Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə195/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   189   190   191   192   193   194   195   196   197

www.vivo-book.com 

 

976 



Jülyen  xanım  Renalın  arxasında,  onun  üç  addımlığında 

dayandı.  Oğlana  elə  gəldi  ki,  qadın  həddən  artıq 

canfəĢanlıqla  dua  eləyir.  Onu  çılğınlıqla  sevən  bu  qadını 

görəndə Jülyenin əli titrədi və hiss elədi ki, niyyətindəki iĢi 

baĢa çatdırmağa əli gəlməyəcək. O öz-özünə: 

– Bacarmayacağam, bacarmayacağam! – deyirdi.  

Ayin  vaxtı  xidmətdə  duran  kilsə  xidmətçisi  zəngi 

vurdu.  Xanım  de  Renal  Ģalının  qatları  arasında  tamam  itən 

baĢını aĢağı saldı. Jülyenin daha Ģübhəsi qalmamıĢdı – bu, o 

idi. O atəĢ açdı, güllə yayındı, o bir də atəĢ açdı – xanım de 

Renal yıxıldı.  

 

 



 

XXXVI 


 

 XOġAGƏLMƏZ XIRDALIQLAR 

 



www.vivo-book.com 

 

977 



Elə  bilməyin  ki,  darqursaqlıq  eləmiĢəm,  mən  öz 

qisasımı  aldım.  Mən  ölümə  layiqəm  və  özüm  öz  ayağımla 

gəlmiĢəm. Ruhumun xilas olması üçün mənə dua eləyin.  

 

ġiller 



 

Jülyen  tərpənmədən dayanmıĢdı  – o heç nə görmürdü. 

O  bir  az  özünə  gələndə,  adamların  kilsədən  qaçdıqlarını 

gördü  –  rahib  mehrabı  buraxıb  qaçırdı.  Jülyen  qıĢqıraraq 

qaçan  qadınların  arxasınca  aramla  addımladı.  Qadınlardan 

biri  onu  bərk  itələdi,  Jülyen  yıxıldı.  Ġzdihamın  yerə  yıxdığı 

masa  onun  ayağının  üstünə  düĢdü,  ayağa  qalxanda  oğlan 

boynundan kiminsə yapıĢdığını hiss elədi. Bu – əyni formalı 

jandarm idi. Jülyen mexaniki olaraq, balaca tapançalarına əl 

atsa da, digər jandarm oğlanın biləyindən yapıĢdı.  

Onu  həbsxanaya  apardılar.  Nəsə  bir  otağa  salıb, 

qollarına  qandal  vurdular  və  tək  qoyub,  getdilər.  Qapı 

çırpıldı, qıfıldakı açar iki dəfə buruldu. Hər Ģey o qədər tez 

baĢ verdi ki, Jülyen demək olar, heç nə hiss eləmədi.  

Özünə gələndə, Jülyen bərkdən dedi: 



www.vivo-book.com 

 

978 



–  Hə,  bu  da  axırı.  Deməli,  ya  iki  həftədən  sonra 

boynumu  gilyotinin  üstünə  qoyuram,  ya  da  o  vaxta  qədər 

özümü öldürürəm. 

O  bundan  baĢqa  heç  nə  düĢünə  bilmirdi.  Oğlana  elə 

gəlirdi  ki,  kimsə  onun  baĢını  əllərinin  arasına  alıb,  var 

gücüylə sıxır. O qanrılıb baxdı ki, görsün, arxadan onu tutub 

saxlayan  varmı?  Bir  neçə  dəqiqədən  sonra  Jülyen  ölü  kimi 

yuxuya getdi.  

Xanım  de  Renal  ölümcül  yaralanmıĢdı.  Birinci  güllə 

onun Ģlyapasını yalayıb keçmiĢdi, o, baĢını çevirməyə güclə 

macal tapmıĢdı ki, ikinci güllə açılmıĢdı. Güllə onun çiyninə 

dəymiĢdi. Qəribədir ki, çiyin sümüyünü sındırıb keçən güllə 

sonra da kilsənin qotik dirəyinə dəyərək, ondan iri bir parça 

qoparmıĢdı.  

Uzun  çəkən  əzablı  sarğıdan  sonra  cərrah  xanım  de 

Renala: 


– Mən sizin həyatınıza öz həyatım kimi cavabdehəm! – 

deyəndə, qadın bərk məyus olmuĢdu. 

O artıq uzun müddət idi ki, ölməyi ürəkdən arzulayırdı. 

Ġndiki  mənəvi  atanın  diktəsilə  cənab  de  La-Molla  yazdığı 




www.vivo-book.com 

 

979 



məktub,  onsuz  da  ağır  dərddən  üzülmüĢ  bu  qəlbə  vurulan 

axırıncı  zərbə  olmuĢdu.  Həmin  dərd  –  Jülyendən  ayrılmaq 

və  vicdan  əzabından  ibarət  idi.  Onun  indiki  mənəvi  atası, 

Dijondan  təzəcə  gəlmiĢ,  ləyaqət  mücəssəməsi  olan  cavan 

rahib bu məsələdə yanılmırdı. 

Xanım Renal öz-özünə deyirdi: 

“Axı  belə,  baĢqasının  əliylə  ölmək  günah  deyil.  Belə 

ölümə sevinsəm, bəlkə də Tanrı məni bağıĢlayar”. 

O öz-özünə: 

“Hələ  Jülyenin  əliylə  ölməyin  necə  böyük  həzz 

olduğunu demirəm!” – söyləməyə də cəsarət eləmirdi. 

Cərrah və baĢına yığıĢan rəfiqələri gedər-getməz, xanım 

Renal qulluqçusu Elizanı yanına çağırdı və dəhĢətli dərəcədə 

qızara-qızara: 

–  O  həbsxana  nəzarətçisi  çox  qəddar  adamdı.  Mənə 

yarınacağını  düĢünərək,  Jülyenlə  çox  pis  davranacaq.  Bu 

fikir mənə əzab verir. Olar ki, siz həmin nəzarətçinin yanına 

gedib, bu zərfi öz adınızdan ona verəsiniz? Burada bir neçə 

luidor  var.  Deyin  ki,  dinimiz  dustaqla  qəddar  davranmağı 



www.vivo-book.com 

 

980 



qadağan  edir.  Ən  əsası  budu  ki,  nəzarətçi  onunla  yumĢaq 

davranmağına görə pul aldığını Jülyenə deməsin. 

Veryer  həbsxanasının  rəisinin  Jülyenlə  humanist 

davranıĢının  səbəbi  bu  idi.  Bu  adam  –  bir  vaxtlar  cənab 

Aperin  gəliĢindən  bərk  qorxuya  düĢən  həmin  qanun 

keĢikçisi cənab Nuaru idi. 

Həbsxanaya müstəntiq gəldi. 

–  Mən  məqsədyönlü  Ģəkildə  adam  öldürmüĢəm,  – 

Jülyen dedi. – Silah dükanından tapança almıĢam, satıcıdan 

tapançanı  doldurmağı  xahiĢ  eləmiĢəm.  Min  üç  yüz  qırx 

ikinci maddəyə görə mən ölüm cəzasına məhkum olmalıyam 

və indi o cəzanın icrasını gözləyirəm.  

Belə  açıq  etiraf  parabeyin  müstəntiqə  çatmadı  –  o, 

Jülyenə  müxtəlif  suallar  yağdırmağa,  onu  çaĢdırmağa 

çalıĢdı.  

Jülyen gülümsədi: 

–  Məgər  görmürsünüz  ki,  mən  günahı  elə  aĢkar 

boynuma  alıram  ki,  bundan  yaxĢısını  arzulamaq  mümkün 

deyil.  BoĢ  verin,  cənab,  ovunuz  əlinizdən  çıxmayacaq.  Siz 



www.vivo-book.com 

 

981 



məni  ittiham  eləmək  zövqünü  yaĢayacaqsınız.  Məni  tək 

buraxın.  

Sonra Jülyen düĢündü: 

“Mən  bu  darıxdırıcı  öhdəliyi  də  yerinə  yetirməliyəm. 

Madmazel de La-Molla məktub yazmaq lazımdır”. 

O, qıza bunları yazdı: 

“Mən öz qisasımı aldım. Bədbəxtlikdən, adım qəzetlərə 

düĢəcək  və  mən  bu  dünyadan  ad-sansız  köçüb  gedə 

bilməyəcəyəm.  Buna  görə  məni  bağıĢlayın. Ġki  aydan sonra 

mən  öləcəyəm.  Mənim  qisasım  da  sizdən  ayrı  qalmağın 

dərdi  qədər  dəhĢətliydi.  Bu  dəqiqədən  etibarən  mən  sizin 

adınızı  yazmağı  və  dilimə  gətirməyi  özümə  qadağan 

eləyirəm. Mənim barəmdə heç vaxt heç kimə bircə kəlmə də 

deməyin: hətta oğluma da. Sizin susmağınız mənim ruhuma 

göstərə  biləcəyiniz  yeganə  hörmət  əlaməti  ola  bilər.  Əksər 

insanlar  məni,  sadəcə,  qatil  hesab  edəcəklər.  Bu  son 

dəqiqələrdə icazə verin həqiqəti deyim: siz də məni yaddan 

çıxaracaqsınız.  Heç  vaxt  heç  kimin  yanında  açıb-

ağartmayacağınız  bu  dəhĢətli  hadisə  sizin  təhlükələrə  olan 

qeyri-adi  və  ifrat  sevginizi  silib  aparacaq.  Siz  orta  əsrlərin 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə