Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə126/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   122   123   124   125   126   127   128   129   ...   197

www.vivo-book.com 

 

630 



–  Hə,  bəzi  adamların  gözündə  belə  olub,  –  Jülyen 

Altamirayla söhbət edəndən bəri parlayan gözlərini qaldırıb 

qıza  baxdı,  onun  üzündə  çox  da  gizlədə  bilmədiyi  nifrət 

ifadəsi vardı. – Amma alimənsəb adamların bədbəxtliyindən 

o, Merin Senada vəkil idi! BaĢqa cür desək, madmazel, – o 

zəhərli-zəhərli  əlavə  elədi,  –  o  özü  burada  gördüyüm  bəzi 

perlər  kimi  öz  karyerasını  baĢladıb.  Amma  Ģübhəsiz  ki, 

qadınların  gözündə  onun  dəhĢətli  bir  çatıĢmazlığı  olub  – 

Danton eybəcər idi!  

Oğlan  axırıncı  sözlərini  çox  tez  və  qeyri-adi  dərəcədə 

qəribə və nəzakətsiz tərzdə dedi. 

Jülyen ona hörmət və qürurla təzim edərək dayandı. Bu 

duruĢuyla sanki“mənə ona görə maaĢ verirlər ki, sizə cavab 

verim  və  mən  həyatımı  bu  pulla  təmin  edirəm”,  –  demək 

istəyirdi. 

O,  qızın  üzünə  baxmadı,  Matildasa  özünün  gözəl 

gözlərini  iri  açaraq,  kəniz  kimi  Jülyenin  qarĢısında 

dayanmıĢdı.  Bir  müddət  susaraq  belə  dayanandan  sonra, 

oğlan  sahibindən  əmr  gözləyən  qul  kimi  qıza  baxdı.  Və 



www.vivo-book.com 

 

631 



gözləri  Matildanın  nəsə  qəribə  bir  ifadəylə  düz  ona  baxan 

gözləriylə toqquĢsa da, tezcə qızdan aralandı.   

–  O  necə  də  yaraĢıqlıdı!  –  Matilda  axır  ki,  özünə 

gələrək düĢündü. – Amma  ədəbsiz Ģeylərə  necə dözür!  Heç 

özünü  düĢĢünmür.  Yox,  o  Kelyus,  ya  da  Kruazenuaya  heç 

oxĢamır.  Bu  Soreldə  nəsə  mənim  ziyafətlərdə  özünü 

Napoleon kimi aparan atama oxĢar bir Ģey var.  

Qız Danton məsələsini tamam unutmuĢdu.  

“Yox, mən doğrudan da bu axĢam darıxıram”.  

Matilda  qardaĢının  qolundan  yapıĢaraq,  onun 

narazılığına baxmayaraq, ziyafət salonunu dolaĢdı. Qız ölüm 

hökmünə  layiq  görülmüĢ  qrafla  Jülyenin  nədən  danıĢdığını 

bilmək istəyirdi. 

Ziyafət  salonunda  az  qala  izdiham  vardı.  Axır  ki,  qraf 

Altamira  əlində  məcməyi  olan  xidmətçiyə  yaxınlaĢıb 

dondurma götürmək istədiyi anda, qız onlara çata bildi. Qraf 

yanpörtü  dayanıb,  Jülyenlə  söhbət  eləməkdə  davam  edirdi. 

Qəfildən qraf onun əliylə eyni anda məcməyiyə uzanan qolu 

gördü.  Qolçaqların  qəribə  tikiliĢi,  deyəsən,  diqqətini  cəlb 

elədi,  qanrılıb  bu  qolun  sahibini  görmək  istədi.  Elə  həmin 




www.vivo-book.com 

 

632 



anda  da  baxıĢları  nifrətini  güclə  gizlədə  bilən  sadəlövh  və 

alicanəb gözlərlə toqquĢdu.  

– Bu adamı görürsünüz? – o, sakitcə Jülyenə dedi. – Bu 

knyaz Araçellidir, o səfirdi ***. Bu səhər o mənim ölkəmə 

təhvil  verilməyimi  tələb  edib.  Bunun  üçün  sizin  xarici  iĢlər 

nazirinə,  cənab  de  Nervala  müraciət  eləyib.  Baxın,  odur  o, 

vist oynayır. Cənab de Nerval məni ölkəmə təhvil verməyə 

razıdır,  çünki  min  səkkiz  yüz on  altıncı  ildə biz sizə iki-üç 

siyasi  qaçaq  təhvil  vermiĢik.  Əgər  məni  kralımıza  təhvil 

versələr,  o  iyirmi  dörd  saat  ərzində  məni  asdıracaq.  Məni 

həbs  edənlərsə  yəqin  ki,  bu  gözəl  bığlı  cənablardan  biri 

olacaq.  

– Əclaflar! – Jülyen az qala hündürdən qıĢqırdı.  

Matilda  bu  söhbətin  bir  sözünü  də  qaçırmadı.  Onun 

bütün darıxmaq hissi keçib getmiĢdi.  

–  Onlar  elə  də  əclaf  deyillər,  –  qraf  Altamira  etiraz 

elədi.  –  Mən  ona  görə  özümdən  danıĢdım  ki,  sizin  yaxĢı 

təsəvvürünüz  olsun.  Hər  beĢ  dəqiqədən  bir  özünün  Qızıl 

Runa  ordeninə  tamaĢa  edən  knyaz  Araçelliyə  baxın.  O  bu 

oyuncağı  öz  sinəsində  görəndə  sevindiyindən  özünə  gələ 




www.vivo-book.com 

 

633 



bilmir. Bu məzlum subyekt anaxronizm kimi bir Ģeydir. Yüz 

il  əvvəl  Qızıl  Runa  ordeni  böyük  Ģərəf  idi,  amma  həmin 

dövrlərdə o bu ordeni almağı ağlına da gətirə bilməzdi. Bu 

günsə,  belə  adlı-sanlı  adamların  arasında  bu  ordenlə  qürur 

duymaq  üçün  Araçelli  olmaq  lazımdır.  O  bu  ordenə  görə 

Ģəhərləri yerləyeksan eləməyə hazırdı.  

–  Bəlkə  bu  ordeni  elə  belə  Ģeylərin  bahasına  əldə 

eləyib? – Jülyen acı-acı soruĢdu. 

– Yox, lap belə də deyil, – Altamira soyuq-soyuq dedi. 

– Ola bilər ki, o öz vətənində liberal kim tanınan otuz nəfər 

mülkədarı çaya atdırsın.  

– Qaniçən! – Jülyen bir də az qala qıĢqırdı. 

Madmazel  de  La-Moll onların  yanında dayanıb, böyük 

maraqla bu söhbətə qulaq asırdı, qızın gözəl saçları az qala 

oğlanın çiyninə dəyirdi.  

–  Siz  hələ  çox  gəncsiniz!  –  Altamira  dedi.  –  Sizə 

demiĢdim,  Provansda  mənim  bir  ərli  bacım  var.  O  elə  indi 

də  pis  deyil,  mehribandı,  xeyirxahdı,  öz  borcunu  bilən 

nümunəvi ailə anasıdı, özü də qətiyyən riyakar deyil.  



www.vivo-book.com 

 

634 



“Bu  nə  demək  istəyir?”  –  madmazel  de  La-Moll 

düĢündü. 

–  O  xoĢbəxt  yaĢayır,  –  qraf  Altamira  sözünə  davam 

elədi,  –  min  səkkiz  yüz  on  beĢinci  ildə  də  beləcə  yaxĢı 

yaĢayırdı.  Həmin  vaxt  mən  onun  Antib  yaxınlığındakı 

mülkündə  gizlənirdim.  O,  marĢal  Neyin  edam  edildiyini 

biləndə, sevindiyindən az qaldı rəqs eləsin.  

–  Siz  nə  danıĢırsınız?  –  heyrətlənmiĢ  Jülyen  az  qala 

qıĢqırdı.  

–  Öz  partiyana  ürəkdən  bağlı  olmaq  bax,  budur.  On 

doqquzuncu  əsrdə  bütün  ehtiraslar  saxtadır.  Buna  görə  də 

Fransada  insanlar  belə  darıxır.  Heç  bir  qəddarlıq  hissi 

duymadan qəddar hərəkətlər eləyirlər.  

– Lap pis! – Jülyen dedi, – Əgər bir cinayət edirsənsə, 

onu həvəslə eləməlisən: yoxsa həmin iĢin heç bir yaxĢı tərəfi 

olmaz.  Əgər  onlara  zərrə  qədər  haqq  qazandırmaq 

mümkündürsə, o da ancaq buna görə ola bilər.  

Madmazel  de  La-Moll  bu  hərəkətin  öz  ləyaqətinə 

yaraĢıb-yaraĢmadığını  düĢünmədən  irəli  gəldi  və  az  qala 

Jülyenlə


 Altamiranın arasında dayandı.  


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə