Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə139/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   135   136   137   138   139   140   141   142   ...   197

www.vivo-book.com 

 

695 



Qızın  bədəninin biçimi  ağlasığmaz  dərəcədə  gözəl  idi. 

Onun  ayaqları kimi  gözəl  ayaqlar təsəvvür  etmək  çətin  idi, 

özü  də  elə  əzəmətlə  qaçırdı  ki,  Jülyen  əməlli-baĢlı 

sehrlənmiĢdi.  Qız  gözdən  itən  kimi  onun  nə  düĢündüyünü 

oxucu təsəvvür edə bilərmi?  

Qızın  “çalıĢın,  sabah  getməyin”  sözünü  elə  amiranə 

tərzdə  deməyi  oğlanı  özündən  çıxarmıĢdı.  Hətta  ölüm 

yatağında  olan  XV  Lüdovikə  həkim  “bunu  eləmək  lazım 

deyil” deyəndə belə, kral çox da təkəbbürlü adam olmasına 

baxmayaraq, bu cür qəzəblənməmiĢdi.  

Bir  saatdan  sonra  xidmətçi  Jülyenə  məktub  gətirdi.  Bu 

– əməlli-baĢlı sevgi məktubuydu.  

Sevincini gizlətməyə çalıĢan oğlan düĢündü: 

 “Elə də riyakarlıqla dolu məktuba oxĢamır”.  

Əslində  bu  ədəbi  qeydlərlə  o  özünün  yerə-göyə 

sığmayan sevincini gizlətməyə çalıĢırdı, amma dodaqlarında 

özündən asılı olmayaraq, geniĢ bir təbəssüm əmələ gəlmiĢdi.  

 “Beləliklə,  –  hissləri  həddən  artıq  güclü  olan  oğlan 

daha  özünü  saxlaya  bilmədi  –  mən,  kasıb  kəndli  oğlu, 

zadəgan xanımdan sevgi məktubu almıĢam!” 




www.vivo-book.com 

 

696 



 “Hə,  elə  mən  özüm  də  pis  deyildim.  –  O  var  gücüylə 

sevincini  büruzə  verməməyə  çalıĢaraq,  öz-özünə  deyirdi.  – 

Hə, mən onun gözündə öz qürurumu saxlaya bilmiĢəm. Mən 

heç  vaxt  ona  “səni  sevirəm”  demədim”.  Oğlan  bütün 

məktubu,  bütün  sətirləri,  sözləri  gözdən  keçirməyə  baĢladı. 

Madmazel de La-Mollun qəĢəng, zövqlü, xırdaca xətti vardı. 

Oğlan baĢını gicəlləndirən sevinci birtəhər ört-basdır eləmək 

üçün baĢını nəyləsə qatmalıydı.  

“Sizin gediĢiniz məni məcbur edir ki, bəzi Ģeyləri açıb 

deyim...Sizi  uzun  müddət  görə  bilməmək  mənə  çox 

çətindi...” 

Qəfildən  nəsə  yadına  düĢmüĢ  Jülyen  Matildanın 

məktubunu gözdən keçirməyi buraxıb, təzə sevinc dalğasına 

qərq oldu.  

 “Deməli, mən markiz de Kruazenuaya qalib gəlmiĢəm! 

Amma  mən  bu  qızla  ancaq  ciddi  Ģeylər  barədə  söhbət 

eləmiĢəm.  Axı  o  markiz  özü  çox  gözəl  oğlandır!  O  nə 

bığlardı elə?! Mundiri göz qamaĢdırır, necə danıĢmaq lazım 

olduğunu bilir! Özü də necə yerli-yerində, necə nəzakətlə!”  



www.vivo-book.com 

 

697 



Jülyen  bənzərsiz  dəqiqələr  yaĢayırdı,  özünü  bağın 

dərinliklərinə  verərək,  özünü  unutmuĢ  halda  cığırlarda 

gəziĢirdi.  

Bir müddətdən sonra dəftərxanaya qalxaraq xahiĢ elədi 

ki,  markiz  de  La-Molla  onun  gəliĢini  bildirsinlər. 

XoĢbəxtlikdən markiz evdəydi. Oğlan Normandiyadan gələn 

bir  neçə  vacib  məktubu  ona  göstərərək,  dedi  ki,  bu 

məsələlərlə  bağlı  bəzi  çox  qayğılar  var  ki,  bu  iĢlər  onun 

Lanqendoka səfərini təxirə salmağa məcbur edir.  

 –  Mən  çox  sevinirəm  ki,  siz  gedəsi  olmadınız.  Sizi 

burada görmək daha xoĢdur – iĢgüzar söhbətlər qurtarandan 

sonra markiz oğlana dedi.  

Jülyen  o  dəqiqə  çıxıb  getdi.  Markizin  sözü  onu 

təsirləndirmiĢdi.  

 “Mənsə  onun  qızını  ələ  almağa  çalıĢıram!  Bəlkə  də  o 

qızın  markiz  de  Kruazenuayla  evliliyinə  mane  olacağam. 

Markizsə bu evliliyə çoxlu ümidlər bəsləyir, düĢünür ki, özü 

hersoq ola bilməsə də, heç olmasa qızı hersoginya ola bilər”.  




www.vivo-book.com 

 

698 



Jülyen  bir  anlıq  hər  Ģeyi  buraxıb,  Langedoka  getməyi 

düĢündü.  Amma  bu  fikir  onun  ağlına  gələn  kimi  də, 

fikrindən daĢındı.  

 “Bu  nə  xeyirxahlıqdır?  –  oğlan  öz-özünə  dedi.  –  Bu 

zadəgan,  varlı  ailəyə  rəhm  eləmək  mənə  qalıb?  Bunların 

dostu  hersoq  ġon  mənə  kəndçi  balası  deyir.  Markizsə  heç 

nəyi eyninə almadan ancaq öz var-dövlətini artırmaq barədə 

düĢünür.  Sarayda  sabah  nəsə  hakimiyyətdaxili  gərginlik 

oyunun  oynanılacağını  eĢidən  kimi,  birjada  min  hoqqadan 

çıxır. Həyatın ən axırıncı təbəqəyə atdığı, alicənab ürək əta 

elədiyi, üstəlik, ildə allahın min franklıq gəlir, yəni bir parça 

çörək  vermədiyi  insansa  üzünə  gülən  xoĢbəxtlikdən  imtina 

eləməlidir? Belə zəhmət hesabına irəlilədiyim yolda qarĢına 

çıxan  sərin  bulaqdan  imtina  eləmək?  Yox,  mən  o  qədər  də 

sadəlövh deyiləm, həyat adlanan bu eqoizm səhrasında hərə 

öz baĢının qeydinə qalmalıdır”.  

Oğlanın  yadına  xanım  de  la-Mollun,  xüsusilə  də  onun 

zadəgan rəfiqələrinin ona necə Ģübhəylə baxmaqları düĢdü.  

Markizom  de  Kruazenuaya  qalib  gəlmək  məmnunluğu 

içindəki xeyirxahlığın səsini tezcə batırdı. 




www.vivo-book.com 

 

699 



Jülyen düĢünürdü: 

 “Onun  özündən  çıxmağına  nə  ləzzətlə  baxardım?  Bu 

dəqiqə  ona  qılıncı  necə  böyük  zövqlə  tuĢlayardım!  Ġndiyə 

qədər onun gözündə mən həddini aĢmıĢ kəndçinin biriydim. 

Bu məktubdan sonra biz bərabər hüquqlu adamlarıq!” 

Oğlan özlüyündə hər sözü həzlə vurğulayırdı: 

“Hə,  markizlə  mənim  ləyaqətim,  keyfiyyətlərimiz 

müqayisə olundu və nəticədə mən, əyalətdən gəlmiĢ dülgər 

oğlu qalib gəldim”.  

Sonra  qəfildən  qıĢqırdı:“Hə,  mən  elə-belə  də  imza 

ataram: yəni ki, madmazel de La-Moll elə bilməyin ki, mən 

kim olduğumu unuduram. Mən sizə yaxĢıca baĢa salaram ki, 

siz  məhz  bu  dülgər  oğluna  görə  adlı-sanlı,  Müqəddəs 

Lüdoviklə  xaç  yürüĢünə  gedən  de  Kruazenuaların 

soyadından imtina eləmisiniz”.  

Jülyen daha öz sevincini gizlətmək iqtidarında deyildi. 

O  tez  bağçaya  çıxmaq  istəyirdi.  O  öz  otağında  boğulurdu, 

burda havası çatmırdı.  

 “Mən,  əyalətdən  gəlmiĢ  dülgər  oğluyam  –  oğlan 

durmadan təkrarlayırdı. –  Mən  ömrüm  boyu  bu  zəhlətökən, 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə