Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə63/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   59   60   61   62   63   64   65   66   ...   197

www.vivo-book.com 

 

312 



Arvadı  fəxrlə  Jülyenin  uĢaqlara  onların  baĢa 

düĢmədikləri  ifadələri  necə  izah  etməyindən  danıĢmağa 

baĢladı. 

– Hə, hə, əlbəttə, – o cavab verdi. – Elə onları məndən 

soyudan da odur. Axı onun üçün məndən min dəfə mehriban 

görünmək  asan  iĢdi.  Mənəsə  uĢaqlar  elə  baxır  ki,  elə  bil 

onlar  üçün  rəhbərlik-zadam.  Hə  də,  indi  bizdə  elə  eləyirlər 

ki,  qanuni  hökumət  adamın  gözünə  idbar  görünsün.  Yazıq 

Fransa! 

Amma  xanım  Renalın  ərinin bu qaramat  düĢüncələrini 

bölüĢməyə  həvəsi  yox  idi.  O,  Jülyenlə  yaxın  on  iki  saatı 

keçirməyə  ümid  eləyirdi.  onun  Ģəhərdən  alacağı  xeyli  Ģey 

vardı, üstəlik, bildirdi ki, kafedə nahar eləmək istəyir. Əri nə 

qədər  etiraz  eləsə,  hirslənsə  də,  xanım  Renal  güzəĢtə 

getmədi. 

UĢaqlar  bizim  zəmanənin  qapalı  adamlarının  iĢtahayla 

tələffüz  elədikləri  “kafe”  sözünü  eĢidəndə  əməlli-baĢlı 

həyəcana gəldilər. 

Cənab  Renal  arvadını  elə  ilk  dükandaca  tərk  elədi  – 

hardasa vacib görüĢü varmıĢ. 




www.vivo-book.com 

 

313 



O,  daha  da  pərt  halda  qayıtdı  –  indi  baĢa  düĢdü  ki, 

bütün Ģəhər ancaq ondan və Jülyendən danıĢır. Əslinə qalsa, 

hələ  bir  nəfər  də  cəsarət  eləyib,  Ģəhərdə  gəzən  Ģayiələrin 

mahiyyəti  barədə  ona  bircə  kəlmə  də  eyham  vurmamıĢdı. 

Cənab  merə  çatan  Ģayiələrin  mövzusu  ancaq  Jülyenin  altı 

yüz  frank  müqabilində  onlarda  qalacağı,  yoxsa  ona  səkkiz 

yüz  frank  təklif  eləyən  cənab  direktorun  evinə  gedəcəyi 

məsələsiydi. 

Cənab  Valno  Ģəhər  merini  görəndə  özünü  olduqca 

soyuq apardı. Bu hiyləgər bir gediĢ idi – əyalətdə belə nadir 

fəndləri o dəqiqə tutur, sonra da hər yerə yozurdular. 

Parisdən  yüz  lye  aralıda  Cənab  Valno  kimi  adamlara 

“yoldan  keçənin  biri”  deyirlər  –  o,  fitrətən  arsız  və 

utanmazın biriydi. 

Onun  1815-ci  ildən  baĢlayan  uğurları  bu  keyfiyyətləri 

daha da inkiĢaf etdirdi. Cənab Renal Ģəhər meri seçilən kimi 

onun  əsl  dövranı  baĢladı,  amma  merdən  öz  diribaĢlığı,  heç 

nədən çəkinməməyiylə fərqlənən bu adam hər yola əl atdı – 

biriylə  görüĢüb,  birinə  nəsə  yazaraq,  axırda  kilsə 

hakimlərinin gözündə cənab Renalın nüfuzunu sarsıda bildi. 




www.vivo-book.com 

 

314 



Cənab  Valno  belə  hərəkət  eləyirdi:  o,  yerli  alverçilərə 

yaxınlaĢıb, onlarla danıĢırdı. 

– Mənə öz aranızdakı iki ən səfeh adamın adını çəkin. 

Sonra məhkəmədə iĢləyənlərdən soruĢurdu: 

– Aranızdakı iki ən kobud adam kimdi? 

Əczaçılara deyirdi: 

– Ġçinizdə iki ən tanınmıĢ fırıldaqçının adını çəkin. 

Ən  müxtəlif  peĢələrin  sahibləri  olan  bu  yaramazlar 

dəstəsini  müəyyənləĢdirəndən  sonra  həmin  adamlara 

deyirdi: 

– Gəlin, əl-ələ verib, iĢləyək. 

Bu dəstənin hərəkətləri cənab Renalın xoĢuna gəlmirdi. 

Valnonun  arsız  xislətisə  hər  Ģeyə  dözürdü  –  hətta  abbat 

Maloyun kütləvi istehzalarına belə. 

Bütün  bunlarla  yanaĢı  cənab  Valno  da  arabir  özünü 

üzünə 


deyilən 

xoĢagəlməz 

həqiqətlərdən 

birtəhər 

qorumalıydı.  Cənab  Apperin  gəliĢiylə  onun  həvəsi  birə-iki 

artdı.  O,  gündə  üç  dəfə  Bezansona  gedir,  ora  gedən  hər 

poçtla bir yığın məktub yollayır, ya da qürub vaxtı qapısına 

gələn Ģübhəli adamlar vasitəsilə nəsə göndərirdi. 




www.vivo-book.com 

 

315 



Amma o cənab ġelanı iĢdən çıxartdırmaqla bir az səhv 

eləmiĢdi,  bu  qisas  məsələsi  elə  onun  əleyhinə  çevrildi  – 

çünki  hadisədən  sonra  ali  təbəqədən  olan  bir  çox  imanlı 

xanımlar  ona  əclaf  kimi  baxırdılar.  Bundan  baĢqa  qocanın 

iĢdən çıxarılmasına nail olmaq onu böyük vikariy Frilerdən 

asılı  vəziyyətə  salmıĢdı  –  indi  sonuncu  ona  ən  qəribə 

tapĢırıqlar verirdi. 

O  həmin  imzasız  məktubu  yazanda  vəziyyət  bax  bu 

yerdəydi.  Elə  bu  vaxt  arvadı  ona  bildirdi  ki,  Jülyeni 

uĢaqlarına  mürəbbi  tutmaq  istəyir.  Bu  təklif  Ģöhrətpərəst 

cənab Valnonun ürəyinə yağ kimi yayıldı. 

Cənab  Valno  baĢa  düĢürdü  ki,  məsələ  bu  yerə  çatanda 

keçmiĢ  silahdaĢı  cənab  Renalla  toqquĢma  qaçılmazdır. 

Əlbəttə ki, keçmiĢ dostu ona ağzına gələni deyəcək. ĠĢin bu 

tərəfi cənab Valnonu elə də narahat eləmirdi, amma  məsələ 

burasındadı ki, cənab Renal götürüb ondan Bezansona, hətta 

Parisə də nələrsə yaza bilərdi. 

Bir  də  gördün,  hansısa  nazirin  bacısı  oğlu  qəfildən 

Veryerdə peyda oldu və kimsəsizlər evini onun əlindən aldı. 

Cənab  Valno  düĢündü  ki,  bəzi  liberallarla  dostlaĢmaq  pis 




www.vivo-book.com 

 

316 



olmazdı  – Jülyeni nahara dəvət eləyəndə məclisdə bir neçə 

liberalın  yer  almasının  səbəbi  də  elə  bu  idi.  Bu  adamlar 

merlə savaĢında ona yaxĢıca dəstək ola bilərdilər. O ki qaldı 

seçkilərə  –  burda  artıq  hər  Ģey  aydındı:  kimsəsizlər  evini 

saxlamaqla,  lazım  olmayan  adama  səs  vermək  baĢqa-baĢqa 

Ģeylərdi. 

Xanım  Renalın  belə  Ģeylərdən  yaxĢı  baĢı  çıxırdı  və 

Jülyenin  qoluna  girib  dükanları  gəzdiyi  müddət  ərzində  o 

bütün  bunları  ən  xırda  təfərrüatlarına  qədər  ona  danıĢdı. 

BaĢları  söhbətə  qarıĢdığından,  onlar  gəlib  Sədaqət 

Xiyabanına çıxdılar və burada vaxtlarını lap Verjidəki kimi 

qayğısızca keçirə bildilər. 

Bu  arada  keçmiĢ  rəhbərinə  haqq-hesab  vermək  həvəsi 

olmayan  cənab  Valno  onunla  üz-üzə  gələndə  əməlli-baĢlı 

təkəbbürlü bir görkəm aldı. Onun bu hərəkəti bu dəfə yaxĢı 

alındı və cənab merin narazılığını birə-beĢ artırmıĢ oldu. 

Cənab  Renalın  izzəti-nəfsiylə  pula  o  görməmiĢ, 

ehtiraslı  bağlılığı  arasındakı  mübarizə  anlarındakı  vəziyyət 

qədər acınacaqlı hal təsəvvür etmək çətin olardı. Həmin gün 

kafeyə girəndə düĢündü ki, öz uĢaqlarını hələ heç vaxt belə 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə