Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə61/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   57   58   59   60   61   62   63   64   ...   197

www.vivo-book.com 

 

302 



Açığını  deyim  ki,  Jülyenin  bu  monoloqdakı  zəifliyi 

məni məyus elədi. O, əlinə sarı əlcək taxıb, dünyanın axarını 

dəyiĢmək istəyən və bununla belə vicdanında bir dənə də çat 

olmasını istəməyən insanlar üçün layiqli tərəfdaĢ olardı. 

Qəfildən Jülyen əvvəlki roluna qayıtmalı oldu. Axı onu 

bu  seçmə  insanların  iĢtirak  elədiyi  nahara  sakitcə  oturub, 

bircə 

kəlmə 


də 

söyləmədən  xəyal  qursun  deyə 

çağırmamıĢdılar. 

KeçmiĢ  fabrik  sahibi,  hazırda  Bezanson  və  Yuzes 

akademiyalarının  üzvü  masanın  o  baĢından  ona  sual  verdi 

ki,  Jülyenin  Əhdi-Cədidi  latınca  səlist  bilməsi  barədə  dörd 

tərəfdə yayılan xəbərlər doğrudurmu? 

Zala sükut çökdü. Ġki akademiya üzvünün əlində sanki 

möcüzəylə  Əhdi-Cədid  peyda  oldu.  Jülyen  ona  cavab 

verməyə  macal  tapmamıĢdı  ki,  akademiya  üzvü  kitabı 

bəxtəbəxt açıb, gözünə dəyən ilk sözü latınca oxudu. Jülyen 

həmin yeri əzbərdən səsləndirməyə baĢladı. YaddaĢı onu pis 

vəziyyətdə qoymadı və ətrafdakılar heyrətlə məclisə yaraĢan 

bu  sonluğa  tamaĢa  eləyirdilər.  Jülyen  qadınların  pörtmüĢ 

üzlərinə  baxırdı  –  onlardan  bəzilərini  qəĢəng  hesab  eləmək 



www.vivo-book.com 

 

303 



olardı.  Oğlan  nəzərlərini  bayaq  səsinin  gur  yerinə  salıb, 

mahnı oxuyan vergi ödəyicisinin arvadının üzərində saxladı. 

– Düzdü, xanımların qarĢısında latınca belə uzun-uzadı 

danıĢmaq məni utandırır, – o, qadına baxa-baxa dedi. – Əgər 

cənab Rübinyo (iki akademiya üzvünün soyadı beləydi) bizə 

Ģərəf  verib,  latınca  bir  ifadə  səsləndirsə,  mən  onu 

fransızcaya çevirə-çevirə davam edərdim. 

Ġkinci imtahan ona daha böyük uğur qazandırdı. 

Qonaqların arasında bir  neçə varlı  liberal  vardı,  amma 

bu  xoĢbəxt  ailə  baĢçıları  öz  uĢaqlarına  təqaüd  almaq 

məqsədi  güddüklərindən  ünlü  ruhani  mətnə  qulaq  asanda 

qəfildən  hakimiyyətin  tərəfdarlarına  çevrildilər.  Amma  bu 

hiyləgər  siyasi  gediĢə  baxmayaraq,  cənab  Renal  onları 

evində  qəbul  eləmək  istəmirdi.  Bu  xeyirxah  adamlar 

Jülyenin  adını  eĢidib,  üzünü  görməmiĢdilər.  Görənlər  də 

ancaq  bircə  dəfə,  kral  Ģəhərə  təĢrif  buyuran  günü,  oğlanı 

həmin  fəxri  qarovul  dəstəsində  görmüĢdülər.  Ġndi  bu 

adamlar onun ən çılğın pərəstiĢkarlarına çevrilmiĢdilər. 

Jülyen düĢündü: 



www.vivo-book.com 

 

304 



– Bu axmaqlar heç nə baĢa düĢmədikləri bu dilə qulaq 

asmaqdan nə vaxt yorulacaqlar? 

Amma  hər  Ģey  əksinəydi  –  bu  dil  qonaqları  əyləndirir, 

onlar ucadan gülüĢürdülər. 

Jülyen bütün bunlardan bezdi. 

Saat  altını  vuran  kimi,  ayağa  qalxıb  dedi  ki,  sabah 

cənab  ġelana  Liqrionun  teologiyasından  bütün  bir  bəndi 

əzbər deməlidir. 

– Çünki mənim iĢim, – o gülümsəyərək əlavə elədi – öz 

dərsimi əzbər demək və baĢqalarından əzbər dərs eĢitməkdir. 

Hamı  ucadan  gülüĢdü  –  məclisdəkilərin  kefi  kök  idi. 

Belə  hazırcavablıq  nümayiĢi  Veyerdəkilərin  zövqünə 

görəydi. 

Jülyen  ayağa  qalxanda  zadəgan  ənənəsinin  xilafına 

olaraq, hamı ayağa qalxdı – budur əsl istedadın qüdrəti! 

Xanım Valno onu hələ bir on beĢ dəqiqə də yubatdı: o, 

mütləq  uĢaqların  katexizisi  əzbərdən  necə  söyləmələrinə 

qulaq  asmalıydı.  UĢaqlar  ən  ağlasığmaz  səhvlər  buraxsalar 

da, Jülyendən baĢqa heç kim bunun fərqində olmadı. Oğlan 

da  bu  səhvləri  düzəltməyə  lüzum  görmədi.  –  Tanrı 




www.vivo-book.com 

 

305 



qanununun ən vacib əsaslarını bilməmək qədər nadan olmaq 

mümkündürmü? – o düĢündü. 

Axır  ki,  o,  təzim  edərək  aradan  çıxmağa  çalıĢırdı  ki, 

Lafontenin daha bir təmsilinə qulaq asmalı oldu. 

–  Bu  çox  ədəbsiz  müəllifdir  –  Jülyen  xanım  Valnoya 

dedi.  –  Jan  ġuare  barədəki  məĢhur  təmsilində  o,  dünyadakı 

bütün  dəyərləri  məsxərəyə  qoyur.  Ən  ciddi  tənqidçilər  onu 

çox sərt tənqid edirlər. 

Getməzdən  əvvəl  Jülyen  dörd-beĢ  nahar  təklifi  aldı. 

Qonaqlar Ģadyanalıqla bir ağızdan: 

–  Bu  gənc  bizim  departamentin  Ģan-Ģöhrətidir  ki!  – 

deyirdilər. 

Eyni  zamanda  bu  qərara  gəldilər  ki,  ictimai  xərclər 

hesabına  ona  bir  təqaüd  ayırsınlar  və  oğlan  öz  təhsilini 

Parisdə davam etdirə bilsin. 

Bu  təkliflər  yemək  otağında  müzakirə  olunduğu  vaxt 

Jülyen artıq giriĢ qapısından çıxmıĢdı. 

–  Əclaflar!  Əclaflar!  –  o,  ürəyində  üç-dörd  dəfə 

təkrarlayaraq təmiz havanı ciyərlərinə çəkdi. 



www.vivo-book.com 

 

306 



Həmin  an  özünü  əsl  aristokrat  kimi  hiss  eləyirdi.  O, 

cənab  Renalın  evində  rastlaĢdığı  nəzakətli  təbəssümlərin 

arxasında  gizlənən  təkəbbür  və  alçaldıcı  kinayələrə  öyrəĢə 

bilməyən  adam  idi.  Amma  indi  bu  iki  ev  arasındakı  böyük 

fərqi hiss eləyirdi. 

–  Hələ  o  mahnı  oxumaları  belə  qadağan  edilən 

zavallılardan oğurlanan pullar bir yana dursun – yolda gedə-

gedə düĢünürdü. Cənab Renalın heç vaxt ağlına da gəlməzdi 

ki,  qonaqlarına  təqdim  elədiyi  Ģərabın  qiymətini  desin.  Bu 

Valnosa,  var-dövlətini  sadalamaqdan  özünü  saxlaya  bilmir. 

Özü  də  o  evi,  bağları  haqda  danıĢanda,  əgər  arvadı 

yanındadısa, mütləq vurğulayır: – “Sənin evin, sənin bağın”. 

Görünür,  bu  qadın  mülkiyyətçilik  hissindən  zövq  alır. 

Bayaq  da  nahar  vaxtı  qalmaqal  qoparmaqdan  çəkinmədi  – 

dəstdən bir  qədəhi qıran xidmətçiyə  ağzına  gələni dedi. Elə 

xidmətçi də ona cavab qaytarmaqdan özünü saxlamadı. 

Əcəb  tapıblar  bir-birini!  Bu  adamlar  oğurladıqlarının 

yarısını  mənə  versələr  də,  onlarla  yaĢamazdım.  Günlərin 

birində dözməzdim, onlara qarĢı hiss elədiyim ikrahı mütləq 

büruzə verərdim”. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə