www.vivo-book.com
770
qətiyyən belə düĢünmür ki, həmin xanımlardan hansısa biri
Matilda obrazına xas olan çılğınlıqlara qadirdi. Mənim
romanımın qadın qəhrəmanı sırf təxəyyül məhsuludur, hətta
deyə bilərəm ki, Matilda əsr sivilizasiyasının əvvəlki
yüzilliklər arasında çox mühüm yer tutmasına imkan
verəcək hər cür sosial təməllərindən kənar fantaziyalardan
yaranmıĢdı. Bu ilin qıĢında salonlara bəzək verən gənc
qızlarısa nədə olsa da, çılğınlıqda ittiham eləmək mümkün
deyil. DüĢünmürəm ki, onları var-dövlətə ifrat meylə,
səfərlərə, gözəl mülklərə, bir sözlə, kübar cəmiyyətdə yaxĢı
qəbul olunmuĢ vərdiĢlərə görə də qınamaq olar. Bütün bu
üstünlüklər onları darıxdırıb eləmir, əksinə, sadalananlar
onların tək və daimi ehtiras obyektidi və əgər qəlblərində
sevgi oyana bilərsə, bu sevginin ünvanı da elə bu
sadalananlardı.
Jülyen kimi qeyri-adi istedada sahib gənclərin uğur
ilahəsi, onları müvəffəqiyyətə aparan yolsa heç də sevgi
olmur. Onun kimi adamlar ehtiyatsız bir acgözlüklə hansısa
çevrədən yapıĢırlar və əgər bu çevrənin bəxti gətirsə,
cəmiyyətin xeyir-duası onların üstündən əskik olmur.
www.vivo-book.com
771
Vay o ziyalının halına ki, heç bir çevrəyə mənsub deyil
– belə olanda, onun sıradan, hətta ən ölgün uğuru belə
hamının üstünə ayaq açmasına səbəb olur. Eh, cənablar!
Roman – böyük yolda özünlə apardığın güzgü kimidir. O
gah göy üzünün aydınlığını, gah da çirkli gölməçələri əks
elətdirir. Yolla gedən adam bu güzgünü belində daĢıyır,
sizsə onu əxlaqsızlıqda ittiham edirsiniz! Onun güzgüsü
çirki göstərəndə siz günahı güzgüdə görürsünüz!
YaxĢısı budur ki, siz çirkli gölməçələrlə dolu yolu, ya
da yolda belə çirkli gölməçələrin olmasına göz yuman yol
nəzarətçisini ittiham edəsiniz.
Ġndi, bizim ədəb-ərkanlı və əxlaqlı əsrimizdə gerçək
görünməyən Matildanın xasiyyətinin ağlasığmaz olduğunu
biləndən sonra, bu gözəl qızın bundan sonrakı çılğınlıqlarını
təsvir edərkən, oxucunun mənə qəzəblənməyəcəyinə ümid
edirəm.
Səhəri gün Matilda öz çılğın ehtirasına qalib gəldiyini
ona sübut edəcək bir təsadüf axtarırdı. Ən əsası buydu ki,
hər Ģeyi Jülyenin əleyhinə eləsin – buna görə də, qız onun
bütün hərəkətlərini izləyirdi. Jülyen bu mürəkkəb sevgi
www.vivo-book.com
772
oyunundan baĢ çıxaracaq halda deyildi – o, həddən artıq
bədbəxt idi, ən əsasısa, ifrat dərəcədə sarsılmıĢdı. Bu
vəziyyətdə özünə sərf eləyəcək nəsə tapmaq barədəsə heç
danıĢmağa da dəyməzdi: yazıq oğlan sadəcə qurbanlıq
quzuydu, vəssalam. O hələ heç vaxt özünü belə fağır hiss
eləməmiĢdi. Ġndi onun davranıĢı ağlının diktə elədiyinin tam
əksini eləyirdi. Ġndi keĢməkeĢli həyatın müdrikləĢdirdiyi bir
filosof ona desəydi ki: “Sizin üçün qənaətbəxĢ olan
vəziyyətlərdən tez yararlanmağa çalıĢın, çünki Parisdə
qarĢılaĢdığımız məntiqi sevgilərin ovqatı hər iki gündən bir
dəyiĢir” – oğlan heç nə baĢa düĢməzdi.
Amma o nə qədər sarsılsa da, Ģərəf borcuna xəyanət edə
bilməzdi. ġərəfi onu susmağa məcbur edirdi – oğlan bunu
yaxĢı baĢa düĢürdü. Səhrada yolunu azmıĢ bədbəxt yolçu
üçün göydən düĢən bir damcı su necə böyük xoĢbəxtlikdisə,
indi təsadüfən rastına çıxan ən yad adama dərdini danıĢıb,
ondan məsləhət almaq da Jülyen üçün əvəzolunmaz səadət
idi. O bu təhlükən baĢa düĢürdü, o qorxurdu, bilirdi ki,
kimsə təsadüfən ondan dərdinin nə olduğunu soruĢsa, göz
www.vivo-book.com
773
yaĢlarından boğula-boğula hər Ģeyi açıb-danıĢmağa hazırdı.
Buna görə də oğlan özünü otağında həbs eləmiĢdi.
O, Matildanın uzun-uzadı bağçada gəziĢdiyin görürdü,
nəhayət, qız bağçadan çıxıb gedəndən sonra özü Matildanın
indicə gül qırdığı kola yaxınlaĢırdı.
Olduqca qaranlıq axĢam idi və Jülyen kiminsə onu
görəcəyindən ehtiyat etməyərək, öz dərdiylə baĢ-baĢa qala
bilərdi. Məsələ aydın idi – madmazel de La-Moll həvəslə
laqqırtı vurduğu bu cavan zabitlərdən birini sevirdi...
O Jülyeni də sevmiĢdi, amma sonra oğlanın heçlik
olduğunu baĢa düĢmüĢdü.
“Doğrudan da, o məni hansı keyfiyyətlərimə görə
sevməlidir ki? – Jülyen əminliklə öz-özünə təkrarlayırdı. –
Mən heç bir əhəmiyyəti olmayan, boz, ətrafdakılar üçün
olduqca darıxdırıcı, hətta özümün belə xoĢuna gəlməyən
adamam”.
Bir vaxtlar onu həvəsə gətirən, əyləndirən yaxĢı
xüsusiyyətlərinin hamısından indi Jülyenin zəhləsi gedirdi.
Bax indi, həyəcanlardan ruhunun az qala tərs üzünə
çevrildiyi bu halda oğlan öz həyatının keĢməkeĢlərindən baĢ
www.vivo-book.com
774
çıxartmaq istəyirdi. Ancaq naĢı adamlar belə vəziyyətə düĢə
bilərlər.
Birinci dəfə deyildi ki, o, intihar barədə düĢünürdü. Bu
xəyal onun üçün həzlə dolu istirahət, səhrada susuzluqdan
əzab çəkən adam üçün bir cam sərin su kimi bir Ģey idi.
– Ölüm? Axı belə eləsəm, o mənə daha çox nifrət
eləyəcək! Gör, mən özümdən sonra necə axmaq xatirələr
saxlayacağam?!
BəĢər övladı ümidsizliyin bu dərəcədə dibinə
yuvarlananda, onun öz xarakterindən baĢqa sığınacağı
olmur. Jülyen özünə deyə bilmədi ki: “Risk eləmək
lazımdır!”
Amma axĢam, Matildanın pəncərələrinə baxıb, pəncərə
qapaqları arasından qızın Ģamı söndürdüyünü görəndə, bu
yaxınlarda, bircə dəfə gördüyü gözəl otağı təsəvvür elədi. O
daha baĢqa heç nə təsəvvür edə bilmədi. Saat bir oldu. Saat
əqrəblərinin səsini eĢidəndə öz-özünə dedi:
“Nərdivanla yuxarı qalxacağam!”
Elə bil ona göylərdən vəhy gəlmiĢdi, amma elə bu vaxt
min cür ağıllı səbəblər onu bu hərəkətdən çəkindirdi.
Dostları ilə paylaş: |