www.vivo-book.com
262
lazımdı? Sənin gözünə pis qadın kimi görünmək pərəstiĢ
elədiyim adama yalan danıĢmaqdan yaxĢıdır. Onsuz da ömür
boyu o ki var, yalan danıĢmıĢam. Neynək, qoy belə olsun,
əgər sən məni daha sevmirsənsə, bunu sənə bağıĢlayıram.
Bu məktubu mən bir də heç vaxt oxumayacam. Eh, sənin
qolların arasında keçirdiyim o gözəl günlərin əvəzini
həyatım bahasına ödəməli olsam belə, bu boĢ Ģeydi. Sən
bilirsən ki, o günlərin əvəzini mən daha ağır qurban
verməklə ödəməliyəm”.
XXI
AĞAYLA SÖHBƏT
Alas, our frailty is the cause, not we,
For such as we are made of, such we be.
www.vivo-book.com
263
Twelfth Night
33
Jülyen düz bir saat uĢaq həvəsiylə kitablardan sözləri
kəsib vərəqə yapıĢdırdı. Otağından çıxan kimi, uĢaqları və
onların analarını gördü: qadın onun əlindəki məktubu elə
rahat və qətiyyətlə aldı ki, xanım Renalın bu arxayınlığı onu
bir qədər qorxutdu da.
– Bunun yapıĢqanı quruyub? – qadın soruĢdu.
“Ġlahi, yəni bu, bir az əvvəl vicdan əzabına görə özünü didən
qadındır? Görəsən, o neynəmək istəyir?” O bunu xanım
Renaldan soruĢmağı özünə sığıĢdırmadı, amma hiss elədi ki,
bu qadınla hələ heç vaxt belə fəxr eləməmiĢdi.
– Əgər bu məsələnin axırı pis qurtarsa, – qadın bayaqkı
heyranedici soyuqqanlılığıyla dedi, – mənim hər Ģeyimi
əlimdən alacaqlar. Bu qutunu dağın baĢında bir yerdə
basdırın. Bəlkə də mənə qalanlar elə bunlar olacaq.
33
Ah, bu qadın zəifliyi! Amma onun belə yaranmağı bizim günahımızdırmı?
ġekspir, “On ikinci gecə” (ing.)
www.vivo-book.com
264
Xanım Renal bunu deyib, qırmızı bükülü büllur qabı
ona uzatdı, qutunun içi qızıl, brilyant zinət əĢyalarıyla
doluydu.
– Ġndisə gedin, – Jülyenə dedi.
Sonra uĢaqlarının üzündən öpdü, balacanısa hətta iki
dəfə öpdü.
Jülyen daĢ kimi hərəkətsiz dayanmıĢdı. Qadın onun
üzünə də baxmadan tələsik addımlarla uzaqlaĢdı.
Ġmzasız məktubu açan dəqiqədən etibarən cənab Renal
özünə yer tapa bilmirdi. 1816-cı ildə onu az qala duelə
çıxacaq həddə çatdıran hadisədən baĢqa, o hələ heç vaxt bu
hala düĢməmiĢdi. Amma hətta o il güllənin alnını deĢəcəyi
ehtimalı da onu belə sarsıtmamıĢdı.
“Qadın xəttinə oxĢayır – o düĢündü. – Əgər belədisə, bu
məktubu yazan qadın kimdir?”
O, Veryerdə tanıdığı bütün adlı-sanlı qadınları gözünün
qarĢısına gətirdisə də, heç birinə bunu yaraĢdırmadı.
“Bəlkə də məktubu hansısa kiĢi diktə eləyib, qadın da
yazıb? Onda bəs o kiĢi kimdir?” Ehtimallar onu dəli eləyirdi
– əlbəttə, cənab Renalın paxıllığını çəkənlər çox idi, elə
www.vivo-book.com
265
tanıĢlarının çoxu da ona nifrət eləyirdi. O bir anlığa: “Yox,
gərək gedim, arvadla danıĢım!” – deyə fikirləĢdi və
oturduğu kürsüdən qalxdı.
Amma ayağa qalxan kimi, əlini alnına vurub: “Ġlahi!
Axı indi mənim inanmayacağım axırıncı adam elə
arvadımdı! Ġndi o mənim düĢmənimdi!” Hikkə və qəzəbi o
qədər güclüydü ki, cənab Renalın gözlərinə yaĢ gəldi.
Ġndi o öz içinin quruluğunun – əyalət müdrikliyi də elə
bu quruluqdan ibarətdir – nəticəsini yaĢayırdı və ona
münasibətdə bunun ədalətsiz olduğunu demək mümkün
deyildi. Bu dəqiqə cənab Renal ən çox özünün iki ən yaxın
dostundan çəkinirdi. “Onlardan baĢqa mənim bu dünyada
heç olmasa, on nəfər yaxın adamım varmı?” – deyə, cidd-
cəhdlə onları bir-bir götür-qoy eləyib, həmin adamların ona
nə qədər rəhm eləyə biləcəyini hesablamağa çalıĢdı. “Onlar
hamısı, hamısı baĢıma gələn bu iyrənc əhvalatı eĢidəndə, elə
sevinəcəklər ki!” – deyə o, qəfildən qəzəblə bağırdı.
XoĢbəxtlikdən və haqlı olaraq cənab Renal hamının ona
həsəd apardığını düĢünürdü. Onun kralın bir gecə qalmaqla
ömürlük Ģərəfləndirdiyi dəbdəbəli Ģəhər evini təzəcə təmir
www.vivo-book.com
266
elətdirdiyi azmıĢ kimi, hələ o Verjidəki qəsri də pis
bəzətməmiĢdi.
Bütün fasadı təzədən ağartmıĢ, pəncərələrə yaĢıl altlıq
vurmuĢdular. Bu dəbdəbəni yadına salan cənab Renal bir
dəqiqəliyə sakitləĢdi. Əslində, onun qəsri indi əvvəlki,
zamanın bozartdığı simasında qalan bir neçə Ģəhərkənarı
evin, yəni “qəsrlərin” görünüĢünə xələl gətirərək hələ üç-
dörd lyelik məsafədən görünürdü.
Ġndiki vaxtında cənab Renalın halına ancaq bircə dostu
ağlaya bilərdi, bu da hər xırım-xırda Ģeyə görə gözünün yaĢı
ovcunda olan kilsə nümayəndəsiydi. Buna baxmayaraq o
cənab Renalın indi etibar eləyəcəyi yeganə adam idi. Cənab
Renal özünü itirmiĢ halda qıĢqırdı:
“Heç kim mənim kimi bədbəxt ola bilməz! Mən necə də
tənhayam!”
Və bu məzlum adam öz-özünə:
“Ġlahi, doğrudanmı belə bir Ģey ola bilər?” – deyə
düĢünürdü. – Doğrudanmı, ən bədbəxt günümdə mənim
dərdimə yanacaq bircə adamım da yoxdu? Ağlım mənə
Dostları ilə paylaş: |