Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə75/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   71   72   73   74   75   76   77   78   ...   197

www.vivo-book.com 

 

373 



doqquzuncu  olursunuz.  Amma  mənim  himayəm  nə 

lütfkarlıq,  nə  də  güzəĢtdir,  bundan  özünə  ancaq  ən  sərt 

nəticələr  çıxarıb  daha  əzmlə  çalıĢmalı  və  daha  qəddar 

cəzalara  hazır  olmalısan.  Gedin,  qapını  açarla  bağlayın. 

Jülyen birtəhər otaq boyu yeriyib, qapıya çatdı. O ayaq üstə 

güclə dayanırdı. Qapının yanında gözünə yaĢıl talaya baxan 

balaca  bir  pəncərə  dəydi.  O,  ağacları  görəndə  içi  bir  az 

rahatlandı – oğlan elə bil yaxın dostlarını görmüĢdü. 

–  Loquerisne  linguam  latinam?

39

  –  Masanın  yanına 



qayıdanda abbat Pirar ondan soruĢdu. 

– Ita, pater optime,

40

 – yavaĢ-yavaĢ özünə gələn Jülyen 



cavab verdi. 

Düzünə  qalsa,  son  yarım  saat  ərzində  bu  yer  üzündə 

oğlanın gözündə “ruhani” adına ən az uyğun gələn adam elə 

abbat Pirar idi. 

                                                 

39

Siz latınca danışırsınızmı?(lat.) 



c40

Hə, ruhani ata.(lat.) 

 



www.vivo-book.com 

 

374 



Söhbət  latınca  davam  elədi.  Abbatın  baxıĢları  tədricən 

yumĢalır, Jülyen də yavaĢ-yavaĢ özünə gəlirdi. 

“Gör, mən necə zəifəm, – o düĢünürdü, – yalançı zəhm məni 

belə qorxuda bilirsə... Əslində, bu adam cənab Malon kimi, 

fırıldaqçının biridi”. Jülyen pullarını vaxtında baĢmaqlarının 

içində gizlətdiyinə görə gizlicə sevindi. 

Abbat  Pirar  teologiyayla  bağlı  Jülyeni  bir  qədər 

imtahan  eləyəndən  sonra  onun  bilgilərinin  çoxluğuna 

təəccübləndi.  Dini  kitablar  barədə  sorğu-sual  eləyəndə 

rahibin  heyrəti  birə-beĢ  artdı.  Amma  söhbət  kilsə  atalarına 

çatanda,  abbat  gördü  ki,  Jülyenin  müqəddəs  Ġeronim, 

möhtərəm  Avqustin,  müqəddəs  Bonaventura,  müqəddəs 

Vasiliy  və  baĢqaları  kimi  Ģəxslər  barədə  heç  bir  təsəvvürü 

yoxdur, o heç bu zatların adlarını da eĢitməyib. 

“Hə, axır ki, özünü  ələ verdi, – Pirar öz-özünə dedi, – 

ġelanı həmiĢə protestantlığa ifrat meylinə görə qınamıĢdım. 

Dini  kitaba  ifrat,  həddən  artıq  ifrat  sevgi!”  (O  heç  nə 

soruĢmasa  da,  Jülyen  elə  indicə  “YaradılıĢ”  kitabının, 

bütövlükdə Tövratın nə vaxt yazılması barədə mülahizələrini 

danıĢdı). 




www.vivo-book.com 

 

375 



 “Müqəddəs  kitab  barədə  bu  sonsuz  mülahizələr  nəyə 

gətirib  çıxaracaq?  –  abbat  Pirar  düĢünürdü.  –  Özünün 

xüsusi,  Ģəxsi  yozumundan  baĢqa  heç  nəyə,  yəni  qatı 

protestantlığın özünə. Üstəlik, bu təhlükəli bilgilərə, bu dini 

sürüĢmələrə  tarazlıq  gətirə  biləcək  müqəddəs  kilsə 

xadimlərindən də bir haray yoxdur!” 

Amma  seminariya  rektorunun  əsl  heyrəti  hələ 

qarĢıdaydı  –  o,  Jülyendən  papanın  mənəvi  hökmranlığı 

barədə soruĢub ondan qədim qallikan kilsəsinin xeyrinə nəsə 

eĢidəcəyini  güman  eləyəndə,  bu  cavan  oğlan  ona  cənab 

Mestrin kitabını az qala əzbər danıĢdı. 

“Bu ġelan nə qəribə adamdır! – abbat Pirar düĢündü. – 

O  kitabı  bu  oğlana  verib  ki,  orada  yazılanların  hamısını 

qeyri-ciddi qəbul eləsin?” 

O,  Jülyeni  cənab  Mestrin  təliminə  inanıb-inanmadığı 

barədə  uzun-uzadı  sorğu-suala  çəkdi.  Oğlan  ona  kitabda 

yazılanları olduğu kimi təkrarlayırdı. Bu dəqiqədən etibarən 

Jülyenin  özünə  inamı  qayıtmıĢ  və  o  özünü  tamamilə  ələ 

almıĢdı.  Uzun  sürən  imtahandan  sonra  ona  elə  gəlirdi  ki, 

abbat  Pirarın  onunla  söhbətdə  quruluğunu  qoruyub 




www.vivo-book.com 

 

376 



saxlamağı  ancaq  rəsmiyyət  üçündür.  Doğrudan  da,  on  beĢ 

ildir ki, tələbələrinə münasibətdə göstərməli olduğu ciddilik 

qanunları  olmasaydı,  seminariya  rektoru  məmnuniyyətlə 

Jülyeni  qucaqlayıb  öpərdi.  Oğlanın  cavablarında  rektor  elə 

aydınlıq, dəqiqlik və əminlik görmüĢdü ki! 

–  Budur  cəsur  və  aydın  zəka!  –  o  düĢünürdü.  –  No 

corpus  debile

41

  –  Sizdə  belə  ürəkgetmələr  tez-tez  olur?  – 



abbat döĢəməni göstərib, Jülyendən fransız dilində soruĢdu. 

–  Həyatımda  ilk  dəfədir,  –  Jülyen  balaca  oğlan  kimi 

qızarıb, əlavə elədi. – Bələdçinin üzü məni qorxutdu. 

Abbat Pirar kinayəylə qımıĢdı. 

–  Dünyanın  səs-küyü  bax  buna  gətirib  çıxarır.  Siz 

üzündə  təbəssüm  olan  insanlara,  yalançılara  öyrəĢmisiniz. 

Həqiqətsə  sərtdir,  cənab.  Amma  bizim  burada,  bu  yer 

üzündəki  təyinatımız  da  belə  sərt  deyilmi?  Siz  gərək 

Ģüurunuzu  var  gücünüzlə  qoruyasınız  ki,  görüntünün 

xoĢluğuna ifrat meyil etməkdən çəkinəsiniz. Əgər sizi mənə 

                                                 

41

cismin gücü yoxdur (lat.) 



 


www.vivo-book.com 

 

377 



abbat ġelan kimi bir möhtərəm adam məsləhət görməsəydi, 

–  abbat  Pirar  açıq  hiss  olunan  məmnunluqla  latın  dilinə 

keçdi – mən sizinlə alıĢdığınız o dünya dilində danıĢardım. 

Deyərdim ki, istədiyiniz təqaüd mümkünsüz bir iĢdi. Amma 

ömrünün əlli altı ilini apostol xidmətlərinə həsr etmiĢ abbat 

ġelanın  bir  seminariya  təqaüdü  qədər  dəyəri  olmasaydı,  bu 

ədalətsizlik olardı. 

Sonra  abbat  Pirar  Jülyenə  tapĢırdı  ki,  onun  razılığı 

olmadan heç bir gizli təĢkilata və qardaĢlığa üzv olmasın. 

–  Sizə  söz  verirəm!  –  Jülyen  namuslu  adamlara  xas 

səmimiyyətlə çığırdı.  

Seminariya rektoru ilk dəfə gülümsədi. 

–  Bu  ifadəni  burda  iĢlətmək  lazım  deyil.  Bu,  dünyəva 

adamlarının  çılğın  səmimiliyinə  oxĢayır.  Belə  Ģeylər  onları 

yanlıĢlığa,  çox vaxt da  cinayətlərə  aparıb  çıxarır.  Siz  mənə 

sözsüz  tabe  olmağa  borclusunuz.  Bu  Müqəddəs  BeĢinci 

Piyin  “Unam  erclesiam”ının  on  yeddinci  paraqrafıdır.  Mən 

sizin  ruhani  rəhbərinizəm.  Mənim  əziz  oğlum,  bu  evdə 

eĢitmək  –  əməl  etmək  deməkdir.  Üstünüzdə  nə  qədər  pul 

var? 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə