Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə112/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   108   109   110   111   112   113   114   115   ...   197

www.vivo-book.com 

 

559 



ĠĢ  burasındaydı  ki,  qaraqabaq  abbatın  əsl  kübar 

cəmiyyətin doğrudan da nə olduğu barədə sadəcə təsəvvürü 

yox  idi.  Amma  özünün  yansençi  dostlarından  eĢitmiĢdi  ki, 

bu  adamlar  böyük  salonlara  ancaq  bütün  partiyalara  yarına 

bilmək bacarıqlarının, ya da Ģübhəli tərzdə qazandıqları var-

dövlətin sayəsində düĢə bilirlər. Bu axĢam o kövrəldiyindən, 

Jülyenin  inadkar  suallarına  uzun-uzadı  cavablar  verirdi  ki, 

qəfildən hamı haqqında ancaq pis Ģeylər danıĢdığının fərqinə 

vardı.  Xristian  xeyirxahlığına  ürəkdən  inanan  bu  qatı 

yansençi  həyatda  yaĢadığı  müddətdə  özüylə  mübarizə 

aparmağa məhkum idi.  

–  Abbat  Pirarın üzündə bu  axĢam  maraqlı  ifadə  var. – 

Jülyen  divanın  yanına  qayıdanda  madmazel  de  La-Moll 

dedi.  


Əslində,  qız  haqlı  olsa  da,  dedikləri  Jülyenin  xoĢuna 

gəlmədi.  Abbat  Pirarın  bu  geniĢ  salona  yığıĢanlar  arasında 

ən Ģərəfli adam olduğuna Ģübhə yox idi, amma indi bir az da 

vicdan əzabı çəkən, qırmızı civzələrlə dolu üzü doğrudan da 

eybəcər görünürdü. 



www.vivo-book.com 

 

560 



– Gəl, bundan sonra fizioqnomika elminə inan, – Jülyen 

düĢündü. – Bu dəqiqə boĢ bir Ģeyə görə vicdan əzabı çəkən 

abbat Pirarın üzü dəhĢətli hala düĢüb, amma casusluqda ad 

çıxarmıĢ Napyenin tərtəmiz üzü sevincdən parıldayır.  

Abbat öz həmfikirlərinin ümumi maraqları naminə bəzi 

güzəĢtlərə gedəsi olmuĢdu – o özünə qulluqçu tutmuĢ və əla 

geyinməyə baĢlamıĢdı.  

Jülyenə birdən elə gəldi ki, qonaq otağında qəribə nəsə 

baĢ  verir:  hamının  nəzərləri  qapıya  dikildi,  söhbətlər 

yarımçıq kəsildi.  

Xidmətçi  axırıncı  seçkilərdən  sonra  hamının  diqqətini 

cəlb  eləmiĢ  məĢhur  baron  de  Tollinin  soyadını  elan  elədi. 

Jülyen yaxına gəlib, barona diqqətlə baxa bildi. Baron seçki 

kollegiyalarından  birinin  sədriydi  və  seçkilər  zamanı  onun 

ağlına  əla  bir  fikir  gəlmiĢdi  –  partiyalardan  birinə  verilən 

bütün 


səsləri 

gizlətmək. 

Kəm 

gələn 


səsləri 

bərabərləĢdirməkdən ötrü altında Allah bilir kimlərin imzası 

olan  baĢqa  seçki  kağızlarından  istifadə  eləmiĢdi.  Amma 

seçicilərdən  kimsə  onun  bu  cəsarətli  fırıldağını  tutmuĢ  və 




www.vivo-book.com 

 

561 



təbii  ki,  bunu  gizlətməyi  lazım  bilməmiĢdi.  Və  Baron  de 

Tolli hamının “heyran”lığını qazanmıĢdı.  

Yazıq  baron  həmin  hadisədən  sonra  hələ  də  özünə 

gəlməmiĢdi – onun rəngi də hələ ağappaq idi. Cənab de La-

Moll  baronu  soyuq  qarĢıladı.  Yazıq  baron  bir  göz 

qırpımında yoxa çıxdı.  

–  Yəqin  o,  cənab  Kontun

56

  yanına  tələsir,  buna  görə 



belə tez yoxa çıxdı, – qraf ġalvenin bu sözünə hamı güldü. 

Cənab de La-Mollun (onun nazir təyin olunacağı barədə 

söz-söhbətlər  gəzirdi)  bu  gün  yüksək  çinli  məmurlarla, 

Ģübhəli ad çıxarmıĢ intriqapərəstlərlə dolu parıltılı salonunda 

bu  gün  ilk  dəfə  cavan  Tambo  da  göründü.  O  elə  də  dərin 

mülahizələriylə  fərqlənməsə  də,  bu  çatıĢmazlığını  son 

dərəcə  çılğın  nitqləriylə  ört-basdır  etməyə  çalıĢırdı  ki, 

gələcəkdə biz bunun Ģahidi olacağıq.  

Jülyen bir dəstə gəncə yaxınlaĢanda Tambo: 

–  Axı o  adama  niyə  on  il həbs  cəzası vermirlər  ki?!  – 

deyirdi.  –  Belə  əclafları  zirzəmidə  saxlamaq  lazımdır  ki, 

                                                 

56

Məşhur gözbağlayıcı 




www.vivo-book.com 

 

562 



qaranlıqda  gəbərib  getsinlər,  yoxsa  onlar  daha  çox  zəhər 

ifraz  eləyib,  daha  təhlükəli  olarlar.  Onu  min  ekü  cərimə 

eləməyin nə mənası var axı? Məgər o kasıb-zaddı? Lap tutaq 

ki,  belədi,  bu  daha  yaxĢı  olardı.  Amma  onun  cəriməsini 

onun  Ģöhrəti  ödəyəcək.  Yox,  beləsini  beĢ  yüz  frank 

cərimələyib,  özünü  də  on  il  həbsə  –  qaranlıq  zirzəmiyə 

atmaq lazımdır! 

“Ġlahi! Bunların nəzərdə tutduğu o dəhĢətli adam kimdir 

görəsən?” – həmkarının çılğın ahəngi və əl hərəkətlərindən 

təsirlənən  Jülyen  düĢündü.  Akademikin  qardaĢı  oğlunun 

arıq, qansız sifəti həmin an doğrudan da iyrənc görünürdü.  

Tezliklə  Jülyen  baĢa  düĢdü  ki,  söhbət  hansısa  müasir 

Ģairdən gedir.  

–  Ah,  əclaf!  –  Jülyen  az  qaldı  qıĢqırsın,  oğlanın 

hirsindən gözləri yaĢarmıĢdı. – HəĢəratın biri! YaxĢı, dayan, 

mən bu sözləri hələ sənin yadına salaram! 

“Bu  da  sənə  baĢlarında  bu  markiz  olan  dəstənin 

adamları, – oğlan düĢündü. – Ġndi adına min söz dedikləri o 

Ģair  satılsaydı,  indi  döĢünə  nə  qədər  orden-medal 

taxardılar!”  




www.vivo-book.com 

 

563 



Bayaq markiz de La-Molla danıĢan abbat Pirar uzaqdan 

iĢarəylə  Jülyeni  yanına  çağırdı.  Həmin  an  Jülyen  baĢını 

aĢağı  salıb,  hansısa  yepiskopun  məsləhətlərinə  qulaq  asırdı 

və axır ki, yepiskop onu çənəsinin altından buraxanda, oğlan 

abbata yaxınlaĢmaq istədi, amma indi də zəhlətökən Tambo 

ruhaninin  yaxasından  əl  çəkmirdi.  Bu  əclafın  abbatdan 

zəhləsi  gedirdi,  o  bilirdi  ki,  Jülyenin  bu  evdəki  hörməti 

abbatdan asılıdır, buna görə də indi Pirara yaltaqlanırdı.  

– Görəsən, o həĢərat nə vaxt öləcək, canımız ondan nə 

vaxt  qurtaracaq?  –  məzlum  mirzə  bunları  hörmətli  lord 

Hollan haqqında deyirdi, özü də elə həvəslə danıĢırdı ki, elə 

bil çılğınlıqla Ġncil oxuyurdu.  

Amma adamın üstündə Allah var: bu adam müasirlərin 

tərcümeyi-hallarını  əla  bilirdi  və  indicə  Ġngilis  kralının 

himayəsi  altında  hansısa  təsir  gücünə  malik  olanların 

hamısının ümumi mənzərəsini təsvir eləmiĢdi.  

Abbat  Pirar  o  biri  qonaq  otağına  keçdi.  Jülyen  onun 

arxasınca getdi. 

Abbat Jülyenə dedi:  



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə