du. 1923-cü ilin iyul ayının 1 -də AK(b)P MK Rəyasət Heyəti
Dağlıq Qarabağın muxtariyyətinin dekretləşdirilməsi və onun
layihəsinin Mərkəzi Komitədə qəbul olunması barədə qərar
qəbul etdi. İyunun 27-də Zaqafqaziya Ölkə Komitəsinin ple
numu Dağlıq Qarabağa bir ay müddətində muxtar vilayət sta
tusu verilməsinin təmin olunmasını AK(b)P MK-ya həvalə etdi.
İyulun 1-də AK(b)P MK RH-nin iclası Kirovun sədrliyi ilə Qa
rabağ haqqında məsələni dinləyərək altı bənddən ibarət qərar
qəbul etdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə mərkəzi
Xankəndi olmaqla Dağlıq Qarabağa muxtariyyət vermək təklif
olundu. 1923-cü il iyulun 4-də AMİK də eyni məzmunlu qərar
qəbul etdi.
1923-cü il iyulun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komi
təsi mərkəzlə razılaşdırılmış dekret qəbul edir. Dekretdə göstə
rilir ki, Dağlıq Qarabağın ermənilər yaşayan ərazisində Azər
baycan SSR-in tərkib hissəsi kimi mərkəzi Xankəndi olmaqla
Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılsın. Həmin dekret əsa
sında DQMV-nin əsasnaməsinin hazırlanması və Aran Qara
bağla sərhədlərinin müəyyənləşdirilməsi üçün geniş tərkibdə
komissiya yaradılır. Komissiyanın yekun qərarına görə Şuşa
şəhəri muxtar vilayətin tərkibinə qatılmır. Lakin iyulun 16-da
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Azərbaycan SSR
Xalq Komissarları Sovetinin birgə iclasında Şuşanın DQMV-nin
tərkibinə verilməsi barədə qərar qəbul edilir.
Artıq mərkəz və Sovet Azərbaycanının rəhbərliyi elə
düşünürdülər ki, Dağlıq Qarabağla bağlı məsələ qapadılmış
dır və erməni iddiaları bir daha büruzə verilməyəcək. Hətta
ermənilərin böyük dostu və himayədarı S.Kirov AK(b)P-nin VI
qurultayındakı məruzəsində DQMV-nin yaradılmasına qiymət
verərək deyirdi: «Biz, nəhayət, bu məsələni həll etdik. Şübhə
siz, tamamilə doğru hərəkət etdik. Heç bir şübhə yoxdur ki,
bu məsələni yenidən həll etmək bir daha lazım gəlməyəcək».
Lakin Qarabağ məsələsi qapadılmadı.
236
Dağlıq Qarabağda Azərbaycan dövrü
İki əsr öncə Çar Rusiyasının təhriki və birbaşa yardımı ilə
tarixi Azərbaycan vilayətlərində məskunlaşdırılan erməni əha
lisi 1918-ci ildə bu torpaqlarda əvvəlcə Ermənistan adlı dövlət
qurmağa müvəffəq oldu, beş il sonra isə əsassız iddiasını Dağ
lıq Qarabağ Muxtar Vilayəti statusu almaqla təmin etdi. Son
rakı 50 il ərzində vilayət ərazisində hətta siyasi müxtariyyət
belə əldə etməyə müvəffəq olan erməni əhalisinin hökmranlı
ğına yalnız ötən əsrin 70-ci illərinin əvvəllərində son qoyuldu.
Heydər Əliyev respublikaya rəhbər təyin olunan ilk gün
dən Dağlıq Qarabağla bağlı xüsusi siyasət yürütməyə başladı.
Hələ 1967-ci ildə DQMV ərazisində üç azərbaycanlının av
tomobilin içində yandırılması nəticəsində başlayan milli qar
şıdurma elementlərini büruzə verən separatizm qığılcımlarının
nəticəsini əvvəlcədən görən ölkə rəhbəri qətiyyətli addımlar
atdı. Vilayət rəhbəri, şovinist V.Şahnazaryan Azərbaycana lo
yal Melkumyanla əvəzləndi, hüquq-mühafizə orqanlarında isə
ciddi təmizləmə aparıldı. 1923-cü ildə Azərbaycanın altına
qoyulan «gec partlayan bomba» - DQMV-də cərəyan edən
və günü-gündən genişlənən ekstremist meyillər qısa müddət
ərzində ölkənin yeni rəhbərinin fəaliyyəti nəticəsində neytral-
laşdırıldı və bu inzibati subyektin müstəqilliyinə, Bakıya say
mazyana münasibətinə 1987-ci ilə qədər tam son qoyuldu. Bu
ərazidə Azərbaycanın milli-mənəvi irsinin daha geniş təşəkkül
tapması üçün Heydər Əliyev xüsusi tədbirlər planı hazırlaya
raq onları böyük müvəffəqiyyətlə həyata keçirdi. Və 1982-ci
ildə Qarabağın ən uca zirvəsində Azərbaycan varlığının canlı
təcəssümü kimi Vaqifin məqbərəsini ucaldanda Heydər Əliyev
tarixi missiyasının - bu vilayəti tam olaraq azərbaycanlılaş-
dırdığının təntənəsini yaşadı. Lakin həmin ilin sonlarında o,
Azərbaycanı tərk edərək Moskvaya rəhbər vəzifəyə getdikdən
sonra erməni separatçılarının vilayətdə reabilitasiya mərhələsi
237
başladı və Heydər Əliyev 1987-ci ildə bütün vəzifələrindən
istefa verdikdən sonra isə ekstremizm ən qanlı formalarda tə
zahür etdi.
Heydər Əliyevin vəzifələrindən uzaqlaşdırılmasından dər
hal sonra erməni separatizmi ilk hücumuna - informasiya sa
vaşma başladı. Akademik A.Aqanbekyan 1987-ci ilin noyabr
ayının 18-də Fransanın «Humanite» qəzetinə verdiyi müsahi
bəsində vurğulayırdı ki, «mən iqtisadçı kimi əmin edirəm ki,
DQMV-nin coğrafi cəhətdən daha çox bağlı olduğu Ermənis
tana birləşdirilməsi düzgün olardı. Bu barədə mənim xüsusi
təklifim var və onu artıq təqdim etmişəm. İnanıram ki, yeni
dənqurma və demokratiya şəraitində bu problem öz həllini
tapacaq». Bədnam akademik müsahibəsində M.Qorbaçovun
1987-ci ilin fevral plenumunda etdiyi çıxışın əsas tezisinə -
«Milli məsələlərin həllində təəssüfdoğurucu gecikmə aradan
qaldırılmalıdır» fikrinə istinad edirdi. Bu müsahibə separatizm
meyillərinin aşkar büruzə verilməsi üçün siqnal rolunu oynadı.
İlk qığılcım
Həmin ərəfədə artıq DQMV ərazisində separatçı «Krunk»
təşkilatı yaradılmışdı və onun üzvləri 1988-ci ilin yanvar
ayının əvvəllərində Moskvaya yardım üçün getmişdilər. Ar
tıq separatçılıq dalğasının başlaması üçün ideoloji-təbliğat işi
böyük vüsət alırdı. Bu vaxt Moskvadan qayıdan «Krunk»un
rəhbərləri bəyan edirlər ki, Sovet İttifaqı Kommunist Partiya
sı Mərkəzi Komitəsinin m illi məsələlər üzrə şöbəsinin müdiri
V.Mixaylovla görüşlərində onlara müstəqillik tələblərinin mər
kəzdən müdafiə olunması ilə bağlı vəd verilib. M.Qorbaçovun
köməkçisi D.Şahnazaryan isə bildirib ki, baş katib ermənilərin
öz müqəddəratını təyinetmə haqlarına hörmətlə yanaşır və on
ların tələblərini qanuniləşdirməyə hazırdır.- Artıq bu ərəfədə
Xankəndidə mitinqlər də başladı.
238
Dostları ilə paylaş: |