Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə2/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   2   3   4   5   6   7   8   9   ...   158

www.vivo-book.com 

 



Ģeydir.  Öz  iĢimin  xarakteri  haqqında  yalnız  bir  dəfə  Ģübhə  ilə 

düĢünməli olmuĢam və məhz buna görə də bu sətirləri yazıram.  

“E”  blokunun  mərkəzindəki  geniĢ  dəhlizin  döĢəməsinə  yaĢıl 

limon  rəngində  linoleum  döĢənmiĢdi  və  buna  görə  də  baĢqa 

həbsxanalarda “Sonuncu Mil” adlandırılan Ģey Kold Mauntində “YaĢıl 

Mil” adlandırılırdı. Zənnimcə, dəhlizin uzunluğu – aĢağıdan yuxarıya, 

cənubdan Ģimala doğru təxminən altmıĢ addım olardı. AĢağıda karser, 

üstdə isə “T” formalı dəhliz vardı. Sola döngə həyat demək idi – əgər 

günəĢin  yandırdığı  gəzinti  həyətində  baĢ  verənləri  belə  adlandırmaq 

olarsa. Bir çoxları elə belə də deyirdilər; çoxları heç bir aĢkar fəsada 

uğramadan uzun illər beləcə yaĢayırdı. Oğrular, odvuranlar və seksual 

cinayətkarlar  öz  söhbətləri,  gəzintiləri  və  xırda  iĢ-gücləri  ilə  burada 

yaĢayırdılar. 

Sağa  döngə  –  tamam  baĢqa  məsələ  idi.  Əvvəlcə  siz  mənim 

kabinetimə  düĢürsünüz  (buradakı  xalça  da  yaĢıl  idi,  onu  dəyiĢmək 

fikrində  olsam  da,  dəyiĢmədim),  arxasında,  sol  tərəfdə  Amerika 

bayrağı,  sağında  isə  Ģtatın  bayrağı  olan  masamın  önündən  keçirsiniz. 

Otağın  uzaq  divarında  iki  qapı  vardı  –  birisi  mənim  və  baĢqa 

gözətçilərin (bəzən hətta rəis Mursun da) istifadə etdiyi balaca tualetə, 

ikincisi isə anbara açılırdı. YaĢıl Mil adlandırılan yol burada bitirdi.  

Buranın qapısı kiçik olduğundan, oradan keçəndə baĢımı əyməli 

olurdum, Con Koffi isə az qalırdı oturaraq keçsin.  Siz  əvvəlcə balaca 

bir  meydançaya  çıxırsınız,  sonra  üç  beton  pillə  ilə  taxta  döĢəməyə 



www.vivo-book.com 

 



enirsiniz.  Bu  blokdakı  qonĢu  otaqla  tamamilə  eyni,  qızdırılmayan, 

metal  damlı  balaca  bir  otaqdır.  QıĢda  bura  elə  soyuq  olur  ki,  nəfəs 

alanda adamın ağzından buxar çıxır, yayda isə istidən boğulmaq olar. 

Elmer  Manfredin  edamı  zamanı  –  otuzuncu  ilin  ya  iyulu,  ya  da 

avqustunda,  –  zənnim  məni  aldatmırsa,  edama  Ģahidlik  edən  doqquz 

nəfər istidən huĢunu itirmiĢdi.  

Anbarın  solunda  yenə  də  həyat  vardı.  Alətlər  (hamısı  çarpaz 

zəncirlərlə  bərkidilmiĢ  barmaqlılar  arxasında  bağlı  saxlanırdı,  elə  bil, 

bunlar kürək və kərkilər yox, karabin tüfəngləri idi), əsgilər, həbsxana 

bağçasında  yaz  əkini  üçün  toxum  torbaları,  tualet  kağızı  qutuları, 

həbsxana  mətbəəsi  üçün  altlıqlar...  hətta  beysbol  rombunu  və  futbol 

sahəsində xətləri iĢarələmək üçün əhəng torbası. Məhbuslar otlaq ərazi 

adlandırılan  yerdə  oynayırdılar,  ona  görə  də  Kold  Mauntində  bir 

çoxları payız axĢamlarını həsrətlə gözləyirdi.  

Sağ  tərəfdə  –  yenə  ölüm:  güclü  palıd  ayaqları,  bir  çox  insanın 

həyatının  son  anında onların soyuq tər damcılarını  canına hopdurmuĢ 

geniĢ  qoltuqaltıları,  Baks  Rocers  komikslərindəki  uĢaq  robotun 

kepkasına oxĢayan və adətən, stulun söykənəcəyindən qayğısız Ģəkildə 

asılan  metal  baĢlığı  ilə  taxta  platformanın  üstündə  duran  Qoca 

Qığılcım.  Stuldan  çıxan  kabel  onun  arxasındakı  Ģlak-pasa  blokundan 

olan  divardakı  dəlikdən  keçirdi.  Yanda  üzünə  sink  çəkilmiĢ  vedrə 

vardı.  Onun  içinə  baxsan,  metal  baĢlığın  ölçüsünə  tam  uyğun  yumru 

süngəri  görə  bilərsən.  Edamdan  öncə  onu  duzlu  suda  isladırlar  ki, 



www.vivo-book.com 

 



baĢlıq  naqillə  gələrək  süngərdən  keçən  sabit  cərəyanı  məhkumun 

beyninə yaxĢı keçirsin.  

 

 



 

 

1932-ci  il  Con  Koffinin  ili  idi.  Təfsilatlar  qəzetlərdə  dərc 



edilmiĢdi.  Kimə  maraqlı  idisə,  kimin  enerjisi  Corciyanın  qocalar 

evində öz həyatını baĢa vurmaqda olan qocanın enerjisindən çox idisə, 

bu  məlumatlara  baxa  bilər.  O  vaxt  payız  çox  isti  idi,  indiki  kimi 

yadımdadır,  çox  isti  idi.  Oktyabr  ayı  lap  avqustdakı  kimi  isti  idi. 

Həbsxana  rəisinin  arvadı  Melinda  bir  müddət  Ġndianoladakı 

xəstəxanada  yatdı.  Həmin  payız  həyatımda  ən  ağır  sidik  yolu 

infeksiyasına  tutulmuĢdum.  Xəstəxanada  yatacaq  qədər  ağır  olmasa 

da, hər dəfə sidiyə çıxanda ölümü arzulayacaq qədər ağır idi.  

Bu,  yanında  siçan  gəzdirən,  baĢı  yarı  dazlaĢmıĢ  fransız 

Delakruanın  payızı  idi.  O,  yayda  gəlmiĢdi  və  makara  ilə  çox  gözəl 

fəndlər  edirdi.  Lakin  hər Ģeydən öncə, bu, Con  Koffinin  Detteriklərin 

əkiz  qızlarını  zorlayaraq  öldürdüyünə  görə  ölümə  məhkum  edilərək 

“E” blokuna gəldiyi payız idi.  

Hər növbədə  blokun  mühafizəsini dörd və  ya beĢ gözətçi təmin 

edirdi, amma onların əksəriyyəti müvəqqəti iĢçi idi. Din Stanton, Harri 



www.vivo-book.com 

 



Tervilliger  və  Brutus  Hovell  (yoldaĢları  onu  “Brutal”  (Qaba) 

çağırırdılar, amma bu zarafat idi. Öz ölçülərinə baxmayaraq, o məcbur 

olmasa,  milçəyi  də  incitməzdi)  artıq  həyatda  yoxdular.  Persi  Uetmor 

da  vəfat  edib,  bax  o,  əsil  qaba  idi,  üstəlik  də  axmaq.  Persi  “E” 

blokunda  iĢləmək  üçün  yaramırdı,  amma  onun  arvadı  qubernatorun 

qohumu olduğundan, o, blokda qaldı.  

Məhz  Persi  Uetmor  –  “Meyit  gəlir!  Bura  meyit  gəlir!”  –  deyə 

guya  ənənəvi  olan  cümlələri  qıĢqıraraq  Koffini  bloka  müĢayiət 

etmiĢdi.  

Oktyabr  ayı  olmasına  baxmayaraq,  cəhənnəm  istisi  vardı. 

Gəzinti  həyətinin  qapısı  açıldı  və  içəriyə  parlaq  iĢıqla  bərabər, 

həyatımda  gördüyüm  ən  nəhəng  insan  daxil  oldu  –  təbii  ki,  həyatımı 

boĢa  sərf  etdiyim  bu  yolunu  azmıĢ  əclafların  yurdundakı  “istirahət 

otağında” qoyulmuĢ televizorda gördüyüm bəzi basketbolçular istisna 

olmaqla.  Onun  əllərinə  və  çəllək  kimi  geniĢ  sinəsinə  zəncir 

vurulmuĢdu, ayaqlarına zəncirli buxovlar taxılmıĢdı. O, yaĢıl dəhlizdə 

kameraların  arası  ilə  irəlilədikcə,  buxovların  zəncirləri  Ģaqqıldayırdı. 

Onun bir tərəfində Persi Uetmor, o bir tərəfində isə arıq və cılız Harri 

Tervilliger  gedirdi.  Onlar  əsir  alınmıĢ  ayının  yanı  ilə  gedən  balaca 

uĢaqlara oxĢayırdılar. Hətta Brutus özü onun yanında xırda görsənirdi. 

Baxmayaraq ki, onun boyu iki metr olardı, özü də arıq adam deyildi. 

O,  vaxtilə  LCU  futbol  liqasının  yarımmüdafiəçisi  olmuĢdu.  Onu 

komandadan çıxarandan sonra yenə doğma yerlərinə dönmüĢdü. 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə