göstərməyən günahsız adamlara, Azərbaycan xalqına qarşı
açıq təcavüz kimi qiymətləndirilir. Həmçinin Azərbaycanın o
vaxtkı rəhbərliyinin cinayətkar fəaliyyəti bir daha qeyd oluna
raq deyilir ki, Qanlı Yanvar hadisələrinin günahkarlarını üzə
çıxarmaq, onu təhlil etmək və siyasi qiymət vermək üçün res
publika əhalisinin təkidli tələbinə baxmayaraq, faktiki olaraq,
faciədən ötən müddət ərzində heç bir tədbir görülməmişdir.
Qəribə idi ki, respublika Ali Sovetinin yanvar hadisələrini təh
qiq etməli olan komissiyası da öz işi ilə məşğul olmamışdır.
Respublika rəhbərliyinin bu etinasızlığı haqlı olaraq xalqda
hiddət və etiraz doğururdu.
Sovet hakimiyyətinin süqutundan, Azərbaycanın dövlət
müstəqilliyinin bərpa edilməsindən sonra bir müddət başları
hakimiyyət uğrunda mübarizəyə qarışmış siyasətbazlar xalqı
mıza qarşı törədilmiş bu ağır cinayətin səbəblərinin araşdırıl
ması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların
müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar.
Onlar bu məsələdə heç maraqlı da deyildilər, çünki həmin
cinayətin törədilməsinin məsuliyyəti bu və ya digər dərəcədə
onların da üzərinə düşürdü. Düzdür, həmin dövrdə müxtəlif
siyasi platformalardan çıxış edən ayrı-ayrı siyasi partiyalar 20
Yanvar faciəsi ilə bağlı bütün günahları Moskvanın üzərinə
atmağa cəhd göstərmişdilər. Amma Heydər Əliyevin xalqın
tələbi ilə hakimiyyətə qayıdışına qədər nə A.Mütəllibov, nə
də AXC-Müsavat iqtidarı tərəfindən faciəyə siyasi qiymət
verilməsi üçün bir iş görüldü.
Heydər Əliyev isə Azərbaycan xalqına qarşı soyqırımı si
yasətini həyata keçirməyə rəvac verənlərlə mübarizəsini
ona qarşı az qala düşmən mövqedə duran Ali Sovetdə və
digər istiqamətlərdə də davam etdirir, böyükdən kiçiyə qə
dər hər kəsə məlum olan qatillərin hüquqi müstəvidə aşkar
olunmasını, faciəyə siyasi qiymət verilməsini tələb edirdi.
Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci
285
il tarixli sessiyasındakı çıxışında deyirdi:
«1990-cı il yanvarın
20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı
hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər
vermədən, dövlət qanunlarını kobudcasına pozaraq Bakı
şəhərinə müasir silahlı Sovet ordusunun qoşun hissələri
yerildilmiş, onlar vəhşilik; qəddarlıq etmiş, nəticədə nahaq
qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış,
itkin düşmüşdür. Təəssüf ki, bu təcavüz indiyə qədər davam
edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə
vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə
keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə
matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində,
kəndlərində
şəhidlərin
xatirəsinə
abidələr
ucaldılır.
Fəqət; qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç
vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə
olunmalıdır. 20 Yanvar faciəsinə A li Sovetin sessiyası siyasi
qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir».
Heydər Əliyev 1991-ci il iyunun 19-daSSRİ Nazirlər Sovetinə
göndərdiyi məktubunda yazırdı: «Yanvar
hadisələrində
yüzlərlə adam öldürüldü və şikəst edildi. Artıq il yarım
keçib. N əinki bu dəhşətli cinayətlərin hamıya çoxdan
məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları
ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid
edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix
dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş
qanlı cinayətləri on illə r keçsə də, unutmaq və bağışlamaq
mümkün deyil».
Azərbaycan Respublikası Ali Sovetinin 29 avqust 1991 -ci
il tarixli sessiyasındakı çıxışında isə Heydər Əliyev deyirdi:
«20 Yanvar faciəsi dövründən il yarımdan çox vaxt keçir.
Bu gün burada da, bu salonda cürbəcür söhbətlər gedir.
Bir qrup bir fikirdədir, məndən qabaq çıxış edən Rəhimov
başqa fikirdədir. Mən sual verirəm A li Sovetin Sədri Elmira
286
Qafarovaya, Azərbaycan Prezidenti Ayaz Mütəllibova: nə
üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyib?
Bu məsələnin həm siyasi tərəfi var,
həm hüquqi tərəfi
var. Bu məsələyə dərhal siyasi qiymət vermək olardı. O ki
qaldı hüquqi cəhəti,
ayrı-ayrı adamların məsuliyyətə cəlb
olunması,
onu,
şübhəsiz ki, istintaq yolu ilə aydınlaşdırmaq
lazımdır. Buna siyasi qiymət verilmədiyinə görə başqa
tədbirlər həyata keçirmək mümkün olmur».
1992-ci ildə M illi Şura tərəfindən qəbul edilmiş qərar
səthi və başdansovdu idi
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından son
ra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi və
zifəsinin qarşıya qoyulması günün tələbi idi. Ulu öndər dövrün
mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq,
tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin
başvermə səbəblərinin və günahkarlarının araşdırılması ilə də
məşğul oldu. Heydər Əliyevin 1994-cü il yanvarın 5-də 20
Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı
verdiyi fərmanda M illi Məclisə faciəyə tam siyasi-hüquqi qiy
mət verməsi tövsiyə olunurdu. Yalnız bundan sonra aparılan
araşdırmalar nəticəsində məlum oldu ki, 20 Yanvar faciəsinə
siyasi-hüquqi qiymət verilməməsində maraqlı olan qüvvələr
var imiş. 1991-1993-cü illərdə hakimiyyətdə qalmaq istəyən
iqtidar, hakimiyyətə gəlmək istəyən müxalifət nümayəndələri
bu dəhşətli faciədən yararlanmaq istəyirmişlər. Heydər Ə li
yev 1994-cü il yanvarın 12-də Dövlət Komissiyasının geniş
iclasında Azərbaycan Respublikası Ali Soveti M illi Şurasının
1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda
yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi
günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qəra
rın özünün yerinə yetirilmədiyini nəzərə çatdırdı. Respublika
287