tında» Zori Balayanın və Dağlıq Qarabağ erməni separatçıları
nın lideri olmuş, hazırda Ermənistan Respublikasının preziden
ti Robert Koçaryanın iştirakı olmuşdur.
90-cı illərin əvvəllərindən etibarən beynəlxalq terrorçu
qrupların liderlərinin reabilitasiyasına çalışan Ermənistan rəh
bərliyi xarici diasporun radikal təşkilatlarının, xüsusilə «Daş-
naksütyun», ASALA, MAQ, «Erməni birliyi», «Erməni Azad
lıq Cəbhəsi» və digər terror təşkilatları fəallarının Ermənistan
ərazisində toplanması məqsədi ilə genişmiqyaslı kampaniyaya
başlamış, onların fəaliyyətlərinə siyasi-hüquqi şərait yaradaraq
sığınacaq vermiş, pul, silah, saxta sənəd və nəqliyyatla təchiz
etmişdir. Həmçinin Azərbaycanda ermənilərin sıx yaşadıqları
əraziyə yardım adı altında bir sıra xarici dövlətlərdən terrorçu
lar, silah və maliyyə vəsaitləri göndərilir, Türkiyə nümayəndə
liklərinə qarşı terror aktları törətmiş ermənilərin azad olunması
və dəstəklənməsi Ermənistanda dövlət səviyyəsində təşkil olu
nurdu. Belə ki, Suriyada doğulmuş, ASALA üzvü, 1983-cü ilin
iyun ayında Fransanın Orli aeroportunda partlayış törətdiyinə
görə həbs edilmiş Varujan Karapetyanın Ermənistan xüsusi xid
mət orqanları tərəfindən Eçmiədzin kilsəsinin imkanları vasi
təsilə azad olunması üçün imzatoplama kampaniyası keçiril
mişdir.
Fransada terror aktları törətdiyinə görə həbs edilmiş ABŞ və
təndaşı, tanınmış beynəlxalq terrorçu Monte Melkonyan azad
olunduqdan sonra 1990-cı ildə Ermənistandan Dağlıq Qara
bağa göndərilərək azərbaycanlıları öz torpaqlarından məcburi
köçkün vəziyyətinə salmış terrorçu qruplara rəhbərlik etmişdir.
1993-cü ilin yayında Azərbaycan qoşun hissələri tərəfindən
məhv edilmiş M.Melkonyanın Yerevanda dəfn mərasimində,
prezident daxil olmaqla, Ermənistanın dövlət rəsmiləri iştirak
etmiş, sonra bu beynəlxalq terrorçu Ermənistanın milli qəhrə
manı elan olunmuş, onun adı ER Müdafiə Nazirliyinin diver-
siya mərkəzlərindən birinə verilmişdir.
---------
261
---------
1992-ci ildə Xankəndiyə göndərilmiş Vazgen Sislyan Yaxın
Şərq terrorçuları Abu Əli, Qilbert Minasanyan və digər terror
çularla birlikdə zorakılıq siyasətindən dünya ictimaiyyətinin
diqqətini «erməni məsələsi»nə yönəltmək üçün vasitə kimi
istifadə edirdilər.
R.Koçaryan hakimiyyətə gəldikdən sonra Ermənistanda ter
rorçu qrupların rəhbərlərinin reabilitasiyası halları daha da art
mışdır. Tanınmış terrorçu, İran vətəndaşı və «Daşnaksütyun»
partiyasının üzvü Qrant Markaryan həbsdən azad edilərək
Azərbaycana qarşı terror aktlarının keçirilməsində fəal iştirakı
na görə 1981 -ci ildə Parisdə türk səfirliyinin zəbtinin təşkilat
çılarından biri Vazgen Sislyan la birgə R.Koçaryan tərəfindən
Qarabağ müharibəsinin qəhrəmanı adına layiq görülmüşlər.
Bütün bunlar Ermənistan rəhbərliyinin Azərbaycana qarşı
terror aktlarının təşkilində bilavasitə iştirakını bir daha təs
diq edir. Əslində, Ermənistanın hazırkı rəhbərləri - prezident
R.Koçaryan, müdafiə naziri S.Sarkisyan və Dağlıq Qarabağ
dakı işğalçı-separatçı rejimin rəhbəri A.Qukasyan terrorçularla
sıx əlaqədə olduqlarını gizlətmirlər.
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin
«sərhəd»i hazırda Ermənistanın silahlı qüvvələri tərəfindən
qorunur, bu ölkədən olan çağırışçılar hərbi xidmət keçmək
üçün həmin ərazilərdəki hərbi hissələrə göndərilir. Həmçinin
hazırda işğal olunmuş ərazilərdə Ermənistanın silahlı qüvvələ
ri və terrorçu qruplarla yanaşı, qeyri-qanuni silahlı birləşmələr
də fəaliyyət göstərir və bütün bunlar terrorizmə qarşı mübarizə
üzrə beynəlxalq konvensiyaların nəzarətindən kənardadır.
III. Narkotik maddələrin qanunsuz becərilməsi
və dövriyyəsi
İşğal olunmuş ərazilər heç bir dövlətin, beynəlxalq təşki
latın nəzarətində olmayan özünəməxsus kriminal mənbəyinə
çevrilmişdir. Belə ki, separatçı-terrorçu rejim işğal altında olan
---------
262
---------
ərazilərdə narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı
və satışının inkişaf etməsi üçün bütün zəruri şəraiti yaratmış
dır. Bu faktlar. ABŞ Dövlət Departamentinin narkotik maddələr
üzərində beynəlxalq nəzarət strategiyasına dair 2000-ci il mart
tarixli hesabatında öz əksini tapmışdır. Narkotik işbazlarını
qondarma qurumun bədnam rəhbərləri müdafiə edir, narko-
tiklərin satışından əldə olunan pullardan işğal olunmuş ərazi
lərin nəzarətdə saxlanılması və muzdlulara haqq ödənilməsi
üçün istifadə edirlər.
ABŞ Dövlət Departamentinin 2001-ci ilin martında açıqlan
mış hesabatında işğal edilmiş Azərbaycan ərazilərindən narko
tik vasitələrin kütləvi şəkildə daşınması üçün istifadə olunduğu
bildirilir və Ermənistana coğrafi yerinə görə narkotik vasitələ
rin beynəlxalq dövriyyəsində potensial subyekt kimi baxılır.
Azərbaycanın işğal olunmuş sərhədyanı ərazilərində çətənə
kollarının yetişdirilməsi faktı AŞ PA-nın Dağlıq Qarabağ üzrə
məruzəsində də öz əksini tapmışdır.
Narkotiklərin satışından əldə olunan pulun böyük hissə
si separatçılar tərəfindən qanunsuz silahlı birləşmələr, terror
qrupları üçün silahların alınmasına və təlimlərin keçirilməsinə
xərclənir. Dağlıq Qarabağda mövcud olan qanunsuz iqtisadi
fəaliyyət separatçıları «çirkli p u 11 a r»ı n yuyulması əməliyyatları
sahəsində məşhurlaşdırmaqla onları transmilli cinayətkar infra
strukturların maraq dairəsinə daxil etmişdir.
Azərbaycanın işğal olunmuş ərazilərindən nüvə və radio
aktiv tullantıların basdırılması məqsədi ilə də istifadəsi güman
olunur. Belə ki, gündəlik təqribən 9 milyon KVT/saat enerji
hasil edən Metsamor Atom Elektrik Stansiyasının müvafiq is
tehsalının müqabilində Ermənistanda hazırkı dövrədək nüvə
tullantılarının saxlanılması üçün anbarın olmaması Azərbay
can Respublikasının işğal olunmuş ərazilərinin qeyd olunan
tullantıların basdırılması məqsədi ilə istifadəsi ehtimalını artırır.
263
Dostları ilə paylaş: |