www.vivo-book.com
393
Jülyendə ikrah doğururdu. O baĢa düĢürdü ki, bu yazıları
həmiĢə diqqətdə saxlamalıdı.
“Mən ömrüm boyu nə iĢlə məĢğul olacam? Ġmanlı
adamlara cənnətdə yer satacam. Onlara bunun nə olduğunu
izah eləməyin ən yaxĢı yolu nədir? Ancaq özümlə dünya
tamına meyilli adamın arasındakı zahiri fərqini göstərmək”,
– o düĢünürdü.
Aylar uzunu sürən aramsız cəhdlərdən sonra Jülyen
hələ də düĢünmək bacarığı olan insan kimi qalmıĢdı. Onun
gözlərini qaldırmaq, dodaqlarını tərpətmək vərdiĢi əzabın
son həddinə qədər hər Ģeyə dözməyə hazır imanlı adamın
vərdiĢləri deyildi. Jülyen kədərlə müĢahidə eləyirdi ki, bu
məsələdə hətta ən yöndəmsiz kəndçi balaları da ondan yaxĢı
mənada fərqlənirlər. Onlar üçün düĢünə bildiklərini
gizlətməkdən asan heç nə yox idi.
O da belə, yəni hər Ģeyi qəbul etməyə, hər Ģeyə
dözməyə hazır kor inanca sahib adam görüntüsünü, ancaq
italyan monastırlarında və Qverçinonun
43
biz dünyəvilərə
43
Luvr muzeyində “Akvitan hersoqu Fransisk tacını çıxardır və monax libası geyinir”
şəklinə baxın. N 1130. (müəllifin qeydi)
www.vivo-book.com
394
qoyub getdiyi gözəl dini əsərlərdə görə biləcəyimiz insan
görüntüsünü əldə eləmək üçün nə qədər əziyyət çəkmiĢdi!
Vacib bayramlarda seminariyaçılara naharda turĢ
kələmlə sosis verirdilər. Jülyenin masa yoldaĢları onun bu
nemətlərə tam laqeyd göründüyünü hiss elədilər – bu
oğlanın daha bir səhviydi. YoldaĢları bunu ən axmaq
riyakarlıq kimi qəbul elədilər – o bu hərəkətilə özünə nə
qədər düĢmən qazandı!
– Bu ağaya, bu yekəxanaya baxın! Özünü elə aparır ki,
guya yaxĢı yeməyə tamahı düĢmür. Özü də turĢ kələmlə
sosis, haa! Əclaf! Lənətə gəlmiĢ, daqqanın biri!
O özünü elə göstərməliydi ki, guya yeməyini boĢqabda
saxlamaqla özünü cəzalandırır. BoĢqabındakı yeməyi masa
yoldaĢlarından birinə göstərib:
– Ġnsan könüllü əzab çəkməkdən baĢqa tanrı sevgisi
uğrunda daha nələri qurban verə bilər ki?
Amma belə Ģeylərdən baĢ çıxarmaq üçün Jülyen hələ
kifayət qədər təcrübəli deyildi.
“Ġlahi! Bu kəndçi balalarının yonulmamıĢlığı onların ən
yaxĢı keyfiyyətiymiĢ! – deyə ümidsiz anlarında bağırırdı. –
www.vivo-book.com
395
Onlar seminariyaya gələndə mənəvi ataları bu uĢaqların
beyinlərindən məndəki o kübar bilgiləri çıxartmaq
məcburiyyətində qalmırlar. Amma bu bilgilər mənim
üzümdən oxunur”.
Jülyen paxıllıq dərəcəsinə çatan maraqla seminariyaya
gələn ən yöndəmsiz kəndli oğlanları öyrənirdi. Onların
əyinlərindən mahud gödəkcələri çıxarıb, qara cübbələr
geyindirəndə bütün təhsilləri FranĢ Kontedə deyilən kimi,
“cingildəyən pula” olan hörmətlərindən ibarət olurdu. Bu
sirli, təntənəli söz nağd pul haqda bəlağətlimöhtəĢəm
təsəvvürü ifadə edir.
Volterin
romanlarının
qəhrəmanları
kimi,
bu
seminariyaçılar üçün də xoĢbəxtlik doyumlu nahardan ibarət
idi.
Jülyen onların hamısında əyinlərində mahuddan cübbə
olan adamların qarĢısında fitri pərəstiĢ müĢahidə eləyirdi.
Bu, həyat qanunlarının yer üzündəki nemətləri bölüĢdürmə
ədalətinin, ya da ədalətsizliyinin necə qiymətləndirildiyinin
göstəricisidi. “Axı varlı adamla – onlar öz aralarında tez-tez
danıĢırdılar –
www.vivo-book.com
396
mübahisə eləməkdən adam nə qazana bilər ki?”
Yura vadilərində varlılara belə deyirlər. Ġndi onların ən
varlılara, hakimiyyətdə olanlara necə hörmət etdiklərini
təsəvvür edə bilərsiniz!
Cənab prefektin adı gələndə ehtiram dolu təbəssümlə
gülümsəməmək, FranĢ-Konte əhalisinin nəzərində böyük
ehtiyatsızlıqdır. Ehtiyatsızlıqsa kasıblara aclıq bahasına baĢa
gəlir.
Ġlk vaxtlar Jülyen onu bürüyən ikrah hissindən dəli
olurdu. Amma axırda oğlanda rəhm duyğusu oyandı – axı
onun yoldaĢlarının çoxunun atası qıĢ gecələrində arvad-
uĢaqlarının yanına gələndə evdə bir tikə çörəyin, bircə dənə
Ģabalıdın, bircə dənə kartofun olmadığını görmüĢdülər.
– Burada təəccüblənəsi heç nə yoxdu – Jülyen
düĢünürdü. – Onların təsəvvüründə ən xoĢbəxt adam yaxĢı
yeyibdoyan, əyninə abırlı paltar geyinən adamdır. Bütün
yoldaĢlarımın seçdikləri peĢə onlar üçün qətidir – bu iĢ
onlara ömür boyu xoĢbəxtlik – yəni doyunca yemək və qıĢda
isti paltar geyinmək imkanı verəcək.
www.vivo-book.com
397
Bir dəfə Jülyen zəngin təsəvvürü olan gənc
seminariyaçının yoldaĢıyla söhbətini eĢitdi:
– Məgər mən də donuz otaran BeĢinci sikst kimi papa
ola bilmərəm?
Onun dostu:
– Papa ancaq italyanlardan olur – deyə cavab verdi. –
Bizimkilərin arasındansa bəlkə baĢ vikariy, mənəvi ata,
yaxĢı haldasa yepiskop çıxa bilər. Bax, məsələn ġalondakı
cənab P. çəlləkçi oğlu olub. Mənim də atam çəlləkçidi.
Bir dəfə doqmatika dərsində oturduğu vaxt abbat
Pirarın adamı gəlib Jülyeni çağırdı. Yazıq oğlan artıq
boğulmaq üzrə olduğu bu fiziki və əxlaqi mühitdən azacıq
da olsa, canını qurtaracağına çox sevindi.
Cənab rektorun otağında Jülyen seminariyaya gəldiyi
günkü kimi, sərt qarĢılandı.
– Mənə bu oyun kartında nə yazıldığını izah edin –
rektor yerin altına girməyə hazır olan oğlandan soruĢdu.
Jülyen oxudu:
“Amanda Bine, “Zürafə” qəhvəxanası, saat səkkizə
qədər. Deyərsiz ki, anamın Canlisdəki qohumlarındansınız”.
Dostları ilə paylaş: |