Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə99/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   95   96   97   98   99   100   101   102   ...   197

www.vivo-book.com 

 

494 



–  Cənab,  siz  yəqin  ki,  Parisə  gedən  poçt  arabasını 

gözləyirsiniz,  –  oğlanın  bir  Ģey  etmək  üçün  girdiyi 

mehmanxana sahibi ondan soruĢdu. 

– Bu gün alınmasa, – sabah gedərəm, mən tələsmirəm, 

– Jülyen dedi. 

O,  mümkün  qədər  laqeyd  görünmək  istəyirdi;  elə  bu 

vaxt poçt faytonu gəlib çıxdı. Fatyonda iki boĢ yer vardı. 

–  Ġlahi!  Bu  sənsən,  dostum  Falkoz?!  –  Jülyenin 

arxasınca faytona minən yolçu dedi. 

–  Mən  də  elə  bilirdim  ki,  sən  Lion  tərəflərdə  məskən 

salmısan?  –  Falkoz  dedi,  –  Ronanın  sahilindəki  gözəl 

vadilərdən birində... 

– Məskən salmaq haaa! Ordan qaçıram. 

–  Nə  danıĢırsan?!  Sən  –  Sen-Jiro,  qaçırsan?  Belə 

müqəddəs üzü olan adam da cinayətkar ola bilər?! – Falkoz 

gülərək dedi. 

–  Sənə  and  içə  bilərəm  ki,  mənim  görkəmim  hələ 

bundan  da  yaxĢıydı.  Mən  əyalətdəki  bu  dəhĢətli  həyatdan 

qaçıram.  Sən  bilirsən,  mən  meĢələrin  yaĢıl  sərinliyini  və 

kənd  həyatını  sevirəm.  Bu  lənətə  gəlmiĢ  romantikaya  görə 




www.vivo-book.com 

 

495 



sən  məni  nə  qədər  danlamısan!  Mən  bu  lənətə  gəlmiĢ 

siyasətlə  heç  vaxt  maraqlanmamıĢam,  amma  məni 

buralardan qaçaq salan da elə siyasətdi. 

– Sən hansı partiyadansan? 

– Belə baxanda heç birindən – məni məhv eləyən də elə 

bu  oldu.  Mənim  bütün  siyasətim  musiqini,  rəsmləri 

sevməyimdi.  Mənim  üçün  yaxĢı  kitab  –  əsl  hadisədir. 

Tezliklə  qırx  dörd  yaĢım  tamam  olacaq.  Nə  qədər  ömrüm 

qalıb ki? On beĢ, iyirmi – ən yaxĢı halda otuz il. Bu qədər! 

FikirləĢirəm  ki,  otuz  ildən  sonra  nazirlər  daha  bacarıqlı 

olacaq,  əlbəttə,  onlar  da  indikilər  kimi  namuslu,  seçmə 

adamlar  olacaqlar.  Ġngiltərə  tarixi  bizim  gələcəyimizi  mənə 

güzgü  kimi  göstərdi.  HəmiĢə  öz  səlahiyyətlərini 

geniĢləndirmək  istəyən  bir  kral  tapılacaq,  deputat  kürsüsü, 

Ģöhrət  və  Mirabonun  altına  yığdığı  sərvət  –  yüzminlərlə 

franklar  əyalət  varlılarını  yaĢamağa  qoymayacaq:  bunların 

hamısı  liberal  olub  xalqı  sevmək  adlanır.  Per,  ya  da 

kameryunker  olmaq  yanğısı  həmiĢə  ultraroyalçıların  əl-

qolunu bağlayacaq. Hamı hakimiyyət sükanının yanında yer 

almağa  çalıĢacaq  –  çünki  buna  görə  adama  yaxĢı  pul 




www.vivo-book.com 

 

496 



verirlər.  Yəni  doğrudanmı  orada  belə  sadə  səyyaha  bir 

balaca yer tapılmayacaq? 

–  Axı  nə  olub?  DanıĢ  görüm,  sənə  nə  olub?  Sənin 

əhlikefliyini nəzərə alsaq, deməli, o nədisə çox ciddi Ģeydi: 

nədi,  bəlkə  əyalətdəki  axırıncı  seçkilərdən  sonra  səni 

qovublar? 

–  Mənim  bədbəxtliklərim  çoxdan  baĢlayıb.  Dörd  il 

əvvəl,  hələ  qırx  yaĢım  olanda,  beĢ  yüz  min  frankım  vardı, 

indi qırx dörd yaĢım var və deyəsən, sərvətim əlli min frank 

azalacaq  –  Rona  çayı  üstündəki  Monfleri  qəsrimi  satmaqla 

mən  bu  qədər  ziyana  düĢəcəm...  Ora  gözəl  yerdi...  Parisdə 

olanda on doqquzuncu  əsrin  sivilizasiyası deyilən  Ģeyin hər 

gün  bizi  oynamağa  məcbur  elədiyi  oyunlar  məni 

bezdirmiĢdi.  Mən  könül  rahatlığı  və  sadəlik  istəyirdim  – 

odur ki, Rona çayı yaxınlığındakı dağlarda yerləĢən bir qəsr 

aldım.  Elə  gözəl  yerdi  ki,  təsvirə  gəlməz  –  dünyada  ikinci 

belə gözəl yer tapa bilməzsən. 

Kilsə  rahibi  və  xırda  əyalət  əyanları  –  qonĢularım  il 

uzunu  mənim  böyür-baĢımda  fırlanırlar,  mən  də  onları 

nahara  qonaq  edərək  öz  hekayətimi  nağıl  eləyirəm:  Mən 




www.vivo-book.com 

 

497 



Parisdən  bura  ona  görə  gəlmiĢəm  ki,  bir  də  ömrü  boyu 

siyasət  barədə  bircə  kəlmə  də  eĢitməyim.  Görürsünüz  də, 

Allahın  bircə  qəzetinə  də  abunə  yazılmamıĢam.  Poçt 

xidmətçisi  mənə  nə  qədər  az  məktub  gətirirsə,  o  qədər  çox 

məmnun oluram. 

Amma  sən  demə  kilsə  rahibinin  baĢqa  məqsədləri 

varmıĢ:  tezliklə  mənim  qarĢıma  min  dənə  kobud  tələb 

qoymağa  baĢladılar.  Mən  də  kasıbların  rifahı  naminə  ildə 

iki-üç yüz frank ayırmağı düĢünürdüm Amma yox. Məndən 

hansısa  tanrı  yolunun  xeyri  naminə,  Müqəddəs  Yusif 

cəmiyyətlərinə  və  baĢqa  belə  Ģeylərə  pul  tələb  edirlər.  Mən 

imtina  eləyəndə  min  cürə  narazılıqla  qarĢılaĢıram.  Mən  də 

axmaq kimi bunu ürəyimə salıram. Daha əvvəlkitək səhərlər 

evdən çıxıb bizim dağların gözəlliyindən zövq ala bilmirəm 

–  mənim  xəyalpərvər  əhvalımı  korlamaq  üçün  mütləq  nəsə 

bir murdar Ģey tapılar və insanların qəzəbini xatırladardı. 

Məsələn,  deyək  ki,  insanlar  dua  oxuya-oxuya  xaç 

gəzdirir  –  mən  bu  musiqidən  ötrü  ölürəm  (axı  bu  yunan 

musiqisidi)  –  amma  xaç  aparanlar  mənim  torpaqlarımın 



www.vivo-book.com 

 

498 



yanından  keçəndə  xeyir-dua  vermirlər,  çünki  bizim  rahib 

onlara bu yerlərdə natəmiz ruhun gəziĢdiyini deyib. 

YaĢlı bir kənd arvadının inəyi ölür. O da deyir ki, inəyi 

mənim 


kimi 

parisli 


filosofun 

–  allahsız  adamın 

torpaqlarından  axan  çaydan  su  içdiyinə  görə  ölüb  –  aradan 

bircə  həftə  keçmir  ki,  hovuzumdakı  balıqların  hamısı  qarnı 

yuxarı üzür – onları xam əhənglə zəhərləmiĢdilər. Beləliklə, 

mənim  ovqatımı  zəhərləmək  üçün  min  cür  hoqqa  tapılır. 

Əyalət  məhkəməsinin  hakimi  ədalətli  adam  idi  –  amma  öz 

yerini  itirməkdən  qorxduğu  üçün  məni  həmiĢə  haqsız 

çıxarırdı – odur ki, kənd həyatı mənim üçün əsl cəhənnəmə 

çevrildi. 

Ġnsanlar  kilsə  rahibinin  –  yerli  yezuit  cəmiyyətinin 

rəhbərinin  məndən  üz  döndərdiyini  biləndə  buralardakı 

liberalların  baĢçısı  –  istefada  olan  kapitan  da  məni 

dəstəkləməkdən  boyun  qaçırdı,  il  uzunu  mənim  çörəyimlə 

dolanan  daĢyonandan  tutmuĢ  axırda  mənə  kələk  gəlməyə 

çalıĢan faytonçuya qədər. 

Sonda,  heç  olmasa  xırda  bir  dəstək  qazanmaq  və 

məhkəmə 


çəkiĢmələrindən 

bəzilərini 

udmaq 

üçün 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə