www.vivo-book.com
499
liberalların tərəfinə keçirəm, elə bu vaxt da o lənətə gəlmiĢ
seçkilər baĢlayır: məndən tələb eləyirlər ki, səs verim.
– Tanımadığınız namizədin xeyrinə?
– Yoox, onu çox yaxĢı tanıyıram! Mən dəhĢətli bir
səhvə yol verərək imtina elədim! Bu vaxt bütün liberallar
mənə hücum elədi və buradakı vəziyyətim dözülməz hala
çatdı. FikirləĢirəm ki, əgər bizim kilsə rahibi məni öz
qulluqçumu doğramaqda ittiham etsəydi, həndəvərdə bu
hadisəni öz gözləriylə görən iyirmi nəfər tapılardı.
– Bəs sən nə istəyirdin – əyalətdə yaĢayasan və
qonĢularının xırım-xırda çəkiĢmələrindən kənarda qalasan?
Bu nə sadəlövhlükdü!
– Neynək, indi gözüm açılıb. Monfleri qəsrini satıram;
qoy lap arada əlli min frank itirim, eybi yoxdu, mən o
riyakarlıq
və
murdarlıq
cəhənnəmindən
canımı
qurtarmağıma görə çox xoĢbəxtəm.
Ġndi mən tənhalığı və kənd dincliyini Fransada bunları
tapmağın mümkün olduğu yeganə yerdə axtaracam –
pəncərələri Yelisey Çöllərinə baxan o beĢinci mərtəbədə.
Bilirsən, mən hətta fikirləĢirəm ki, Rul məhəlləsindəki
www.vivo-book.com
500
kilsəyə ianə verməklə burada öz siyasi mərtəbəmi
möhkəmləndirim.
– Həə, Bonapartın vaxtında sənin baĢına belə Ģeylər
gəlməzdi! – Falkozun gözləri qəzəb və təəssüflə parladı.
– Salam-əleyküm!!! Sənin o Bonapartın niyə burnunu
hər yerə soxurdu ki? Mənim indi bütün çəkdiklərim
Bonaparta görədir.
Bayaqdan diqqətlə söhbətə qulaq kəsilən Jülyen bir az
da ehtiyatlandı. Oğlan o dəqiqə baĢa düĢmüĢdü ki,
bonapartçı Falkoz cənab Renalla yolları 1916-cı ildə ayrılan
uĢaqlıq dostudu, filosof Sen-Jirosa yəqin ki, prefekturadakı
dəftərxana iĢləri müdirinin həmin qardaĢıydı... ictimai
binaları hərrac vaxtı ucuz qiymətə ələ keçirməyi bacaran
adam.
Sen-Jiro sözünə davam elədi:
– Bunlar hamısı sənin Bonapartının iĢləkləridi. Cibində
beĢ yüz min frank olan qırx yaĢlı adam nə qədər ziyansızın
bir olsa da, əyalətdə yerləĢib orada dinc həyat sürə bilməz –
əyalət rahibləri və yerli əyanlar onu həmin yerdən qaçaq
salarlar.
www.vivo-book.com
501
– Eh, onun haqqında belə danıĢma! – Falkoz dedi. –
Onun hakimiyyətdə olduğu həmin on üç il ərzində Fransanın
xalqlar arasında necə böyük hörməti vardı. Onun gördüyü
hər iĢ, hər iĢ böyük bir hadisəydi.
– Sənin o lənətə gəlmiĢ imperatorun, – qırx dörd yaĢlı
cənab etiraz elədi, – ancaq döyüĢ meydanlarında, bir də min
səkkiz yüz ikinci ildə maliyyə islahatları aparanda əzəmətli
olub. Bunlardan sonrakı davranıĢı nə olub ki? O
kamergerlər, Tyulridəki qəbullar – hamısı monarxiya zir-
zibilinin təkrarından baĢqa bir Ģey deyildi. Sadəcə, həmin
zir-zibili təzələmiĢ, əl gəzdirmiĢdilər və bu düzəliĢlər bəlkə
hələ bir-iki əsr davam gətirə bilərdi. Əyanlar və rahiblər
köhnə vaxtlara qayıtmaq istəyirlər, amma xalqın iradəsini
qıracaq dəmir əlləri yoxdu.
– Həə, bu əsl köhnə qəzetçi nitqidi!
– Məni doğma torpaqlarımdan kim qovub? –
qəzəblənmiĢ qəzetçi söhbətinə davam elədi. – Həmin o
rahiblər. Napoleon onlara baĢqa iĢ sahibləri – həkimlər,
vəkillər, münəccimlər kimi sıradan vətəndaĢ yerini
göstərmək yerinə mənsəblərini özlərinə qaytardı. Sənin
www.vivo-book.com
502
Bonapartın bunlardan baronlar və knyazlar düzəltməsəydi,
indiki qudurğan əyanlar necə yaĢayardı? Yox, onlar öz
əsrlərini baĢa vurmuĢdular. Rahiblərdən sonra məhz elə bu
əyalət kübarcıqları mənim həyatımı zəhərləyərək liberal
olmağa məcbur elədi.
Bu söhbətin axırı gəlmirdi; onsuz də Fransa xalqı bu
söhbətləri hələ yarım əsr də eləyəcəkdi. Sen-Jiro iddia
eləyirdi ki, əyalətdə yaĢamaq mümkünsüzdü; bu yerdə
Jülyen ehtiyatla cənab Renalı ona nümunə göstərdi. – Siz də
adam tapdınız misal çəkməyə! Ah, cavan oğlan! – Falkoz
dilləndi. – Renal özü körüyə yatmamaq üçün çəkic olmağa
tələsdi, özü də necə çəkic oldu! Amma mən görürəm ki,
Valnonun onu taxtdan salmağına az qalıb! O fırıldaqçını
tanıyırsınız da? Həə, bu ayrı hərifdi! Gözəl günlərin birində
düĢdüyü kürsüyə cənab Valnonun oturduğunu görəndə sizin
cənab Renalınız neyləyəcək?
– Onda öz cinayətləriylə baĢ-baĢa qalacaq, – Sen-Jiro
dedi. – Siz Veryeri yaxĢı tanıyırsınız, cavan oğlan? Deməli
belə. Bonapart – Allah bu monarxiya hoqqalarına görə onun
o dünyada bəlasını versin – Renal və ġelan kimilərə
www.vivo-book.com
503
hakimiyyət verdi, bunlar da Valno və Malon kimilərinə
hakimiyyət verdilər.
Siyasət barədə uzanıb gedən bu söhbət Jülyenə maraqlı
gəlir və Ģirin xatirələrdən uzaqlaĢdırırdı.
Üfüqdə Paris görünəndə oğlan həyəcanlanıb eləmədi.
QarĢısında peyda olan Ģəhərin əzəmətli qəsrləri Veryerdə
keçirdiyi axırıncı iyirmi dörd saatın xatirəsinin yanında
ölgün görünürdü. O and içirdi ki, sevgilisinin uĢaqlarını heç
vaxt
atmayacaq,
rahiblərin
murdar inadları ölkəni
respublikaya çevirsə və zadəganların təqibi baĢlasa, onları
qorumaq üçün hər Ģeydən imtina edəcək.
Ġlahi, həmin gecə o, Veryerə gedəndə, xanım Renalın
pəncərəsinə nərdivan söykəyəndə otaqdakı adam cənab
Renal olsaydı, nə baĢ verəcəkdi?
Sevgilisinin onu qovmağa, onunsa qaranlıqda qadını
dilə tutmağa çalıĢdığı həmin iki saatı xatırlamaq necə də
gözəl idi! Jülyen kimi adamların ürəyində belə xatirələr
əbədi qalır. GörüĢün sonusa hələ bir il əvvəl, sevgilərinin ilk
günlərində yaĢadıqları ehtirasla keçmiĢdi.
Dostları ilə paylaş: |