraqlı  olduğu  göz  qabağındadır.  Bu  şəhər­

də  güc  strukturlarının  kifayət  qədər  hərbi  və  silahlı  qüvvələri 

olduğu  halda  hadisələrin  qarşısının  alınması  üçün  lazımi  təd­

birlər  görülməmiş,  bununla  bağlı  hətta  SSRİ  DTK-nın  sabiq 

sədr  müavini  Filip  Denisoviç  Bobkov  Sumqayıtda  olarkən  ona 

müraciət  etdikdə  bildirmişdir  ki,  hadisələrin  qarşısını  almaq 

barədə  əmr  verməyə  yalnız  SSRİ  rəhbərliyinin  səlahiyyəti  var. 

SSRİ  Baş  Prokurorluğunun  istintaq  qrupu  isə  yalnız  iğtişaşların 

icraçıları  ilə  maraqlanmış,  cinayətin  təşkilatçılarının  müəyyən 

edilməsi  istiqamətində  obyektiv  iş  aparmamış,  çox  vaxt  təş­

kilatçılar  qismində  azərbaycanlıları  məsuliyyətə  cəlb  etməyə 

çalışmış,  beləliklə,  əməliyyat  tapşırıqlarının  nəticələri,  demək 

olar  ki,  kölgədə  qalmışdır.

Ayrı-ayrı  müşahidəçilərin,  istintaq  orqanlarının  fikir  və 

mülahizələri,  gəldikləri  qənaət  öz  yerində,  o  vaxt  bu  şəhərdə 

baş  verənlərin  mətbuat  səhifələrində  necə  işıqlandırılmasına 

diqqət  yetirilməsi  də  yerinə  düşərdi.

Respublikanın  əməkdar jurnalisti,  «Exo  Sumqaita»  qəzetinin 

baş  redaktoru  Eyruz  Məmmədov  1988-ci  il  fevral  ayının  28- 

29-da  Sumqayıtda  baş verən  hadisələrin  tədqiqi  ilə  məşğuldur. 

Bu  illər  ərzində  onun  beş  kitabı  nəşr  olunmuş,  dörd  sənədli 

filmi  çəkilmişdir.  Əsərləri  rus,  ingilis,  alman  dillərinə  tərcümə 

olunmuşdur.  Onun  tədqiqatlarının  oxucular  üçün  maraqlı  ola­

cağını  nəzərə  alaraq  bəzi  seçmələri  təqdim  etmək  istərdik:

«Faynənşl  tayms».  İngiltərə.  30  mart  1988

«Sumqayıtda  qanlı  faciə  baş  verəndən  sonra  Ermənistanın 

Yerevan  şəhərində  m inlərlə  erməni  küçələrə  axışdı.  Ermə­

nilər  Qorbaçova  böyük  ümidlər  bəsləyirdilər».

205



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə