«Strateji təhlil». 2014.№7 S. 227-237. Avropa konstitusiyalari və dünyəvilik prinsipi Leyla ƏLİyeva



Yüklə 88,84 Kb.

tarix30.10.2018
ölçüsü88,84 Kb.


«Strateji təhlil».-2014.-№7-8.-S.227-237.

Avropa konstitusiyalari və dünyəvilik prinsipi

Leyla ƏLİYEVA

Bakı Dövlət Universitetinin Konstitusiya və bələdiyyə hüququ kafedrasının doktorantı

leyla aliyeva@yahoo.com

Açar  sözlər:  Avropa  konstitusiyaları, dövlət-din  münasibətləri,  dinin  deprivatizasiya  prosesi,  dünyəvilik  prinsipi,

tolerantlıq, kilsə vergitutması, kilsə hüququ



Keywords:  European  Constitutions,  relationship  between  religion  and  state,  the  deprivatization  of  religion,  the

principle of secularism, tolerance, church tax, the right of church



Ключевые  слова:  конституция  европейских  стран,  отношения  религии  и  государства,  процесс

деприватизации  религии,  принцип  секуляризма,  толерантность,  церковное  налогообложение,  церковное

право

Ötən  əsrin  90-cı  illərindən  başlayaraq,  Qərbi  Avropada  dinin  deprivatizasiya  prosesi,  onun  vətəndaş



cəmiyyətinə daxil olması başlandı ki, bu da konstitusiya nəzəriyyəsində sekulyarizm və din arasında əlaqələrlə bağlı

müasir problemlərə gətirib çıxarmışdır. Hər üç səmavi din - xristianlıq, islam və yəhudilik dünya haqqında təsəvvür

yaratmaqla  yanaşı,  öz  doktrinalarında  sosial  idarəçiliyin  əsaslarını  formalaşdırır  və  bununla  da  ictimai  həyatın

tənzimlənməsində  dinin  rolunun  mümkünlüyü  və  mövcudluğunu  təsbit  edir.  Həm  dövlət,  həm  də  din  səni

nizamlayan  və  sənin  nəzarət  edə  bilmədiyin  təbiət  ilə  qarşılıqlı əlaqələrin  qurulması qaydalarını müəyyənləşdirən

hakimiyyət  modelləridir.  İlk Avropa  respublikaları kilsə  tərəfindən  Allahın  suverenliyinin  qəsbkarlığı  kimi  qəbul

edilirdi. Dövlətlərin dünyəviliyi kilsə kosmologiyasına ciddi zərbə vurdu. Belə ki, bu nəzəriyyədə dövlətlər də daxil

olmaqla hər şey Allahın iradəsinə tabe idi və Avropa monarxları "Allahın mərhəməti" ilə hökmranlıq edirdilər.

Təmiz teokratiyada (məsələn, XIX əsrin sonunda Sudanda mövcud olmuş mehdilik idealogiyasında) ali dini

rəhbər (Məhəmməd Əhməd Mehdi) eyni zamanda ali siyasi lider idi. Teokratiya ilə six bağlı olan eklessiokratiyada

(məsələn, Vatikanda) institusional dini liderlər dövlət hakimiyyətinin sükanı arxasında olsalarda, bu zərurətin ilahi

sənədlərdən qaynaqlandığını bildirmirlər.

Dinin  yalnız  müsəlman  əhalisinin  yaşadığı  dövlətlərdə  dövlət  quruluşu  və  kollektiv  eyniliyi

müəyyənləşdirdiyini  bəyan  etmək  yanlış  olardı.  Qustav  Menşiq  yazır:  "Əgər  teokratiya  ruhanilərin  hakimiyyəti

anlamına  gəlirsə,  о  halda  islam  teokratiya  deyil,  çünki  islam  ruhani  tanımır.  İslam  həmçinin  hakimiyyətin

qaynaqlanacağı təkmilləşmiş kilsəyə sahib deyil. Bununla belə, teokratik hakimiyyət forması həm islam, həm Tibet

buddizmində, həm də orta əsrlər xristianlığında təmsil olunur" [1].

Əgər  Rene  Xirşl  tərəfindən  təklif  olunan  "ideal  model"  növbəti  4  başlıca  elementi  fərqləndirməklə  əsas

götürülsə,  о  halda  bu  göstəricilərin  əksəriyyəti,  4-cünü  çıxmaqla  (bəzi  Avropa  ölkələrində  kilsə  nikahlarının

məhkəmələr  tərəfindən  təsdiq  edilməsi  nəzərə  alınmasa),  bir  sıra  Avropa  ölkələrində  mövcuddur:  1)  müasir

konstitusiya nəzəriyyəsinin bütün və ya bir sıra əsas elementlərinə riayət etmək, eləcə də siyasi və dini hakimiyyət

arasında  formal  hakimiyyət  bölgüsü  və  bu  və  ya  digər  formada  məhkəmə  nəzarətinin  mövcudluğu;  2)  dövlət

tərəfindən  "dövlət  dini"  kimi  təsdiqlənmiş  din  və  ya  inamın  olması;  3)  dini  mətn,  direktiv  və  təfsirlərin  hüququn

mənbəyi  və  qanunların  məhkəmə  təfsirinin  əsası  kimi  konstitusion  təsdiqi;  4)  öz  yurisdiksiyasına  sahib  olan  və

mülki  məhkəmələrlə  tandemdə  fəaliyyət  göstərən  və  ya  onları əvəz  edən  dini  təşkilatların  və  dini  məhkəmələrin

qarşılıqlı əlaqəsi [2].

Reallıq  ondan  ibarətdir  ki,  Qərbi  Avropanın  200  ildən  çox  keçmiş  Böyük  Fransa  inqilabının  dinə

münasibətinin varisi olması anlayışı şərhsiz yalnız Fransaya şamil edilə bilər. Fransız sistemi (laisizm - laıcite) kilsə

və  dövlət  arasında  tam  bölgünü  özündə  ehtiva  edir.  Dövlət  vicdan  azadlığını  tanıyır,  lakin  heç  bir  dini  təşkilatı

dəstəkləmir.  Din  Fransa  vətəndaşlarının  şəxsi  işi  hesab  edilir  (bu  qayda  Elzas  və  Lotaringiyaya  şamil  edilmir).

Oxşar sistem Türkiyədə də mövcuddur.

İrlandiya Konstitusiyasının preambulasında,  onun  qəbulu  ilə  bağlı deyilir:  "Bütün  hakimiyyətlərin  gəldiyi

və son ümidimiz kimi insanın və dövlətin bütün hərəkətlərinin getməli olduğu Müqəddəs Üçlüyün adıyla, biz, Eyri

xalqı,  bizim  atalarımızı  çoxsaylı  imtahanlarda  dəstəkləmiş  Müqəddəs  Allahımız  İsus  Xristos  qarşısındakı

öhdəliklərimizi  tanıyırıq...".  İsveçrə  Konstitusiyası "Qüdrətli  Allahın  adı ilə!  İsveçrə  xalqı və  kantonları yaradıcı

qarşısındakı məsuliyyəti dərk edərək..." sözləri ilə başlayır.

Bununla  yanaşı,  bir  çox  Avropa  ölkələrində  dinə  rəsmi  status  verilir.  Malta  Konstitusiyasının  1-ci

bölməsinin 2-ci maddəsinə əsasən "Maltanın dini Roma katolik apostol dinidir". Bundan əlavə, onun mənəviyyat və

tərbiyədəki  prioriteti  konstitusion  qaydada  müəyyən  edilir:  "Roma  katolik  apostol  kilsəsi  orqanları  hansı

prinsiplərin ədalətli, hansıların isə yanlış olduğunu tədris etmək öhdəliyinə və hüququna malikdirlər". Bununla da,




"Roma  katolik  apostol  kilsəsinin  dini  təlimləri  bütün  dövlət  məktəblərində  icbari  təhsil  çərçivəsində  tədris

edilməlidir". Norveç Konstitusiyasının 2-ci maddəsində deyilir: "Evangelist-lüterant dini rəsmi dövlət dinidir. Ona

ibadət  edən  sakinlər  öz  uşaqlarını bu  çərçivədə  tərbiyələndirməlidirlər".  12-ci  maddə  tələb  edir  ki,  Norveç  dövlət

Şurası  üzvlərinin  yarısından  çoxu  dövlət  kilsəsinə  ibadət  edənlər  olsun.  Norveç  kralı  kilsə  rəhbəri  hesab  edilir.

Evangelist-lüterant kilsəsi həmçinin Danimarka, Finlandiya və İslandiyanın da "dövlət kilsəsidir". Norveçlə yanaşı,

Danimarka  və  Böyük  Britaniyada  da  dövlət  başçısı üçün  dini  məhdudiyyət  müəyyən  edilib.  İsvec,  Danimarka  və

Böyük Britaniyada monarx dini rəhbər kimi çıxış edir, kilsə isə dövlət aparatının bir hissəsi hesab edilir. Rəsmi din

statusu  Lixtenşteyn,  Monako  və  Kiprin  konstitusiyalarında  da  bəyan  edilib.  Kipr  Konstitusiyası zəmanət  verir  ki,

"Kiprin avtokefal yunan provaslav kilsəsi müqəddəs qanunları və nizamnaməsinə uyğun olaraq, öz daxili işləri və

əmlakı  üzərində  müstəsna  idarəçilik  və  sərəncam  hüququnu  özündə  saxlayır.  Yunan  ictimaiyyəti  Kiprin  yunan

pravoslav  kilsəsinin  sözügedən  hüququna  zidd  hərəkət  edə  bilməz"  (maddə  110).  Kipr  Konstitusiya  səviyyəsində

pravoslavlığı  rəsmi  din  kimi  tanıyır  və  faktiki  olaraq,  əhalinin  dini  baxışlara  görə  bölünməsini  məcburi  edir.

Yunanıstan  Konstitusiyasının 3-cü  maddəsinə  əsasən,  "Yunanıstanda  əsas  din  şərqi-pravoslav  xristian  kilsəsidir".

Yunanıstan  Konstitusiyası  pravoslav  dininin  əsas  din  kimi  tanınması  ilə  yanaşı,  ənənəvi  olaraq,  teologiyaya  aid

məsələləri  də  tənzimləyir:  "Müqəddəs  yazıların  mətni  dəyişməz  qalır.  Yunanıstanın  Aftokefal  Kilsəsi  və  Ali

Konstantinopol Kilsəsinin icazəsi olmadan onların başqa dilə rəsmi tərcüməsi qadağan edilir" (maddə 3). Bundan

əlavə,  Yunanıstan  Konstitusiyasının  13-cü  maddəsinə  əsasən,  prozelitizm  də  qadağan  edilir.  İtaliya  və  İspaniya

konstitusiyalarında katolik kilsəsi xüsusi qeyd olunur. Bu, onunla əlaqədardır ki, 1982-ci ilədək İtaliyada, 1978-ci

ilədək isə İspaniyada katolisizm rəsmi din idi.

Əhalisinin  əksəriyyəti  xristian  dininə  etiqad  edən  keçmiş  sosialist  dövlətləri  də  din  məsələsini  sükutla

keçməmişiər.  Bolqarıstan  Konstitusiyasının  13-cü  maddəsinə  əsasən,  "Bolqarıstan  Respublikasında  ənənəvi  din

şərqi-pravoslav etiqadıdır". Makedoniya Konstitusiyasında Makedoniya pravoslav kilsəsi xüsusi vurğulanır (maddə

19).  Polşa  Konstitusiyası  müəyyən  edir  ki,  Polşa  Respublikası  və  katolik  kilsəsi  arasında  münasibətlər  Apostol

Paytaxtı ilə imzalanmış beynəlxalq müqavilə ilə tənzimlənir (maddə 25). Qeyd olunmalıdır ki, əhalisinin əksəriyyəti

müsəlman  olan  keçmiş  sosialist  ölkələrinin  -  Azərbaycan,  Qırğızıstan,  Özbəkistan,  Qazaxıstan,  Bosniya  və

Herseqovina - konstitusiyalarında hər hansı rəsmi, dövlət və ya digər konkret dinlər əks olunmur.



Aİ  üzvlərinin  əksəriyyətinin  konstitusiyalarında  olduğu  kimi  Almaniya  Konstitusiyasında  da

Azərbaycan  Respublikası  Konstitusiyasının  7-ci  maddəsində  əks  olunmuş  müddəaya  analoji  ifadə  mövcud

deyil: Azərbaycan dövləti - dünyəvi dövlətdir. Bunun əksinə olaraq, Almaniya Konstitusiyasına əsasən, “dini

təlimlər    qeyri-konfessial  məktəblər  istisna  olmaqla,  dövlət  məktəblərində,  dövlət  nəzarətinə  xələl

gətirmədən, məcburi fəndir.

Hər  hansı dinə  dövlət  statusunun  verilməsi  konstitusion  düzəliş  deyil.  Bu  və  ya  digər  ölkələrdə  müvafiq

konstitusiya normalarının təcəssümü dövlət başçısı və kilsə başçısı vəzifələrinin birləşməsi, bəzi vəzifəli şəxslərin

kilsəyə  zəruri  bağlılığı,  kilsə  hüququnun  ölkənin  hüquq  sisteminə  daxil  edilməsi,  kilsənin  daxili  strukturu  və

idarəçilik  məsələlərinin  dövlət  tərəfindən  nizamlanması,  kilsə  xidmətçilərinin  müxtəlif  dövlət  orqanlarına  təyin

edilməsi,  kilsənin  dövlət  tərəfindən  maliyyələşdirilməsi,  vətəndaşlar  tərəfindən  kilsə  vergilərinin  verilməsi,  kilsə

xidmətçilərinin  dövlət  qulluqçusu  kimi  nəzərdən  keçirilməsi,  kilsə  tərəfindən  bəzi  dövlət  funksiyalarının  həyata

keçirilməsi,  kilsənin  təhsil  sisteminə  maneəsiz  çıxışı,  kilsə  yurisdiksiyasının  mövcudluğu,  dövlət  kilsəsinin

statusunun digər dini təşkilatların statusundan fərqləndirilməsi mahiyyəti daşıyır.

Kilsə  vergitutması Danimarka,  Finlandiya,  İtaliya,  ispaniya,  Estoniya,  Avstriya  və  İsveçrədə  mövcuddur.

Yalnız Almaniyada  kilsə  vergiləri  dövlət  vergi  orqanları tərəfindən  yığılır  və  bəzi  mənbələrə  görə,  kilsəyə  illik  4

milyard  avro  gəlir  gətirir.  "Ümumi  hüquq  əsasında  Korporasiya"  kimi  qeydiyyatdan  keçmiş  bütün  dini  təşkilatlar

vergidən  azad  edilir  və  ikili  hüquqdan  istifadə  edirlər,  hansılarki  digər  hallarda  dövlətin  müstəsna  hüququ  olur:

vergiləri  təyin  etmək  və  dinin  əsaslarını  məktəblərdə  tədris  etmək.  Bununla  yanaşı,  "Ümumi  hüquqa  uyğun

Korporasiya" statusunun əldə edilməsi üçün dini təşkilatlara bir sıra tələblər (dövlətə sədaqət də daxil olmaqla) irəli

sürülür.  "Yehovanın  Şahidləri"nə  "Ümumi  hüquqa  uyğun  Korporasiya"  statusu  verilmir.  Belə  ki,  bu  dini  təşkilat

dövlətə qeyri-loyal kimi tanınır (öz üzvlərinə dövlət orqanlarına seçkilərdə iştirakı qadağan edir).

Aİ  üzvlərinin  əksəriyyətinin  konstitusiyalarında  olduğu  kimi  Almaniya  Konstitusiyasında  da  Azərbaycan

Respublikası Konstitusiyasının  7-ci  maddəsində  əks  olunmuş  müddəaya  analoji  ifadə  mövcud  deyil:  Azərbaycan

dövləti  - dünyəvi dövlətdir. Bunun əksinə olaraq, Almaniya Konstitusiyasına  əsasən,  “dini  təlimlər    qeyri-(maddə

7).  Beləliklə  də,  Əsas  qanuna  uyğun  olaraq  dövlət  məktəblərində  dinin  tədrisi  xüsusi  deyil,  ictimai  məsələ  kimi

qeyd olunur və riyaziyyat, biologiya, fizika və s. dərslərdən fərqli olaraq, konstitusiya qaydasında məcburidir.



Avropa  konsepsiyasına  əsasən,  dlni  təş kilatlar  peşəkar  ittifaqlardan  fərqli  olaraq  "təzyiq  qrupu"

kimi  xarakterizə  olunmurlar  (hətta  Fransada).  Etiraf  etmək  yerinə  düşər  ki,  dini  təş kilatlar  dövlətin

maraqlarında  olan vacib ictimai funksiyaları yerinə yetirirlər. Avropa ölkələrində bu funksiyaların  dairəsi

kifayət  qədər  genişdir  (məktəb,  ordu  və  islah  müəssisələrində  mənəvi  təsəlli  vermək,  ailə  dəyərlərini

mühafizə etmək və s.).


Yuxarıda  qeyd  olunan  dövlətlərin  hamısı  kifayət  qədər  dünyəvi  dövlətlərdir  və  onları  dini  radikalizmi

yetişdirməkdə  ittiham  etmək  düzgün  olmazdı.  Lakin  dini  dövlət  prinsiplərinə  zidd  olan  normalar  bu  dövlətlərin

konstitusiya qanunlarında yer almaqda davam edir və ehtimal var ki, bu normalar yaxın gələcəkdə dəyişməz olaraq

qalacaqlar.  Avropa  insan  Hüquqları  Məhkəməsinin  qərarına  baxmayaraq,  xüsusilə  də  Yunanıstan  öz

konstitusiyasında  dəyişiklik  etmək  niyyətində  deyil.  Yunan  təbəəsi  Minos  Kokinakis  "Yehovanın  Şahidi"  olduğu

1936-cı ildən başlayaraq prozelitizmə görə 60 dəfədən çox həbsə məruz qalmışdır ki, sonuncu həbs də 1986-cı ildə

baş  vermişdir.  1993-cü  il  mayın  25-də  Avropa  məhkəməsi  prozelitizm  məsələsi  ilə  əlaqədar  Yunanıstana

münasibətdə hər hansı təzyiqə və ya digər qeyri-qanuni hərəkətlərə yol vermədiyinə görə orada prozelitizmi həyata

keçirən yunanlının məhkum edilməsinin yolverilməzliyini bildirən qərar qəbul etmişdir [3]

Ümumilikdə,  Avropa  konsepsiyasına  əsasən,  dini  təşkilatlar  peşəkar  ittifaqlardan  fərqli  olaraq  "təzyiq

qrupu"  kimi  xarakterizə  olunmurlar  (hətta  Fransada).  Etiraf  etmək  yerinə  düşər  ki,  dini  təşkilatlar  dövlətin

maraqlarında  olan  vacib  ictimai  funksiyaları yerinə  yetirirlər.  Avropa  ölkələrində  bu  funksiyaların dairəsi  kifayət

qədər genişdir (məktəb, ordu və islah müəssisələrində mənəvi təsəlli vermək, ailə dəyərlərini mühafizə etmək və s.)

Avropada  din  və  dövlət  arasındakı  qarşılıqlı  münasibətlərin  nizamlanmasının  dərin  tarixi  kökləri

mövcuddur. Burada IX əsrdə dövlət deyil, daha çox dövlət formasında olan kilsə meydana çıxmışdır. Dövlətəbənzər

kilsələr, eləcə də dünyəvi hakimiyyətlər arasında əməkdaşlıq və rəqabət yer alırdı ki, sonuncu da bəzi hallarda oz

kəskinliyi ilə fərqlənirdi. Avropa tolerantlıq konsepsiyası ilə bağlı Marqarit Moor yazır: "Tolerantlıq sözü, adətən,

hörmət ifadəsi ilə eyni vaxtda səsləndirilir, lakin XVI-XVII əsrlərə gedib çıxan tolerantlığımızın əsasında bir damla

da hörmət dayanmır. Əksinə, biz digər dinlərə nifrət  etmişik, katoliklər və kalvinistlər bir-birinin gözündə heç bir

hörmətə  sahib  deyildilər.  Bizim  80  illik  müharibəmiz  isə  tək  İspaniyaya  qarşı  üsyan  deyil,  katolisizmə  qarşı

ortodoksal  kalvinistlərin  qanlı  cihad  idi"  [4].  Avropa  dünyəviliyi  və  tolerantlığının  təməli  məhz  bu  cür

qoyulmuşdur.  Digər  dinlərə  qarşı dözümlülük  Avropada  uzunmüddətli  qanlı müharibələr  nəticəsində  yaranmışdır.

Bu Avropa xalqlarının  xilası idi  ki,  bu  da  1648-ci  il  Vestfal  sülh  sazişində  normativləşdirilmişdir.  Fikrimizcə,  bu

tolerant modelinin tarixən təhkimli kimi qəbul edilməsi bir sıra  Avropa  ölkələrinin  konstitusiyalarında  dünyəvilik

prinsipinə zidd normaların yer almasının izahı ola bilər.

Azərbaycan  dözümlülük  modeli  öz  mahiyyət  göstəricilərinə  görə  Avropadakından  fərqlənir.  Azərbaycan

Cənubi  Qafqazın  yeganə  ölkəsidir  ki,  dövlətin  hər  hansı dinə  neytral  münasibəti  ardıcıl şəkildə  həyata  keçirilir.

Azərbaycanın dünyəvi mahiyyəti Konstitusiyanın 7-ci maddəsinin I hissəsində və 18-ci maddəsinin I hissəsində əks

olunmuşdur. Cənubi Qafqazın digər iki dövlətində dövlət və din arasındakı qarşılıqlı münasibətlərin nizamlanması

Azərbaycandakından fərqlənir. Məsələn, Gürcüstan Konstitusiyası ənənəvi din statusunu qeyd edir. Bunun əsasında

dövlət  "Gürcüstan  dövləti  və  Gürcüstan  aftokefal  pravoslav  apostol  kilsəsi  arasında  konstitusiya  sazişi"ni

imzalayaraq,  ona  bir  sıra  üstünlüklər  təqdim  etmişdir.  Ermənistanın  "Vicdan  və  dini  təşkilatlar  haqqında''

Qanununun  preambulasında  və  17-ci  maddəsində  Ermənistan  apostol  kilsəsi  erməni  xalqının  milli  kilsəsi  kimi

göstərilir.  Qanuna  əsasən,  ölkə  hüdudları  xaricində  də  fəaliyyət  göstərən  Ermənistan  apostol  kilsəsi  beynəlxalq

hüquq normaları çərçivəsində Ermənistan Respublikası tərəfindən mühafizə olunur.

Azərbaycanın dinə bitərəf münasibətinin öz dərin mədəni və tarixi kökləri var. Azərbaycan xalqının

tolerantlığı mədəni fenomen olmaqla yanaşı, sistemformalaş dıran sivilizasiya faktorudur.

Azərbaycanın  dinə  bitərəf  münasibətinin  öz  dərin  mədəni  və  tarixi  kökləri  var.  Azərbaycan  xalqının

tolerantlığı mədəni  fenomen  olmaqla  yanaşı, sistem  formalaşdıran  sivilizasiya  faktorudur.  Azərbaycan  tarixən  üç

dinin - islam, xristianlıq və yəhudilik kəsişməsi olmuşdur. IV əsrdən başlayaraq, parfların xristian missionerlərinin

səyi  ilə  Azərbaycanda  xristianlıq  yayılmağa  başlamışdır.  Azərbaycanın  şimalı  rəsmi  dini  yəhudilik  olan  Xəzər

xaqanlığının  tərkibinə  daxil  olmuşdur.  Bu  günə  kimi  Azərbaycanın  şimal  şərqində  yaşayan  əhalinin  müəyyən

hissəsi  yəhudiliyə  etiqad  edir.  VII  əsrdə  Azərbaycanın  ərəblər  tərəfindən  işğalından  sonra  əhalinin  əksəriyyəti

islamı qəbul  etmişdir.  Bununla  belə,  bundan  sonrakı 1000  ildən  artıq  müddətdə,  XIX  əsrin  birinci  yarısına  kimi

xristian  Alban  kilsəsi  öz  muxtar  (aftokefal)  statusunu  saxlayırdı.  1828-ci  ilədək  10  Azərbaycan  dövləti  (xanlığı)

Rusiya  imperiyasının  tərkibinə  daxil  edildi  və  artıq  1836-cı  ildə  erməni  qriqorian  kilsəsinin  müraciəti  əsasında

alban  aftokefal  kilsəsi  çar  hakimi  tərəfindən  ləğv  edildi  və  onun  əmlakı erməni  katolikosuna  ötürüldü.  Bu  şərait

dövlət  və  din  arasındakı  qarşılıqlı  münasibətlərin  həm  konstitusiya,  həm  də  qanunvericilik  səviyyəsində  hüquqi

təsbitində və müvafiq olaraq da bu sahədəki Azərbaycan qanunvericiliyinin anlaşılmasında əsas rol oynamışdır.

Siyasi  hakimiyyətin  dinin  qəyyumluğundan  qurtarılması  prosesi  Avropada  Böyük  Fransa  inqilabının

başlaması ilə  öz  kulminasiya  nöqtəsinə  çatmışdır.  Dövlət  hakimiyyətinin  legitimləşdirilməsi  problemi  Avropada

konfessial  dağınıqlığının  dünyəvi  plüralizmin  inkişafına  gətirməsi  və  getdikcə  siyasi  hakimiyyəti  "ilahi

mərhəmətdən"  məhrum  etməsi  nəticəsində  meydana  çıxmışdır.  Yeni  dövlət  üçün  sistem  formalaşdıran  iki  faktor

mövcud  idi:  dövlət  hakimiyyəti  suverenliyinin  monarx  görkəmində  cəmlənməsi,  habelə  dövlət  və  cəmiyyət

bölgüsünün  milli  suverenliklə  əvəzlənməsi  (fiziki  şəxslər  zəruri  olan  minimum  subyektiv  azadlıqlar  ilə  təmin

edilirdilər),  təbəələrin  hüquqları  isə  insan  və  vətəndaş  hüquqlarına,  başqa  sözlə,  liberal  və  siyasi  vətəndaş

hüquqlarına çevrilmişdir. Dünyəvi dövlətə digər legitimlik mənbələri axtarmaq zəruri idi.



Bu  gün  sabit  və  səmərəli,  ən  vacibi  isə  legitim  idarəçilik  sisteminin  yaradılması  Avropa  İttifaqının

gələcək mövcudluğu baxımından əsas məsələdir.

Bu gün sabit və səmərəli, ən vacibi isə legitim idarəçilik sisteminin yaradılması Avropa İttifaqının gələcək

mövcudluğu  baxımından  əsas  məsələdir.  1973-cü  ildən  etibarən  Aİ  qanunlarının  üstünlüyü  prinsipinin  ardıcıl

tətbiqi  və  onların  dərin  şəkildə  milli  hüquq  sistemlərinə  inkorporasiyası  nəticəsində  Aİ-yə  üzv  dövlətlərin  milli

suverenliklərinin  məhdudlaşdırılması  prosesi  başlanmışdır.  Prosesin  məntiqi  davamı  olaraq,  2001-ci  ilin

dekabrında  Konstitusiya  Komissiyası təsis  edilmiş  və  sonuncu  da  20  iyun  2003-cü  il  tarixində  Aİ-nin  Salonikidə

keçirilmiş Sammitində Avropa Konstitusiyasının layihəsini təqdim etmişdir. Sonradan Aİ öz idarə strukturları üçün

maksimum  dərəcədə  legitimlik  almağa  və  Aİ  üzvlərinin  maksimum  dəstəyinə  çalışmışdır.  2004-cü  ildə  450

maddədən  və  300  səhifədən  ibarət  olan  kifayət  qədər  geniş  bir  sənəd  referenduma  çıxarılmışdır.  Sadə  "hə"  və  ya

"yox" cavabı ilə, həcminə görə dünyanın ən böyük konstitusiyası olan Hindistan Konstitusiyası ilə müqayisə oluna

biləcək  sənədin  qiymətləndirilməsi  gözlənilən  uğursuzluqla  yekunlaşmışdır.  Lakin  sənədin  bəzi  xüsusiyyətləri

dinin  konstitusiya  nəzəriyyəsindəki  rolu  ilə  bağlı  müzakirələr  baxımından  əhəmiyyət  kəsb  edir.  Avropa

Konstitusiyasının preambulasında qeyd olunur ki, Avropa xalqları "milli kimlikləri və tarixləri ilə fəxr edirlər" və

"öz  köhnə  narazılıqlarını  həll  etmək  və  daha  da  six  biləşərək  öz  ümumi  gələcəklərini  müəyyən  etmək

qətiyyətindədirlər".  Bununla  da  "çoxtərəflilikdə  yeganə  olaraq"  Avropanın  "insan  ümidlərinin  xüsusi  sahəsinə"

çevirmək  layihəsini  həyata  keçirəcəklər.  Eyni  zamanda,  preambulanın  ilkin  variantına  əsasən,  təməl  prinsip  kimi

"yəhudi-xristian dəyərləri" çıxış etməlidirlər.\

Funksional  inteqrasiyanın  maksimumluğuna  çatmış  və  Avropa  demoslarının  formalaşması  bitməmiş  Aİ

Konstitusiyasının  əsasının  inkişaf  etdirilməsinin  davam  edən  prosesində  ümumi  xristian  mədəniyyətinə  və

ənənələrinə  çağırış  Avropa  layihəsinin  inkişafı  üçün  vətəndaşların  həmrəyliyinin  zəmanət  altına  alınmasının

sonuncu  ümid  kimi  görünə  bilər.  Bəyan  edilmiş  dünyəviliyə  baxmayaraq  qeyd  olunmalıdır  ki,  Avropanın  milli

konstitusiyalarının maddi və institutlaşdırılmış müddəaları və Avropa konstitusionalizminin əsasında duran xristian

dəyərləri Avropanın sekularizminin, о cümlədən maarifçilik layihəsinin ümumilikdə sonunun başlanğıcı idi.

Mövcud  olan  konstitusiyaların  təcrübəsinə  uyğun  olaraq  dövlət  və  din  arasında  olan  əlaqələrin

tənzimlənməsinin  beş  əsas  modelini  qeyd  etmək  olar.  Onlar  aşağıdakılardır: 1)  dinin  ictimai  sahədən  tam  istisna

edilməsi  (məsələn,  fransız  və  Azərbaycan  modeli);  2)  dünyəvi  aqnostisizm  modeli,  dövlət  dinlərə  qarşı  neytral

mövqe  saxlamağa  çalışsa  da,  ateizm  və  qeyri-dini  təlimlərlə  müqayisədə  dinə  üstünlük  verilməsi  (bu  Amerika

konstitusiyanın  hüquq  spesifikasıdır);  3)  dünyəvi  konfessional  model,  əhalinin  böyük  əksəriyyətinin  əsas  dininin

dövlət  tərəfindən  tənzimləməsinin  elementlərini  özündə  ehtiva  edir  və  konstitusional  dövlət  quruluşuna  dini

üstünlüklərin  daxil  edilməsi  (məsələn,  İtaliyada  və  Bavariyada  çarmıxa  çəkilmə  milli  kimliyin  dünyəvilik  rəmzi

kimi  tanınır);  4)  dini  azlıqlara  münasibətdə  institutlaşdırılmış  dözümlülük  ilə  rəsmi  dinin  mövcudluğu  (məsələn,

Böyük  Britaniya  və  Skandinaviya  ölkələri)  və  5)  ilk  növbədə  diqqətin  hər  bir  dini  icmanın  kollektiv

özünüidarəetməsinə  verilməsi,  bu  da  dövlət  quruluşunda  öz  əksini  tapır  (məsələn,  Kipr);  6)  əksəriyyətin  dininin

dövlət tərəfindən sərt dəstəklənməsi modeli, həmçinin prozelitizmin qadağan edilməsi yolu ilə (Yunanıstan).

Yuxarıda  qeyd olunduğu kimi, Avropada sekularizm qeyri-sivilizasiya faktorudur  və  bütün  bu  modellərdə

istənilən  digər  süni  konstruksiyalarda  olduğu  kimi  boşluqlar  var  ki,  bunlar  da  kifayət  qədər  əhəmiyyətli

boşluqlardır.  Onlar sekularizmin idealı olmamaqla yanaşı, eyni zamanda dini və dünyəvi sahələrdə, həmçinin dini

azlıqlara  münasibətdə  qarşıya  qoyulan  məqsədlərə  nail  olmurlar.  Birinci  model  dinə  münasibətdə  neytral  mövqe

güdür, lakin cəngavər sekularizm hüquqi dini azlıqlara qarşı fəal istifadə oluna bilər (Fransada - müsəlman azlıqlara

qarşı). ikinci model ayrı-seçkilik etməsə də, o, inamı olmayanları pis vəziyyətdə qoyur və onun çərçivəsində digər

dinlərə münasibətdə bəyan olunmuş  neytrallığa  baxmayaraq  güclənən  dini  azlığa  münasibətdə  əsas  dinə  güzəştlər

verir.  Üçüncü  model  dünyəvilik  konfessionalizasiyasına  və  əhalinin  dindar  hissəsi  ilə  mübarizəyə  gətirib  çıxara

bilər:  bəziləri  ictimai  sahənin  dini  simvolizm  ilə  dolu  olduğunu,  digərləri  isə  onların  dini  hislərinə  hörmət

edilmədiyini  hesab  edəcək.  Bundan  başqa,  üçüncü  model  dördüncü  model  kimi  azlıqların  dini  hörmətsizliyi  və

sıxışdırılması  ilə  yanaşı,  dövlətin  inanclara  qarşı  bərabər  olmadığı  məqamlar  ilə  doludur.  Beşinci  model

sekulyarizmdən uzaqlaşma ilə yanaşı, bir fərd üzərində qrupun həddindən artıq güclü olmasına, eyni zamanda digər

konfesiyaların  tanınmamasına  gətirib  çıxarır.  Nəhayət,  altıncı  model  qeyri-dövlət  dinlərin  nümayişkaranə

ayrı-seçkiliyindən başqa bir şey deyil.

Buna  baxmayaraq,  Avropa  üçün  dövlət  və  ya  siyasi  partiyalar  tərəfindən  ədalət  duyğusunun  verilməsi,

yaxud təməl  xidmətlər  ilə  təmin  edilməsi  mümkün olmadıqda  əmələ  gələn  boşluqların  digər  təşkilatlar  tərəfindən

doldurulması  barədə  Şeri  Bermanın  nəticəsi  aktual  olaraq  qalır  [6].  Dində  hazır  olan  legitimlik  mənbəyi  artıq

mövcuddur.  Dinin  ən  aktual  suallara  əsrlərlə  sübut  olunmuş  cavabları  var  və  buna  görə  də  o,  cəmiyyətin  tam

səfərbərliyi.üçün rahat və effektiv vasitəsidir. O, ideologiyadan fərqli olaraq populyarlaşmasına böyük xərclər tələb

etməyən  bahalı olmayan  vasitədir.  Onun  siyasi  platformalara,  partiyaların  proqramlarına,  həyata  keçirilməli  olan

seçkiqabağı vədlərə ehtiyacı yoxdur. Bütün zəruri məqamlar artıq müqəddəs mətnlərdə qeyd olunub.

Dinin deprivatizasiyası ilə birlikdə universal rifahlı dövlətinyaranması dövlət sahəsi və şəxsi həyat arasında

olan ənənəvi sərhədi getdikcə pozur. Birtərəfdən, dövlət bütün müasir siyasi sistemdə daha da çox iştirak edir. O,



dövlət  təhsilini,  səhiyyəni,  dövlət  tərəfindən  tibbi  tədqiqatların  maliyyələşdirilməsini  və  ictimai,  о  cümlədən

individual  malların  paylaşdırılması  ilə  təmin  edir.  Eyni  zamanda,  müasir  dövlət  ənənəvi  hesab  olunan  sırf  özəl

sahəyə  daha  da  dərindən  müdaxilə  edir.  Həyat  yoldaşları,  valideynlər  və  uşaqlar  arasında  olan  əlaqələr  kimi,

valideynlərin şəxsi həyatlarının ən özəl aspektləri də tənzimlənilir.

Digər  tərəfdən,  din  ictimai  sahədə  daha  fəal  olmağa  çalışır.  Dini  nikahların  hüquqi  tanınması  ən

diqqətəçarpan  nümunədir  (İspaniya,  Kipr  və  s.).  Dini  təşkilatlar  dünyəvi  ictimai  sahədə  olan  abort  mövzusunda

müzakirələr, evtanaziya, gövdə hissələrin tədqiqatı, klonlama və digər bir çox məsələlər üzrə olduqca fəal işləyirlər.

Bundan başqa, bu prosesdə ən maraqlısı odur ki, dini təşkilatlar dövlətin öz dini ənənələrindən və təəssüratlarından

irəli  gələn,  digər  dini  hərəkatlar  və  dünyəvi  idarəçiliyin  davamçıları  ilə  qəbul  olunmayan  normativ

məhdudiyyətlərin tətbiq edilməsi kimi öz dini mövqelərinə uyğun bütün ictimai sahəni dəyişdirməyə çalışırlar. Bu

isə insanların sırf şəxsi işlərinə qarışmaq deməkdir. Din ilk öncə dünyagörüşü və dünya hissidir, özünün cəmiyyətdə

qəbul edilməsidir, yəni insanın mövcud olan ən özəl sahəsidir.

Dövlətin  bu  sahəyə  qarışması cəmiyyətdə  maraqların  balansını,  ədalətli  və  neytral,  bütün  vətəndaşlar  ilə

bərabər davranan dövlət prinsipini pozur. Məntiqli hüquqi təhlil aparmaq imkanı verməyən xüsusi dini üstünlüklər

qanun səviyyəsinə qaldırılır.  Müvafiq olaraq, digər etirafların quraşdırmalarına riayət  etməyən dini və ya dünyəvi

azlıq ilahinin ayrı mənada tanınmasından başqa qanunun pozulmasında ittiham olunacaq. ictimai sahədə dinin fəal

rolunun  artırılması  nəticəsində  dövlətin  dini  üstünlüklərin  məcburi  tətbiq  edilməsi  vasitəçisinə  çevrilməsi  ilə

yanaşı, eyni zamanda  dövlətin  özəl  sahəyə  qarışmasının güclənilməsi  tendensiyalarını nəzərə  alaraq,  sual  yaranır:

neytral, sekulyar dövlətin Avropa layihəsinin canlandırılması üçün heç bir cəhd etmədən orta əsrin kilsə vergisinin

və  dövlət  məktəblərində  məcburi  dini  təhsilin  saxlanılması, özəl  və  ictimai  prozelitizmin  dəqiq  bölgüsü  olmadan

onun qadağan edilməsi şəraitində ateizm, din və dövlət arasında konstitusiya balansının əlaqələrinin axtarışının hələ

də bir mənası varmı?



İstifadə edilmiş ədəbiyyat:

1.

Gustav Mensching. Soziologie der Grossen Religionen. Bonn: Luwing Röhrscheid, 1966, p. 73.



2.

Ran  Hirschl  .The  Rise  of  Constitutional  Theocracy.  -  Harvard  International  Law  Journal  v.49  (2008),

p.73-74.

3.

Kokkinakis V. Greece (application №14307/88 ECHR 25 May 1993).



4.

Margriet de Moor. Alarmglocken, die am Herzen hängen. In: - Thierry Chervel ,Anja Seeliger (Hg.). Islam

in Europa. Frankfurt a. М.: Suhrkamp , 2007, p. 211.

5.

J. H. Weiler. The Constitution of Europe. Cambridge: Cambridge University Press. 1999, pp.19-45, 96-99.



6.

Sheri Berman. The Primacy of Politics: Social Democracy and the Making of Europe's Twentieth Century.

Cambridge: Cambridge University Press 2006 , p.209.

Leyla Aliyeva

European Constitutions and the principle of secularism

The deprivatization of religion and its emergence in the European civil  society  coincides  with  the  90's  of

20th century. This have led to a number of problems between secularism and religion.

The article mentions that it would not be appropriate to declare that political system and collective identity

is determined by religion only in the Moslem countries.

There have been a number of countries  (namely  Ireland,  Switzerland,  Sweden,  Malta,  Norway,  Denmark,

Lichtenstein, Greece, Cyprus etc.) that declared the official religious status in their constitution.

There is no any official or other kind of religious mentions in the constitutions of the post-socialist Moslem

countries like Azerbaijan, Kyrgyzstan, Kazakhstan, and Bosnia and Herzegovina.

The  author  has  pointed  out  5  main  models  of  regulations  between  state  and  religion  according  to  the

Constitutions of European countries and has thoroughly analyzed the issue.

The model of tolerance in Azerbaijan is distinguished from that of in Euro pean countries. Azerbaijan is the

sole  state  in  the  Southern  Caucasus  region  that  maintains  a  neutral  attitude  towards  any  religion.  The  neutralist

attitude  towards  religions  has  deep  cultural  and  historical  roots.  The  tolerance  of  Azerbaijani  nation  is  both  a

cultural as well as system-forming factor of civilization.

Лейла Алиева

Конституции европейских стран и принцип секуляризма

Процесс  деприватизации  религии  в  Западной  Европе  и  ее  вхождение  в  гражданское  общество

приходится  на  90-е  годы  XX  века.  В  конституционной  теории  это  приводит  к  современным  проблемам,

связанным с секуляризмом и религиозными отношениями.

В  статье  отмечается,  что  было  бы  ошибочным  заявлять  о  том,  что  религия  определяет

государственное  строительство  и  коллективную  идентичность  только  в  государствах  с  мусульманским




населением.  Так, официальный статус религии отмечен во многих конституциях европейских стран (в том

числе  в  Ирландии, Швеции, Мальте, Норвегии, Дании,  Лихтенштейне, Монако, Греции, Кипре  и т.  д.).  В

конституциях  бывших  социалистических  стран  (Болгария,  Македония,  Польша),  большинство  населения

которых составляют христиане имеются соответствующие статьи, связанные и с религией.

В  конституциях  бывших  социалистических  стран,  большинство  населения  которых  составляют

мусульмане  (Азербайджан,  Кыргызстан,  Узбекистан,  Казахстан,  Босния  и  Герцеговина)  любые

официальные, государственные и иные конкретные религии не отражаются.

Автор  провел  исследование  и  отметил  пять  ключевых  моделей  регулирования  связи  между

государством и религией в соответствии с существующими конституциями европейских стран.

Азербайджанская модель толерантности по своей природе отличается от Европейской. Азербайджан

является  единственной  страной  на  Южном  Кавказе,  где  нейтральное  отношение  правительства  к

вероисповеданию  осуществляется  в  последовательном  порядке.  Нейтральное  отношение  Азербайджана  к

религии имеет свои глубокие культурные и исторические корни. Толерантность Азербайджанского народа,

будучи культурным феноменом, является системообразующим фактором цивилизации.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə