Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə119/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   115   116   117   118   119   120   121   122   ...   197

www.vivo-book.com 

 

594 



bu iĢi dəllal vasitəsiylə görürdü, dəllal da öz növbəsində onu 

çapıb-talayırdı. 

Bir dəfə o, gənc köməkçisinə dedi: 

– Cavan oğlan, özünüzə də üç min frank götürün.  

– Cənab, bu məsələ məni Ģərə sala bilər.  

Markiz təəccüblə soruĢdu: 

– Bəs sizə nə lazımdır?  

–  Siz  təklifinizi  qərarlaĢdırın  və  öz  əlinizlə  bu  kitaba 

qeyd  eləyin.  Bu  üç  min  frankı  mənə  qərarla  verin.  Yeri 

gəlmiĢkən, hesabdarlıq məsələsini mənim ağlıma abbat Pirar 

saldı.  

Markiz üzünə öz intendantı cənab Puassonun hesabatını 

dinləyən markiz Monkadanın ifadəsini verib, qərarını yazdı. 

AxĢamlar, Jülyen markizin otağına mavi frakda gələndə 

onlar  heç  vaxt  iĢ  barədə  danıĢmırdılar.  Markizin 

mehribanlığı  gənc  qəhrəmanımızın  izzəti-nəfsini  elə 

oxĢayırdı  ki,  o  hətta  bu  nəzakətli  qocaya  bağlanmağa 

baĢlayırdı.  Düzdü,  o,qocaya  Parissayağı  həssaslıqla 

yanaĢmırdı,  amma  oğlan  quru  adam  deyildi,  mərhum 

qərargah  loğmanından  baĢqa  heç  kimsə  onunla  belə 




www.vivo-book.com 

 

595 



mehribanlıq eləməmiĢdi. O gördü ki, markiz onun qüruruna 

hətta qoca loğmanın da eləmədiyi qədər həssaslıqla yanaĢır. 

Oğlan  bu  qənaətə  gəlmiĢdi  ki,  qoca  loğman  öz  ordeniylə 

daha çox fəxr eləyirdi, nəinki markiz özünün mavi lentiylə. 

Markizin atası iri çaplı əyanlardan idi. 

Bir  dəfə  səhər,  əynində  qara  kostyum  olan  Jülyen  iĢ 

barədə  danıĢanda  markizin  kefini  necə  açdısa,  markiz  düz 

iki  saat  onu  ləngidib,  bir  neçə  bank  biletini  qəbul  etməyi 

xahiĢ elədi.  

Oğlan dedi: 

– Ümidvaram ki, əgər sizdən bir fikir söyləməyim üçün 

icazə  istəsəm,  zatınıza  olan  dərin  hörmətimə  xələl  gətirmiĢ 

və ya onun sərhədlərini keçmiĢ olmaram.  

– Buyurun, dostum. 

– Mən sizdən acizliklə xahiĢ edirəm ki, bu hədiyyədən 

imtina  etməyimə  icazə  verəsiniz.  Bu  hədiyyə  qara 

kostyumlu  adam  üçün  nəzərdə  tutulmayıb  və  mavi  fraklı 

adamın sizinlə olan sərbəst münasibətlərini zədələyə bilər. 

Oğlan bunu deyib, markizə təzim edərək otaqdan çıxdı. 



www.vivo-book.com 

 

596 



Onun bu hərəkəti markizi çox maraqlandırdı. AxĢam o 

bu məsələni abbat Pirara danıĢdı.  

– Nəhayət, sizə etiraf edim ki, əziz abbat, mən Jülyenin 

əsil-nəcabətini  öyrənmiĢəm.  Və  sizə  açdığım  sirri 

gizlətməyə bilərsiniz.  

“Onun  bu  səhərki  hərəkəti,  doğrudan  da,  alicənab 

hərəkət  idi.  Mən  də  ona  alimənsəb  bir  əsil-nəcabət  hədiyyə 

edim” – markiz düĢündü.  

Aradan bir müddət vaxt keçdi və markiz axır ki, adam 

arasına çıxmağa baĢladı. 

Bir gün o, Jülyenə dedi: 

–  Cənab,  gedin,  iki  ay  Londonda  yaĢayın.  Xüsusi 

kuryerlər  mənim  tapĢırıqlarımı  sizə gətirəcək. Onlara  cavab 

tərtib  edərək,  mənə  poçtla  göndərəcəksiniz.  HesablamıĢam, 

bütün bu prosedur cəmi beĢ gün aparacaq. 

Kaleyə  gedən  yolboyu  poçt  arabasında  oturan  Jülyen 

guya bu iĢgüzar səfərdə ona tapĢırılan Ģeylərə heyrətlənirdi.  

Jülyenin  ingilis  torpağına  hansı  nifrətlə  ayaq  basdığını 

təsvir  etməyəcəyik.  Onun  Napoleona  olan  çılğın  sevgisi 

oxucuya artıq məlumdur.  




www.vivo-book.com 

 

597 



Hər  zabitə  baxanda, onun  sifətində  ser  Hedson  Lounu, 

hər  yüksək  dini  rütbəli  adamda  lord  Betxersti  –  Müqəddəs 

Yelenada  o  murdarlıqları  eləyən  və  əvəzində  onillik  nazir 

məqamı alan adamı görürdü.  

Londonda o axır ki, əsl kübarlığın nə demək olduğunu 

anladı. Cavan rus əyanlarıyla tanıĢ oldu və onlar oğlanı iĢin 

incəlikləriylə tanıĢ elədilər.  

– Əziz Sorel, siz tanrının sevimlisisiniz. – Onlar oğlana 

deyirdilər. – Təbiətin özü sizə elə bir soyuq sifət verib ki, o 

üz  duyduqlarınızdan  minlərlə  kilometr  uzaqdır.  Bu  bizim 

hamımızın üzümüzə vermək istədiyimiz ifadədir.  

–  Siz  yaĢadığınız  dövrü  düzgün  qiymətləndirmirsiz,  – 

knyaz Korazov ona deyirdi. – Sizdən nə gözləyirlərsə, onun 

əksini  eləyin.  Düzünə  qalsa,  bizim  zəmanənin  tək  qanunu 

budur. Nə axmaq olmayın, nə də riyakarlıq eləməyin, çünki 

belə  eləsəniz  sizdən  ya  axmaqlıq,  ya  da  riyakarlıq 

gözləyəcəklər və iĢin sirri korlanacaq.  

Jülyen  knyaz  Korazovla  birlikdə  onu  da  nahara  dəvət 

edən hersoq Fits-Fokun evində əsl Ģöhrət qazandı.  



www.vivo-book.com 

 

598 



Naharı düz bir saat gözləməli oldular. Dəvət olunanlar 

arasında  Jülyen  özünü  elə  apardı  ki,  London  səfirliklərinin 

gənc  katibləri  hələ  də  bu  barədə  danıĢırlar.  Onun  üzündəki 

ifadə doğrudan da bənzərsiz idi.  

O  istəyirdi  ki,  ədabaz  dostlarının  bütün  məsxərələrinə 

baxmayaraq,  nəyin  bahasına  olursa  olsun,  Ġngiltərənin  Jon 

Lokkdan sonra gördüyü yeganə filosof olan Filipp Veni görə 

bilsin.  O,  filosofu  həbsinin  yeddinci  ilini  yaĢadığı 

həbsxanada tapa bildi.  

–  Bu  ölkənin  aristokratları  zarafatları  xoĢlamırlar,  – 

oğlan  düĢündü,  –  Veni  həbs  elədikləri  azmıĢ  kimi,  hələ 

üstəlik onun adını ləkələyib, özünü rüsvay eləyiblər.  

 

Venin  kefi  əlaydı:  aristokratların  qəzəbi  onun  yarasına 



məlhəm olurdu.  

“Bu  mənim  Ġngiltərədə  gördüyüm  ən  Ģux  adamdır”,  – 

oğlan həbsxanadan çıxarkən düĢünürdü. Ven ona: 

“Tiranlar  üçün  tanrıdan  daha  xeyirli  ideya  yoxdur!”  – 

demiĢdi.  



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə