www.vivo-book.com
22
xidmətim mənə heç bir gəlir gətirmir, bəlkə də elə buna görə
iĢimdən olacağımı bilmək məni heç də qorxutmur.
Cənab Renalın arvadıyla arası çox mehriban idi,
amma arvadı“O parisli cənab bizim məhbuslara nə pislik
eləyə bilər ki?” – deyə soruĢanda suala cavab verməyə
çətinlik çəkərək, hirsindən aləmi bir-birinə vurmağa
hazırlaĢırdı ki, arvadı qıĢqırdı.
Arvadın ikinci oğlu parapetin üstünə çıxaraq ona tərəf
qaçdı. Bu divar o üzdəki meynəlikdən iyirmi fut
hündürdəydi. UĢağın yıxılacağından qorxan xanım Renal
onu çağırmağa ürək eləmirdi. Nəhayət, özünün Ģücaətindən
Ģövqə gəlmiĢ uĢaq anasına tərəf baxdı və onun qorxudan
rənginin ağardığını görəndə parapetdən aĢağı atılıb, anasının
yanına qaçdı. UĢağı o ki var danladılar.
Bu xırda narahatlıq ər-arvadı söhbətlərini baĢqa axına
yönəltməyə məcbur elədi.
Cənab Renal:
– Mən axır bu qərara gəldim ki, o Soreli, odun
doğrayanın oğlunu yanıma iĢə götürüm, – dedi. – Qoy
uĢaqlara göz-qulaq olsun, yoxsa onları islah eləmək
www.vivo-book.com
23
mümkün deyil. O cavan oğlan dindardı, demək olar ki,
rahibdi. Latın dilini əla bilir, uĢaqları da öyrənməyə məcbur
eləyər. Küre deyir ki, onun möhkəm iradəsi var. Ona üç yüz
frank maaĢ və iĢ masası verəcəm. Əvvəllər onunla bağlı bəzi
Ģübhələrim vardı. Axı bu oğlan o qoca loğmanın, ġərəf
Ordeni
kavalerinin
sevimlisidir.
O
qoca
Sorelin
qohumlarından biri olduğunu deyərək, onlara təĢrif
buyurandan sonra elə onlarda da qalası oldu. Amma böyük
bir ehtimalla bu adam liberalların gizli casusudur. Deyir ki,
buraların dağ havası onun astmasına xeyirdi, amma iĢin
əslini kim bilir ki? O Bonapartla bütün italyan
hərəkatlarında iĢtirak eləyib, özü də deyilənlərə görə,
imperiya üçün səs verəndə “yox” deyib. Bu liberal Sorelin
oğluna dərs verib, özüylə gətirdiyi kitabların da çoxunu ona
bağıĢlayıb. Düzdü, odun doğrayanın oğluna uĢaqlarımın
tərbiyəsini tapĢırmaq mənim heç ağlıma da gəlməzdi, amma
bu aralar mən bizim küreylə mübahisə eləmiĢəm. Özü
də birdəfəlik. Küre mənə dedi ki, Sorelin oğlu düz üç
ildir ki, dini öyrənir və seminariyaya hazırlaĢır. Deməli, o
liberal deyil, üstəlik, bu oğlan latın dilini də bilir.
www.vivo-book.com
24
Cənab Renal diplomat sifəti alıb, arvadına baxaraq
davam elədi:
– Amma burada bəzi məsələlər də var. Cənab Valno
evinə iki gözəl normand atı gətirdiyinə görə elə öyünür ki!
Amma onun uĢaqlarının mürəbbisi yoxdu.
– Birdən o, sonradan bizimkini əlimizdən alar?
– Deməli, seçimim sənin xoĢuna gəlir, – cənab Renal
indicə gözəl bir fikir bildirən arvadına təĢəkkür dolu
təbəssümlə baxdı. – Deməli, razılaĢdıq.
– Ġlahi, əziz dostum, siz hər Ģeyi necə də asanlıqla
həll edirsiniz.
– Çünki mən iradəli adamam, bu yaxınlarda bizim
küre də buna əmin olar. Özümüzü aldatmağın bir mənası
yoxdu, hər tərəf liberalla doludu. Bu manufakturaçıların
hamısı mənə paxıllıq eləyir, buna əminəm. Onlardan iki-üç
nəfəri artıq özlərini varlılar sırasına soxuĢdurublar. Eybi
yox, qoy onlar görsünlər ki, cənab Renalın uĢaqları gəzintiyə
öz mürəbbilərinin müĢayiətilə çıxırlar. Bu məsələnin özü
artıq onlara nəsə deyər. Mən uĢaq olanda babam həmiĢə
mənə danıĢırdı ki, onun həmiĢə öz mürəbbisi olub. Bu mənə
www.vivo-book.com
25
təxminən yüz eküyə baĢa gələcək, amma nüfuzumuzu
qorumaq üçün bu xərc qaçılmazdır.
Bu qəfil qərar xanım Renalı düĢündürdü. Ucaboy,
qədd-qamətli xanım Renal bir vaxtlar bu yerlərin ən gözəl
qızıydı. Onun görünüĢündə, duruĢunda nəsə çox gənc və
sadə bir Ģey vardı. Məsumluq və təzə-tər nəfəslə dolu bu
sadəlövh əzəmət bir parislinin gözünə sirli ehtiras kimi
görünər və onu öz əsirinə çevirərdi. Amma xanım Renal
kiməsə belə təsir göstərdiyini bilsəydi, yəqin ki,
utandığından yerə girərdi. Ġstənilən naz-qəmzə və göstəriĢ
onun təbiətinə yad idi.
Deyirlər ki, xeyriyyə evinin direktoru, varlı cənab
Valno bir vaxtlar ümidsiz halda onun böyür-baĢında
fırlanırmıĢ. Bu hərəkət qızın dillərdə gəzən təmiz adına heç
yaraĢmırmıĢ, çünki nəhəng gör-gövdəli, qırmızıyanaq, gur,
qara birçəkli cənab Valno əyalət adamlarının “kiĢi göyçəyi”
dediyi kobud, davakar və Ģux kiĢilərdən idi. Təbiətcə çox
zərif varlıq olan xanım Renalın əsəbləri deyəsən çox zəif idi
və cənab Valnonun elə hey eĢidilən möhkəm qəhqəhələri,
onun böyür-baĢında ora-bura vurnuxması qızı özündən
www.vivo-book.com
26
çıxarırdı. Veryerdə Ģadyanalıq hesab olunan heç bir Ģeyə
qoĢulmadığına görə, qızın haqqında onun öz əsil-nəcabətinə
görə özünü yuxarıda tutduğunu deyirdilər. Bu onun heç
ağlına da gəlmirdi, amma Ģəhər əhalisi qızın evində getdikcə
daha seyrək görünəndə qız buna ancaq sevindi.
Açığı, yerli qadınların gözündə bu qız axmağın
biriydi, çünki əriylə münasibətdə heç bir siyasət iĢlədə
bilmir, Paris, ya da Bezonansdan dəbdə olan yaraĢıqlı bir
Ģlyapa aldırmaq imkanını əldən buraxırdı.
Onun tək fikri-zikri özünün gözəl bağçasında
gəziĢmək idi – baĢqa heç bir istəyi yox idi.
Onun sadə qəlbi vardı: heç vaxt ərinin addımlarını
götür-qoy eləməz, ya da onunla darıxdığını özünə belə etiraf
eləməzdi. Ona elə gəlirdi ki, ər və arvad arasında incə
münasibətlərdən baĢqa heç nə ola bilməz. Əslində, bu
barədə heç fikirləĢmirdi də.
Cənab Renal ona uĢaqlar barədə növbəti fikirlərini
bildirəndə o, ərini məxsusi sevirdi. Ərinin fikirlərisə adətən
oğullarından birini hərbiçi, birini dövlət məmuru,
üçüncüsünüsə kilsə xadimi eləməkdən ibarət olurdu.
Dostları ilə paylaş: |