Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə59/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   55   56   57   58   59   60   61   62   ...   158

www.vivo-book.com 

 

234 



tamam  kor  olmadığına  görə  Allaha  Ģükür  etməliyik.  Biz  dizlərimizin 

üstünə  çöküb  buna  görə  Allaha  çox  həmd-səna  etmiĢik.  Elə  deyilmi, 

Kaleb? 

–  Bəli,  ser,  –  oğlan  utancaq  bir  görkəmlə  atasına  cavab  verdi. 



Məktəbə gedəndə bu oğlanı həmyaĢıdları öz atmacaları, istehzaları və 

uĢağa  qoĢacaqları  qəddar  ayamaları  ilə  hələ  çox  incidəcəkdilər,  onu 

ĢüĢə  fırlatma,  ya  da  poçt  oyununa  heç  kim  dəvət  etməyəcəkdi. 

Yetkinlik  yaĢına  və  ehtiyaclarına  çatandan  sonra  yəqin  ki,  o,  pulu 

ödənməmiĢ bir qadınla seviĢmək üçün heç vaxt yatağa girməyəcəkdi. 

Bu  oğlan  yəqin  ki,  heç  vaxt  öz  həmyaĢıdlarının  mehriban  və  Ģən 

dairəsinə daxil ola bilməyəcək, öz həyatının növbəti əlli, altmıĢ, ya da 

yetmiĢ  ilini  güzgüyə  baxaraq  düĢünəcəkdi:  “Sən  idbarsan,  idbarsan, 

idbarsan”. 

–  Hə,  get,  oğlum,  get  öz  kökəni  ye,  –  deyə  atası  onun  əyilmiĢ 

dodaqlarından öpdü.   

–  Bəli,  ser,  –  deyə  cavab  verəndən  sonra  Kaleb  yerindən 

götürülərək  mətbəxin  qapısında  gözdən  itdi.  Hammersmit  Ģalvarının 

arxa cibindən dəsmalını çıxarıb gözlərini sildi. Onun gözləri quru idi, 

amma  mənə  elə  gəldi  ki,  o,  gözlərinin  həmiĢə  nəm  olmasına  artıq 

vərdiĢ etmiĢdi.  

–  UĢaqlar  dünyaya  gələndə  it  artıq  məhəlləmizdə  idi.  Sintiya 

uĢaqlar  ilə  doğum  evindən  evimizə  qayıdanda,  onları  iyləyib  tanısın 

deyə,  iti  evə  gətirdim  və  Ser  Qalahad  da  körpələrin  əllərini  yaladı. 



www.vivo-book.com 

 

235 



Onların  bapbalaca  əllərini.  –  Sanki  dediklərini  təsdiq  edirmiĢ  kimi 

Hammesmit  baĢını  yırğaladı.  –  Ġt  həmiĢə  onlarla  oynayardı;  Arden 

gülüb  özündən  gedənə  qədər  onun  üzünü  yalamağa  vərdiĢ  eləmiĢdi. 

Kaleb isə onun qulaqlarını dartıĢdırmağı xoĢlayardı və təzəcə gəzməyə 

baĢlayanda  bəzən  Qalahadın  quyruğundan  tutub  həyətdə  dövrələr  də 

vurardı.  Ġt  bit dəfə olsun belə uĢaqlara mırıldanmamıĢdı.  Onların heç 

birinə.  

Ġndi  onun  gözlərində həqiqətən  yaĢ damcıları  göründü. O, artıq 

vərdiĢli bir hərəkətlə gözlərini qeyri-Ģüuri olaraq sildi.  

– Heç bir səbəb  yox idi, – deyə dilləndi. – Kaleb onu heç vaxt 

incitmir, onun üstünə bağırmırdı, ümumiyyətlə, onu hirsləndirə biləcək 

heç nə eləməmiĢdi. Dəqiq bilirəm. Mən özüm o vaxt onların yanında 

idim.  Əgər  orda  olmasaydım,  yəqin  bilirəm  ki,  it  uĢağı  öldürəcəkdi. 

Ümumiyyətlə, iti təhrik edəcək heç nə olmamıĢdı, mister Eckum, heç 

nə!  UĢaq,  sadəcə,  öz  üzünü  düz  itin  burnunun  önünə  gətirmiĢdi.  O 

zaman Ser Qalahadın ağlına nə gəldisə – kim bilir itin ağlında nə var! 

–  o  irəli  atılıb  uĢağı  diĢlədi.  Yəqin  bilərim  ki,  imkanı  olsaydı,  uĢağı 

diĢləri  ilə  dağıdaraq  öldürərdi.  UĢaq  onun  qarĢısında  idi  və  it  uĢağı 

diĢlədi. Koffi də eyni Ģeyi eləyib. Koffi orda olub, uĢaqları artırmada 

yatan görüb, onları qaçırıb, zorlayıb, sonra da qətlə yetirib. Dediniz ki, 

belə  cinayətləri  onun  əvvəllər  də  törətmiĢ  olmasını  göstərə  biləcək 

ipucları olmalıdır. Nə demək istədiyinizi yaxĢı baĢa düĢürəm, lakin o, 

keçmiĢdə  belə  cinayətlər  törətməmiĢ  də  ola  bilər.  Mənim  itim  də 



www.vivo-book.com 

 

236 



əvvəllər heç kimi qapmamıĢdı; sadəcə bir dəfə! Bəlkə də Con Koffini 

azadlığa  buraxsalar,  o,  bir  də  heç  kimə  xətər  yetirməz.  Bəlkə  elə 

mənim itim də heç kimi bir də tutmayacaqdı. Lakin bu haqda düĢünüb 

baĢımı heç yormadım. Sadəcə, tüfəngimi götürüb evdən çıxdım, onun 

xaltasından tutdum və beynini havaya sovurdum.  

O danıĢdıqca, həyəcandan az qala boğulurdu.  

–  Mən  kifayət  qədər  savadlı  adamam,  elə  hamı  kimi,  mister 

Eckum. Kolleci Baulinq Qrində bitirmiĢəm, tarix, jurnalistika və bir az 

da fəlsəfə öyrənmiĢəm, özümü ziyalı hesab edirəm – Ģimallıların ziyalı 

olmağımla  razılaĢmayacaqlarına  baxmayaraq.  Cindəki  bütün  çayları 

mənə  versəydilər  belə,  quldarlığın  geri  qayıtmasını  istəməzdim. 

Məncə,  irqi  problemləri  həll  etməyə  səylər  göstərərkən,  biz  humanist 

və  mərhəmətli  olmalıyıq.  Amma  yaddan  çıxarmamalıyıq  ki,  sizin 

zənciniz imkan tapan anda qurbanını diĢləyəcək, lap elə ağlına kimisə 

diĢləmək  və  bunun  üçün  əlinə  fürsət  düĢmüĢ  mələz  it  kimi.  Bilmək 

istəyirsiniz  ki,  sizin  ağlağan  və  bütün  bədəni  çapıqlarla  örtülmüĢ 

adamınız – mister Koffi – bu cinayəti törədib, ya yox, eləmi? 

Mən razılıq əlamət olaraq dinməzcə baĢımı yırğaladım. 

– Hə, edib, – deyə Hammersmit öz sualına cavab verdi. – O, bu 

cinayəti törədib. Buna qətiyyən Ģübhəniz olmasın və heç vaxt arxanızı 

ona çevirməyin. Onunla ehtiyatsız davranıĢla bir dəfə, ya da yüz dəfə 

...  hətta  min  dəfə...  salamat  qalmaq  olar,  lakin  sonunda...  –  o,  əlini 

mənim  gözlərimin  önündə  havaya  qaldırıb,  barmaqlarını  kəskin 



www.vivo-book.com 

 

237 



Ģəkildə bir neçə dəfə baĢ barmağına vuraraq, diĢləməyə hazır bir ağızı 

təsvir etdi. – Nə demək istədiyimi anlayırsınızmı? 

Yenə dinməzcə baĢımı yırğaladım. 

–  O  qızları  zorlayaraq  öldürüb  və  sonra  da  etdiklərinə  peĢman 

olub...  Amma  bu  peĢmançılığın  nə  faydası  –  qızlar  zorlanmıĢ  və  ölü 

olaraq qalırlar, – heç nəyi geri qaytarmaq olmaz. Siz ona layiq olduğu 

cəzanı verəcəksiniz, elə deyilmi, Eckum? Bir neçə həftə sonra ona elə 

bir cəza verəcəksiniz ki, o, bir də belə cinayətlər törədə bilməsin. – O, 

sözünü  bitirib  yerindən  qalxdı,  artırmanın  məhəccərinə  yaxınlaĢdı  və 

tapdanmıĢ  otluğun  mərkəzində  qoyulmuĢ,  ətrafına  köhnə  nəcis 

qırıntıları  səpələnmiĢ  it  damına  fikirli-fikirli  baxdı.  –  Ġndi  isə  məni 

bağıĢlayın, – deyərək Hammersmit mənə tərəf çevrildi. – Günortadan 

sonra məhkəmə binasına getməli olmadığımdan düĢündüm ki, bu gün 

vaxtımı  öz  ailəmlə  birlikdə  keçirim.  Yəqin  razılaĢarsınız  ki,  adamın 

uĢaqları yalnız bir dəfə balaca olurlar.  

– Hə, əlbəttə, – deyə razılaĢdım. Dodaqlarım keyləĢmiĢdi və elə 

bil  mənim  deyildilər.  –  Mənə  vaxt  ayırıb  görüĢdüyünüz  üçün  sizə 

təĢəkkür edirəm.  

– Dəyməz. Buyurun, xoĢdur, – deyə cavab verdi. 

Hammersmitlərin  evindən  çıxandan  sonra  maĢınıma  oturub, 

birbaĢa həbsxananın yolunu tutdum. Yol uzun və yorucu idi, lakin bu 

dəfə mən müxtəlif havacatlar oxuyaraq baĢımı qata bilmirdim. Elə bil, 

bütün  mahnılar  xatirimdən  tamam  silinmiĢdi,  ən  azından,  bir 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə