Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə81/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   77   78   79   80   81   82   83   84   ...   197

www.vivo-book.com 

 

403 



ali  mərtəbələrə,  gələcəyə  əlvida  deməliydi,  bunu  etməksə 

onun  üçün  ölümə  bərabər  idi  –  axı  oğlan  bu  arzularla 

yaĢayırdı. 

Bu  da  sizə  onun  həyatının  boz  günlərindən  birinin 

təfərrüatları. 

Bir səhər o düĢünürdü: 

–  Özümdən  o  qədər  axmaqcasına  əmin  idim  ki,  bu 

kəndli 


oğlanlardan 

biri 


olmadığıma 

sevinirdim! 

Fərqlənməyin nifrət doğurduğunu öyrənəcək qədər yaĢadım 

artıq. O, bu böyük sirri ən ağrılı uğursuzluğu vaxtı öyrəndi. 

Bütün  həftə  boyu  oğlan  baĢında  müqəddəslik  haləsi  olan 

tələbələrdən birinin xoĢuna gəlməyə çalıĢırdı. Onlar həyətdə 

gəziĢəndə Jülyen bu oğlanın üyüdüb-tökdüyü sərsəmləməyə 

itaətlə  qulaq  asırdı.  Birdən  göy  üzü  qaraldı,  ĢimĢək  çaxdı, 

müqəddəs  seminariyaçı  Jülyeni  var  gücüylə  itələyərək 

qıĢqırdı: 

–  Bura  baxın,  bu  dünyada  hərə  özünə  cavabdehdi! 

Ġstəmirəm  ki,  sizə  görə  məni  də  ildırım  vursun!  Sizi  tanrı 

cəzalandıracaq, çünki siz Volter kimi namussuzun birisiniz! 



www.vivo-book.com 

 

404 



Hirsindən  diĢlərini  qıcayan  oğlan  gözlərini  ildırımın 

eybəcər hala saldığı göy üzünə tərəf qaldıraraq dedi: 

– Mənə hələ bu da azdı. Qoy tufan vaxtı sakit yatdığıma 

görə ildırım məni vursun! BaĢqa bir müqəddəsin qəlbini ələ 

almağa çalıĢmaq lazımdı. 

Zəng  vuruldu  və  abbat  Kastanedin  tədris  elədiyi 

müqəddəs tarix dərsi baĢladı. 

Abbat həmin gün atalarının kasıblığından və ağır iĢdən 

gözləri  qorxmuĢ  bu  kəndli  oğlanlarına  baĢa  salırdı  ki, 

onların  gözündə  nəsə  əzəmətli  bir  Ģey  olan  hökumət  ancaq 

ona  görə  həqiqi  və  qanuni  hakimiyyətə  sahibdi  ki,  ona  yer 

üzündəki bu hakimiyyəti tanrı bəxĢ eləyib. 

–  Öz  həyatınızın  təmizliyi,  itaətliliyinizlə  papanın 

lütfünə  layiq  olun  –  onda  siz  ali  mərtəbələrə  sahib 

olacaqsınız,  özünüz  özünüzün  ağası  olacaqsınız,  heç  kim 

sizə  göstəriĢ  verməyəcək, heç  vaxt  əlinizdən  çıxmayacaq  iĢ 

yerinə sahib olacaqsınız, o zaman hökumətin sizə ödəyəcəyi 

maaĢ  gəlirinizin  üçdə  birini  təĢkil  edəcək,  qalan  üçdə 

ikisinisə sizə rahibliyiniz gətirəcək. 



www.vivo-book.com 

 

405 



Dərsdən sonra abbat Kastaned sinifdən çıxanda bu gün 

onu  xüsusi  diqqətlə  dinləyən  seminariyaçılar  tərəfindən 

həyətdə dövrəyə alındı. 

Abbat onu dövrələmiĢ seminariyaçılara deyirdi: 

– Rahiblər haqda deyilən yaxĢı bir həqiqət var – rahib 

necədirsə,  kilsə  də  elədi.  Mən  öz  gözümlə  dağlarda  bəzi 

kilsələr  görmüĢəm  ki,  oradakı  gəlir  Ģəhərdəki  rahiblərin 

gəlirindən qat-qat çoxdur. Hər Ģeyə görə də pul alırlar, mən 

hələ  kəndlilərin  gətirdiyi  pay-pürüĢü  demirəm.  Özü  də  o 

yerlərdə  rahib  birinci  adamdı  –  onsuz  bir  xeyir-Ģər  baĢ 

tutmaz, hamının da yanında hörmətləri var. 

Cənab  Kastaned  öz  otağına  gedər-getməz,  bayaqdan 

onu  dövrələmiĢ  dəstə  kiçik  qruplara  bölündü.  Jülyen  bu 

dəstələrdən  heç  birinə  qoĢulmadı  –  hamı  ondan  götür-

qoyundan  yan  gəzən  kimi,  uzaq  dolanırdı.  O  dəstələrdəki 

oğlanlar  niyyət  tutaraq  havaya  dəmir  pul  atırdılar.  Pulun 

niyyət olunan tərəfi düĢsəydi, bu, həmin tələbəyə yaxĢı gəlir 

gətirəcək kilsə vəd edirdi. 

Sonra müxtəlif hekayətlər söylənməyə baĢladı. 



www.vivo-book.com 

 

406 



DanıĢırdılar ki, cavan rahib qoca kürenin qulluqçusuna 

kök  bir  dovĢan  aparıb,  sonra  küre  onun  öz  yanına  vikariy 

götürüb.  Bir  neçə  aydan  sonrasa  qoca  küre  ölüb  və  cavan 

rahibə  gəlirli  bir  kilsə  qalıb.  BaĢqa  bir  rahibsə  iflic  olmuĢ 

qoca  küre  masaya  oturar-oturmaz  onun  üçün  cücəni 

doğradığına görə, küreyə müavin təyin edilib. Bütün gənclər 

kimi, bu tələbələr də bütün hadisələri ĢiĢirdərək danıĢırdılar 

–  çünki bunda  cavan  adamın  təxəyyülünü  cəlb  eləyən  nəsə 

qəribə bir Ģey var. 

Jülyen düĢünürdü: 

–  Mən  gərək  belə  söhbətlərə  qoĢulmağı  öyrənim. 

Tələbələr  sosis  və  varlı  kilsələrdən  danıĢmayanda,  söhbət 

kilsə 

təhsilinin 



məiĢət 

tərəflərindən, 

yepiskoplarla 

prefektlərin  mübahisələrindən  düĢürdü.  Bu  vaxtlar  Jülyen 

onların  təxəyyülündəki  baĢqa  tanrını,  birincidən  daha 

dəhĢətli  və  qəzəbli  tanrını  görürdü.  Bu  ikinci  tanrı  – 

papaydı. 

Onlar  abbat  Pirarın  bu  söhbətləri  eĢitməyəcəyinə  əmin 

olanda öz aralarında astadan danıĢırdılar ki, əgər papa özünə 

zəhmət  verib  hər  Ģəhərə  mer  və  prefekt  təyin  eləmirsə,  bu 




www.vivo-book.com 

 

407 



ona görədir ki, papa bu məsələni “kilsənin böyük oğlu” elan 

elədiyi fransız kralına həvalə eləyib. 

Bu  yerdə  Jülyenin  ağlına  gəldi  ki,  Mestrin  papa 

haqqında  kitabını  yaxĢı  oxuyub  və  bu  kitabın  sayəsində 

tələbələrin hörmətini qazana bilər. Düzünə qalsa, o bununla 

yoldaĢlarını  heyrətə  saldı,  amma  bilgiləri  baĢına  dərd  oldu. 

Jülyenin  onların  baxıĢlarına  özlərindən  daha  yaxĢı  bələd 

olması gerçəyi tələbələrin xoĢuna gəlmədi. 

Cənab ġelan Jülyenə münasibətdə özüylə elədiyi səhvə 

yol  vermiĢdi.  Ona  boĢ  sözlərlə  yaxasını  qurtarmaq  əvəzinə 

ağıllı  düĢünməyi  öyrədəndən  sonra  qoca  bir  Ģeyi  deməyi 

unutmuĢdu:  sadə  adamın  düĢünmək  bacarığı  günah  sayılır, 

çünki istənilən ağıllı mülahizə – günahdır! 

Beləliklə,  Jülyenin  növbəti  çılğın  nitqi  yeni  cinayəti 

oldu. Onun qeybətini eləyən seminariyaçılar axır ki, oğlanın 

onlarda doğurduğu dəhĢəti ifadə edə biləcək ləqəb tapdılar – 

Martin  Lüter.  Bu  ləqəb  oğlanın  fəxri  olan  Ģeytani  məntiqə 

yaraĢırdı. 

Cavan  seminariyaçılardan  çoxunun  üzünün  dərisi 

Jülyenin üzündən təravətliydi. Hətta çoxu ondan qəĢəng idi 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə