www.vivo-book.com
584
çatdırmağı təklif elədi. Jülyen de La-Molların qəsrini
deyəndə gənc diplomat və onun dostu bir-birinə baxdı.
Kareta dayanıb Jülyeni gözləyirdi, amma bu cənablarla olan
söhbət oğlana 96-cı alayın leytenantının söhbətindən daha
maraqlı gəlirdi.
“Aman tanrı! Duel dedikləri elə budur? Vəssalam? –
Jülyen düĢündü. – Faytonçunu tapmağım nə yaxĢı oldu!
Kafedəki təhqiri udmağım mənə necə əzab verərdi!”
Onlar yolboyu xoĢ söhbət elədilər. Jülyen baĢa düĢdü
ki, diplomatsayağı riyakarlıq bəzən adama xeyir gətirə bilər.
– Deməli, bu vacib adamların söhbətlərinə təkcə
darıxdırıcı mövzular hakim kəsilmir. Bunlara bax, bu
adamlar dini bayramla bağlı zarafat eləyir, əməlli-baĢlı
biabırçı hekayətlərini açıq-saçıq, özü də olduqca həvəslə
nağıl eləyirlər. Bu adamların bircə əskikliyi var ki, siyasi
məsələlərdən baĢları çıxmır. Amma bunu da gözəl nitq və
dəqiq ifadəylə ört-basdır edə bilirlər.
Jülyenin bu cavan adamlara qanı bərk qaynayırdı.
“Əgər mən bu adamlarla tez-tez görüĢəsi olsam, özümü
dünyanın bəxtəvəri bilərdim”.
www.vivo-book.com
585
Onlar ayrılan kimi Ģevalye de Bovuazi Jülyenin kim
olduğunu araĢdırmağa baĢladı və əldə elədiyi məlumatlar
onu bərk məyus elədi. O, sadəcə, kiminlə savaĢdığını, o
adama baĢ çəkməyin doğru olub-olmadığını öyrənmək
istəyirdi. Amma öyrəndiklərindən sarsılmalı oldu.
– DəhĢət! – o öz sekundantına dedi. – Ġnana bilmirəm
ki, mən cənab de la-Mollun mirzəsiylə duelə çıxmıĢam! Özü
də nə var-nə var, faytonçum mənim vizit kartlarımı
oğurlayıb, buna görə!
– Heç Ģübhən olmasın, bu həm də gülməlidir!
Və elə həmin axĢam Ģevalye de Bovuaziylə onun dostu
hamıya cənab Sorelin – yeri gəlmiĢkən o olduqca yaxĢı
oğlandır – markiz de La-Mollun yaxın bir dostunun
nikahdan kənar oğlu olduğunu danıĢmağa baĢladılar. Bu
söhbətə hamı inandı. Hamını inandırandan sonra gənc
diplomat və onun dostu bir-iki həftəni öz otağında keçirməli
olan Jülyenə bir neçə dəfə baĢ çəkdilər. Jülyen onlara etiraf
elədi ki, ömründə bircə dəfə Operada olub.
www.vivo-book.com
586
– Amma bu axmaqlıqdır! – gənclər ona dedilər – Axı
Ģəhərdə gediləsi bir yer varsa, o da elə operadır! Siz mütləq
“Qraf Ori”yə baxmalısınız!
Operada kavaler de Bovuazi oğlanı məĢhur müğənni
Ceronimoya təqdim elədi.
Jülyen demək olar ki, Ģevalyeyə vurulmuĢdu: onun nəsə
sirli vacibliyilə qarıĢmıĢ ədabazlığı Jülyeni heyran eləmiĢdi.
Məsələn, kavaler kəkələyən bir əyanla danıĢanda onun kimi
kəkələməyə baĢlayırdı. Jülyen hələ heç vaxt özündə bu
qədər qəribə cəhətlərlə yanaĢı bədbəxt kənd uĢağının ancaq
yamsılaya biləcəyi ədəb qaydalarını birləĢdirən adam
görməmiĢdi.
Oğlan Operada Ģevalye de Bovuaziylə görünəndən
sonra, Ģəhərdə bəziləri onun barəsində danıĢmağa baĢladılar.
– Deməli, – cənab de La-Moll bir dəfə Jülyenə dedi, –
siz mənim FranĢ-Kontedə yaĢayan yaxın dostumun oğlu
imiĢsiniz.
Jülyen bu məsələyə aidiyyəti olmadığını deyərək,
özünü təmizə çıxarmağa çalıĢırdı ki, markiz onun sözünü
kəsdi.
www.vivo-book.com
587
– Cənab de Bovuazi istəmir ki, yanındakı adamın
dülgər oğlu olduğunu bilsinlər. Bilirəm, bilirəm. Bundan
sonrası mənim boynuma düĢür. Mən bu məsələnin həqiqət
olduğunu isbatlamalıyam. Bu söhbət elə mənə də yarayır.
Sizdən bir xahiĢ eləyəcəm – bu iĢ sizin yarımca saatınızı
alacaq. TamaĢa axĢamları saat on ikinin yarısında, kübar
cəmiyyət dağılıĢanda vestibüldə olun. Mən hərdən sizin
davranıĢınızda tərgitməli olduğunuz bəzi əyalət vərdiĢləri
görürəm. Bir də siz bəzi yüksək dini rütbəli adamları
sifətdən tanımalısınız – sizi onların yanına iĢ dalınca
göndərə bilərəm. Teatr kassasına gedin, sizi tanısınlar.
Orada sizin üçün daimi giriĢ icazəsi sifariĢ olunub.
VII
PODAQRA TUTMASI
www.vivo-book.com
588
Mənim vəzifəmi işimin öhdəsindən yaxşı gəldiyimə görə
deyil, ağamın podaqra tutması başladığına görə böyütdülər.
Bertolotti
Bəlkə də bu sərbəst, hətta demək olar ki, dostyana
davranıĢ oxucuya qəribə gələ bilər. Yadımdan çıxdı deyim
ki, markizin podaqra tutması baĢladığına görə o düz ay
yarım idi ki, evdən çıxmırdı.
Madmazel de La-Moll və anası Gierə, markizin
anasının yanına getmiĢdilər. Qraf Norber atasına az-az –
gündə bir-iki dəqiqəlik baĢ çəkirdi. Ata-balanın əla
münasibətləri vardı, amma çox vaxt danıĢmağa sözləri
olmurdu. Yanında təkcə Jülyenin olmağıyla kifayətlənən
cənab de La-Moll, oğlanın bəzi fikirlərinə bələd olandan
sonra təəccüblənmiĢdi. O, Jülyeni ucadan qəzet oxumağa
məcbur eləyirdi. Tezliklə cavan katib qəzetdəki maraqlı
yerləri özü tapırdı. Bir təzə qəzet var idi ki, markiz həmin
Dostları ilə paylaş: |