Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə68/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   64   65   66   67   68   69   70   71   ...   138

etmiş  və  tanınmaya  təqdim  edilərkən  əsl  sifəti  məlum  oldu­

ğundan  onu  aradan  çıxarmaq  mümkün  olmamışdı.  Qriqoryan 

uzun  müddətə  azadlıqdan  məhrum  edilsə  də,  sonradan  onun 

cəzasının  qalan  hissəsini  çəkmək  üçün  Ermənistana  göndəril­

məsi  də  çox  şeylərdən  xəbər  verir.  Xatırladaq  ki,  Adolf  Sukia- 

sov  adlı  erməni  hətta  məhkəmədə  şahid  kimi  ifadə  verərkən 

«Sumqayıt  hadisələrini  azərbaycanlılar  yox,  ermənilər  özləri 

törədiblər»,  -   deyə  etiraf etmişdi.

Sumqayıtda  yaşayan  ermənilərin  bir  qisminin  erməni 

millətçi-ekstremist  fikir  daşıyıcıları  olmasına  dair  məlumatla­

ra  keçmiş  Azərbaycan  SSR  DTK-nın  arxivində  saxlanan  və  is­

tintaqa  təqdim  edilmiş  «Nalyotçik»  («Basqınçı»)  kodu  altında 

əməliyyat  işinin  materialları  arasında  olan  sənədlərdə  də  rast 

gəlinir.  Məsələn,  əməliyyat  işinin  146-147-ci  vərəqlərində  rus 

dilində  tərtib  edilmiş  siyahıdan  görünür  ki,  bu  siyahı  Sumqa­

yıt  şəhərindəki  hadisələr  ərəfəsində  DTK  orqanları  tərəfindən 

hazırlanmış  47  ekstremist  erməni  barəsindədir.  Qeyd  edək  ki, 

adları  çəkilən  ermənilərin  heç  biri  şəxsən  zərər  çəkməmişdir.

1991-ci  ilin  avqust  ayında  Moskvada  baş  vermiş  çevrilişlə 

əlaqədar  başlanmış  cinayət  işi  üzrə  yaradılan  istintaq  qrupu­

nun  tərkibində  intihar  etmiş  sabiq  SSRİ  daxili  işlər  naziri  Boris 

Puqonun  xidməti  otağında  aparılan  axtarış  zamanı  rəflərdəki 

sənədlər arasında Mesxeti  türklərinin  Özbəkistandan  qovulma­

sı,  Dağlıq  Qarabağ  və  digər  bu  cür  hadisələrlə  əlaqədar  ayrı- 

ayrı  qovluqlar  aşkar  edilmişdir.  Qovluqdakı  sənədlərdə  Dağ­

lıq  Qarabağda  fəaliyyət  göstərmiş  «Krunk»  təşkilatı,  onların 

üzvləri  barədə,  ümumən  Dağlıq  Qarabağ  hadisələri  haqqında 

SSRİ  DİN-ə  daxil  olan  ilk  məlumatlar  öz  əksini  tapmışdır.  Bu 

məlumatlar  həm  Ermənistan,  həm  də  Azərbaycan  daxili  işlər 

nazirliklərinin  arayışlarından,  eləcə  də  SSRİ  DİN-in  müvafiq 

idarələrinin  məlumatlarından  ibarət  olmuşdur.  Bu  faktın  özü 

də  onu  göstərir  ki,  bütün  baş  verənlər  barədə  SSRİ  rəhbər­

218



liyinin  ilk  günlərdən  ətraflı  məlumatı  olmuş,  lakin  müəmmalı 

səbəblərdən  gözlənilən  hadisələrin  qarşısını  almağa  heç  bir 

cəhd  göstərilməmişdir.

Sumqayıt  hadisələrinin  başvermə  səbəblərini  araşdırarkən 

bir  sıra  maraqlı  təfərrüatlar  üzə  çıxır.  Məlum  olur  ki,  elə  bu 

gün  də  erməni  və  ermənipərəst  qüvvələr  Sumqayıt  hadisələri­

nin  kökünü  1963-cü  ildə  axtarmağa  çalışırlar.

Sumqayıtlı  jurnalist,  1988-ci  ildə  bu  şəhərdə  törədilən  iğ­

tişaşların  törənmə  səbəblərini  ilkin  araşdıranlardan  biri  Eyruz 

Məmmədovla  söhbətimizin  bəzi  məqamlarını  oxuculara  təq­

dim  etmək  istərdik:

Sumqayıt. 

7  noyabr  1963-cü  il.  Sumqayıtlılar  Böyük 

Oktyabr  sosialist  inqilabının  64-cü  ildönümünü  qeyd  etmək 

üçün  Lenin  meydanında  nümayişə  çıxmışdılar.  Sumqayıt  Bo­

ru-Prokat  Zavodunun  metallurqları  meydana  daxil  oldular  və 

dayandılar.  Nümayiş  iştirakçıları  əllərindəki  portretləri  yuxarı 

qaldırıb şüarlar səsləndirirdilər:  «Rədd  olsun  sovet  imperiyası!» 

«Yaşasın  müstəqil  Azərbaycan!»  Nümayişçilərin  əksəriyyəti 

gənclər  idi.  Onlar  Səməd  Vurğun  adına  mədəniyyət  sarayının 

qarşısına  vurulmuş  N.Xruşşovun  iri  portretini  də  cırıb  atdılar.

Kommunistlərin  nümayişi  pozuldu.  Milislə  gənclər  arasın­

da  qarşıdurma  yarandı.  Şəhər  rəhbərləri  qaçıb  kabinetlərdə 

gizləndi.  Milis  rəisinin,  hərbi  komissarın  poqonları  qoparılıb 

yerə  atıldı.  Gənclər  «Yaşasın  müstəqil  Azərbaycan!»  deyərək 

nümayişin  istiqamətini  Lenin  küçəsi  ilə  yox,  Nizami  küçəsi  ilə 

davam  etdirməyə  başladılar.

Respublika  rəhbərliyi  güc  strukturlarını  Sumqayıta  yeritdi, 

nümayiş  dağıdıldı,  onun  təşkilatçılarını  tutdular,  bəzilərini  an­

tisovet  təbliğatında  iştiraka  görə  həbs  etdilər.

Oxucular  haqlı  olaraq  sual  verə  bilərlər:  1963-cü  ildə 

mövcud  quruluşa  qarşı  keçirilən  aksiyanın  1988-ci  ildə  Sum­

qayıtda  baş  verən  qanlı  aksiya  ilə  nə  əlaqəsi  var?  Təbii  ki,  heç

219



bir.  Amma  bəzi  ermənipərəst  publisistlər  indi  də  1988-ci  il 

hadisələrinin  kökünü  1963-cü  ildə  axtarmağa  çalışırlar.  Qələ­

mi  Ermənistana  və  erməni  xalqına  xidmət  edən  rus  publisisti 

V.Danilov  «Niyə  Sumqayıt?»  adlı  cızmaqarasında  tarixçilərin 

unutduğu  bir  hadisəni  oxuculara  çatdırmaq  istəyir.

1963-cü  il  noyabr  ayının  15-də  Kubanın  SSRİ-dəki  səfiri 

Karlos  Olivares  Sovet  İttifaqı  Kommunist  Partiyası  Mərkəzi  Ko­

mitəsinə  bir  məktub  göndərir.  Məktubla  tanışlıqdan  sonra  onu 

Mərkəzi  Komitəyə  dəvət edirlər.  Səfir  bildirir  ki,  o  bu  məktubu 

Sumqayıtda  Mərkəzi  Elektrik  Stansiyasında təcrübə  keçən  dörd 

nəfər  gənc  kubalının  xahişi  ilə  yazmışdır.  Gənclərin  dediyinə 

görə,  noyabr  ayının  7-də  Sumqayıtda  baş  verən  iğtişaş  zamanı 

azərbaycanlılar  ruslara,  ermənilərə  qarşı  aqressiv  çıxış  edirdi­

lər.  Onlara  hədə-qorxu  gəlir,  Azərbaycanı  tərk  etmələrini  tə­

ləb  edirdilər.  Əks təqdirdə  onlara  qarşı  daha  amansız  tədbirlər 

görəcəklərini  söyləyirdilər.  Belə  münasibət  kubalı  tələbələrə 

qarşı  da  yönəlmişdi.

Mərkəzi  Komitədə  Olivaresə  bildirmişdilər  ki,  biz  7  noyabr 

hadisələrindən  sonra  bir  çox  məsələləri  aydınlaşdırdıq.  Sizin 

tələbələrin  Sumqayıtdan  Kubaya  qayıtmalarını  soruşanda  isə 

onlar  «Biz  burada  təcrübəmizi  başa  vurduqdan  sonra  vətənə 

qayıdacağıq»  demişlər.  Çıxılmaz  vəziyyətdə  qalan  səfir söhbə­

tinin  istiqamətini  dəyişərək  qeyd  edir  ki,  azərbaycanlıların  er­

mənilərə  qarşı  münasibəti  çox  pisdir.  Onlar  ermənilərə  hədə- 

qorxu  gəlir,  Azərbaycanı  tərk  etməyi  tələb  edir,  əks  təqdirdə 

onları  qətlə  yetirəcəkləri  ilə  qorxudurdular.

Danilov  adını  çəkdiyimiz  cızmaqarasında  1963-cü  illə 

1988-ci  il  arasında  bir  paralel  axtarır,  bunu  siyasi  xarakterli 

yox,  m illi  məsələ  kimi  qələmə  verir.  Qeyd  edir  ki,  1988-ci 

ildə  Sumqayıtda  baş  verən  hadisə  birdən-birə  meydana  gəl­

məmişdir.  Azərbaycanlılar  bu  «genosid»ə  çox-çox  əvvəl  ha­

zırlaşmışdılar.

220



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə