Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə196/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   189   190   191   192   193   194   195   196   197

www.vivo-book.com 

 

982 



qəhrəmanları  arasında  yaĢamaq  üçün  yaranmısınız,  indi  də 

onlar  kimi  möhkəmlik  nümayiĢ  etdirin.  Qoy,  baĢ  verməli 

olan Ģey, sizin adınızı ləkələmədən, gizlicə baĢ versin. BaĢqa 

ad altında gizlənin və heç kimə inanmayın. Əgər sizə kömək 

lazımdırsa, abbat Pirarın köməyini sizə təklif eləyirəm.  

Heç  kimə  bircə  kəlmə  də  deməyin,  xüsusilə  öz 

çevrənizin adamlarına – cənab de Lyuza, cənab de Kelyusa. 

Ölümümdən  bir  il  sonra  cənab  de  Kruazenuaya  ərə 

gedin,  mən  sizdən  bunu  həm  xahiĢ  eləyirəm,  həm  də  əriniz 

olaraq,  əmr  eləyirəm.  Mənə  məktub  yazmayın,  cavab 

verməyəcəyəm.  Mən  Yaqo  kimi  qəddar  olmasam  da, 

deyəcəyəm: From this time forth I never will speak word

66



Heç  nə  məni  nə  sizinlə  danıĢmağa,  nə  də  yazmağa 



vadar edə bilməz. Çılğın hisslərim sona çatdığı kimi, bunlar 

da mənim sizə son sözlərimdir.  

 J. S.” 

Ancaq  məktubu  göndərəndən  sonra  Jülyen  azacıq 

özünə gələrək, ilk dəfə necə bədbəxt olduğunu hiss elədi. O 

                                                 

66

Bundan sonar mən bir kəlmə də danışmayacam (ing.) 




www.vivo-book.com 

 

983 



bütün  gözəl  arzularını  “Mən  öləcəyəm,  mən  ölməliyəm” 

sözlərilə  bir-bir  ürəyindən  qoparıb  atmalıydı.  Ölümün  özü 

ona  dəhĢətli  görünmürdü.  Əslində,  onun  bütün  həyatı 

bədbəxtliklərə  hazır  olmaqdan  ibarət  idi.  O  heç  vaxt  ən 

dəhĢətli hesab olunan Ģeyi – ölümü yaddan çıxarmamıĢdı. 

“Burada nə var ki? – o öz-özünə deyirdi. – Deyək ki, iki 

aydan  sonra  əla  qılınc  oynadan  bir  adamla  duelə  çıxmalı 

olsaydım,  mən  bu  barədə  fasiləsiz  olaraq  düĢünəcək  qədər 

qorxaqlıq göstərərdimmi? Özü də içimdəki bu qorxuyla”. 

O buna görə düz bir saat özünü qınadı.  

Jülyen içində gedən təbəddülatlardan tam baĢ çıxaranda 

və  gerçəklik  onun  saxlanıldığı  həbsxana  otağının  dirəkləri 

qədər  aydın  görünəndə,  o  peĢmançılıq  çəkib-çəkmədiyini 

düĢündü. 

“Axı mən nəyə görə peĢman olmalıyam? Məni çox pis 

Ģəkildə təhqir eləyiblər, mən də o adamı öldürmüĢəm, buna 

görə də özüm ölümə məhkumam, vəssalam. Mən insanlıqla 

öz haqq-hesabımı çəkib, ölürəm. Bu dünyada bircə dənə də 

olsun,  yerinə  yetirmədiyim  öhdəliyim  qalmayıb,  heç  kimə 

borcum  yoxdur,  ölümümdə  də  utandırıcı  –  edam  Ģəklini 




www.vivo-book.com 

 

984 



nəzərə  almasaq – heç  nə  yoxdur. Düzdü, məni  veryerlilərin 

gözündə  ləkələmək  üçün  elə  bu  da  kifayətdir,  amma 

məsələyə bir az fəlsəfi yanaĢsaq – bunun nə əhəmiyyəti var 

ki? Amma ölümümdən sonra məni ehtiramla xatırlamalarına 

səbəb  olacaq  vasitə  də  var  –  edama  gedərkən  hər  addımda 

yola qızıl pullar səpələmək. Qızılla birlikdə xatırlanan ölüm, 

doğrudan da iĢıqlı ola bilər”. 

Bir dəqiqədən sonra bu fikir ona çox doğru addım kimi 

göründü və Jülyen sakitləĢdi: 

“Mənim bu dünyada daha bir iĢim yoxdur”. 

Sonra o bərk yuxuya getdi.  

AxĢam  saat  on  olardı  ki,  həbsxana  nəzarətçisi  onu 

oyatdı – o, Jülyenə yemək gətirmiĢdi.  

– Veryerdə nə danıĢırlar? 

–  Cənab  Jülyen,  mən  bu  iĢə  baĢlayanda  kral 

məhkəməsində  xaçın  qarĢısında  diz  çöküb,  and  içmiĢəm  – 

mən susmalıyam.  

O susdu, amma getmədi. Bu kobud saxtakarlıq Jülyeni 

güldürdü. O düĢündü: 



www.vivo-book.com 

 

985 



“Bunun  məndən  vicdanı  əvəzinə  almaq  istədiyi  beĢ 

frankı mümkün qədər gecikdirmək lazımdır”. 

Oğlanın  Ģam  yeməyini  artıq  yeyibqurtardığını,  amma 

hələ  də  ona  heç  nə  təklif  eləmədiyini  görən  həbsxana 

nəzarətçisi dözmədi: 

–  Ancaq  sizin  xətriniz  üçün,  cənab  Jülyen,  –  o,  süni 

canıyananlıqla  dedi.  –  Düzdü,  deyirlər  ki,  ədalət  naminə 

bunu  demək  olmaz,  axı  siz  bu  xəbəri  öz  müdafiəniz  üçün 

istifadə  edə  bilərsiniz.  Amma  cənab  Jülyen,  sizin  təmiz 

qəlbiniz var, odur ki, yəqin ki, xanım de Renalın səhhətinin 

yaxĢılaĢdığını bilsəniz, məmnun qalarsınız. 

–  Necə?  O  sağdır?  –  özünü  itirən  Jülyen  oturduğu 

yerdən sıçradı. 

–  Siz  bilmirdiniz  ki?  –  nəzarətçinin  üzü  əvvəl  çaĢqın 

ifadə aldı, sonra bu ifadə bir anın içində əclaflığa çevrildi. – 

Cənab, siz cərraha nəsə verməlisiniz, axı qanuna və ədalətə 

görə o da heç nə deməməliydi. Mənsə sizə yaxĢılıq eləmək 

üçün onun yanına gedib, hər Ģeyi öyrənmiĢəm. 




www.vivo-book.com 

 

986 



–  Deməli,  yara  ölümcül  deyil?  –  ona  tərəf  bir  addım 

atan Jülyen səbirsiz halda soruĢdu. – Bax ha, sən buna görə 

mənə baĢınla cavab verəcəksən. 

Boyu uzaqbaĢı bir sajen olan nəzarətçi qorxaraq, qapıya 

tərəf  atıldı. Jülyen  baĢa  düĢdü  ki, beləliklə  o  heç  nə öyrənə 

bilməyəcək. O oturub, nəzarətçiyə tərəf bir qızıl atdı. 

Jülyen  bu  adama  qulaq  asaraq,  xanım  de  Renalın 

yarasının  ölümcül  olmadığını  öyrəndi  və  əmin  oldu.  O 

özünü  daha  ələ  almağı  bacarmadığını  və  göz  yaĢlarının  bu 

dəqiqə sel kimi axacağını hiss elədi. 

– Məni tək buraxın! – Jülyen nəfəsi kəsilə-kəsilə dedi.  

Nəzarətçi  çıxdı.  O  qapını  arxasınca  örtən  kimi,  Jülyen 

göz yaĢlarını saxlaya bilməyərək, diz çökdü: 

“Ġlahi! O sağdır!”  

Bu  anda  o  əsl  mömin  idi.  Onun  rahiblərlə,  onların 

riyakarlığı, saxtakarlıqlarıyla nə iĢi vardı? Bu dəqiqə bütün 

bunlar Tanrının böyüklüyü gerçəyini dəyiĢə bilərdimi?  

Bu an, məhz bu an Jülyen törətdiyi cinayətdən peĢman 

oldu.  Onu  məyusluqdan  xilas  eləyən  bu  qəribə  təsadüf, 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə