Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə136/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   132   133   134   135   136   137   138   139   ...   197

www.vivo-book.com 

 

680 



idi  –  Kruazenua  və  Norberin  ürək-dirək  verdikləri  Kelyus 

Matildanın  Jülyen  barədəki  xoĢ  fikirlərinə  etiraz  eləməyə 

baĢladı.  Özü  də  bunu  heç  bir  sözgəliĢi  eləmədi,  eləcə 

madmazel  de  La-Mollu  qapıda  görən  kimi  söhbəti  baĢladı. 

Qız bu sadəlövh fəndi tez tutdu və heyrətləndi. 

“Hə,  budur,  onlar  bir-birinin  tərəfini  saxlayırlar,  – 

Matilda  düĢündü,  –  istedadlı,  amma  illik  on  luidor  gəlir 

gətirən bir parça torpağı olmayan, ona müraciət eləməyincə 

ədəbindən bir kəlmə danıĢmayan bir adama qarĢı birləĢiblər. 

Onun  qara  kostyumu  belə  bu  adamların  canına  qorxu  salır. 

Görəsən, onun paqonları olsaydı, bunlar neylərdilər?” 

Qız  hələ  heç  vaxt  belə  hazırcavab  olmamıĢdı.  Onlar 

sözə baĢlayan kimi, o, Kelyus və onun tərəfdarlarına zəhərli 

kinayəylə hücum elədi. Bu cavan zabitlərin zarafat həvəsləri 

öləndə, qız qraf de Kelyusa dedi: 

–  Sabah  FranĢ-Konte  dağlarında  yaĢayan  bir  zadəgan 

desə ki, Jülyen onun nikahdankənar oğludu və ata oğluna bir 

neçə min franklıq miras qoysa, ay yarım da keçməz ki, o da 

sizin  kimi,  cənablar,  bığ  buraxar,  yarım  ildən  sonra  o  da 

sizin  kimi,  cənablar,  zabit  olar.  Belə  olsa,  onun  xasiyyəti, 




www.vivo-book.com 

 

681 



qüruru  sizə  gülməli  gəlməz.  Belə  görürəm  ki,  gələcək 

hersoq,  sizin  bircə,  özü  də  köhnə  və  yararsız  bir  əsasınız 

qalıb  –  saray  zadəganının  əyalət  zadəganı  üzərindəki 

üstünlüyü.  YaxĢı,  bəs  indi  sizi  divara  dirəyib,  desəm  ki, 

Jülyenin  atası  Napoleonun  müharibəsi  zamanı  Bezansonda 

əsir düĢən bir hersoqdur, onda  əlinizdə hansı  əsas qalacaq? 

Təsəvvür  edin  ki, ölüm  yatağında  yatan bu hersoq  Jülyenin 

onun oğlu olduğunu etiraf eləyir!  

Nikahdankənar övlad barədəki bu söhbətlər həm cənab 

de  Kelyusa  və  de  Kruazenuaya  ədəbsiz  bir  Ģey  kimi 

göründü.  Onları  Matildanın  danıĢdıqlarından  ancaq  bunu 

baĢa düĢdülər.  

Norber bacısına tabe olmağa nə qədər öyrəĢsə də, indi 

qızın  danıĢığı  elə  cəsarətliydi  ki,  o  olduqca  ciddi  görkəm 

almağa  çalıĢdı.  Etiraf  edək  ki,  bu  ifadə  onun  gülümsər  və 

mehriban görünüĢünə heç yaraĢmadı. Norber cəsarətə gəlib, 

hətta  bu  məsələylə  bağlı  bir  neçə  kəlmə  də  dedi.  Onun 

üzündəki ifadəni görən Matilda soruĢdu: 

–  Dostum,  siz  xəstələnməmisiniz  ki?  Əgər  zarafatlara 

ədəb dərsi keçməklə cavab verirsinizsə, deməli, halınız heç 




www.vivo-book.com 

 

682 



də yaxĢı deyil. Siz və ədəb-ərkan dərsi! Siz deyəsən, prefekt 

olmağa hazırlaĢırsınız?! 

Matilda  qraf  de  Kelyusun  incik  səs  ahəngini,  Norberin 

narazılığını və de Kruazenuanın səssiz məyusluğunu çox tez 

yadından  çıxartdı.  O,  qəlbində  yuva  salmıĢ  bir  mənhus 

Ģübhəni aydınlaĢdırmalıydı.  

“Jülyen  mənimlə  səmimi  olur,  –  qız  düĢünürdü.  –  O 

yaĢda,  o  tabeçilik  vəziyyətində  olan,  üstəlik,  inanılmaz 

təkəbbürlü bu oğlanın təbii ki, dosta ehtiyacı var: amma mən 

onun  gözlərində  sevgi  görmürəm.  Axı  onun  kimi  cəsarətli 

adam məni sevdiyini deməkdən çəkinməzdi”.  

Bu  tərəddüd,  özüylə  apardığı  bu  mübahisə  indi 

Matildanın  həyatının  hər  dəqiqəsini  zəbt  eləmiĢdi,  –  indi 

Jülyenlə danıĢmaq kifayət idi ki, onun yeni Ģübhələri və yeni 

əsasları  peyda  olsun  –  bu  tərəddüdlər  nəticəsində  indiyə 

qədər əzab çəkdiyi darıxmaq hissindən xilas olmuĢdu. 

Gözəl günlərin birində nazir olacağı təqdirdə kilsələrin 

varidatını  özünə  qaytaracaq  ağıllı  bir  adamın  qızı  olan 

madmazel de La-Moll Ġsanın Ürəyi monastırında ən ürəkdən 

yarınmaların  ünvanıydı.  Bədbəxtliyin  bu  növünə  qalib 




www.vivo-book.com 

 

683 



gəlmək  mümkün  deyil.  Ona  təlqin  eləmiĢdilər  ki,  əsil-

nəcabəti,  var-dövləti  və  baĢqa  belə  Ģeylərin  sayəsində  o 

mütləq  baĢqalarından  xoĢbəxt  olmalıdır.  Dünyadakı  bütün 

kralların darıxmaqlarının və saysız çılğınlıqlarının səbəbi də 

budur.  

Matilda  da  bu  təlqinin  məhvedici  təsirindən  qurtula 

bilməmiĢdi.  Nə  qədər  ağıllı  olursaolsun,  on  yaĢında  qızın 

bütün  monastırın  möhkəm  əsaslandırılmıĢ  yaltaqlığı 

qarĢısında duruĢ gətirməyi mümkün deyildi.  

Jülyeni sevdiyinə qərar verdiyi gündən bəri o darıxmaq 

hissindən xilas oldu. Qız qətiyyətlə böyük ehtiras yaĢamağa 

hazırlaĢırdı.  

“Bu  çox  təhlükəli  iĢ  olacaq.  –  O  öz-özünə  deyirdi.  – 

Lap yaxĢı! Min dəfə yaxĢı!” 

Bu  böyük  ehtiras  həyatımda  olmadığına  görə,  mən 

həyatımın  ən  gözəl  çağında  –  on  altı  yaĢımdan  on  doqquz 

yaĢıma  qədər  darıxmaqdan  ölürdüm.  Mən  onsuz  da 

ömrümün  ən  gözəl  çağını  boĢa  vermiĢəm.  Bütün 

əyləncələrim 

anamın 


rəfiqələrinin 

mənasız 


həyat 

fəlsəfələrini dinləməkdən ibarət idi. Halbuki, deyilənə görə, 




www.vivo-book.com 

 

684 



min  yeddi  yüz  doxsan  ikinci  ildə  bunlar  indi  göründükləri 

kimi namus mücəssəməsi deyilmiĢlər.  

Matildanı  bürüyən  belə  böyük  Ģübhələr  vaxtı  Jülyen 

çox  vaxt  onun  uzun-uzadı  baxıĢlarını  öz  üzərində  hiss  edir 

və  bunun  nə  olduğunu  baĢa  düĢmürdü.  O  aĢkarca  hiss 

eləyirdi  ki,  qraf  Norber  ona  qarĢı  ifrat  soyuqluq  nümayiĢ 

etdirir,  cənab  de  Kelyus,  de  Lyuz,  de  Kruazenua  oğlanla 

danıĢanda  həddən  artıq  təkəbbürlü  davranırdılar.  Amma  o 

belə Ģeylərə alıĢmıĢdı.  

Bu cür xoĢagəlməz hallar adətən onunla oğlanın gözəl 

nitq  nümayiĢ  etdirdiyi  ziyafət  gecələrinin  səhərləri  baĢ 

verirdi. Əgər Matildanın ona göstərdiyi ifrat maraq, oğlanın 

da  bu  marağın  arxasında  nə  yatdığını  öyrənmək  istəyi 

olmasaydı,  Jülyen  nahardan  sonra  qızla  və  onun 

həndəvərində  fırlanan  bu  bığlı  cavan  oğlanlarla  bağçada 

gəzintilərini təxirə salardı.  

“Yox, ola bilməz ki, mən bu qədər yanılım. – Jülyen tək 

qalanda düĢünürdü. – Məlum məsələdir ki, madmazel de La-

Moll  mənə  nəsə  birtəhər  baxır.  Amma  o  öz  iri,  mavi 

gözləriylə üzümə heyranlıqla baxanda belə, mən bu gözlərin 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə