www.vivo-book.com
640
gətirdiyin kalambur səviyyəsində deyə bilərsən. Fikir ancaq
bu halda necəsə mükafatlandırıla bilər. Amma əgər insan öz
zarafatlarında nəsə güc və yeniliyin olduğunu düĢünürsə, siz
o adamı yekəxanalıqda ittiham edirsiniz. Axı sizin
hakimlərdən hansısa Kuryeyə belə demiĢdi, elə deyilmi?
Onu da Beranje kimi həbsxanaya atdırdınız. Sizdə ağıllı
fikirləriylə seçilən istənilən adamı islahçı polisin əlinə
verirlər – “ədəbli adamlar” adlandırdığınız insanlarsa bunu
alqıĢlayırlar. Çünki sizin bu çürümüĢ cəmiyyətiniz üçün ən
vacib Ģey “ədəb-ərkan gözləmək”dir...Siz heç vaxt hərbi
Ģücaətdən o yana gedə bilməzsiniz: sizdə həmiĢə Myuratlar
olacaq, amma heç vaxt VaĢinqtonlarınız olmayacaq. Mən
Fransada boĢ Ģöhrətpərəstlikdən savayı heç nə görmürəm.
Söhbətdə bir az fərqlənən insan nəsə ehtiyatsız bir söz iĢlədə
bilər. Elə həmin an ev sahibi özünü təhqir olunmuĢ hesab
eləyəcək.
Qrafın faytonu de La-Molların qəsrinin qarĢısında
dayandı. Jülyen bu adama heyran olmuĢdu. Altamira ona
deyəsən, çox səmimi, gözəl bir kompliment dedi:
www.vivo-book.com
641
– Sizdə fransızlara xas olan yüngülfikirlilik yoxdur və
siz nəyin xeyirli olduğunu bilirsiniz.
Ġki gün əvvəl Jülyen Kazemir Delavinyanın “Marino
Falyero” faciəsinə baxmıĢdı.
“Məgər məlum deyil ki, bu sadə dülgər Ġsrail
Bertuççonun xarakteri bütün venesiyalı kübarların
xarakterindən möhkəmdir? – hiddətlənmiĢ qəhrəmanımız
öz-özünə dedi. – Axı həmin adamlar o qədər adlı-sanlı
ailələrdən idilər ki, nəsilləri yeddi yüzüncü ilə, Böyük Karlın
hakimiyyətindən yüz il əvvələ gedib çıxırdı. Bu gün cənab
de Retsin ziyafətindəki aristokratiyanın köküsə vur-tut on
üçüncü əsrə çatır. Budur, o vaxt elə ali təbəqələrdən olsalar
da, boz və maraqsız venesiyalılardan təkcə Ġsrail
Bertuççonun adı qalıb. Ġnqilab bu və digər ictimai quruluĢun
Ģıltaqlıqları nəticəsində yaradılmıĢ bütün titulları məhv
eləyir. Hətta bu zaman insan ölümün üzünə dik baxmaq
bacarığına görə layiq olduğu yeri tutur. Bu vaxt ağıl da öz
qüdrətini itirir...
Valnoların, Renalların əsrində Danton kim ola bilərdi?
Hansısa prokurorun köməkçisi – özü də çox çətinliklə. Ġlahi,
www.vivo-book.com
642
mən nə danıĢıram? O yəqin ki, yezuitlərə satılıb nazir olardı,
axı böyük Dantonun özü də oğruydu. Mirabo da satılardı.
Napoleon Ġtaliyada milyonları mənimsədi, həmin milyonlar
olmasaydı, o PiĢeqryu kimi, səfalətdən addımını da ata
bilməzdi. Təkcə Lafayet heç vaxt oğurluq eləmədi. Onda
neyləməli? Oğurluq eləmək, satılmaq lazımdı?”
Bu sual Jülyeni çaĢdırdı. Gecənin qalanını o, baĢını
kitabdan ayırmadan inqilab tarixini oxudu.
Səhəri günü, kitabxanada oturub, yazı iĢləriylə məĢğul
olanda, tez-tez fikrən qraf Altamirayla söhbətlərinə
qayıdırdı.
“Həqiqətən də, belə çıxır ki, – o uzun-uzadı
düĢünəndən sonra öz-özünə dedi. – Əgər bu ispan liberalları
xalqı cinayətlərə sövq eləsəydilər, onlardan belə asanlıqla
qurtarmaq mümkün olmazdı. Axı onlar uĢaq idilər, özlərini
vacib adamlar kimi aparır, mənim kimi ağızlarına gələni
danıĢırdılar – bunları düĢünəndə Jülyen sanki yuxudan
oyanmıĢ kimi qəfil qıĢqırdı.
Mən nə eləmiĢəm ki, o hərəkət mənə ömürlərində bir
dəfə nəsə eləməyə qərar verən həmin adamları mühakimə
www.vivo-book.com
643
etməyə haqq versin? Mən masa arxasından qalxanda: –
sabah nahar eləməyəcəm, amma səhər də bugünkü kimi
güclü və gümrah olacağam! – deyən adama oxĢayıram. Kim
bilir, böyük iĢlərə baĢlayan insanlar yarıyolda nə hiss
edirlər? Axı bu, tapançadan atəĢ açmaq deyil!
Madmazel de La-Mollun kitabxanaya qəfil gəliĢi onun
bu ali tərəddüdlərini yarımçıq kəsdi. Oğlan öz fikirlərinə elə
qərq olmuĢ, baĢqalarına özlərini məğlub etmə imkanı
verməmiĢ bütün bu Dantonlar, Mirabolar, Karnoların
Ģücaətlərinə elə uymuĢdu ki, gözlərini qaldıranda baxıĢları
onun haqqında düĢünmədən, ona təzim etmədən, demək olar
ki, onu görmədən madmazel de La-Mollun üzündə iliĢib
qaldı. Bu iri, geniĢ açılmıĢ gözlər qızın gəliĢinin fərqinə
varan kimi, onun baxıĢlarındakı parıltı söndü. Madmazel de
La-Moll nə qədər acı olsa da, bunun fərqinə vardı.
Jülyendən Velinin kitab dolabının ən yuxarı rəfində
duran “Fransa tarixi”ni istəmək hoqqası da əbəs idi – oğlan
gedib, nərdivan gətirdi, kitabı tapıb, Matildaya uzatdı, amma
o bu qız barədə düĢünməyə qadir deyildi. Nərdivanı geri
aparanda, Jülyen qəfil geri qanrıldı, kitab dolabının ĢüĢəsinə
www.vivo-book.com
644
toxundu, ĢüĢə çiliklənib, parket döĢəməyə töküldü. Bu səs
axır ki, Jülyeni fikirlərindən ayırdı.
Tez madmazel de La-Molldan üzr istədi. O mümkün
qədər nəzakətli olmağa çalıĢırdı və nəzakətli ola bildi də –
amma elə bu qədər, bundan artıq heç nə eləmədi. Matilda
ona mane olduğunu açıq-aydın hiss eləyirdi və görürdü ki,
öz fikirlərinə qapılmaq oğlana onunla danıĢmaqdan daha
xoĢdur.
Qız uzun-uzadı oğlana baxdı və axır ki, yavaĢca çıxıb
getdi. Jülyen qızın arxasınca baxdı. Qəfil gözünə dəyən
ziddiyət ona maraqlı gəlmiĢdi – qızın dünənki ziyafətdə
geyindiyi nadir bahalı libaslarla bugünkü sadə paltarı elə
fərqlənirdi ki... Qızın elə bugünkü üzü də dünən ziyafətdə
iĢtirak edən Matildanın üzündən çox fərqliydi. Dünən hersoq
Retsin ziyafətində təkəbbürlə dayanan qız bu gün az qala
yalvarıcı nəzərlərlə baxırdı.
“Bu qara paltar, – Jülyen düĢündü, – onun bədəninin
gözəlliyini daha aydın nəzərə çarpdırır. Amma o niyə matəm
paltarı geyinib? Bunu kimdənsə soruĢmaq da yaxĢı deyil”.
Dostları ilə paylaş: |