www.vivo-book.com
378
– Həə, çatdıq, – Jülyen düĢündü. – Əziz oğul olmağın
əvəzi bu imiĢ.
– Otuz beĢ frank, müqəddəs ata.
– Bu pulları nəyə xərcləyəcəyinizi təfsilatıyla yazın.
Sonradan bunun hesabatını mənə verəcəksiniz.
Bu əzablı söhbət düz üç saat davam elədi. Sonra Jülyen
bələdçini çağırdı.
Abbat Pirar ona dedi:
– Jülyen Soreli yüz üçüncü hücrəyə aparın.
Jülyenə ayrıca hücrə verirdilər – bu nadir rast gəlinən
lütflərdən idi.
Onun əĢyalarını da aparın, – abbat əlavə elədi.
Jülyen döĢəməyə baxanda bağlamasının qarĢısında
olduğunu gördü – o düz üç saat imiĢ ki, buradaymıĢ və
Jülyen bunu görməmiĢdi.
Onlar 103 nömrəli hücrəyə gəldilər. Bu, binanın yuxarı
mərtəbəsində yerləĢən, səkkiz kvadrat futluq balaca otaq idi.
Jülyen otağın pəncərəsinin qala divarına baxdığını
gördü, divarın o tayındasa Du çayının digər sahilindəki
gözəl vadi görünürdü.
www.vivo-book.com
379
– Nə gözəl mənzərədir! – Jülyen heyrətlə dilləndi.
Amma bu sözləri özü üçün desə də, bunların nə anlama
gəldiyini bilmirdi. Bezansona gələr-gəlməz o qədər təsirli
Ģeylər yaĢamıĢdı ki, artıq heyi qalmamıĢdı.
O, pəncərənin yanındakı yeganə taxta kətilin üstündə
oturdu. Oturan kimi də yuxuya getdi. Yuxuya getdi və Ģam
yeməyinə, sonra axĢam duasına səsləyən zəngləri eĢitmədi –
onu yaddan çıxartmıĢdılar.
Səhərin ilk Ģəfəqləri onu sübh ertədən yuxudan oyatdı.
Oyananda gecəni quru döĢəmədə yatdığını gördü.
XXVI
Ġnsan oğlu və ya varlı adama çatıĢmayan Ģey barədə
Mən bu yer üzündə tək-təkcənəyəm, heç kimin mənimlə
bir işi yoxdu. Gözlərimin qarşısında uğur qazanan
www.vivo-book.com
380
insanların hamısı həyasız və qəddardır. Mənsə belə deyiləm.
Onlar bu mərhəmətə, güzəştə getmək bacarığıma görə mənə
nifrət eləyirlər. İlahi, tezliklə məni ya aclıq, ya məyusluq, ya
da insanların qəddarlığı öldürəcək.
Yunq
Jülyen tez pal-paltarını təmizlədi və aĢağı endi.
Nəzarətçi onu bərk danladı, osa özünə bəraət qazandırmaq
əvəzinə qollarını sinəsində çarpazladı.
– Peccavi, pater optime
42
, – deyə məyus səslə cavab
verdi.
Bu, uğurlu baĢlanğıc idi. Hiyləgər seminariyaçılar baĢa
düĢdülər ki, bu cavan belə iĢlərdə naĢı deyil. Tənəffüs
zamanı Jülyen hamının diqqət mərkəzindəydi. Amma
cavanların öyrənə bildikləri tək Ģey bu oldu ki, təzə gələn
oğlan özünə qapanan qaraqabağın biridi.
42
G
ünahkaram, bağışlayın, müqəddəs ata(lat.)
www.vivo-book.com
381
Özü üçün müəyyən elədiyi qanunlara görə bu üç yüz
iyirmi bir nəfərin hamısı onun düĢmənləriydi, ən təhlükəli
düĢmənsə abbat Pirar idi.
Bir neçə gün keçəndən sonra Jülyen özünə ruhani ata
seçməliydi. Ona siyahı verdilər.
Oğlan düĢündü:
– Ġlahi! Bunlar məni nə hesab eləyirlər? Yəni
doğrudanmı elə bilirlər ki, mən bu dəm-dəsgahın
mahiyyətindən xəbərsizəm?
Və o abbat Pirarı seçdi.
Onun ağlına da gəlməzdi ki, bu seçim həlledici oldu.
Seminariyaçılardan biri, Jülyeni ilk gündən özünə dost
elan eləmiĢ Veryerli sarıdimdik gənc ona dedi ki, əgər
seminariya rektorunun köməkçisi, cənab Kastanedi ruhani
ata seçsəydi, daha düĢünülmüĢ hərəkət eləmiĢ olardı.
– Abbat Kastaned cənab Pirarın qatı düĢmənidir. Cənab
Pirarın yansençi olduğundan Ģübhələnirlər – o, Jülyenin
qulağına pıçıldadı.
Kifayət qədər ehtiyatla hərəkət etdyini düĢünən bizim
gənc qəhrəmanın ilk addımlarının hamısı, həmçinin mənəvi
www.vivo-book.com
382
ata seçimində də yetərincə tələskənlik etmiĢdi. Təxəyyül
sahibi olan bütün insanlara xas olan təkəbbürə uyaraq, o öz
məqsədlərini artıq həyata keçmiĢ gerçək kimi qəbul edir və
özünü peĢəkar riyakar hesab edirdi. Bu Ģeylər onun gözlərini
hərdən elə tuturdu ki, oğlan hətta zəiflərin əl atdığı bu
fəndgirlikdə qazandığı uğurlara görə özünü qınayırdı.
“Heyhat! Neyləyim ki, mənim tək silahım budu! – o
düĢünürdü. – Ġndi baĢqa zamanlar olsaydı, mən öz çörəyimi
bədxahlara görə olan iĢlərlə qazanardım”.
Öz davranıĢından məmnun qalan Jülyen ətrafına göz
gəzdirirdi – burada hər Ģey ən ali xeyirxahlıqdan xəbər
verirdi. Seminariyaçılardan on nəfəri müqəddəslik haləsinə
bürünmüĢdü – onlara müqəddəs Terezanın və ya müqəddəs
Fransiskin Apennində, Bern dağlarında öz möcüzələrini
eləyən vaxtlarındakı zikrlər qismət olurdu. Amma bu Ģeylər
tələbələrin dostlarının cidd-cəhdlə qoruduğu böyük sirr idi.
Həmin yazıq gənclərsə demək olar ki, hücrədən çölə də
çıxmırdılar.
Sonsuz
inanclarının
qarĢısıalınmaz
həvəslə
uyğunlaĢdığı daha yüz nəfər də sadalamaq mümkündür. Bu
Dostları ilə paylaş: |