məkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa
hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağ
ıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək,
xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə
əzmini qırmaq idi. Düzdür, buna nail ola bilməsələr də, er
mənilər 366-cı alayın köməyilə tarixdə ən qanlı səhifələrdən
birinin yazılmasına nail ola bildilər. Bununla ötən əsrdə Xocalı
daha bir faciə yaşamış oldu. Həmin faciədən əvvəl də Xocalı
öz tarixində bir neçə dəfə erməni təcavüzünə məruz qalmış,
soyqırımlarına uğramışdı. Təkcə XX əsrin əvvəllərində 1905,
1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni tə
cavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış,
fəqət ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa
olunmuş və yaşamışdı. Amma tarix Xocalını daha bir qanlı fa
ciə ilə sınağa çəkməyə hazırlaşırdı.
Ermənilərin niyyətini yaxşı bilən Xocalı sakinləri müəyyən
müdafiə tədbirləri görürdülər. Düşmən isə yaxşı anlayırdı ki,
Xocalının tutulması Qarabağ münaqişəsinin sonrakı taleyində
həlledici rol oynayan əsas məqamlar sırasındadır. Ermənilərin
diqqətini Xocalıya cəlb edən önəmli səbəblərdən biri onun
geostrateji mövqeyi idi. 7.000 əhalisi olan Xocalı Xankəndi
dən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində
və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerlə
şir. Qarabağdakı yeganə hava limanı da məhz Xocalıda idi.
Ermənilərin əsas istəklərindən biri məhz buradakı hava limanı
vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail ol
maq idi. Dağlıq Qarabağda hələ A.Volskinin hakimiyyəti döv
ründən Xocalı aeroportuna gündə 20-30 təyyarə enib-qalxırdı.
Onların əsas yükü silah və xarici ölkələrdən köməyə gələn
könüllü və muzdlu əsgərlər idi. Dünyanın hər yerindən Dağ
ıq Qarabağ ermənilərinə kömək etmək üçün erməni könül-
üləri daşınırdı. 1990-cı ilin noyabrında Ə lif Hacıyev Xocalı
təyyarə limanında Xətt Daxili İşlər Bölməsinin rəisi və Xocalı
301
aeroportunun komendantı təyin olundu. Bu, ermənilərin silah
daşımasının qarşısını müəyyən qədər aldı. Lakin yollarda qətl
və təxribat hadisələri davam edirdi.
1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet
məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan, faktiki
olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başla
dı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini
pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni
separatçıları-terrorçuları ilə birləşərək Azərbaycan torpaqları
nın işğalına başladılar. Moskvadan və xaricdəki erməni dias
porundan verilən dəstək, o vaxtkı Azərbaycan rəhbərliyinin
yarıtmaz siyasəti nəticəsində lazımi müqavimətlə üzləşməyən
ermənilər 1991-ci ilin oktyabrında Tuğ və Salakətin kəndlərini
işğal etdilər. Bunun ardınca Xocavənd kəndi də işğalçıların
nəzarəti altına keçdi.
Bu dövrdə Xocalı yenə də döyüşür və ermənilərin işğal si
yasətinin daha sürətlə genişlənməsinə mane olurdu. Belə ki,
ermənilər azərbaycanlılar yaşayan kəndlərə hücum edəndə
Xankəndi və ermənilərin məskunlaşdığı digər yerlər də Xoca
lıdan atəşə tutulur və düşmənin öz niyyətini həyata keçirməsi
nə maneələr yaradılırdı. Lakin Xocalıya və Qarabağın düşmən
hücumuna məruz qalan digər bölgələrinə o vaxtkı Azərbay
can iqtidarı tərəfindən lazımi yardımlar edilməməsi və haki
miyyət uğrunda gedən savaşlar ermənilərin öz niyyətini daha
asan reallaşdırmasına imkan verirdi. Məhz bunun nəticəsində
1992-ci il yanvarın 10-da ermənilər Axullu kəndini zəbt edə
bildilər. Elə həmin ilin fevralında Malıbəyli və Quşçular kənd
ləri hücuma məruz qaldı. Xankəndidə yerləşən 366-cı alayın
bilavasitə iştirakı ilə bu kəndlər də ermənilər tərəfindən işğal
olundu. Malıbəyli və Quşçular kəndlərinin işğalından bir neçə
gün sonra Dağlıq Qarabağın ən iri yaşayış məskənlərindən
olan Qaradağlı yenə də 366-cı motoatıcı alayın əsgər və zabit
heyəti, eləcə də müxtəlif xarici ölkələrdən gətirilmiş muzdlu
döyüşçülər hesabına ermənilərin əlinə keçdi.
302
Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan
yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək
mövqelər ermənilər tərəfindən tutulmuşdu. İndi ermənilər
üçün əsas hədəf Xocalı idi. Xocalıda isə vəziyyət getdikcə
ağırlaşırdı. Şəhər hələ 1991-ci ilin oktyabrından blokadada
idi. Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil
yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı.
Belə vəziyyət şəhərə özünümüdafiə üçün silah, ərzaq və digər
zəruri məhsulların çatdırılmasında ciddi problemlər yaradırdı.
Ermənilərin hücumları isə ara vermirdi. 1991-ci il sentyabr
ayının 24-də Ağdamdan Xocalıya fəhlə gətirən avtobus Əsgə-
randa daşqalaq edildi, sürücü və sərnişinlər ağır yaralandılar.
Bundan iki gün sonra isə Xocalı polis şöbəsinin iki əməkdaşı
maşında atəşə tutulub qətlə yetirildi. Ətraf erməni kəndlərin
dən hər gecə Xocalı «Alazan» və «KristalI» raket qurğuların
dan atəşə tutulurdu. Noyabr ayından isə Xocalının Ağdama və
Şuşaya çıxış yolları tamamilə bağlandı.
Bəşəriyyət tarixinə qanla yazılan gün
Həmin dövrdə Dağlıq Qarabağda erməni separatçıları da
fəaliyyətini genişləndirirdi. Bunun nəticəsində 1991-ci ilin
sentyabrında «Dağlıq Qarabağ respublikası» adlanan oyuncaq
dövlət yaradıldığı bildirildi. Həmin ilin noyabr ayının 26-da
Azərbaycan Ali Soveti Dağlıq Qarabağın muxtar vilayət statu
sunun ləğv olunduğunu bəyan etdi.
Proseslərin gedişi mövcud durumu daha da çətinləşdirirdi.
Təcrid vəziyyətinə düşmüş Xocalıya sonuncu vertolyot 1992-ci
il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyotun
vurulması, vertolyotun içindəki 40 nəfər azərbaycanlının həlak
olmasıyla şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə
elektrik enerjisi də verilmirdi. Xocalılılar ancaq öz qəhrəmanlıq
ları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və
303
Dostları ilə paylaş: |