Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə113/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   109   110   111   112   113   114   115   116   ...   197

www.vivo-book.com 

 

564 



–  Markizin  kağız  korlayanlardan  zəhləsi  gedir  –  bunu 

xəbərdarlıq  kimi  baĢa  düĢün.  Onun  nifrət  etdiyi  tək  Ģey  – 

budur.  Siz  latıncanı,  yunan  dilini  gözəl  bilə  bilərsiniz, 

hansıları  ki,  doğrudan  da  bilirsiniz,  misirlilərin,  farsların 

tarixini  yaxĢı  öyrənə  bilərsiniz,  o  sizə  hörmət  edər  və 

himayədarlığını  əsirgəməz.  Amma  Allah  eləməsin  ki, 

fransızca bircə sətir ciddi, ali dəyərlər barədə nəsə yazasınız 

–  buna  sizin  kübar  cəmiyyətdəki  yeriniz  imkan  vermir  –  o 

sizə  yaramaz  mirzə  kimi  baxar  və  nifrət  eləyər.  Məgər 

əyanın evində yaĢayan biri olaraq, siz hersoqa de Kastrinin 

d'Alambera  və  Russo  barədə  dediyi  məĢhur  ifadəni 

bilmirsiniz:  hər  Ģey  barədə  fikirləri  var,  amma  ciblərində 

min eküləri yoxdu.  

–  Hə,  məsələ  aydındı,  –  Jülyen  düĢündü,  – 

seminariyada olduğu kimi! 

Bir  dəfə  necə  olmuĢdusa,  oğlan  adi  Ģeylər  barədə 

səkkiz-on  sətirlik  bir  Ģey  yazmıĢdı.  Bu  onu  adam  eləyən 

hərbiçi loğmana təĢəkkürnaməydi.  

“Axı  mən  o  dəftəri  otağımda  gizlətmiĢəm!”  –  oğlan 

dəhĢətlə  düĢündü.  Amma  tez  özünə  gəlib,  otağına  qaçdı, 




www.vivo-book.com 

 

565 



əlyazmanı yandırıb, qonaq otağına qayıtdı. Bayaqdan burada 

kirimək bilməyən avaralar çıxıb getmiĢdilər. Təkcə yaxaları 

ordenlərlə dolu olan hörmətli adamlar qalmıĢdı.  

Qonaqların  qəfil  otağa  gətirdikləri  böyük,  üstü  artıq 

dolu  masa  arxasında  bir  neçə  olduqca  hörmətli,  olduqca 

ləyaqətli,  olduqca  kübar,  hərəsi  otuz-otuz  beĢ  yaĢlarında 

qadınlar  oturmuĢdular.  MarĢala  de  Fervakın  bər-bəzəkdən 

alıĢıb-yanan  arvadı otağa  girib, gecikdiyinə  görə üzr istədi. 

Artıq  gecəyarısıydı.  Fervakın  arvadı  markizanın  yanında 

oturdu.  Jülyen  bərk  həyəcanlandı  –  qadının  gözləri  ona 

xanım Renalı xatırlatdı. 

Madmazel  de  La-Mollun  dəstəsi  hələ  dağılıĢmamıĢdı. 

Ġndi  o  və  dostları  bədbəxt  qrafo  de  Talerlə  məzələnirdilər. 

De  Taler  xalqlarla  müharibə  aparan  krallara  sələmə  pul 

verməklə 

bitib-tükənmək 

bilməyən 

sərvət 


qazanan 

yəhudinin yeganə oğluydu. Yəhudi təzəlikcə oğluna ildə yüz 

min ekülük gəlir qoyub, dünyasını dəyiĢmiĢdi.  

Belə  bir  qeyri-adi  vəziyyətdə  insan  ya  doğrudan 

sadəlövh,  ya  da  dəmir  iradə  sahibi  olmalıdı.  Bədbəxtlikdən 



www.vivo-book.com 

 

566 



qraf olduqca sadəlövh idi, amma ona yaltaqlananların axmaq 

məsləhətləriylə özünü çox Ģıltaq aparırdı.  

Cənab  de  Kelyus  deyirdi  ki,  qrafı  inandırıblar  ki, 

madmazel  de  La-Molla  elçi  düĢsün  –  bu  arada  yaxınlarda 

hersoq  titulu  və  ildə  yüz  min  livr  gəlir  əldə  etməyə 

hazırlaĢan markiz de Kruazenuanın da qızda gözü vardı.  

–  Belə  sadəlövh  arzularla  yaĢadığına  görə  onu 

qınamayın, – Norber canıyananlıqla dedi. 

Bədbəxt  qraf  de  Taler,  əslində,  məhz  elə  arzulamaq 

bacarığının olmamasından əziyyət çəkirdi. Bu xüsusiyyətinə 

görə o doğrudan da kral taxt-tacına layiq idi. Qraf hamıyla 

məsləhətləĢir,  amma  heç  kimin  məsləhətinə  əməl  etmək 

üçün özündə güc tapmırdı.  

–  Onun  üzünə  baxmaq  kifayətdi  ki,  adam  gülməkdən 

ölsün, – madmazel de La-Moll dedi. 

Bu,  narahatlıq  və  məyusluğun  qəribə  qarıĢığıydı  –  bu 

qarıĢığa diqqətlə baxanda, Fransanın ən varlı, sir-sifətdən pis 

olmayan  və  otuz  altı  yaĢını  haqlamayan  adamına  xas  olan 

vaciblik, hakimlik və qətilik tutmalarını da görmək olurdu.  



www.vivo-book.com 

 

567 



–  Utancaq  əclaf!  –  cənab  Kruazenua  özlüyündə  onu 

belə adlandırdı.  

Qraf  de  Kelyus,  Norber  və  iki-üç  nəfər  bığlı  cavan 

oğlan  onu  məsxərəyə  qoydu  və  təbii  ki,  o  bunu  baĢa 

düĢmədi  –  saat  bir  tamam  olanda  axır  ki,  onu  da  yola 

saldılar.  

–  Doğrudanmı,  sizin  məĢhur  ərəb  atlarınız  bu  havada 

sizi qapı ağzında gözləyirlər? – Norber soruĢdu. 

–  Yox,  indi  məni  gözləyən  atlar  bir  az  ucuzvaridir,  – 

cənab  Taler  dedi.  –  Atlardan  birini,  sol  tərəfə  qoĢulanı  beĢ 

min franka almıĢam, sağ tərəfə qoĢulansa cəmi  yüz luidora 

baĢa  gəlib.  Amma  onu  ancaq  gecələr  qoĢmaq  olur,  çünki 

yeriĢi elə sola qoĢulan atın yeriĢi kimidi.  

Norberin  iradını  eĢidən  qraf  düĢünmüĢdü  ki,  özü  kimi 

ləyaqətli  adam  atlara  qarĢı  həssas  olmalı  və  onları  yağıĢın 

altında  saxlamamalıdır.  O,  zaldan  çıxdı,  arxasınca  baxan 

gənclərsə  uğunmaqlarını  saxlaya  bilməyib,  pilləkənə 

çıxdılar.  

–  Budur,  –  Jülyen  pilləkəndə  gülüĢən  gənclərin  səsinə 

qulaq  asaraq  fikirləĢdi,  –  bu  gün  özümə  oxĢayan  varlı  bir 




www.vivo-book.com 

 

568 



adam  gördüm.  Mən  ilə  iyirmi  luidor  da  qazana  bilmirəm, 

amma o saatda iyirmi luidor qazansa da hamı ona gülür.  

Belə Ģeylər adamı paxıllıqdan çəkindirir.  

 



 

HƏSSASLIQ VƏ TƏKƏBBÜRLÜ SAXTAKARLIQ  

 

 

Burada  köhnəlmiş  və  sığallı  söhbətlərə  elə  öyrəşiblər 



ki,  təzə  havası  olan  istənilən  fikrə  kobudluq  kimi  baxırlar. 

Söhbətdə təzə fikir işlədən adamın vay halına!  

 

Foblae 

 

Ev  iĢləri  müdiri  Jülyenə  ilin  üçüncü  rüblüyünün 



maaĢını gətirəndə onun bu evdəki vəziyyəti beləydi. Cənab 

de  La-Moll  özünün  Normandiyadakı  və  Bretandakı 

torpaqlarını  idarə  etməyi  ona  tapĢırmıĢdı.  Jülyen  tez-tez 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə