www.vivo-book.com
10
Qoca Qığılcımın qucağında ölməzdən əvvəl qısa bir müddət “E”
blokunda qalan məhbusların əksəriyyəti kimi, Con Koffi də qaradərili
idi və boyu iki metrdən hündür olardı. O, televizordakı basketbolçular
kimi, incə və əsnək deyildi, baxmayaraq ki, onun çiyinləri və sinəsi
enli idi və elə bil, onun bədəni əzələlərlə qayıĢ kimi baĢdan-baĢa
qapanmıĢdı. Ona anbardan tapa bildikləri ən böyük paltarları
geyindirmiĢdilər, amma yenə də Ģalvarın manjetləri onun əzələli və
çapıqlı baldırlarının yarısına qədər çatırdı. Köynək sinəsinin alt
hissəsinə qədər açıq idi, köynəyin qolları isə onun biləkləri ilə
dirsəkləri arasında qalırdı. Ġri əlində tutduğu kepkası da nəhəng idi.
Əgər onu qızılağac rəngli daz baĢına qoyardısa, ġarmankaçının
meymununun kepkasına oxĢayardı – bircə fərq o olardı ki, bu kepka
meymunun kepkası kimi qırmızı yox, mavi idi. Ona baxanda adama
elə gəlirdi ki, o, zəncirləri, Milad hədiyyələrindən lent qoparırmıĢ
kimi, asanlıqla qıra bilər. Lakin onun üzünə baxanda anlayırdın ki, o,
belə Ģey etməz. O, üzdən axmağa oxĢamırdı – Persi onun axmaq
olduğunu düĢünsə də (tezliklə Persi onu “əbləh” deyə çağırmağa
baĢladı), bu, sadəcə, çaĢqınlıq ifadəsi idi. O, harada olduğunu, bəlkə də
kim olduğunu anlamağa çalıĢırmıĢ kimi, tez-tez ətrafına baxırdı.
Mənim ilk fikrim onun qaradərili Samsona oxĢaması oldu... sadəcə,
Dalilanın öz xain əli ilə onun baĢını qırxaraq bütün gücünü aldıqdan
sonrakı Samson.
www.vivo-book.com
11
“Meyit gəlir!” – Persi “ayı” adamın biləyindəki zəncirdən darta-
darta qıĢqırırdı. Persi zənciri elə dartırdı, sanki Koffi ayağını yerə
dirəsəydi, onu yerindən tərpədəcəkdi. Harri bir söz deməsə də,
karıxmıĢ görünürdü. “Meyit...”
– Daha bəsdir! – dedim. Koffi üçün ayrılmıĢ kamerada onun
çarpayısında oturmuĢdum. Mən, əlbəttə ki, onun gələcəyindən
xəbərdar idim. Onu qəbul etmək, onunla məĢğul olmaq üçün buraya
gəlmiĢdim, amma onu görənədək həqiqi ölçüləri haqqında heç bir
təsəvvürüm yox idi. Persi mənə elə baxdı, sanki demək istəyirdi ki,
mənim necə əclaf olduğumu hamı bilir (əlbəttə, kiçik qızları öldürən
bu nəhəng divdən baĢqa), amma bir söz demədi.
Onlar üçü də kameranın açıq qapısının önündə dayandılar.
Harrinin: “Onunla təklikdə qalmaq istədiyinizə əminsinizmi, boss?” –
sualına baĢımı yırğaladım. Harrinin səsində həyəcan notları olduğunu
nadir hallarda eĢitmiĢdim – altı və ya yeddi il bundan əvvəl baĢ vermiĢ
qiyamlar zamanı o, tərəddüd etmədən mənim yanımda olmuĢdu, hətta
qiyamçıların silahlı olduğuna dair Ģayiələr gəzməsinə baxmayaraq.
Amma bu dəfə onun səsindəki həyəcanı sezmək olurdu.
– Özünü yaxĢı aparacaqsanmı, igid? – ondan soruĢdum. Onun
çarpayısında oturub özümü necə pis hiss etdiyimi gizlətməyə
çalıĢırdım: sidik yolunun infeksiyası haqqında artıq qeyd etmiĢəm. O
zaman bu infeksiya hələ tam kəskinləĢməmiĢdi, amma qeyd etməliyəm
ki, həmin gün heç də çimərlikdə keçirdiyim gün kimi asan olmamıĢdı.
www.vivo-book.com
12
Koffi yavaĢca baĢını yırğaladı – əvvəlcə sola, sonra isə sağa. O,
gözlərini qırpmadan mənə baxırdı.
Harrinin əlində Koffinin sənədləri olan qovluq vardı.
– Kağızları ona ver, – Harriyə dedim. – Onları onun əlinə ver!
Harri dediklərimi eynilə yerinə yetirdi. Nəhəng müqəvva
laqeydcəsinə onları götürdü.
– Ġndi isə onları mənə gətir, oğlan, – dedim və Koffi zəncirlərini
cingildədərək itaət etdi. Kameraya girmək üçün Koffi baĢını əyməli
oldu.
Onun boyunun optik aldatma olmadığına əmin olmaq üçün bir
neçə dəfə onu baĢdan-ayağa süzdüm. Sənəddə onun boyunun 2.03
metr olduğu göstərilirdi. Çəkisi 127 kq idi. Məncə, bu sadəcə gözəyarı
bir rəqəm idi. Mənə görə, onun çəkisi 160 kq olardı. “Çapıqlar və
xüsusi əlamətlər” qrafasında qeydiyyat vərəqələrinin etibarlı dostu
“Maqnusson” maĢını ilə təkcə bir söz yazılmıĢdı: çoxsaylı.
Mən nəzərlərimi qaldıranda Koffi azacıq kənara çəkildi və
Harrini görə bildim. Harri dəhlizdə Delakruanın kameranın önündə
dayanmıĢdı. Koffi “E” blokuna gətirilən zaman Delakrua bizim yeganə
məhbusumuz idi. Delakrua cılız və dazlaĢmaqda olan birisi idi. Onun
qayğılı üzü israfçılığının üstünün tezliklə açılacağını bilən mühasibi
xatırladırdı. Delakruanın çiynində əhliləĢdirdiyi siçanı oturmuĢdu.
Ġndicə Con Koffi üçün ayrılmıĢ kameranın kandarında Persi
Uetmor dayanmıĢdı. O öz dəyənəyini əldəqayırma çexolundan çıxardı,
www.vivo-book.com
13
istifadə etmək niyyətində olduğu oyuncağa malik bir adam havası ilə
onu yavaĢ-yavaĢ boĢ əlinin ovcuna vurmağa baĢladı. Birdən mən onun
burada olmasına təhəmmül edə bilmədiyimi hiss etdim. Bəlkə də bu
mövsümə uyğun olmayan istidən, bəlkə də qasığımı daim acıĢdıran və
flanel alt paltarının toxunuĢundan dözülməz qaĢınma verən sidik
yolunun infeksiyasından idi. Bəlkə də bunun səbəbi qara dərili bu
əbləhin edam edilmək üçün Ģtatdan bura göndərilməsini və Persinin
açıq-aĢkar onunla bir az əylənmək istəməsini dərk etməm idi. Ola
bilsin ki, onların hamısı əsəblərimə toxunurdu. Hər halda, mən bir
anlıq onun yuxarılarla əlaqələrini unutdum.
– Persi, – dedim, – bu gün lazaret köçür.
– Bununla Bill Doc məĢğuldur.
– Bilirəm, – baĢımı yırğaladım. – Get ona yardım et.
– Bu mənim iĢim deyil, – Persi dirəndi. – Mənim iĢim bu nəhəng
cəmdəkdir. – Persi iribədənli adamları zarafatla “cəmdək” adlandırırdı.
Onun iri adamlardan xoĢu gəlmirdi. O, Harri Tervilliger kimi arıq
olmasa da, bəstəboy idi; davaya atılmağa hazır olan dalaĢqan xoruz
tipli adamlardan idi – xüsusilə də üstünlük onun tərəfində olanda. Persi
öz saçları ilə fəxr edirdi, daim onları sığallamaqdan yorulmurdu.
– Əgər elədirsə, sənin iĢin burada bitib, – dedim. – Lazaretə get.
O, narazılıqla alt dodağını uzatdı. Bill Doc və onun adamları
qutuları, mələfə bağlamaları və hətta çarpayıları daĢıyırdılar. Bütün
Dostları ilə paylaş: |