«Strateji təhlil».-2014.-№7-8.-S.227-237.
Avropa konstitusiyalari və dünyəvilik prinsipi
Leyla ƏLİYEVA
Bakı Dövlət Universitetinin Konstitusiya və bələdiyyə hüququ kafedrasının doktorantı
leyla aliyeva@yahoo.com
Açar sözlər: Avropa konstitusiyaları, dövlət-din münasibətləri, dinin deprivatizasiya prosesi, dünyəvilik prinsipi,
tolerantlıq, kilsə vergitutması, kilsə hüququ
Keywords: European Constitutions, relationship between religion and state, the deprivatization of religion, the
principle of secularism, tolerance, church tax, the right of church
Ключевые слова: конституция европейских стран, отношения религии и государства, процесс
деприватизации религии, принцип секуляризма, толерантность, церковное налогообложение, церковное
право
Ötən əsrin 90-cı illərindən başlayaraq, Qərbi Avropada dinin deprivatizasiya prosesi, onun vətəndaş
cəmiyyətinə daxil olması başlandı ki, bu da konstitusiya nəzəriyyəsində sekulyarizm və din arasında əlaqələrlə bağlı
müasir problemlərə gətirib çıxarmışdır. Hər üç səmavi din - xristianlıq, islam və yəhudilik dünya haqqında təsəvvür
yaratmaqla yanaşı, öz doktrinalarında sosial idarəçiliyin əsaslarını formalaşdırır və bununla da ictimai həyatın
tənzimlənməsində dinin rolunun mümkünlüyü və mövcudluğunu təsbit edir. Həm dövlət, həm də din səni
nizamlayan və sənin nəzarət edə bilmədiyin təbiət ilə qarşılıqlı əlaqələrin qurulması qaydalarını müəyyənləşdirən
hakimiyyət modelləridir. İlk Avropa respublikaları kilsə tərəfindən Allahın suverenliyinin qəsbkarlığı kimi qəbul
edilirdi. Dövlətlərin dünyəviliyi kilsə kosmologiyasına ciddi zərbə vurdu. Belə ki, bu nəzəriyyədə dövlətlər də daxil
olmaqla hər şey Allahın iradəsinə tabe idi və Avropa monarxları "Allahın mərhəməti" ilə hökmranlıq edirdilər.
Təmiz teokratiyada (məsələn, XIX əsrin sonunda Sudanda mövcud olmuş mehdilik idealogiyasında) ali dini
rəhbər (Məhəmməd Əhməd Mehdi) eyni zamanda ali siyasi lider idi. Teokratiya ilə six bağlı olan eklessiokratiyada
(məsələn, Vatikanda) institusional dini liderlər dövlət hakimiyyətinin sükanı arxasında olsalarda, bu zərurətin ilahi
sənədlərdən qaynaqlandığını bildirmirlər.
Dinin yalnız müsəlman əhalisinin yaşadığı dövlətlərdə dövlət quruluşu və kollektiv eyniliyi
müəyyənləşdirdiyini bəyan etmək yanlış olardı. Qustav Menşiq yazır: "Əgər teokratiya ruhanilərin hakimiyyəti
anlamına gəlirsə, о halda islam teokratiya deyil, çünki islam ruhani tanımır. İslam həmçinin hakimiyyətin
qaynaqlanacağı təkmilləşmiş kilsəyə sahib deyil. Bununla belə, teokratik hakimiyyət forması həm islam, həm Tibet
buddizmində, həm də orta əsrlər xristianlığında təmsil olunur" [1].
Əgər Rene Xirşl tərəfindən təklif olunan "ideal model" növbəti 4 başlıca elementi fərqləndirməklə əsas
götürülsə, о halda bu göstəricilərin əksəriyyəti, 4-cünü çıxmaqla (bəzi Avropa ölkələrində kilsə nikahlarının
məhkəmələr tərəfindən təsdiq edilməsi nəzərə alınmasa), bir sıra Avropa ölkələrində mövcuddur: 1) müasir
konstitusiya nəzəriyyəsinin bütün və ya bir sıra əsas elementlərinə riayət etmək, eləcə də siyasi və dini hakimiyyət
arasında formal hakimiyyət bölgüsü və bu və ya digər formada məhkəmə nəzarətinin mövcudluğu; 2) dövlət
tərəfindən "dövlət dini" kimi təsdiqlənmiş din və ya inamın olması; 3) dini mətn, direktiv və təfsirlərin hüququn
mənbəyi və qanunların məhkəmə təfsirinin əsası kimi konstitusion təsdiqi; 4) öz yurisdiksiyasına sahib olan və
mülki məhkəmələrlə tandemdə fəaliyyət göstərən və ya onları əvəz edən dini təşkilatların və dini məhkəmələrin
qarşılıqlı əlaqəsi [2].
Reallıq ondan ibarətdir ki, Qərbi Avropanın 200 ildən çox keçmiş Böyük Fransa inqilabının dinə
münasibətinin varisi olması anlayışı şərhsiz yalnız Fransaya şamil edilə bilər. Fransız sistemi (laisizm - laıcite) kilsə
və dövlət arasında tam bölgünü özündə ehtiva edir. Dövlət vicdan azadlığını tanıyır, lakin heç bir dini təşkilatı
dəstəkləmir. Din Fransa vətəndaşlarının şəxsi işi hesab edilir (bu qayda Elzas və Lotaringiyaya şamil edilmir).
Oxşar sistem Türkiyədə də mövcuddur.
İrlandiya Konstitusiyasının preambulasında, onun qəbulu ilə bağlı deyilir: "Bütün hakimiyyətlərin gəldiyi
və son ümidimiz kimi insanın və dövlətin bütün hərəkətlərinin getməli olduğu Müqəddəs Üçlüyün adıyla, biz, Eyri
xalqı, bizim atalarımızı çoxsaylı imtahanlarda dəstəkləmiş Müqəddəs Allahımız İsus Xristos qarşısındakı
öhdəliklərimizi tanıyırıq...". İsveçrə Konstitusiyası "Qüdrətli Allahın adı ilə! İsveçrə xalqı və kantonları yaradıcı
qarşısındakı məsuliyyəti dərk edərək..." sözləri ilə başlayır.
Bununla yanaşı, bir çox Avropa ölkələrində dinə rəsmi status verilir. Malta Konstitusiyasının 1-ci
bölməsinin 2-ci maddəsinə əsasən "Maltanın dini Roma katolik apostol dinidir". Bundan əlavə, onun mənəviyyat və
tərbiyədəki prioriteti konstitusion qaydada müəyyən edilir: "Roma katolik apostol kilsəsi orqanları hansı
prinsiplərin ədalətli, hansıların isə yanlış olduğunu tədris etmək öhdəliyinə və hüququna malikdirlər". Bununla da,
"Roma katolik apostol kilsəsinin dini təlimləri bütün dövlət məktəblərində icbari təhsil çərçivəsində tədris
edilməlidir". Norveç Konstitusiyasının 2-ci maddəsində deyilir: "Evangelist-lüterant dini rəsmi dövlət dinidir. Ona
ibadət edən sakinlər öz uşaqlarını bu çərçivədə tərbiyələndirməlidirlər". 12-ci maddə tələb edir ki, Norveç dövlət
Şurası üzvlərinin yarısından çoxu dövlət kilsəsinə ibadət edənlər olsun. Norveç kralı kilsə rəhbəri hesab edilir.
Evangelist-lüterant kilsəsi həmçinin Danimarka, Finlandiya və İslandiyanın da "dövlət kilsəsidir". Norveçlə yanaşı,
Danimarka və Böyük Britaniyada da dövlət başçısı üçün dini məhdudiyyət müəyyən edilib. İsvec, Danimarka və
Böyük Britaniyada monarx dini rəhbər kimi çıxış edir, kilsə isə dövlət aparatının bir hissəsi hesab edilir. Rəsmi din
statusu Lixtenşteyn, Monako və Kiprin konstitusiyalarında da bəyan edilib. Kipr Konstitusiyası zəmanət verir ki,
"Kiprin avtokefal yunan provaslav kilsəsi müqəddəs qanunları və nizamnaməsinə uyğun olaraq, öz daxili işləri və
əmlakı üzərində müstəsna idarəçilik və sərəncam hüququnu özündə saxlayır. Yunan ictimaiyyəti Kiprin yunan
pravoslav kilsəsinin sözügedən hüququna zidd hərəkət edə bilməz" (maddə 110). Kipr Konstitusiya səviyyəsində
pravoslavlığı rəsmi din kimi tanıyır və faktiki olaraq, əhalinin dini baxışlara görə bölünməsini məcburi edir.
Yunanıstan Konstitusiyasının 3-cü maddəsinə əsasən, "Yunanıstanda əsas din şərqi-pravoslav xristian kilsəsidir".
Yunanıstan Konstitusiyası pravoslav dininin əsas din kimi tanınması ilə yanaşı, ənənəvi olaraq, teologiyaya aid
məsələləri də tənzimləyir: "Müqəddəs yazıların mətni dəyişməz qalır. Yunanıstanın Aftokefal Kilsəsi və Ali
Konstantinopol Kilsəsinin icazəsi olmadan onların başqa dilə rəsmi tərcüməsi qadağan edilir" (maddə 3). Bundan
əlavə, Yunanıstan Konstitusiyasının 13-cü maddəsinə əsasən, prozelitizm də qadağan edilir. İtaliya və İspaniya
konstitusiyalarında katolik kilsəsi xüsusi qeyd olunur. Bu, onunla əlaqədardır ki, 1982-ci ilədək İtaliyada, 1978-ci
ilədək isə İspaniyada katolisizm rəsmi din idi.
Əhalisinin əksəriyyəti xristian dininə etiqad edən keçmiş sosialist dövlətləri də din məsələsini sükutla
keçməmişiər. Bolqarıstan Konstitusiyasının 13-cü maddəsinə əsasən, "Bolqarıstan Respublikasında ənənəvi din
şərqi-pravoslav etiqadıdır". Makedoniya Konstitusiyasında Makedoniya pravoslav kilsəsi xüsusi vurğulanır (maddə
19). Polşa Konstitusiyası müəyyən edir ki, Polşa Respublikası və katolik kilsəsi arasında münasibətlər Apostol
Paytaxtı ilə imzalanmış beynəlxalq müqavilə ilə tənzimlənir (maddə 25). Qeyd olunmalıdır ki, əhalisinin əksəriyyəti
müsəlman olan keçmiş sosialist ölkələrinin - Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Bosniya və
Herseqovina - konstitusiyalarında hər hansı rəsmi, dövlət və ya digər konkret dinlər əks olunmur.
Aİ üzvlərinin əksəriyyətinin konstitusiyalarında olduğu kimi Almaniya Konstitusiyasında da
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində əks olunmuş müddəaya analoji ifadə mövcud
deyil: Azərbaycan dövləti - dünyəvi dövlətdir. Bunun əksinə olaraq, Almaniya Konstitusiyasına əsasən, “dini
təlimlər qeyri-konfessial məktəblər istisna olmaqla, dövlət məktəblərində, dövlət nəzarətinə xələl
gətirmədən, məcburi fəndir.
Hər hansı dinə dövlət statusunun verilməsi konstitusion düzəliş deyil. Bu və ya digər ölkələrdə müvafiq
konstitusiya normalarının təcəssümü dövlət başçısı və kilsə başçısı vəzifələrinin birləşməsi, bəzi vəzifəli şəxslərin
kilsəyə zəruri bağlılığı, kilsə hüququnun ölkənin hüquq sisteminə daxil edilməsi, kilsənin daxili strukturu və
idarəçilik məsələlərinin dövlət tərəfindən nizamlanması, kilsə xidmətçilərinin müxtəlif dövlət orqanlarına təyin
edilməsi, kilsənin dövlət tərəfindən maliyyələşdirilməsi, vətəndaşlar tərəfindən kilsə vergilərinin verilməsi, kilsə
xidmətçilərinin dövlət qulluqçusu kimi nəzərdən keçirilməsi, kilsə tərəfindən bəzi dövlət funksiyalarının həyata
keçirilməsi, kilsənin təhsil sisteminə maneəsiz çıxışı, kilsə yurisdiksiyasının mövcudluğu, dövlət kilsəsinin
statusunun digər dini təşkilatların statusundan fərqləndirilməsi mahiyyəti daşıyır.
Kilsə vergitutması Danimarka, Finlandiya, İtaliya, ispaniya, Estoniya, Avstriya və İsveçrədə mövcuddur.
Yalnız Almaniyada kilsə vergiləri dövlət vergi orqanları tərəfindən yığılır və bəzi mənbələrə görə, kilsəyə illik 4
milyard avro gəlir gətirir. "Ümumi hüquq əsasında Korporasiya" kimi qeydiyyatdan keçmiş bütün dini təşkilatlar
vergidən azad edilir və ikili hüquqdan istifadə edirlər, hansılarki digər hallarda dövlətin müstəsna hüququ olur:
vergiləri təyin etmək və dinin əsaslarını məktəblərdə tədris etmək. Bununla yanaşı, "Ümumi hüquqa uyğun
Korporasiya" statusunun əldə edilməsi üçün dini təşkilatlara bir sıra tələblər (dövlətə sədaqət də daxil olmaqla) irəli
sürülür. "Yehovanın Şahidləri"nə "Ümumi hüquqa uyğun Korporasiya" statusu verilmir. Belə ki, bu dini təşkilat
dövlətə qeyri-loyal kimi tanınır (öz üzvlərinə dövlət orqanlarına seçkilərdə iştirakı qadağan edir).
Aİ üzvlərinin əksəriyyətinin konstitusiyalarında olduğu kimi Almaniya Konstitusiyasında da Azərbaycan
Respublikası Konstitusiyasının 7-ci maddəsində əks olunmuş müddəaya analoji ifadə mövcud deyil: Azərbaycan
dövləti - dünyəvi dövlətdir. Bunun əksinə olaraq, Almaniya Konstitusiyasına əsasən, “dini təlimlər qeyri-(maddə
7). Beləliklə də, Əsas qanuna uyğun olaraq dövlət məktəblərində dinin tədrisi xüsusi deyil, ictimai məsələ kimi
qeyd olunur və riyaziyyat, biologiya, fizika və s. dərslərdən fərqli olaraq, konstitusiya qaydasında məcburidir.
Avropa konsepsiyasına əsasən, dlni təş kilatlar peşəkar ittifaqlardan fərqli olaraq "təzyiq qrupu"
kimi xarakterizə olunmurlar (hətta Fransada). Etiraf etmək yerinə düşər ki, dini təş kilatlar dövlətin
maraqlarında olan vacib ictimai funksiyaları yerinə yetirirlər. Avropa ölkələrində bu funksiyaların dairəsi
kifayət qədər genişdir (məktəb, ordu və islah müəssisələrində mənəvi təsəlli vermək, ailə dəyərlərini
mühafizə etmək və s.).
Yuxarıda qeyd olunan dövlətlərin hamısı kifayət qədər dünyəvi dövlətlərdir və onları dini radikalizmi
yetişdirməkdə ittiham etmək düzgün olmazdı. Lakin dini dövlət prinsiplərinə zidd olan normalar bu dövlətlərin
konstitusiya qanunlarında yer almaqda davam edir və ehtimal var ki, bu normalar yaxın gələcəkdə dəyişməz olaraq
qalacaqlar. Avropa insan Hüquqları Məhkəməsinin qərarına baxmayaraq, xüsusilə də Yunanıstan öz
konstitusiyasında dəyişiklik etmək niyyətində deyil. Yunan təbəəsi Minos Kokinakis "Yehovanın Şahidi" olduğu
1936-cı ildən başlayaraq prozelitizmə görə 60 dəfədən çox həbsə məruz qalmışdır ki, sonuncu həbs də 1986-cı ildə
baş vermişdir. 1993-cü il mayın 25-də Avropa məhkəməsi prozelitizm məsələsi ilə əlaqədar Yunanıstana
münasibətdə hər hansı təzyiqə və ya digər qeyri-qanuni hərəkətlərə yol vermədiyinə görə orada prozelitizmi həyata
keçirən yunanlının məhkum edilməsinin yolverilməzliyini bildirən qərar qəbul etmişdir [3]
Ümumilikdə, Avropa konsepsiyasına əsasən, dini təşkilatlar peşəkar ittifaqlardan fərqli olaraq "təzyiq
qrupu" kimi xarakterizə olunmurlar (hətta Fransada). Etiraf etmək yerinə düşər ki, dini təşkilatlar dövlətin
maraqlarında olan vacib ictimai funksiyaları yerinə yetirirlər. Avropa ölkələrində bu funksiyaların dairəsi kifayət
qədər genişdir (məktəb, ordu və islah müəssisələrində mənəvi təsəlli vermək, ailə dəyərlərini mühafizə etmək və s.)
Avropada din və dövlət arasındakı qarşılıqlı münasibətlərin nizamlanmasının dərin tarixi kökləri
mövcuddur. Burada IX əsrdə dövlət deyil, daha çox dövlət formasında olan kilsə meydana çıxmışdır. Dövlətəbənzər
kilsələr, eləcə də dünyəvi hakimiyyətlər arasında əməkdaşlıq və rəqabət yer alırdı ki, sonuncu da bəzi hallarda oz
kəskinliyi ilə fərqlənirdi. Avropa tolerantlıq konsepsiyası ilə bağlı Marqarit Moor yazır: "Tolerantlıq sözü, adətən,
hörmət ifadəsi ilə eyni vaxtda səsləndirilir, lakin XVI-XVII əsrlərə gedib çıxan tolerantlığımızın əsasında bir damla
da hörmət dayanmır. Əksinə, biz digər dinlərə nifrət etmişik, katoliklər və kalvinistlər bir-birinin gözündə heç bir
hörmətə sahib deyildilər. Bizim 80 illik müharibəmiz isə tək İspaniyaya qarşı üsyan deyil, katolisizmə qarşı
ortodoksal kalvinistlərin qanlı cihad idi" [4]. Avropa dünyəviliyi və tolerantlığının təməli məhz bu cür
qoyulmuşdur. Digər dinlərə qarşı dözümlülük Avropada uzunmüddətli qanlı müharibələr nəticəsində yaranmışdır.
Bu Avropa xalqlarının xilası idi ki, bu da 1648-ci il Vestfal sülh sazişində normativləşdirilmişdir. Fikrimizcə, bu
tolerant modelinin tarixən təhkimli kimi qəbul edilməsi bir sıra Avropa ölkələrinin konstitusiyalarında dünyəvilik
prinsipinə zidd normaların yer almasının izahı ola bilər.
Azərbaycan dözümlülük modeli öz mahiyyət göstəricilərinə görə Avropadakından fərqlənir. Azərbaycan
Cənubi Qafqazın yeganə ölkəsidir ki, dövlətin hər hansı dinə neytral münasibəti ardıcıl şəkildə həyata keçirilir.
Azərbaycanın dünyəvi mahiyyəti Konstitusiyanın 7-ci maddəsinin I hissəsində və 18-ci maddəsinin I hissəsində əks
olunmuşdur. Cənubi Qafqazın digər iki dövlətində dövlət və din arasındakı qarşılıqlı münasibətlərin nizamlanması
Azərbaycandakından fərqlənir. Məsələn, Gürcüstan Konstitusiyası ənənəvi din statusunu qeyd edir. Bunun əsasında
dövlət "Gürcüstan dövləti və Gürcüstan aftokefal pravoslav apostol kilsəsi arasında konstitusiya sazişi"ni
imzalayaraq, ona bir sıra üstünlüklər təqdim etmişdir. Ermənistanın "Vicdan və dini təşkilatlar haqqında''
Qanununun preambulasında və 17-ci maddəsində Ermənistan apostol kilsəsi erməni xalqının milli kilsəsi kimi
göstərilir. Qanuna əsasən, ölkə hüdudları xaricində də fəaliyyət göstərən Ermənistan apostol kilsəsi beynəlxalq
hüquq normaları çərçivəsində Ermənistan Respublikası tərəfindən mühafizə olunur.
Azərbaycanın dinə bitərəf münasibətinin öz dərin mədəni və tarixi kökləri var. Azərbaycan xalqının
tolerantlığı mədəni fenomen olmaqla yanaşı, sistemformalaş dıran sivilizasiya faktorudur.
Azərbaycanın dinə bitərəf münasibətinin öz dərin mədəni və tarixi kökləri var. Azərbaycan xalqının
tolerantlığı mədəni fenomen olmaqla yanaşı, sistem formalaşdıran sivilizasiya faktorudur. Azərbaycan tarixən üç
dinin - islam, xristianlıq və yəhudilik kəsişməsi olmuşdur. IV əsrdən başlayaraq, parfların xristian missionerlərinin
səyi ilə Azərbaycanda xristianlıq yayılmağa başlamışdır. Azərbaycanın şimalı rəsmi dini yəhudilik olan Xəzər
xaqanlığının tərkibinə daxil olmuşdur. Bu günə kimi Azərbaycanın şimal şərqində yaşayan əhalinin müəyyən
hissəsi yəhudiliyə etiqad edir. VII əsrdə Azərbaycanın ərəblər tərəfindən işğalından sonra əhalinin əksəriyyəti
islamı qəbul etmişdir. Bununla belə, bundan sonrakı 1000 ildən artıq müddətdə, XIX əsrin birinci yarısına kimi
xristian Alban kilsəsi öz muxtar (aftokefal) statusunu saxlayırdı. 1828-ci ilədək 10 Azərbaycan dövləti (xanlığı)
Rusiya imperiyasının tərkibinə daxil edildi və artıq 1836-cı ildə erməni qriqorian kilsəsinin müraciəti əsasında
alban aftokefal kilsəsi çar hakimi tərəfindən ləğv edildi və onun əmlakı erməni katolikosuna ötürüldü. Bu şərait
dövlət və din arasındakı qarşılıqlı münasibətlərin həm konstitusiya, həm də qanunvericilik səviyyəsində hüquqi
təsbitində və müvafiq olaraq da bu sahədəki Azərbaycan qanunvericiliyinin anlaşılmasında əsas rol oynamışdır.
Siyasi hakimiyyətin dinin qəyyumluğundan qurtarılması prosesi Avropada Böyük Fransa inqilabının
başlaması ilə öz kulminasiya nöqtəsinə çatmışdır. Dövlət hakimiyyətinin legitimləşdirilməsi problemi Avropada
konfessial dağınıqlığının dünyəvi plüralizmin inkişafına gətirməsi və getdikcə siyasi hakimiyyəti "ilahi
mərhəmətdən" məhrum etməsi nəticəsində meydana çıxmışdır. Yeni dövlət üçün sistem formalaşdıran iki faktor
mövcud idi: dövlət hakimiyyəti suverenliyinin monarx görkəmində cəmlənməsi, habelə dövlət və cəmiyyət
bölgüsünün milli suverenliklə əvəzlənməsi (fiziki şəxslər zəruri olan minimum subyektiv azadlıqlar ilə təmin
edilirdilər), təbəələrin hüquqları isə insan və vətəndaş hüquqlarına, başqa sözlə, liberal və siyasi vətəndaş
hüquqlarına çevrilmişdir. Dünyəvi dövlətə digər legitimlik mənbələri axtarmaq zəruri idi.
Bu gün sabit və səmərəli, ən vacibi isə legitim idarəçilik sisteminin yaradılması Avropa İttifaqının
gələcək mövcudluğu baxımından əsas məsələdir.
Bu gün sabit və səmərəli, ən vacibi isə legitim idarəçilik sisteminin yaradılması Avropa İttifaqının gələcək
mövcudluğu baxımından əsas məsələdir. 1973-cü ildən etibarən Aİ qanunlarının üstünlüyü prinsipinin ardıcıl
tətbiqi və onların dərin şəkildə milli hüquq sistemlərinə inkorporasiyası nəticəsində Aİ-yə üzv dövlətlərin milli
suverenliklərinin məhdudlaşdırılması prosesi başlanmışdır. Prosesin məntiqi davamı olaraq, 2001-ci ilin
dekabrında Konstitusiya Komissiyası təsis edilmiş və sonuncu da 20 iyun 2003-cü il tarixində Aİ-nin Salonikidə
keçirilmiş Sammitində Avropa Konstitusiyasının layihəsini təqdim etmişdir. Sonradan Aİ öz idarə strukturları üçün
maksimum dərəcədə legitimlik almağa və Aİ üzvlərinin maksimum dəstəyinə çalışmışdır. 2004-cü ildə 450
maddədən və 300 səhifədən ibarət olan kifayət qədər geniş bir sənəd referenduma çıxarılmışdır. Sadə "hə" və ya
"yox" cavabı ilə, həcminə görə dünyanın ən böyük konstitusiyası olan Hindistan Konstitusiyası ilə müqayisə oluna
biləcək sənədin qiymətləndirilməsi gözlənilən uğursuzluqla yekunlaşmışdır. Lakin sənədin bəzi xüsusiyyətləri
dinin konstitusiya nəzəriyyəsindəki rolu ilə bağlı müzakirələr baxımından əhəmiyyət kəsb edir. Avropa
Konstitusiyasının preambulasında qeyd olunur ki, Avropa xalqları "milli kimlikləri və tarixləri ilə fəxr edirlər" və
"öz köhnə narazılıqlarını həll etmək və daha da six biləşərək öz ümumi gələcəklərini müəyyən etmək
qətiyyətindədirlər". Bununla da "çoxtərəflilikdə yeganə olaraq" Avropanın "insan ümidlərinin xüsusi sahəsinə"
çevirmək layihəsini həyata keçirəcəklər. Eyni zamanda, preambulanın ilkin variantına əsasən, təməl prinsip kimi
"yəhudi-xristian dəyərləri" çıxış etməlidirlər.\
Funksional inteqrasiyanın maksimumluğuna çatmış və Avropa demoslarının formalaşması bitməmiş Aİ
Konstitusiyasının əsasının inkişaf etdirilməsinin davam edən prosesində ümumi xristian mədəniyyətinə və
ənənələrinə çağırış Avropa layihəsinin inkişafı üçün vətəndaşların həmrəyliyinin zəmanət altına alınmasının
sonuncu ümid kimi görünə bilər. Bəyan edilmiş dünyəviliyə baxmayaraq qeyd olunmalıdır ki, Avropanın milli
konstitusiyalarının maddi və institutlaşdırılmış müddəaları və Avropa konstitusionalizminin əsasında duran xristian
dəyərləri Avropanın sekularizminin, о cümlədən maarifçilik layihəsinin ümumilikdə sonunun başlanğıcı idi.
Mövcud olan konstitusiyaların təcrübəsinə uyğun olaraq dövlət və din arasında olan əlaqələrin
tənzimlənməsinin beş əsas modelini qeyd etmək olar. Onlar aşağıdakılardır: 1) dinin ictimai sahədən tam istisna
edilməsi (məsələn, fransız və Azərbaycan modeli); 2) dünyəvi aqnostisizm modeli, dövlət dinlərə qarşı neytral
mövqe saxlamağa çalışsa da, ateizm və qeyri-dini təlimlərlə müqayisədə dinə üstünlük verilməsi (bu Amerika
konstitusiyanın hüquq spesifikasıdır); 3) dünyəvi konfessional model, əhalinin böyük əksəriyyətinin əsas dininin
dövlət tərəfindən tənzimləməsinin elementlərini özündə ehtiva edir və konstitusional dövlət quruluşuna dini
üstünlüklərin daxil edilməsi (məsələn, İtaliyada və Bavariyada çarmıxa çəkilmə milli kimliyin dünyəvilik rəmzi
kimi tanınır); 4) dini azlıqlara münasibətdə institutlaşdırılmış dözümlülük ilə rəsmi dinin mövcudluğu (məsələn,
Böyük Britaniya və Skandinaviya ölkələri) və 5) ilk növbədə diqqətin hər bir dini icmanın kollektiv
özünüidarəetməsinə verilməsi, bu da dövlət quruluşunda öz əksini tapır (məsələn, Kipr); 6) əksəriyyətin dininin
dövlət tərəfindən sərt dəstəklənməsi modeli, həmçinin prozelitizmin qadağan edilməsi yolu ilə (Yunanıstan).
Yuxarıda qeyd olunduğu kimi, Avropada sekularizm qeyri-sivilizasiya faktorudur və bütün bu modellərdə
istənilən digər süni konstruksiyalarda olduğu kimi boşluqlar var ki, bunlar da kifayət qədər əhəmiyyətli
boşluqlardır. Onlar sekularizmin idealı olmamaqla yanaşı, eyni zamanda dini və dünyəvi sahələrdə, həmçinin dini
azlıqlara münasibətdə qarşıya qoyulan məqsədlərə nail olmurlar. Birinci model dinə münasibətdə neytral mövqe
güdür, lakin cəngavər sekularizm hüquqi dini azlıqlara qarşı fəal istifadə oluna bilər (Fransada - müsəlman azlıqlara
qarşı). ikinci model ayrı-seçkilik etməsə də, o, inamı olmayanları pis vəziyyətdə qoyur və onun çərçivəsində digər
dinlərə münasibətdə bəyan olunmuş neytrallığa baxmayaraq güclənən dini azlığa münasibətdə əsas dinə güzəştlər
verir. Üçüncü model dünyəvilik konfessionalizasiyasına və əhalinin dindar hissəsi ilə mübarizəyə gətirib çıxara
bilər: bəziləri ictimai sahənin dini simvolizm ilə dolu olduğunu, digərləri isə onların dini hislərinə hörmət
edilmədiyini hesab edəcək. Bundan başqa, üçüncü model dördüncü model kimi azlıqların dini hörmətsizliyi və
sıxışdırılması ilə yanaşı, dövlətin inanclara qarşı bərabər olmadığı məqamlar ilə doludur. Beşinci model
sekulyarizmdən uzaqlaşma ilə yanaşı, bir fərd üzərində qrupun həddindən artıq güclü olmasına, eyni zamanda digər
konfesiyaların tanınmamasına gətirib çıxarır. Nəhayət, altıncı model qeyri-dövlət dinlərin nümayişkaranə
ayrı-seçkiliyindən başqa bir şey deyil.
Buna baxmayaraq, Avropa üçün dövlət və ya siyasi partiyalar tərəfindən ədalət duyğusunun verilməsi,
yaxud təməl xidmətlər ilə təmin edilməsi mümkün olmadıqda əmələ gələn boşluqların digər təşkilatlar tərəfindən
doldurulması barədə Şeri Bermanın nəticəsi aktual olaraq qalır [6]. Dində hazır olan legitimlik mənbəyi artıq
mövcuddur. Dinin ən aktual suallara əsrlərlə sübut olunmuş cavabları var və buna görə də o, cəmiyyətin tam
səfərbərliyi.üçün rahat və effektiv vasitəsidir. O, ideologiyadan fərqli olaraq populyarlaşmasına böyük xərclər tələb
etməyən bahalı olmayan vasitədir. Onun siyasi platformalara, partiyaların proqramlarına, həyata keçirilməli olan
seçkiqabağı vədlərə ehtiyacı yoxdur. Bütün zəruri məqamlar artıq müqəddəs mətnlərdə qeyd olunub.
Dinin deprivatizasiyası ilə birlikdə universal rifahlı dövlətinyaranması dövlət sahəsi və şəxsi həyat arasında
olan ənənəvi sərhədi getdikcə pozur. Birtərəfdən, dövlət bütün müasir siyasi sistemdə daha da çox iştirak edir. O,
dövlət təhsilini, səhiyyəni, dövlət tərəfindən tibbi tədqiqatların maliyyələşdirilməsini və ictimai, о cümlədən
individual malların paylaşdırılması ilə təmin edir. Eyni zamanda, müasir dövlət ənənəvi hesab olunan sırf özəl
sahəyə daha da dərindən müdaxilə edir. Həyat yoldaşları, valideynlər və uşaqlar arasında olan əlaqələr kimi,
valideynlərin şəxsi həyatlarının ən özəl aspektləri də tənzimlənilir.
Digər tərəfdən, din ictimai sahədə daha fəal olmağa çalışır. Dini nikahların hüquqi tanınması ən
diqqətəçarpan nümunədir (İspaniya, Kipr və s.). Dini təşkilatlar dünyəvi ictimai sahədə olan abort mövzusunda
müzakirələr, evtanaziya, gövdə hissələrin tədqiqatı, klonlama və digər bir çox məsələlər üzrə olduqca fəal işləyirlər.
Bundan başqa, bu prosesdə ən maraqlısı odur ki, dini təşkilatlar dövlətin öz dini ənənələrindən və təəssüratlarından
irəli gələn, digər dini hərəkatlar və dünyəvi idarəçiliyin davamçıları ilə qəbul olunmayan normativ
məhdudiyyətlərin tətbiq edilməsi kimi öz dini mövqelərinə uyğun bütün ictimai sahəni dəyişdirməyə çalışırlar. Bu
isə insanların sırf şəxsi işlərinə qarışmaq deməkdir. Din ilk öncə dünyagörüşü və dünya hissidir, özünün cəmiyyətdə
qəbul edilməsidir, yəni insanın mövcud olan ən özəl sahəsidir.
Dövlətin bu sahəyə qarışması cəmiyyətdə maraqların balansını, ədalətli və neytral, bütün vətəndaşlar ilə
bərabər davranan dövlət prinsipini pozur. Məntiqli hüquqi təhlil aparmaq imkanı verməyən xüsusi dini üstünlüklər
qanun səviyyəsinə qaldırılır. Müvafiq olaraq, digər etirafların quraşdırmalarına riayət etməyən dini və ya dünyəvi
azlıq ilahinin ayrı mənada tanınmasından başqa qanunun pozulmasında ittiham olunacaq. ictimai sahədə dinin fəal
rolunun artırılması nəticəsində dövlətin dini üstünlüklərin məcburi tətbiq edilməsi vasitəçisinə çevrilməsi ilə
yanaşı, eyni zamanda dövlətin özəl sahəyə qarışmasının güclənilməsi tendensiyalarını nəzərə alaraq, sual yaranır:
neytral, sekulyar dövlətin Avropa layihəsinin canlandırılması üçün heç bir cəhd etmədən orta əsrin kilsə vergisinin
və dövlət məktəblərində məcburi dini təhsilin saxlanılması, özəl və ictimai prozelitizmin dəqiq bölgüsü olmadan
onun qadağan edilməsi şəraitində ateizm, din və dövlət arasında konstitusiya balansının əlaqələrinin axtarışının hələ
də bir mənası varmı?
İstifadə edilmiş ədəbiyyat:
1.
Gustav Mensching. Soziologie der Grossen Religionen. Bonn: Luwing Röhrscheid, 1966, p. 73.
2.
Ran Hirschl .The Rise of Constitutional Theocracy. - Harvard International Law Journal v.49 (2008),
p.73-74.
3.
Kokkinakis V. Greece (application №14307/88 ECHR 25 May 1993).
4.
Margriet de Moor. Alarmglocken, die am Herzen hängen. In: - Thierry Chervel ,Anja Seeliger (Hg.). Islam
in Europa. Frankfurt a. М.: Suhrkamp , 2007, p. 211.
5.
J. H. Weiler. The Constitution of Europe. Cambridge: Cambridge University Press. 1999, pp.19-45, 96-99.
6.
Sheri Berman. The Primacy of Politics: Social Democracy and the Making of Europe's Twentieth Century.
Cambridge: Cambridge University Press 2006 , p.209.
Leyla Aliyeva
European Constitutions and the principle of secularism
The deprivatization of religion and its emergence in the European civil society coincides with the 90's of
20th century. This have led to a number of problems between secularism and religion.
The article mentions that it would not be appropriate to declare that political system and collective identity
is determined by religion only in the Moslem countries.
There have been a number of countries (namely Ireland, Switzerland, Sweden, Malta, Norway, Denmark,
Lichtenstein, Greece, Cyprus etc.) that declared the official religious status in their constitution.
There is no any official or other kind of religious mentions in the constitutions of the post-socialist Moslem
countries like Azerbaijan, Kyrgyzstan, Kazakhstan, and Bosnia and Herzegovina.
The author has pointed out 5 main models of regulations between state and religion according to the
Constitutions of European countries and has thoroughly analyzed the issue.
The model of tolerance in Azerbaijan is distinguished from that of in Euro pean countries. Azerbaijan is the
sole state in the Southern Caucasus region that maintains a neutral attitude towards any religion. The neutralist
attitude towards religions has deep cultural and historical roots. The tolerance of Azerbaijani nation is both a
cultural as well as system-forming factor of civilization.
Лейла Алиева
Конституции европейских стран и принцип секуляризма
Процесс деприватизации религии в Западной Европе и ее вхождение в гражданское общество
приходится на 90-е годы XX века. В конституционной теории это приводит к современным проблемам,
связанным с секуляризмом и религиозными отношениями.
В статье отмечается, что было бы ошибочным заявлять о том, что религия определяет
государственное строительство и коллективную идентичность только в государствах с мусульманским
населением. Так, официальный статус религии отмечен во многих конституциях европейских стран (в том
числе в Ирландии, Швеции, Мальте, Норвегии, Дании, Лихтенштейне, Монако, Греции, Кипре и т. д.). В
конституциях бывших социалистических стран (Болгария, Македония, Польша), большинство населения
которых составляют христиане имеются соответствующие статьи, связанные и с религией.
В конституциях бывших социалистических стран, большинство населения которых составляют
мусульмане (Азербайджан, Кыргызстан, Узбекистан, Казахстан, Босния и Герцеговина) любые
официальные, государственные и иные конкретные религии не отражаются.
Автор провел исследование и отметил пять ключевых моделей регулирования связи между
государством и религией в соответствии с существующими конституциями европейских стран.
Азербайджанская модель толерантности по своей природе отличается от Европейской. Азербайджан
является единственной страной на Южном Кавказе, где нейтральное отношение правительства к
вероисповеданию осуществляется в последовательном порядке. Нейтральное отношение Азербайджана к
религии имеет свои глубокие культурные и исторические корни. Толерантность Азербайджанского народа,
будучи культурным феноменом, является системообразующим фактором цивилизации.
Dostları ilə paylaş: |