Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə84/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   80   81   82   83   84   85   86   87   ...   197

www.vivo-book.com 

 

418 



beĢ-iyirmi nəfərin köməyindən istifadə eləyən iyirmi adamın 

əməyinin  nəticəsi  olduğundan  baĢqa  heç  nə  hiss 

elətdirməməliydi. O düĢünməliydi ki, kəndirlər yeyilib, kilsə 

zəngisə  əməlli-baĢlı  təhlükə  mənbəyidi  –  hər  iki  yüz  ildən 

bir  qopub  aĢağı  düĢür.  O  bunu  da  düĢünə  bilərdi  ki,  zəng 

çalanların maaĢını artırmaq, ya da kilsənin xəzinəsinə zərər 

vurmamaq  üçün  ziyarətçilərin  gətirdikləri  pay-pürüĢdən 

onlara vermək lazımdır. 

Amma  özünü  belə  müdrik  düĢüncələrə  qərq  etmək 

əvəzinə Jülyenin qəlbi bu  əzəmətli və zəngin səslərin təsiri 

altında  təxəyyül  qanadlarında  uçurdu.  Ondan  heç  vaxt  nə 

yaxĢı rahib, nə də iĢgüzar müdir olacaqdı! Həyəcanlanmağa 

hər  dəm  hazır  olan  belə  qəlblərdən  nə  ola  bilərdi  ki?  Olsa-

olsa  ortabab  bir  rəssam!  Bu  yerdə  Jülyenin  özünəinamı  öz 

ağ bayrağını qaldırmalı olurdu. 

Yəqin onun xalq nifrətindən və yakobinçilərdən gözləri 

qorxmuĢ  (onları  qorxudurdular  ki,  belələri  hər  yerdə  var) 

seminariya  yoldaĢlarının  əlli  nəfərdən  çoxu  bu  səsləri 

eĢidəndə  kilsə  zəngini  çalanların  maaĢı  barədə  düĢünməyi 

artıq öyrənmiĢdi. Onlar Baremsayağı dahiliklə dua edənlərin 




www.vivo-book.com 

 

419 



dualarının  kilsə  zəngini  çalanlara  pul  ödəməyə  dəyib-

dəymədiyini  hesablayacaqdılar.  Amma  Jülyen  maddi 

məsələlər  barədə  düĢünsəydi  belə,  fikri  lazım  olan  yerə 

getməyəcəkdi – o, kilsə Ģurası üçün qırx frank qənaət etmək 

barədə  düĢünər,  iyirmi  santimlik  xərcdən  qaça  bilmək 

imkanınısa ağlına gətirməzdi. 

Bu  arada  təntənəli  mərasim  də  bu  gözəl  günəĢli  gün 

kimi  Bezansonu  dolanırdı  –  mərasim  bir-birindən  daha 

səxavətli  görünmək  üçün  ürəyi  gedən  Ģəhər  rəhbərliyinin 

orda-burda  quraĢdırdığı  müvəqqəti  mehrabların  yanında 

dayanırdı. Kilsəsə sükuta qərq olmuĢdu. 

Bu yarıqaranlıqda xoĢ bir sərinlik vardı, hər tərəfdən də 

gül-çiçək və ənbər qoxusu gəlirdi. 

Kilsə  geniĢliyində  hökm  sürən  tənhalıq,  sükut  və  sərinlik 

Jülyeni  Ģirin  xəyallara  aparırdı.  O,  kilsənin  digər  tərəfinə 

göz-qulaq  olan  abbat  ġasın  onu  narahat  edəcəyindən 

çəkinmirdi. Onun qəlbi öz ölüm qabığından ayrılmıĢ – ölüm 

qabığısa indi kilsənin  ona həvalə olunmuĢ  tərəfində  aramla 

gəziĢirdi.Jülyen tamamilə sakit idi – o, tövbə otaqlarında heç 

kimin  olmadığından  əmin  idi,  kilsədə  bir-iki  iman  əhli 




www.vivo-book.com 

 

420 



qadından baĢqa heç kim yox idi. Oğlanın gözləri baxmadan 

görə bilirdi. 

Amma  o  çox  yaxĢı  geyinmiĢ  iki  qadının  diz  üstə 

çökdüyünü  görəndə  öz  xəyallarından  ayrılmalı  oldu. 

Onlardan biri tövbə otağında, birisə onun yanında, alçaq dua 

skamyasına çöküb dua eləyirdi.O baxmadan görürdü, amma 

birdən  üzərinə  düĢən  məsuliyyətin  dumanlı  ciddiliyimi, 

yoxsa  qadınların  hər  ikisinin  əsilzadə  gərdənlərimi  – 

bunlardan biri yadına saldı ki, tövbə otağında rahib yoxdur. 

 “Maraqlıdır  –  oğlan  düĢündü  –  əgər  bu  xanımlar  belə 

iman  əhlidirlərsə,  onda  niyə  indi  küçədəki  mehrablardan 

birinin  qarĢısında  dua  eləmirlər,  ya  da  cəmiyyət 

qadınlarındandılarsa,  niyə  balkonlardan  birində  təmtəraqla 

dayanmayıblar? Bu qadının donu bədəninə necə də qəĢəng, 

kip yapıĢıb. Əzəmətə bax!” 

Oğlan qadınlara baxmaq imkanı olacağına ümid edərək 

addımlarını yavaĢıtdı. 

Tövbə otağında dizi üstə oturan qadın Jülyenin sükutu 

pozan  addımlarını  eĢidəndə  baĢını  döndərdi.  Birdən  o  bərk 

qıĢqırıb, özündən getdi. 




www.vivo-book.com 

 

421 



HuĢunu itirən qadın arxası üstə yıxıldı, yaxınlıqda olan 

rəfiqəsi  ona  tərəf  atıldı.  Həmin  an  Jülyen  yıxılan  qadının 

boynunu  və  çiyinlərini  gördü.  Gözəl  mirvari  muncuqlardan 

ibarət  tanıĢ  bir  boyunbağı  dəydi  gözünə.  Xanım  Renalın 

saçlarını  tanıyanda  dəhĢətə  gəldi!  Bu  o  idi!  Yanında 

dayanıb, onu tutansa xanım Dervil idi. 

Özünü  unudan  Jülyen  onlara  tərəf  qaçdı.  Əgər  Jülyen 

vaxtında  onların  ikisini  də  tutmasaydı,  xanım  Renalın 

ağırlığına dayana bilməyən rəfiqəsi də yıxılacaqdı. Oğlan öz 

çiyinlərinə  yıxılmıĢ  xanım  Renalın  geriyə  atılmıĢ  baĢını, 

onun  avazımıĢ,  həyat  niĢanəsi  olmayan  üzünü  gördü.  O, 

xanım  Dervilə  kömək  elədi  ki,  qadının  gözəl  baĢını  kətilin 

həsir söykənəcəyinə dirəsin. 

Xanım Dervil geri qanrıldı və o dəqiqə oğlanı tanıdı: 

– Bu dəqiqə gedin burdan cənab, gedin! –  qadın əsəbi 

səslə  dedi.  –  O  sizi  görməməlidi!  Axı  sizi  görəndə  o  necə 

dəhĢətə gəlməsin?! O sizi tanıyana qədər elə xoĢbəxt idi ki! 

Siz  murdar  adamsınız!  Gedin!  Əgər  sizdə  bir  damcı  abır-

həya qalıbsa, gedin burdan! 



www.vivo-book.com 

 

422 



Qadın  elə  amiranə  səslə  danıĢdı  və  həmin  an  çox 

gücsüz olan Jülyen özünü elə itirdi ki, tez kənara çəkildi. 

“Bu qadın həmiĢə mənə nifrət eləyib” – oğlan düĢündü. 

Elə  həmin  an  mərasimin  baĢında  gedən  rahiblərin  səsi 

kilsəni  baĢına  götürdü  –  xaç  yürüĢü  geri  qayıdırdı.  Abbat 

ġas-Bernar  bir  neçə  dəfə  Jülyeni  çağırdı.  Oğlan  onu 

eĢitmirdi  –  axır  ki,  rahib  yaxınlaĢıb  onun  əlindən  yapıĢdı, 

Jülyeni birtəhər gizləndiyi girəcəkdən çıxartdı. 

Abbat onu yepiskopa təqdim etmək istəyirdi. 

–  Özünüzü  pis  hiss  edirsiniz,  mənim  balam,  –  o, 

Jülyenin ağappaq ağardığını və ayaq üstə güclə dayandığını 

görüb  dedi.  –  Siz  bu  gün  həddən  artıq  çox  iĢləmisiniz.  – 

Rahib  onun  əlindən  yapıĢdı.  –  Gəlin,  gəlin  müqəddəs  su 

çiləyənin oturacağında  əyləĢin,  mən  sizi gizləyərəm.  –  Ġndi 

onlar  əsas  qapıların  yanındaydılar.  –  ƏyləĢin,  zati-

müqəddəslərinin  gəliĢinə  hələ  düz  iyirmi  dəqiqə  var, 

sakitləĢin.  Özünüzə  gəlməyə  çalıĢın,  zati-müqəddəsləri 

gələndəsə  mən  qalxmağınıza  kömək  edərəm,  cavan 

olmasam da, hələ sağlam və güclüyəm. 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə