www.vivo-book.com
27
Bir sözlə, cənab Renal indiyə qədər onların evinə
gələn kiĢilərin arasında ən az darıxdırıcı olanıydı.
Yeri gəlmiĢkən, arvad əri barədə bu qənaətində
haqlıydı. Verer meri həndəvərdə qazandığı hazırcavab, ağıllı
və xüsusilə də ürəyəyatan adam Ģöhrətinə görə əmisindən
qalma beĢ-altı lətifəyə borcluydu. Qoca kapitan Renal
inqilaba qədər zati-aliləri Orlean hersoqunun piyada
alayında xidmət eləmiĢdi və Parisdə olanda Ģahzadəyə onun
öz iqamətgahında baĢ çəkmək ixtiyarına sahib idi.
Oradakı
dəvətlərdə
qoca
Renal
xanım
Montesson,məĢhur xanım de Canlis, pareaol alimi cənab
Dükreylə tanıĢ olmuĢdu. Bu adamların hamısı cənab Renalın
lətifələrinin qəhrəmanları idilər. Amma qıcıqlandırıcı və
xırdalıqlarla bol lətifələri abıra salmaq getdikcə
çətinləĢdiyindən, sonralar Orlean hersoqunun həyatıyla bağlı
bu lətifələri ancaq məxsusi ziyafətlərdə danıĢmağa baĢladı.
Axı, hər Ģey bir yana, o olduqca, təbii ki, pul məsələlərini
nəzərə almasaq, ehtiyatlı adam idi. Buna görə də onu
Veryerdə haqlı olaraq ən böyük zadəgan adlandırırdılar.
www.vivo-book.com
28
IV
ATA VƏ OĞUL
Esara mia colpa, se cosie?
Machiauelli
8
“Yox, mənim arvadım doğrudan da müdrik qadındır
– səhəri gün, səhər saat altıda qoca Sorelin odun doğrama
emalatxanasına tərəf addımlayan Veryer meri öz-özünə
deyirdi. – Düzdü, nəslimizin nüfuzunu qorumaq üçün bu
abbat Soreli uĢaqlara mürəbbi götürmək mənim öz fikrim
idi. Amma ağlıma da gəlməzdi ki, deyilənə görə, latın dilini
allahın mələkləri kimi bilən bu gənc din xadiminə
mürəbbilik təklifini mən eləməsəydim, xeyriyyə evinin
direktoru cənab Valno da bu fikrə düĢə bilər və oğlanı
8
Əgər həqiqətən belədirsə, bu mənim günahımdırmı? (ital.) Makiavelli
.
www.vivo-book.com
29
əlimdən alardı. Təsəvvür eləyirəm, bundan sonra özündən
razı halda uĢaqlarının mürəbbisi barədə necə yekə-yekə
danıĢacaqdı... YaxĢı, tutalım, lap mən bu oğlanı mürəbbi
götürdüm, o bizim evdə əyni cübbəli gəzəcək?”
Cənab Renal bu məsələdə hələ dərin qərarsızlıq
içindəydi ki, uzaqdan hündürboylu, az qala bir sajen boyu
olan kəndlini gördü. Qoca kəndli səhər ertədən Du çayının
sahilində, bazara gedən yolun üstündə düzülmüĢ nəhəng
kötükləri ölçürdü.
Deyəsən, kəndli meri uzaqdan gördüyünə elə də Ģad
olmadı, çünki çayın kənarında heç uyğun olmayan yerə
düzülən nəhəng kötüklər yolu kəsmiĢdi. Halbuki kötükləri
bura düzmək olmazdı.
Qoca Sorel – merin uzaqdan gördüyü kəndli o idi –
Ģəhər rəhbərinin oğlu Jülyenlə bağlı təklifinə xeyli
təəccüblənsə də, sevinci təəccübündən çox idi. Amma o,
merin təklifini tamamilə laqeyd və hətta bir az da narazı
sifətlə dinlədi – bu dağların insanları öz bicliklərini bu ifadə
altında məharətlə gizlədirlər. Ġspan əsarəti dövrünün qulları
www.vivo-book.com
30
– onlar Misir fəllahının
9
bu cizgilərini hələ də
itirməmiĢdilər.
Qoca Sorel əvvəlcə əzbər bildiyi bir yığın nəzakətli
ifadələrdən ibarət nitq söylədi. Dodaqlarında məkrli, hətta
bir qədər də ədəbsiz təbəssümünü gizlətməyə çalıĢaraq, bu
mənasız sözləri üyüdüb tökdüyü müddətdə o öz kəndli
ağlıyla düĢünürdü ki, onun havayıyeyən oğlunu öz yanında
iĢə götürmək belə nüfuzlu adamın ağlına hardan gəlib? O,
Jülyendən yerdən-göyə qədər narazıydı, amma iĢə bax ki,
cənab Renal qəfildən məhz bu avara oğlana görə ona ildə üç
yüz frank, hətta üstəlik stol da, geyim də təklif edir. Qoca
Sorelin tezcə ortaya atdığı bu sonuncu tələbi də cənab Renal
o dəqiqə qəbul elədi.
Bu axırıncı tələb meri heyrətə salmıĢdı: “Əgər qoca
Sorel mənim təklifimi eĢidəndə sevinmədisə, deməli, onu
çox da təəccübləndirə bilmədim. Deməli, gözlədiyim kimi,
məndən əvvəl də kimsə bu təklifi ona eləyibmiĢ. Bu təklifi
də ki, cənab Valnodan baĢqa kim eləyə bilər ki?”
9
Fəllah- əkinçi, kəndli (ərəb.)
www.vivo-book.com
31
Cənab Renal Soreldən qəti razılığı tezcə qoparmaq
istəsə də, alınmırdı. Hiyləgər qoca tərsliyinə salmıĢdı; iĢə
bax ki, o öz oğluyla bu məsələni danıĢmalı imiĢ. Varlı atanın
bircə qəpiyin yiyəsi olmayan oğuldan razılıq alması əyalətdə
görünmüĢ iĢ deyil. Yəqin ki, bunu elə-belə, görünüĢ üçün
eləyəcəkdi.
Su miĢarxanası çayın kənarında yerləĢən köhnə
saraydan ibarət idi. MiĢarxananın damı dörd yoğun dirək
üstünə yatırılan sallamaların üstündə dururdu. Sarayın
ortasında miĢar səkkiz-on fut hündürlükdə enib-qalxır, sadə
mexanizmsə kötükləri bu miĢara yaxınlaĢdırırdı. Çayın axarı
çarxı fırladır, çarxsa miĢarı endirib-qaldıran, kötüyü aramla
miĢara yaxınlaĢdırıb taxtalara çevirən həmin ikili mexanizmi
iĢə salır.
Emalatxanasına yaxınlaĢan qoca Sorel gur səslə
Jülyeni çağırdı – səsinə hay verən olmadı. O ancaq özünün
əsl kənd kiĢisi olan iki böyük oğlunu gördü – onlar ağır
baltalarını hərləyərək küknarlardan birinin qol-budağını
ayırtlayıb, ağacı rəndəyə hazırlayırdılar. ġüv boyunca
çəkilmiĢ qara iĢarəni saxlamağa çalıĢaraq baltanın hər
Dostları ilə paylaş: |