www.vivo-book.com
685
dərinliyində nəsə pis, soyuq və qəddar bir Ģey görürəm. Belə
sevgi ola bilərmi? Fərqə bax. Məgər xanım Renal mənə belə
baxardımı?”
Bir dəfə necə oldusa, nahardan sonra Jülyen cənab de
La-Mollu kabinetə ötürüb, tələsik bağa tərəf getdi. O,
Matildanın baĢına yığıĢan dəstəyə yaxınlaĢanda qulağına
bir-iki söz çatdı. Matilda nəsə qardaĢını acıqlandırırdı.
Jülyen iki dəfə öz adını eĢitdi. O, cavanlara yaxınlaĢan kimi,
hamı birdən susdu. Madmazel de La-Moll və qardaĢı daha
danıĢmaq iqtidarında deyildilər. De Kelyus, de Kruazenua,
de Lyuz və baĢqa bir nəfər gənc Jülyeni olduqca soyuq
qarĢıladılar. Oğlan çıxıb getdi.
www.vivo-book.com
686
XIII
TƏLƏ
Söhbətlərdən qulağına çatan bəzi sözlər, təsadüfi
görüşlər qəlbində azacıq qığılcım olan həssas insan üçün
inkarolunmaz faktlara çevrilir.
Şiller
Səhəri gün Jülyen yenə qraf Norberi bacısıyla onun
barəsində nəsə danıĢan yerdə gördü. Bacı-qardaĢ onu görən
kimi kiridilər. Oğlanın daha Ģübhəsi qalmadı. Deməli, bu
gənc zadəganlar onu ələ salmağa çalıĢırlar?
Oğlan düĢünürdü:
“Açığı, madmazel de La-Mollun mənim kimi bir fağır
mirzəyə
vurulma ehtimalındansa, bu məsələ daha
ağlabatandı. Məgər bu adamlar belə romantik ehtiraslar
yaĢamağa qadir ola bilərlər? Onların əlindən ancaq kiməsə
tələ qurmaq gəlir. Bu adamların mənim yeganə istedadıma –
ağıllı-ağıllı danıĢa bilmək bacarığıma paxıllıqları tutur.
www.vivo-book.com
687
Paxıllıq – onların yaralı yeridir. Deməli, məsələ aydındı.
Madmazel de La-Moll zadəgan dostlarını əyləndirmək,
onları mənə güldürmək üçün bu oyunu qurub – guya
məndən xoĢu gəlir.
Bu dəhĢətli Ģübhə Jülyenin ruhi vəziyyətini xeyli
dəyiĢdi. Oğlanın qəlbində oyanmağa baĢlayan sevgi
qığılcımları o dəqiqə söndü. Axı bu sevgini oyadan tək
qüvvə – Matildanın ələdüĢməz gözəlliyi, daha doğrusu,
onun Ģahanə duruĢu, dəbdəbəli pal-paltarlarıydı. Jülyensə
belə məsələlərdə sadəlövhün biriydi. BoĢ yerə deməyiblər
ki, öz ağlı sayəsində ali cəmiyyətə yol tapan sadə kiĢiyə ən
çox təsir edən Ģey – gözəl zadəgan qadındır. Axı bu günlər
ərzində Jülyeni arzulara qərq olmağa məcbur edən,
Matildanın mənəvi keyfiyyətləri deyildi. Oğlanın ağlı
baĢındaydı və yaxĢı bilirdi ki, qızın mənəvi tərəfləri barədə
heç bir təsəvvürü yoxdur. Onun müĢahidə eləyə bildiyi
Ģeylər, qızın ancaq görünən tərəfləri ola bilərdi.
Məsələn, Matilda heç vaxt kilsədəki bazar moizəsini
buraxmazdı. O hər bazar mütləq anasına qoĢulub, kilsəyə
gedirdi. Əgər de La-Molların qonaq otağında hansısa
www.vivo-book.com
688
ehtiyatsız qonaq harada olduğunu yadından çıxararaq, taxt-
tacın və kilsənin maraqlarına xələl gətirə biləcək bircə kəlmə
iĢlətsə, ya zarafat eləsəydi, Matilda o dəqiqə həmin adama
qarĢı soyuqluq nümayiĢ etdirərdi. Həmin anlarda qızın
baxıĢları köhnə ailə portretlərindəki kimi, bütün hisslərdən
uzaq təkəbbürlə dolu olardı.
Amma Jülyen dəqiq bilirdi ki, qızın otağında Volterin
iki-üç cild fəlsəfi kitabları olurdu. Oğlan özü də arabir gözəl
cildlənmiĢ bu kitabları gizlicə otağına aparıb, oxuyurdu. O,
rəflərdən kitab götürəndə, qalan cildlərin yerini dəyiĢir və
bununla da hansı kitabları götürdüyünü gizlədə bilirdi.
Amma tezliklə Jülyen fərqinə vardı ki, Volteri oxuyan təkcə
o deyil.
Oğlan seminariyada öyrəndiyi bicliyə əl atdı – qızı
maraqlandıra biləcək kitabların üstünə tük qoydu. Həmin
cildlər bir neçə həftə yoxa çıxdı.
Cənab de La-Moll kitab alverçisinin ona boĢ-boĢ Ģeylər
məsləhət görməyindən təngə gələrək, yeni nəĢrləri seçməyi
Jülyenin öhdəsinə buraxdı. Amma zərərli ədəbiyyat evdə
www.vivo-book.com
689
yayılmasın deyə, markiz katibinə əmr eləmiĢdi ki, bu
kitabları onun öz otağında gizlətsin.
Tezliklə Jülyen əmin oldu ki, təzə kitabların arasında
taxt-tacın və kilsənin əleyhinə mətn peyda olan kimi, bu
kitablar tezcə yoxa çıxır.
Aydın məsələydi ki, həmin kitabları oxuyan qraf
Norber deyildi.
Jülyen bu kəĢfini həddən artıq yüksək qiymətləndirmiĢ
və qızda az qala makiavellisayağı ikiĢəxsiyyətliliyin
olduğunu düĢünmüĢdü. Ehtimal olunan bu məkrlilik qızı
Jülyenin gözündə daha cazibədar eləmiĢdi. Deyəsən, qızın
oğlanı heyran edən tək mənəvi keyfiyyəti də elə bu idi.
Riyakarlıq və ölümcül yorucu ruhi-mənəvi söhbətlər –
oğlanı son həddə gətirənlər bunlardı.
Jülyenin hiss etdiyi Ģey – sevgidən çox, öz təxəyyülünə
azadlıq verməsiydi. Xəyala qapılanda, oğlan Matildanın
gözəl bədənini, onun qəĢəng paltarlarını, ağappaq əlini,
məftunedici çiyinlərini, hərəkətlərindəki sərbəstliyi düĢünür
və özünü qıza vurulmuĢ kimi hiss eləyirdi. Belə vaxtlarda o
bu hissi gücləndirmək üçün qızı Yekaterina Mediçiylə
Dostları ilə paylaş: |