Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə65/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   61   62   63   64   65   66   67   68   ...   138

Həmin  dövrdə  «Yurmala»  qəzetinə  «Azərbaycan  gəncləri» 

və  «Kommunisti  Sumqaita»  (indi  «Exo  Sumqaita»  qəzeti)  cavab 

verdi.  Azərbaycan  KP  Mərkəzi  Komitəsinin  orqanları  «Kom­

munist»  və  «Bakinskiy  raboçiy»  qəzetləri  isə  nədənsə susdular.

Qərb  ölkələri,  transmilli  korporasiyalar,  xarici  mətbuat 

Azərbaycanda  gedən  ictimai-siyasi  proseslərdən,  Sumqayıt­

da  baş  verən  qanlı  aksiyadan,  Dağlıq  Qarabağ  problemindən 

SSRİ-nin  dağıdılmasında  və  Kommunist  Partiyasının  ləğvində 

bir  alət  kimi  istifadə  etdilər.  Erməni  millətçiləri  isə  bu  hadisə­

lərdən  tarixi  şans  kimi  istifadə  etməyə  çalışdılar.

Həmin  illər  ermənilər  informasiya  müharibəsində  üstünlük 

təşkil  edirdilər.  Fransada,  Kaliforniyada,  Hollandiyada  kütləvi 

informasiya  vasitələrində  ermənilər  və  ermənipərəst  siyasətçi­

lər,  politoloqlar  Azərbaycanın  ünvanına  hədyanlar  yağdırırdı­

lar.

«Sandi  Tayms»  qəzeti  yazırdı:  «Azərbaycanlılar  ermənilər­



dən  aciz  və  gücsüz  deyillər.  İnformasiya  müharibəsində  isə 

azərbaycanlılar  ermənilərdən  aciz  və  gücsüzdürlər».

Bu,  həqiqətən,  belə  idi.  İllər  sonra  Azərbaycan  iqtisadi  cə­

hətdən  inkişaf etdikcə  paralel  olaraq  ideologiyamızda  da  ciddi 

dönüşlər  yarandı.  Alimlərimiz,  tarixçilərimiz,  politoloqlarımız 

ermənilərin  xəyanətkar düşmən  olduğunu,  ədalətsiz  müharibə 

apararaq  20  faiz  torpaqlarımızı  işğal  etməsini  bütün  dünyaya 

çatdırmağa  səy  göstərdilər.

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev 

İstanbulda  keçirilən  sammitdəki  çıxışında  demişdir  ki,  biz  in­

formasiya  müharibəsində  həmişə  ermənilərdən  geri  qalmışıq. 

İndi  hücuma  keçməyin  vaxtı  gəlib  çatmışdır.

Son  illər  ideoloji  cəbhədə  atılan  addımlar  onu  göstərir  ki, 

artıq  dünya  ictimaiyyəti  erməniləri  işğalçı  kimi  tanıyır,  azər­

baycanlıların  isə  sülhpərvər  bir  millət  olduğunu  dəstəkləyir.

209



Sumqayıt  hadisələri  və  Dağlıq  Qarabağ  problemi  ilə  bağlı 

çəkilən  sənədli  film lər  və  kitablar  rus,  ingilis,  fransız,  alman, 

çin,  ərəb,  ispan  dillərinə  tərcümə  olunub  dünya  ictimaiyyəti­

nə  çatdırılır.  Bu  sahədə  Heydər  Əliyev  Fondunun  prezidenti 

Mehriban  xanım  Əliyevanın  əməyini  də  xüsusi  qeyd  etmək 

lazımdır.

Erməni  millətçiləri  Azərbaycanın  güclü  təbliğat  maşını  qar­

şısında  artıq  tab  gətirə  bilmirlər.  Son  vaxtlar onlar  Sumqayıt və 

Dağlıq  Qarabağla  bağlı  siyasətlərində  dönüş  yaratmağa  çalışır­

lar.  Onlar  Azərbaycanın  tarixini,  adət-ənənəsini,  mədəni  irsi­

ni  təhrif  etməyə  başlayıblar.  Bu  sahədə  Melik  Arsen-Barsam, 

Vitaliy  Danilov,  Samvel  Şaxmuradyan,  Aleksandr  Vasilevski, 

Anatoliy  Mostovoy  və  başqaları  internet  səhifələrində  gen-bol 

çıxış  etməklə  məşğuldurlar.  Onların  çıxışlarına  qiymət  ver­

mək  istəmirəm.  Lakin  Marksın  bir  kəlamını  xatırlatmaq  yerinə 

düşərdi:  «Həqiqət  o  vaxt  həqiqət  olur  ki,  o,  həqiqət  olsun». 

Ermənilərin  tarixində  və  söylədiklərində  isə  həqiqət  yoxdur!

Sumqayıtda  qanlı  terror  fevralın  27-də  baş  tutsa  da,  bu  sse­

nari  çoxdan  hazırlanmışdı.  Əslində,  bütün  bunlar  nə  Sumqa­

yıtla,  nə  də  sumqayıtlılarla  bağlı  idi.  Bu  şəhər  yalnız  əlveriş­

li  məkan,  sərfəli  mövqe  kimi  seçilmişdi.  Araşdırmaçılar  belə 

qənaətə  gəliblər  ki,  hadisələrin  törədilməsində  üç  tərəf  olub: 

birincisi,  bəlkə  də  ən  fəal  tərəf  SSRİ-ni  dağıtmaq  siyasətinə 

rəhbərlik  edən  qüvvələr  olub.  İkincisi,  məqamdan,  qarışıqlıq­

dan  istifadə  edərək  Dağlıq  Qarabağ  Muxtar  Vilayətini  Azər­

baycandan  qoparıb  Ermənistana  birləşdirmək  istəyən  separat­

çılar  fürsətdən  gen-bol  faydalanmaq  istəyiblər.  Üçüncü  qüvvə 

isə təxribat qrupu  tərəfindən  öyrədilən,  cinayətə  təhrik  olunan 

nəzarətsiz  gənclər  idi.

Amma  hadisələrin  ssenarisi  çox  məxfi  şəkildə  hazırlan­

dığından  iğtişaşlar  başlanandan  sonra  da  həqiqət  dünyadan 

gizlədildi,  cinayətkarlar  istintaqdan.  Hadisələrin  xronikası,  ar­

210



dıcıllığı  sübut  edir  ki,  erməni  millətçi  və  separatçı  qüvvələri 

bu  qanlı  terrorun  məxfi  planını,  parol  və  işarələrini  çoxdan 

hazırlayıblar.  Bir-birinin  ardınca  təşkil  olunan  aksiyalar,  siyasi 

gedişlər  də  bunu  sübut  edir.  Eyni  vaxtda  Stepanakertdə  və  Ye­

revanda  Qarabağ  uğrunda  mitinqlər  təşkil  olunur,  yığıncaqlar 

keçirilirdi.  Ermənistanda  yaşayan  azərbaycanlılar  mıitəşəkkil- 

liklə  ata-baba  yurdlarından  zorla  qovulurdular.  İlk  qaçqınlar 

Bakıya,  Sumqayıta  gəlirdi.  Əlbəttə,  bu  gəlişin  ardınca  cavab 

aksiyaları  təşkil  olunurdu.  Nümayişçilər,  yürüşçülər  arasında 

Azərbaycan  dilində  sərbəst danışan  saqqallı  erməni  emissarları 

görünürdü.  Rəsmi  Bakı  çaşqın  günlərini  yaşayırdı.  Vəziyyətdən 

istifadə  edən  erməni  separatçıları  məqsədlərinə  çatmaq  üçün 

hər  cür  hiyləyə  əl  atır,  dəridən-qabıqdan  çıxırdılar.  Elə  bir 

məqam  yaranmışdı  ki,  Moskva  hadisələri  sükutla  izləyir,  əs­

lində  isə  daha  riyakar  və  dəhşətli  planların  konturları  cızılırdı. 

1988-ci  il  fevralın  27-29-da  Sumqayıtda  törədilən  qanlı  cina­

yət  də  bu  planın  tərkib  hissəsi  idi.  Statistik  məlumatlara  görə, 

hələ  1988-ci  ilin  əvvəllərində  Sumqayıtda  müxtəlif  millətlər­

dən  olan  258  min  200  nəfər  yaşayırdı.  Onların  14.208  nəfə­

ri  milliyyətcə  erməni  idi.  Doğrudur,  həmin  illərdə  Gəncədə, 

Şəkidə,  Bakıda  da  ermənilərin  sayı  az  deyildi.  Amma  iğtişaş 

üçün  məhz  Sumqayıtın  seçilməsinin  səbəbləri  vardı.  Sumqayıt 

Dövlət  Universitetinin  Rus  dili  kafedrasının  müdiri,  filologiya 

elmləri  doktoru  Ramazan  Məmmədov  hadisələrin  Sumqayıtda 

törədilməsini  belə  əsaslandırır:

-   Sumqayıtın  yerləşdiyi  ərazi  paytaxta  -   Bakıya  daha  ya­

xındır.  Bakıdan  dərhal  dünya  ictimaiyyətinə  hadisə  barədə 

məlumat  yaymaq,  antiazərbaycan  şəbəkə  ilə  çevik  əlaqə  ya­

ratmaq  imkanları  geniş  idi.  80-dən  çox  millətin  yaşadığı  Sum­

qayıt  təkcə  kimyaçılar,  metallurqlar  şəhəri  kimi  yox,  həm  də 

xalqların  dostluq  şəhəri  kimi  tanınırdı.  Maraqlı  olan  qüvvələr 

bu  hadisələri  törətməklə  dünya  ictimaiyyətinə  bəyan  etmək  is­

211



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə