www.vivo-book.com
755
izahagəlməz həzz alır və bu səhər az qala onu qətlə yetirəcək
qılıncdan yapıĢan əllərə heyranlıqla baxırdı.
Amma onların arasında baĢ verən mübahisələrdən sonra
təbii ki, əvvəlki sevgi izahlarından söhbət gedə bilməzdi.
YavaĢ-yavaĢ Matilda ona dostyana bir tərzdə öz könül
macəralarından danıĢmağa baĢladı. Bu söhbət qıza nəsə
anlaĢılmaz bir həzz verirdi, Matilda özünü söhbətə elə
qapdırmıĢdı ki, hətta özünün cənab de Kruazenua, cənab de
Kelyusla olan qısa macəralarından da danıĢdı.
– Necə?! Cənab de Kelyusla da macəranız olub? –
Jülyen heyrətdən az qala çığırdı. Onun səsində tərk edilmiĢ
məĢuqun qısqanclıq tutmaları hiss olunurdu.
Matilda bunu baĢa düĢdü və incimədi.
Qız özünün əvvəlki hisslərini təfərrüatlarına qədər
danıĢaraq – özü də bu söhbət onda olduqca rahat və təbii
alınırdı – Jülyenə əzab verməkdə davam edirdi. Oğlan
görürdü ki, qız danıĢdıqca həqiqətən gözlərinin qabağında
canlanan xatirələrini təsvir eləyirdi. Jülyen əzabla sezirdi ki,
qız bu hissləri bölüĢdükcə əslində, özü də öz qəlbində
gözlənilməz kəĢflər edirmiĢ.
www.vivo-book.com
756
Jülyen ən dəhĢətli qısqanclıq əzabları yaĢayırdı.
Sevdiyiniz qadının rəqibinizi nə vaxtsa sevdiyindən
Ģübhələnməyin özü belə gözlənilməzdir, amma bu sevginin
izahını həmin qadının öz dilindən eĢitmək əzabdan da o
yanadı.
Ġlahi, bu günlərdə, Matildanın sevgi məktublarını
alanda özünün cənab de Kruazenualardan, Kelyuslardan
üstün olduğunu düĢünüb qürrələndiyinə görə ondan indi
necə dəhĢətli qisas alırdılar?! Həmin gənclərin bu günlərdə
ona heç nə kimi gələn keyfiyyətləri indi ona necə möhtəĢəm
görünürdü! Oğlan bu dəqiqə özünə necə də ürəkdən nifrət
eləyirdi?!
Matilda onun gözünə elə əvəzolunmaz görünürdü ki,
oğlanın heyranlığını ifadə etmək üçün söz tapılmazdı. O
yavaĢca qızın yanıyla addımlayır və onun əllərinə,
çiyinlərinə, kraliçalara yaraĢan gərdəninə oğrun-oğrun
baxırdı. Jülyen bu dəqiqə özünü onun ayaqlarına ataraq,
sevgi və ağrı dolu səslə:
“Mənə rəhm elə!” – deyə bağırmağa hazır idi.
www.vivo-book.com
757
“Hamının baĢ tacı bildiyi bu gözəl qız, məni bircə dəfə
sevdi, indisə, Ģübhəsiz ki, cənab Kelyusa vurulmağa
hazırdı”.
Jülyen madmazel de La-Mollun səmimiliyinə Ģübhə edə
bilməzdi – onun danıĢdıqlarının hamısı son dərəcə inandırıcı
və həqiqətəuyğun idi. Matildasa elə bil qəsdən, oğlanın
əzablarını artırmaq məqsədilə bir vaxtlar yaĢadığı hissləri
yazıçısayağı təsvir eləyir, bu hisslərdən elə danıĢırdı ki, elə
bil təzədən həmin duyğuları yaĢayır, gözləri təzədən
sevgiylə dolurdu. Jülyen bunu elə açıq hiss eləyirdi ki!
Əgər bu dəqiqə Jülyenin sinəsinə ərimiĢ qurğuĢun
töksəydilər, yəqin ki, bu qədər ağrımazdı. Yazıq oğlan
hardan bilə bilərdi ki, Matilda cənab de Kruazenua və cənab
de Kelyusla olan qısa macəralarını məhz elə ona əzab
verməkdən ötrü belə həvəs və məmnunluqla xatırlayır,
onunla bölüĢürdü.
Jülyenin əzablarını təsvir eləmək mənasız iĢ olardı.
Oğlan cəmi iki həftə əvvəl onun otağına qalxacağı dəqiqələri
gözləyəndə dayandığı cökə ağaclarının altında indi qızın
www.vivo-book.com
758
baĢqalarıyla olan sevgiləri barədə səmimi etiraflarını əzabla
dinləyirdi.
Ġnsan əzabının da bir həddi var – o bu həddə çatmıĢdı.
Bu qəddar etiraflar bir həftə davam elədi. Matilda gah
hansısa təsadüfü bəhanə eləyib, özü bu söhbətlərə baĢlayır,
gah da hər ikisi izahagəlməz bir acgözlüklə bu mövzuya
qayıdırdılar və qız mütləq baĢqalarına bəslədiyi hisslərdən
danıĢırdı.
Matilda oğlana həmin adamlara yazdığı məktublardan
danıĢır, onları sözbəsöz təkrar eləyir, xüsusi cümlələri
vurğulayırdı. Son günlərdə o nəsə Jülyenə məkrli bir
sevinclə baxırdı. Matilda oğlanın əzablarından həzz alırdı.
O, Jülyendə öz tiranının əzablarını görür və bununla da onu
sevmək üçün bəhanə tapırdı.
Oxucu bilir ki, Jülyenin heç bir həyat təcrübəsi yox idi.
O hətta sevgi romanları da oxumamıĢdı. Oğlan bir azca
təcrübəli adam olsaydı, ona belə səmimi etiraflar eləyən qıza
soyuqqanlılıqla deyərdi:
– Etiraf edin ki, mən o cənablardan əskik olsam da, hər
halda, siz məni sevirsiniz...
www.vivo-book.com
759
Bunu desə, bəlkə də qız onun fəndindən xəbər
tutduğuna sevinərdi. Heç olmasa, zamanı düzgün tutub,
sözünü daha sərrast dediyi təqdirdə, həmin hərəkəti uğurlu
alına bilərdi. Ən azı, bu vəziyyətdən məğlub çıxsa da,
Matildaya özünü boz adam kimi göstərmiĢ də olmazdı.
– Siz daha məni sevmirsiniz? Mənsə sizin üçün dua
eləməyə hazıram! – bir dəfə belə gəzintilərdən sonra sevgi
və ağrıdan baĢını itirən Jülyen dedi.
Bu, onun tərəfindən atılmıĢ, olduqca axmaq bir addım
idi.
Bu sözlər, ona könül macəralarını danıĢan Matilda üçün
vəziyyətin bütün romantikasını öldürdü. Qız təəccübləndi ki,
necə olur, aralarında baĢ verənlərdən sonra oğlan onun
danıĢdıqlarını qısqanıb hiddətlənmək əvəzinə, axmaqcasına
ona sevgi elan eləyir. Qız oğlanın onu heç sevmədiyindən
Ģübhələndi.
– Yəqin, qüruru bu sevgini üstələdi – Matilda düĢündü.
– O elə adam deyil ki, hansısa de Kelyus, de Lyuz, de
Kruazenua kimi məzlumların ondan üstün tutulduğunu
rahatca həzm eləsin. Hətta özü bu adamlardan aĢağı
Dostları ilə paylaş: |