«Avropa İttifaqının Cənubi Qafqaz siyasəti» mövzusunda qəbul
edilmiş qətnamədə erməni separatçılarının işğal etdikləri ərazi
lərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardıq
ları öz əksini tapmışdır. Avropa Parlamenti Cənubi Qafqazda
təhlükəsizliyin bərqərar edilməsinə mane olan münaqişənin
nizama salınması üçün işğal olunmuş Azərbaycan ərazilərinin
(Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan)
azad edilməsi təklifi ilə çıxış etmiş və bununla da bu münaqi
şənin «mərhələli həll» variantına öz dəstəyini ifadə etmişdir.
Prezident İlham Əliyev: «Mən nə qədər Prezidentəm,
Dağlıq Qarabağın Azərbaycandan ayrılacağına
yol verməyəcəyəm»
Son illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin Er
mənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə həlli istiqamətində yeritdiyi ardıcıl və milli mənafelərə
əsaslanan prinsipial siyasət, həmçinin ölkənin iqtisadi cəhət
dən qüdrətlənməsi respublikamızın diplomatik mövqelərinin
daha da güclənməsi ilə müşayiət olunur. Dövlət rəhbərinin
uğurla apardığı danışıqlar, nümayiş etdirdiyi qətiyyətli mövqe,
verdiyi kəskin bəyanatlar təbliğat savaşında səmərəli olmaqla
yanaşı, münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda rəsmi
Bakının siyasi üstünlüyünü də təmin etmişdir. Azərbaycanın
iqtisadi potensialının güclənməsi, hərbi büdcəsinin ildən-ilə
artması fonunda danışıqlar prosesi də keyfiyyətcə yeni mərhə
ləyə qədəm qoyub.
ATƏT-in Minsk qrupunun son illərdə öz fəaliyyətini xey
li dərəcədə gücləndirməsi, dünyanın ən aparıcı beynəlxalq
təşkilatlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müna
qişəsinə daha çox diqqət ayırması faktı göz önündədir. Av
ropa Şurası, Avropa Birliyi, İKT, GUAM kimi nüfuzlu beynəl
251
xalq qurumlar, habelə münaqişə ilə bağlı 4 qətnamə qəbul
etmiş BMT problemin həllində ərazi toxunulmazlığı prinsipini
önə çəkmişdir. Dağlıq Qarabağ məsələsi BMT Baş Məclisinin
müzakirəsinə də çıxarılmışdır. Cənab İlham Əliyevin Avropa
Şurasında Azərbaycan parlamenti nümayəndə heyətinin rəh
bəri kimi başladığı səmərəli fəaliyyət son illərdə də uğurla
davam etdirilir. Azərbaycan Prezidenti 2004-cii ilin aprelində
Strasburqdakı çıxışında Ermənistanın işğalçılıq siyasətini bey
nəlxalq aləmdə bir daha ifşa etmişdir. Bütün bunlar Avropa
Şurasının 2005-ci ilin yanvarında Ermənistanı işğalçı dövlət,
Dağlıq Qarabağı isə separatçı rejim kimi tanıyan qətnamə
nin qəbuluna mühüm təsir göstərdi. Ermənistanın münaqişə
nin «Praqa prosesi», yəni «mərhələli həll» modeli ilə razılaş
maq məcburiyyətində qalması da rəsmi Bakının son illərdəki
mühüm diplomatik nailiyyətlərindən biri kimi vurğulanmalıdır.
Cənab İlham Əliyev hələ Prezident kimi səlahiyyətləri
nin icrasına başlayarkən andiçmə mərasimində etdiyi çıxışda
münaqişənin həlli ilə bağlı fəaliyyət platformasını belə açıqla
mışdı: «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
ölkəmiz üçün ən ağır problemdir. Bu məsələ öz həllini
tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəl
xalq hüquq normaları əsasında həll oluna bilər: Azərbay
canın torpaqları işğaldan azad olunmalıdır, 1 milyon qaçqın
və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin
ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu
vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmaya
caqdır. Azərbaycan öz doğma torpaqlarını nəyin bahası
na olursa-olsun azad edəcəkdir». Bu prinsiplər ötən müddət
ərzində Azərbaycan diplomatiyasının ən başlıca prioritetinə
çevrilmişdir.
Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrdə yüksə
lişə nail olması, həmçinin iqtisadi inkişaf dinamikasına görə
252
dünyada lider dövlət olması ordu quruculuğunda müsbət irə
liləyişlərə səbəb olmuşdur. M illi Ordunun müdafiə qüdrətinin
və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının
yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müda
fiəsi tədbirlərinin gücləndirilməsi vacib inkişaf istiqamətləri
kimi diqqəti çəkir. Ermənistanın təcavüzü ilə üzləşmiş Azər
baycanda yüksək döyüş qabiliyyətli, hərtərəfli təchiz olunmuş
ordunun formalaşdırılması istiqamətində atılan addımlar son
illərdə daha da intensivləşmişdir. Həyata keçirilən uğurlu isla
hatlar nəticəsində respublikamızın iqtisadi qüdrətinin ildən-ilə
güclənməsi Prezident İlham Əliyevə bu sahədə ardıcıl təd
birlər həyata keçirməyə, hərbi xərcləri durmadan artırmağa
imkan vermişdir. Dövlət başçısı ölkəmizdə hərbi potensialın
daha da gücləndirilməsi, bu prosesdə qabaqcıl dövlətlərin
təcrübəsinə istinad olunması kimi mühüm məsələləri diqqət
mərkəzində saxlamışdır. M illi Orduya dövlət büdcəsindən ay
rılan vəsaitlərin həcmi ildən-ilə artırılır və bu da paralel olaraq
maddi-texniki təminatın, döyüş əhvali-ruhiyyəsinin, nizam-
intizamın güclənməsinə səbəb olur. Azərbaycan Ordusunun
hərbi büdcəsinin Ermənistanın bütövlükdə dövlət büdcəsi sə
viyyəsinə qaldırılması barədə bir neçə il öncə Prezident İlham
Əliyevin elan etdiyi məqsədə artıq nail olunmuşdur.
«Nə 5 ildən sonra, nə 10 ildən sonra, nə 15 ildən son
ra, nə də 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan
ayrılmayacaqdır. Mən nə qədər Prezidentəm, buna yol ver
məyəcəyəm», -deyən dövlət başçısı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün
olmayacağı təqdirdə torpaqların hərbi vasitələrlə azad edilə
cəyini birmənalı söyləyir və Silahlı Qüvvələrin buna tam qadir
olduğunu bəyan edir. Ali Baş Komandan İlham Əliyev böl
gələrə səfərləri zamanı müntəzəm olaraq hərbi hissələrə baş
çəkir, cəbhə bölgəsində, səngərdə vətənin keşiyində dayanan
əsgər və zabitlərimizlə görüşür, onların hərbi xidmət şəraiti ilə
253
Dostları ilə paylaş: |