Yanvar hadisələri ərəfəsində Moskva SSR Ali Soveti İttifaq
Sovetinin sədri Y.Primakovu və Sov.İKP MK katibi Girenkonu
Bakıya göndərdi. Lakin onların AXC-nin radikal və liberal qa
nadları ilə görüşüb apardıqları danışıqlar heç bir nəticə vermə
di. Yanvarın 17-də Azərbaycan KP MK binası qarşısında böyük
mitinq başlandı və üç gün davam etdi. Mitinqdə Ermənistanın
Azərbaycana qarşı ərazi iddialarına son qoyulması, Bakı ətrafı
na yığılmış qoşunların Dağlıq Qarabağa göndərilməsi, respub
lika rəhbərliyinin istefası və digər tələblər irəli sürüldü.
Sovet rəhbərliyi isə Azərbaycan xalqının müstəqillik uğ-
runda apardığı mübarizənin qarşısını almaq, milli-azadlıq hə
rəkatına zərbə vurmaq, habelə digər müttəfiq respublikalara
dərs vermək üçün 1990-cı il yanvarın 19-da «Bakı şəhərində
fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında» fərman imza
ladı. Halbuki bununla Qorbaçov SSRİ Konstitusiyasının 119-
cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud
şəkildə pozurdu.
Digər tərəfdən, bu fərmanın tətbiqi barədə əhaliyə xəbər
verilməmişdi. Xalqdan fərqli olaraq, respublika rəhbərliyi yan
varın 20-nə keçən gecə Bakıya ordu yeridiləcəyindən xəbər
dar idi. Həmin günlər güman edilirdi ki, ölkə rəhbərliyinin is
tefa verməsi gərginliyi nisbətən azaldar, adamlar barrikadaları
tərk edərək dağılardılar. Lakin bunun əksinə olaraq axşam çağı
boş küçələrdə üstünə səsgücləndirici quraşdırılmış maşınlar-
dakı insanlar xalqı piketlərə səsləyirdilər.
Yanvarın
19-dan
20-nə
keçən
gecə
SSRİ
rəhbəri
M.Qorbaçovun göstərişi və Azərbaycanın o zamankı maymaq
rəhbərlərinin razılığı ilə Bakıya qoşun yeridildi. Azərbaycam
informasiya blokadasına almaq və xalqın haqq səsini boğmaq
üçün SSRİ DTK-nın «Alfa» qrupu respublika televiziyasının
enerji blokunu yanvarın 19-da partlatdı. Televiziya susdurul
du, kütləvi informasiya vasitələri üzərinə,-qəzet və jurnalların
nəşrinə qadağalar qoyuldu. Beləliklə, Azərbaycan tam şəkildə
276
blokadaya düşdü, əhali hər hansı bir məlumat almaq mənbə
yindən məhrum oldu.
Bakıya qoşun yeridiləndə isə tanklardan, zirehli transport-
yorlardan, piyadaların döyüş maşınlarından istifadə edildi.
Zirehli texnikanın üstündə nömrələr yox idi. Qırmızı Bayraq
ordenli Xəzər Hərbi Donanmasının gəmilərindən desant çıxa
rılmışdı. Tanklar və ZTR-lər Bakı küçələrində qarşılarına çıxan
hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İn
sanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mən
zillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları
aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də
atəşə tuturdular.
SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həya
ta keçirdiyi «Udar» («Zərbə») adlı əməliyyatda əsas rolu xüsusi
təyinatlı «Alfa» və SSRİ DTK-nın «A» təxribat qrupları oyna
yırdı. Sonradan isə məlum oldu ki, Bakıya hücum çəkib qırğın
törədən hərbi hissələrin şəxsi heyəti arasında cinayətkarlar və
ermənilər də olub. Beləliklə, sovet qoşunlarının təcavüzü nə
ticəsində təkcə Bakı şəhərində 131 nəfər xüsusi amansızlıqla
qətlə yetirildi, 800 nəfərdən çox adam yaralandı. Vəhşiləşmiş
hərbçilər tərəfindən 200 ev və mənzil talan edilərək yandı
rıldı, 80 avtomaşın, o cümlədən təcili yardım maşını, külli
miqdarda şəxsi və dövlət əmlakı məhv edildi. Ölkənin baş
meydanındakı tribunadan SSRİ rəhbərliyini hədələyən və xalq
hərəkatına rəhbərlik etdiklərini bildirənlər, özlərini «liderlər»
adlandıranlar isə faciə zamanı xalqla birgə olmadılar. Bu isə
onların bir daha hakimiyyətə gəlmək üçün oyunlar oynadığını
və bu məqsədlə xalqı qırğına verməyə belə hazır olduqlarını
göstərirdi.
Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında mə
lumat isə əhaliyə yalnız ertəsi gün şəhər hərbi komendantı
Dubinyakın radio ilə çıxışında və vertolyotlardan səpilən və
rəqələrdə bildirildi. Halbuki Qorbaçovun Azərbaycana ezam
277
etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər
ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaq.
Faciəyə etiraz səsini ən birinci ucaldan
Heydər Əliyev oldu
Ən acınacaqlı hal isə burası idi ki, respublika rəhbərliyi
də əvvəlcədən xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını
almaq üçün heç bir tədbir görmədi, cinayətin iştirakçısı ola-
ola zahirən hadisələrdən kənarda qalmağa çalışdı. Moskvanın
qabağında həmişə mütilik və satqınlıq nümunəsi göstərən, fa
ciə törənən gecə isə qorxusundan tələm-tələsik respublikadan
qaçan Ə.Vəzirov, həmin günlərdə Azərbaycan KP Mərkəzi
Komitəsinin birinci katibi seçilən A.Mütəllibov bu dəhşətli fa
ciənin izlərini nəyin bahasına olursa-olsun ört-basdır etməyə,
xalqın haqq səsini fövqəladə rejim tətbiq etməklə boğmağa
çalışırdı.
O ağır günlərdə 20 Yanvar faciəsi ətrafında xəyanət sükutunu
ilk və mütəmadi olaraq yaran Heydər Əliyevin haqq səsi və
dəyişməz mövqeyi oldu. Faciənin ertəsi günü ilk dəfə olaraq
Heydər Əliyevin Azərbaycan xalqına qarşı törədilən cinayətə,
qanlı təcavüzə qarşı etiraz səsi ucaldı. Təbii ki, milli-azadlıq
istəyi ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli
mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş
etdirmək məqsədi ilə həyata keçirilən bu müdhiş faciə qəlbi
vətən eşqi ilə döyünən xalqın mərd və mübariz oğlunu nara
hat etməyə bilməzdi. Çünki dahi insan, uzaqgörən şəxsiyyət
yaxşı bilirdi ki, bu faciə totalitar kommunist rejiminin Azər
baycan xalqına qarşı hərbi təcavüzü və cinayətidir. Heydər
Əliyev hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi
nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu
vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törəmə səbəblə
rini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün
dünyaya bəyan etdi:
278
Dostları ilə paylaş: |